Məhkəmə qərarları › İş №e-2(002)-63/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-63/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-63/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi vəkili X2, Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X3 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı vəkili Vəkil məhkəməyə vəsatət verərək, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-1864/2022 saylı mülki işin həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair 2(002)-1208/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-1864/2022 saylı mülki işin İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair 2(002)-1208/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə vəsatət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair 2(002)-1864/2022 saylı mülki işin İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair 2(002)-1208/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinin tələbləri əsas götürülməklə həmin iddialar üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilən Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İstinad edilən Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Adı çəkilən Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-1864/2022 saylı mülki iş İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair 2(002)-1208/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Vəsatət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-1864/2022 saylı mülki iş İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair 2(002)-1208/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar