Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-577/2022 01.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh oğluna qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1589 manat pul vəsaitinin, vəkilə ödədiyi 350 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçınin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, NBC BANK ASC-nin Gənclik ilə Cavabdeh arasında 17 fevral 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan depozitinin altında ona kredit verilmişdir.Eyni zamanda həmin kredit müqavləsinə əlavə olaraq onun 17 fevral 2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır."xxxx" ASC ləğv prosesesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin mənim əmanətimin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, mənim əmanətimin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 1589 (min beş yüz səksən doqquz) manat borcunu ödəmişəm.Cavabdehdən banka ödədiyim 1589 (min beş yüz səksən doqquz) manat pulun qaytarılmasını dəfələrlə xahiş etsəm də həmin məbləği mənə qaytarmamışdır.17 fevral 2020-ci il tarixli Zaminlik Müqaviləsinin 3.6-cı bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş “Zamin”ə “Bank”ın həmin öhdəlik üzrə hüquqları və “Bank”a girovsaxlayan kimi mənsub hüquqları “Zamin”in “Bank”ın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, “Zamin” həmçinin “Borclü’dan “Bank”a ödənilmiş məbləğdən faiz ödəməyi və “Borclu”nun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 17 fevral 2020-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, NBC BANK ASC-nin Gənclik Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və eyni zaman həmin tarixdə NBC BANK ASC-ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanaraq, İddiaçı 17 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcalanın öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yerinə yetirməməsinə görə kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla borcalan ilə eyni həcmdə bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh oğluna iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 1589 manat məbləğində pulu dərhal ona ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı təqdirdə əlavə olaraq həmçinin vəkilə ödədiyi xərcləri və dövlət rüsumu da tələb olunacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 19.08.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “NBC BANK ASC”-nin Baş Offisinə İddiaçı tərəfindən 1589 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun 07.01.2022-ci il tarixli 16 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləsindən görünür ki, İddiaçı ilə Vəkil arasında hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla məbləği 350 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş 24652 saylı qəbzdən də görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə “NBC BANK ASC”arasında kredit müaviləsi bağlanılmış və eyni zamanda həmin tarixdə öhdəliyin icrasının təminatı qismində “NBC BANK ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur.. Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin İddiaçı ilə birgə mülki hüquqi məsuliyyət daşıdığı bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən zamin qismində cavabdehin bank qarşısısnda olan borc öhdəliyini 19.08.2020-ci il tarixli mədaxil qəbzindən də göründüyü kimi ümumilikdə 1589 manat məbləğində ödəniş etmiş və icra edilmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh 1589 manat məbləğində pul vəsaiti, vəkilə ödədiyi 350 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ,cəmi 1969 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1589(bir min beş yüz səksən doqquz) manat məbləğində pul vəsaiti, vəkilə ödədiyi 350(üç yüz əlli) manat pul vəsaiti və ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 1969(bir min doqquz yüz altmış doqquz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həşimova Günay
Məhkəmə qərarları › İş №e-2(002)-577/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-577/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver