Məhkəmə qərarları › İş №e-2(002)-590/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-590/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-590/2024 08.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 20 aprel tarixli 07/02676 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 1030 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh borcu ödədiyi üçün iddianı geri götürdüyünü bildirmiş və müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarını iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən baxılmamış saxlama haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İş üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (təyinatı: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı ASC, mədaxil qəbzinin nömrəsi: **********, Ödəniş Tarixi: xx.xx.2023, Büdcə təsnifat kodu: 142211, Büdcə təsnifatı səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE**********0002117131:) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı ASC-ə geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar