Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-581/2025 08.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi tələbi barədə ilk iddia ərizəsi, Cavabdeh İddiaçı MMC-nə qarşı son haqq-hesabın verilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi tələbi barədə ilk iddia ərizəsi, Cavabdeh İddiaçı MMC-nə qarşı son haqq-hesabın verilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizələr təqdim edərək bildirmişlər ki, onlar hazırki mülki iş üzrə məhkəmə mübahisəsini barışıq sazişi ilə tamamlamaq barədə qarşılıqlı razılığa gəlmişlər, ona görə də aralarında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini və işə onların işitrakı olmadan baxılmasını xahiş edirlər. Məhkəmə, tərəflərin ərizələrini, 08 aprel 2025-ci il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış 08 aprel 2025-ci il tarixli barışıq sazişi təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 08 aprel 2025-ci il tarixli Barışıq Sazişinə görə: “Bundan sonra İşəgötürən adlanan İddiaçı direktoru X1 bir tərəfdən və bundan sonra İşçi adlanan Cavabdeh digər tərəfdən, birlikdə “Tərəflər” adlanaraq öz aralarında müzakirə apararaq aşağıdakı şərtlərlə barışıq sazişinin bağlanılmasına dair qarşılıqlı razılığa gəldilər: 1.1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılan 2(002)-581/2025 saylı mülki iş üzrə Cavabdeh ona qarşı iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülümüş “əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi” iddia tələbinə dair qarşılıqlı tələbindən kompensasiya ödənilməklə imtina edəcəyini təklif edir; 1.2. İşəgötürən "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) X1 işçi Cavabdeh təklifini qəbul edərək iddiadan imtina edilməsinə görə 3000 (üç min) manat məbləğində kompensasiya ödənilməsini təklif edir; 1.3. İşçi Cavabdeh işəgötürən "xxxx" MMC tərəfindən sazişin 1.2-ci bəndində ona təklif olunan kompensasiya məbləği ilə razılaşaraq, işdən azad edilmə barədə razılıq ərizəsi verəcəyini bəyan edir; 1.4. Tərəflər razılaşırlar ki, aralarında imzalanan barışıq sazişinin şərtlərinə əməl edildikdən sonra gələcəkdə bir-birinə qarşı heç bir iddia tələbi ilə çıxış etməyəcəyinə dair öhdəlik götürürlər; 1.5. Bu barışıq sazişi “əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi” tələbinə dair məhkəmədə qaldırılmış mülki iş üzrə iddia tələbindən imtina edilməsi üçün əsas hesab edilir; 1.6. Bu barışıq sazişi imzalanaraq məhkəməyə təqdim edilir və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-581/2025 saylı mülki iş üzrə yekun məhkmə aktı ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir; 1.7. Bu barışıq sazişi Azərbaycan dilində 3 nüsxədə tərtib edilmişdir və bir nüsxəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilməklə hər tərəfdə bir nüsxə saxlanılacaqdır; 1.8. Bu barışıq sazişi məhkəmə aktı ilə təstiq edildikdən sonra “Tərəflər”dən biri barışıq sazişinin şərtlərinə əməl etməzsə digər tərəf icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir; 1.9. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri haqqında xəbərdar olduqlarını qəbul edirlər; 1.10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər.” Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında mübahisə barışıq yolu ilə aradan qaldırılmışdır, barışıq sazişinin şərtləri tərəflərin və üçüncü şəxslərin mənafeyinə zidd deyildir. Odur ki, barışıq sazişi təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191, 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tərəflər arasında aşağıdakı məzmunda bağlanmış 08 aprel 2025-ci il tarixli Barışıq Sazişi təsdiq edilsin. “Bundan sonra İşəgötürən adlanan İddiaçı direktoru X1 bir tərəfdən və bundan sonra İşçi adlanan Cavabdeh digər tərəfdən, birlikdə “Tərəflər” adlanaraq öz aralarında müzakirə apararaq aşağıdakı şərtlərlə barışıq sazişinin bağlanılmasına dair qarşılıqlı razılığa gəldilər: 1.1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılan 2(002)-581/2025 saylı mülki iş üzrə Cavabdeh ona qarşı iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülümüş “əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi” iddia tələbinə dair qarşılıqlı tələbindən kompensasiya ödənilməklə imtina edəcəyini təklif edir; 1.2. İşəgötürən "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) X1 işçi Cavabdeh təklifini qəbul edərək iddiadan imtina edilməsinə görə 3000 (üç min) manat məbləğində kompensasiya ödənilməsini təklif edir; 1.3. İşçi Cavabdeh işəgötürən "xxxx" MMC tərəfindən sazişin 1.2-ci bəndində ona təklif olunan kompensasiya məbləği ilə razılaşaraq, işdən azad edilmə barədə razılıq ərizəsi verəcəyini bəyan edir; 1.4. Tərəflər razılaşırlar ki, aralarında imzalanan barışıq sazişinin şərtlərinə əməl edildikdən sonra gələcəkdə bir-birinə qarşı heç bir iddia tələbi ilə çıxış etməyəcəyinə dair öhdəlik götürürlər; 1.5. Bu barışıq sazişi “əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi” tələbinə dair məhkəmədə qaldırılmış mülki iş üzrə iddia tələbindən imtina edilməsi üçün əsas hesab edilir; 1.6. Bu barışıq sazişi imzalanaraq məhkəməyə təqdim edilir və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-581/2025 saylı mülki iş üzrə yekun məhkmə aktı ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir; 1.7. Bu barışıq sazişi Azərbaycan dilində 3 nüsxədə tərtib edilmişdir və bir nüsxəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilməklə hər tərəfdə bir nüsxə saxlanılacaqdır; 1.8. Bu barışıq sazişi məhkəmə aktı ilə təstiq edildikdən sonra “Tərəflər”dən biri barışıq sazişinin şərtlərinə əməl etməzsə digər tərəf icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir; 1.9. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri haqqında xəbərdar olduqlarını qəbul edirlər; 1.10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər.” İddiaçı MMC-nin Cavabdeh qarşı əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi tələbi barədə ilk iddiası, Cavabdeh İddiaçı MMC-nə qarşı son haqq-hesabın verilməsi tələbi barədə qarşılıqlı iddiası barədə e-2(002)-581/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-581/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-581/2025
08.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver