Məhkəmə qərarları › İş №e-2(002)-653/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-653/2023

20.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-653/2023 20.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı, X8, X9 və X7, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 Babalı oğlunun, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı, X8, X9 və X7 Cavabdeh «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X15, X16 və X13 cavabdeh X5 «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvana köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, əsl olmayan cavabdeh X10 əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1994-cü ilin iyun ayında X10 ilə nikaha daxil olmuşdur və həmin dövrdən ünvan 1 ünvanda yaşayır. Bu nikahdan X15, X16 və X13 həmin evdə doğulmuşlar. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə onun X3 atası Cavabdeh məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi keçid 1594, 26 saylı evin 10 saylı mənzilindən istifadə hüququ tanınmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(002)-2744/2022 saylı qətnaməsi ilə onunla X10 arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh onları qeydiyyatda olduqları evə buraxmır. Halbuki, 30 ilə yaxındır həmin evdə yaşamışlar və evi təmir etmişlər. Cavabdeh 14 mart 2022-ci il tarixdə öz xətti ilə yazaraq, mənzil satılandan sonra X12 20.000 manat verəcəyini öhdəsinə götürmüşdür. O, mübahisəli yaşayış sahəsində yaşamışdır və ona məxsus olan əşyalar, o cümlədən geyim əşyaları da həmin mənzildədir, həmi yaşayış sahəsindən cavabdeh tərəfindən məhrum edilmişdir və bu məhrum etmə cavabdeh tərəfindən törədilən özbaşınalıq, qanunsuzluqdur. İddiaçılar və onların nümayəndəsi və vəkili Vəkil1 Babalı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdilər, iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsinə dair ərizə verdi və izahatında bildirdi ki, iddiaçıların və nümayəndələrinin verdikləri ifadələrə görə müəyyən edilmişdir ki, iddiaçılar bir neçə ildir ki, həmin mənzildə yaşamırlar. Məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş 61 saylı arayışdan görünür ki, iddiaçılar 2021-ci ilin aprel ayından artıq iki ildir ki, ünvan 2 ünvanda yaşayırlar. O da müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış mənzil münasibətləri 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin qüvvədə olma dövrünə təsadüf edir. Özlərinin iddia etdiklərinə görə, onların evdən getmələri isə 01 oktyabr 2009-cu ildən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsinin qüvvədə olma dövrünə təsadüf edir. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşıyış sahəsi altı ay saxlanılır. 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş və hal-hazırda da qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçılar ən azı iki il əvvəl köçüb daimi yaşamaq üçün başqa ünvana getmiş və özlərinə məxsus mənzildə yaşayırlar. Bu səbəbdən, köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri baxımından mübahisəli mənzilə hüquqları itirilmişdir. Digər tərəfdən, iddiaçılar ilə cavabdeh ailə münasibətlərində olmadıqlarından, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə iddia tələbi təmin oluna bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, ailə üzvləri hesab edilə bilərlər. İşin faktiki hallarından görünür ki, iddiaçılar vaxtı ilə «digər qohumlar» kateqoriyasına aid olmuş, lakin həmin şəxslərlə ailə münasibətlərinə xitam verilmiş, ailə münasibətlərinə xitam verildikdən sonra, özləri mübahisəli mənzildən çıxıb getmiş və mülkiyyətçi ilə birgə yaşayıb, birgə təsərrüfat aparmırlar. İddia ərizəsi tələb etmə müddəti baxımından da tam əsassızdır. Belə ki, bu halı sübut edə bilməsələr də, iddiaçılar iddia edirlər ki, ən azı 2021-ci ilin aprel ayından onların mənzil hüquqları pozulmuşdur. Bu səbəbdən, iddia tələbinin rədd edilməsi əsasları kimi Mənzil Məcəlləsinin yuxarıda sadalanan normaları ilə yanaşı, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 cavabdehin nümayədəsi Vəkil2 izahatına əlavəsinin olmadığını bildirib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin, onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 05 iyun 1994-cü il tarixli Vİ-JQ seriyalı 422079 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X10 ilə X2 arasında nikah 05 iyun 1994-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 946 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Heydərova soyadı verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(002)-2744/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X5 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X4 Cavabdeh məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 26 saylı evin 10 saylı mənzilinə dair istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 09 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1594-cü keçid 26 saylı evin 10 saylı mənzili tam pay şəklində Cavabdeh adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 1356 saylı reyestr kitabının 123940 saylı vərəqində qeydiyyata alınmışdır. 152 saylı MKİS-in 06 yanvar 2023-cü il tarixli 33 saylı arayışından görünür ki, iddiaçılar Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1594-cü keçid 26 saylı evin 10 saylı mənzilində qeydiyyatdadırlar. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 61 saylı arayışından görünür ki, iddiaçılar Bakı şəhəri Ə.Hacıyev küçəsi 46 A saylı evin 49 saylı mənzilində 2021-ci ilin aprel ayından kirayəşin olaraq yaşayırlar. Cavabdeh tərəfindən yazılması qeyd olunan 14 mart 2020-ci il tarixli öhdəlik başlıqlı vərəqdə göstərilir ki, o, mübahisəli mənzili satdıqdan sonra nəvəsi Cəmil Heydərliyə 20.000 manat verəcək. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(002)-928/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh X5 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası təmin edilmiş, X3 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1594-cü keçid 26 saylı evin 10 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı cavabdehin keçmiş gəlini, digər iddiaçılar isə cavabdehin nəvələridir. İddiaçılar mübahisəli mənzildən çıxarılana qədər uzun illər ərzində həmin mənzildə yaşamışlar, mənzildən istifadə hüquqları var. Cavabdeh iddiaçıları mənzilə buraxmadığından, sonuncular 2021-ci ilin aprel ayından başqa ünvanda kirayədə qalmağa məcbur olmuşlar. İddiaçılar hüquqları pozulduğundan, məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətlərinə xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyatı maddi hüquq normaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bir qayda olaraq evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. İşin faktiki hallarından görünür ki, iddiaçılar mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq çıxarılmışlar. Onlar əvvəllər yaşadıqları və əşyalarının olduğu mənzilə köçmək, orada yaşamaq istəyirlər. İddiaçıların yaşadığı mənzildən məhrum edilməsi halının aradan qaldırılması, hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göründüyü kimi, iddiaçılar öz iradələrinin ziddinə mənzildən çıxarılmışlar, iddiaçıların mənzildən istifadə hüququ cavabdeh tərəfindən pozulmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı, X15, X16 və X13 Cavabdeh məxsus olan ünvan 1 ünvana köçürülməlidirlər. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı, X15, X16 və X13 Cavabdeh məxsus olan ünvan 1 ünvana köçürülsünlər. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar