Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-594/2023 07.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2 Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun və məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır o, 2022-ci ilin avqust ayında mənzil almaq üçün ev alqı-satqısı ilə məşğul olan X3 müraciət etmişdir. X4 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Grand Narimanoff” yaşayış kompleksində ümumi sahəsi 116 kv metr olan mənzilin satıldığını bildirdi. Makler ona mənzili göstərdi və mənzilin sahibi, iddia üzrə Cavabdeh ilə tanış etdi. Cavabdeh ilə mənzilin qiymətini 235000 (iki yüz otuz beş min) manata razılaşdılar və o mənzili Azərbaycan Beynəlxalq Bankından ipoteka krediti götürərək alacağını bildirdi. Bundan sonra aralarında xx.xx.2022-ci il tarixli yazılı beh müqaviləsi bağlandı. Beh müqaviləsinin şərtlərinə əsasən, 0- İddiaçı Cavabdeh hazırda yaşadığı mənzilin alınması niyyəti ilə 1000 manat məbləğində beh vermişdir. Bundan sonra “Grand Narimanoff” YK, blok B, mənzil 7 ünvanı üzrə ümumi sahəsi 116, 0 kv m. olan mənzili ABB (Azərbaycan Beynəlxalq) Bankı vasitəsilə İPOTEKA ilə alınmasına yönəldəcəyini qeyd etdi. Beh məbləğini götürən Cavabdeh isə İpoteka şərtləri, yəni mənizilin bank tərəfindən giymətləndirmə prosesində uyğunsuzluğu olduqda və ya bank tərəfindən sənədləşmədə hər hanası problemlər yaranarsa behin geri qaytarılmasına təminat verdiyini öhdəsinə götürdü. O, Beh müqaviləsini bağlayarkən 1000 manat məbləğində behi Cavabdeh ödədi. Bundan sonra o, Azərbaycan Beynəlxalq Bankına ipoteka üçün müraciət etdi. Lakin Azərbaycan Beynəlxalaq Bankı ipoteka krediti verməkdən imtina etdiyi üçün o, mənzili ala bilmədi və cavabdehə müraciət etdi ki, verdiyi 1000 manat behi qaytarsın. Lakin cavabdeh beh məbləğini ona qaytarmaqdan imtina etdi və telefonlarına cavab vermədi. Buna görə də o, Cavabdeh ona verməli olduğu 1000 manat pulun alınması üçün məhkəməyə müraciət etməli olur və hesab edir ki, 1000 manat məbləğində pulun və məhkəmə xərclərinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun, məhkəməyə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 80 manat haqqın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili X5 məhkəmə iclasında izahatlarında iddia tələbinin artırılmasına dair ərizənin qəbul edilməsini və iddia tələbinin artırılamasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir belə ki, iddiaçı tərəfindən ona 1000 manat pul beh qismində verilsə də, müqavilənin baş tutmamasının təqsiri iddiaçıda olduğundan pul qaytarılmamalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Beh müqaviləsindən(əlyazma) görünür ki, İddiaçı Cavabdeh 1000 manat məbləğində beh verir ki, “Grand Narimanoff” YK, blok B, mənzil 7 ünvanı üzrə ümumi sahəsi 116kv m mənzilin Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ipoteka ilə alınmasına dair razılaşırlar. Həmin müqavilədən görünür ki , Beh məbləğini götürən Cavabdeh isə İpoteka şərtləri, yəni mənzilin bank tərəfindən giymətləndirmə prosesində uyğunsuzluğu olduqda və ya bank tərəfindən sənədləşmədə hər hanası problemlər yaranarsa behin geri qaytarılmasına təminat verdiyini öhdəsinə götürdü. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Beynəlxalq Bankın xx.xx.2023-cü il tarixli məktubunuza cavab olaraq bildirir ki xx.xx.2023cü il tarixli, No23/41-40 nömrəli məktubunuza cavab olaraq bildirir ki, İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, "Grand Narimanoff" Yaşayış Kompleksi blok B, mənzil 7 ünvanında yerləşən, ümumi sahəsi 116 kv.m. olan mənzilin alınmasından ötrü daxili ipoteka kreditinin verilməsi ilə əlaqədar Bankın Səbail filialınamüraciətedilmiş və sonrakı mərhələdə qiymətləndirmə şirkəti tərəfindən mənzilə 156.000 manat məbləğində likvid qiymət müəyyən edilmişdir. Belə olan halda, mənzilin alınması üçün İddiaçı ehtyacı olduğu kredit məbləğinin mənzilin likvid dəyərindən çox olması səbəbindən Bank daxili qaydalara müvafiq olaraq müştəriyə ilkin ödənişin artırılması şərti ilə daxili ipoteka kreditinin veriləcəyinin mümkünlüyü bildirilmişdir. Əslində Bank tərəfindən İddiaçı imtina edilməmiş, tam əksinə ilkin ödənişin artırılması şərti ilə daxili ipoteka kreditinin verilməsinə dair Bankın təklifinə müştəri etirazını bildirərək filialı tərk etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 46 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə fərdi qaydada fəaliyyət göstərən X5 arasında hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 019340 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 46 nömrəli müqavilə üzrə 80 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq normaları: Məhkəmə hazırki mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmi Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən,Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tərəflərin izahatlarından göründüyü kimi onlar arasında sadə əlyazma ilə “beh” müqaviləsinin bağlanması və 1000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi mülki işin mübahisəsiz hallarına aiddir.Tərəflər arasındaki mübahisəli hal isə iddiaçı cavabdeh tərəfindən müqaviləyə əsasən yaranmış vəziyyətə görə verilmiş behin qaytarılmasını öhdəsinə götürməsinə baxmayaraq, hal-hazırda ondan asılı olmayan səbəblərdən evin alqı-satqısı müqaviləsinin bağlanması mümkün olmadığı halda cavabdeh ona verilmiş 1000 manat məbləğində beh pulunu geri qaytarmamasını qeyd edərək, pulu tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək, evin sənədlərinin hazırlanmasına onun tərəfindən xərc çəkildiyini, , müqavilənin baş tutmamasının təqsiri iddiaçıda olduğundan pulun qaytarılmamalı olduğunu əsas gətirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlaka sərəncam verilməsinə dair beh müqaviləsi AR Mülki Məcəlləsinin 491.2ci maddəsinə əsasən notariat qaydada təsdiq edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 491.-ci 329-cu və 337-ci maddələrini əsas götürərək, tərəflər arasında müqavilə bağlanarkən mülki qanunvericiliyin müqavilənin forması ilə bağlı şərtlərinə riayət edilmədiyindən onlar arasında bağlanmış beh müqaviləsinin etibarsız əqd hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 337-ci maddəsinin tələbinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır və həmçinin tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Beləliklə, iddiaçının iddia tələbinin predmetini “pul tələbi” təşkil etdiyindən və onlar arasından bağlanmış müqavilə etibarsız əqd hesab edildiyindən, hazırkı mülki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin vəkil haqqı ilə bağlı hissəsinə dair qeyd edir ki, işə əlavə edilmiş qəbzdən də göründüyü kimi iddiaçı tərəfindən mülki iş üzrə hüquqi xidmət üçün vəkilə 80 manat məbləğində pul ödənilmiş və hazırda iddiaçı həmin məbləği də cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsas iddia tələbi təmin edildiyindən müvafiq olaraq ondan törəmə iddia tələbi olan 80 manat məbləğində vəkil haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 1000 (bir min) manat məbləğində pul, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 80 manat hüquqi xidmət üçün vəkil haqqı İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 1000 (bir min) manat məbləğində pul, ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu və 80(səksən) manat hüquqi xidmət üçün vəkil haqqı olmaqla, cəmi 1110(bir min yüz on) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimov
Məhkəmə qərarları › İş №e-2(002)-594/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-594/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver