Məhkəmə qərarları › İş №e-2(002)-69/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-69/2025

18.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-69/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı iddiaçının əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddiaçının əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat dəymiş zərər, 60 manat ödənilmiş dövlət rüsumu tutularaq (alınaraq) İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı: İddiaçı MMC-də (bundan sonra: Şirkət) sürücü vəzifəsində işləmiş iş üzrə cavabdeh: Həsənov X2 məxsus RENAULT DOKKER yük marka modelli, 99JX673 qeydiyyat nişanlı avtomobillə (bundan sonra: avtomobil) xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şirkətə məxsus avtomobilə 3800 (üç min səkkiz yüz) manat dəyərində maddi zərər dəymişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, TP ******* saylı, “inzibati tənbeh vermə haqqında” qərarla baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmişdir. Qeyd edirik ki, işçi ilə Şirkət arasında, işçinin tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə mövcud olmuşdur. 17 avqust 2023-cü il tarixdə Şirkətin əməkdaşı Cavabdeh ilə bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Dəfələrlə Cavabdeh dəymiş zərərin ödənilməsi tələb edilmişdir, lakin o, zərəri ödəməmişdir. Yaranan mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət edilmişdir, bununla bağlı olaraq Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli arayış verilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, məhkəməyə təqdim edilən zaman avtomobilə ehtiyat hissələri və təmir xərcləri ilə bağlı dəyən zərər dəqiq göstərilsə də, qəza nəticəsində avtomobilin əmtəə dəyərinin azalması qeyd edilməmişdir. Hadisə nəticəsində avtomobilin əmtəə dəyəri 3000,00 (üç min) manat azalmışdır. Bu səbəbdən də hesab edir ki, həmin məbləğ də cavabdehdən tutulmalıdır. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat dəymiş zərər, 88 manat ödənilmiş dövlət rüsumu tutularaq (alınaraq), İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə etdi ki, əmtə dəyəri bazar qiymətidir. 3800 manat təmir xərcidir. 3000 manat isə əmtəə dəyəridir. Maşın 2014-cü ilin maşınıdır. Tana MMC maşını 2015-ci ildə NURGÜN Motorsdan 15000 manata almışdır.Rəy ilə razıdır. Rəydə maşına dəyən ziyanın dəyəri çox göstərilsə də onlar iddia tələbinin artırılmasına ehtiyac görmürlər. 3800 manat dəyən zərər və 3000 manat əməyə dəyərinin azalması hissəsində iddia tələbini müdafiə edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli maddi məsuliyyət haqqında müqavilədən görünür ki, X3 Müqaviləsinin ayrılmaz hissəsini təşkil edir. Bu Müqavilə üzrə İşəgötürənə vurduğu ziyana görə İşçi Əmək Məcəlləsinin 199-cu Maddəsinin müddəalarına əsasən tam maddi məsuliyyət daşıyır. Ziyan vurulduqdan sonra İşçinin əmək münasibətlərinə xitam verilməsi onu maddi məsuliyyətdən azad etmir. Bu Müqavilə üzrə İşçi vurduğu ziyana görə cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə borcludur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AC №493514 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “RENAULT DOKKER” yük marka modelli, **-JX-*** qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2664 (iki min altı yüz altmış dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məktubundan görünür ki , “RENAULT DOKKER” yük marka modelli, **- JX-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdən İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin sorğuya cavab olaraq məhkəməyə göndərdiyi məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirşindən görünür ki, xx.xx.2023-cü il tarixli 023/23 saylı əmrə əsasən işəgötürən İddiaçı MMC tərəfindən Cavabdeh əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Nurgün Motorsun xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “RENAULT DOKKER” yük marka modelli, **-JX-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 4230 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin xx.xx.2025-ci il tarixli AE04-129/25 saylı ekspert rəyindən görünür ki, Mütəxəssis qarşısında qoyulmuş sualların həlli üçün xərc yanaşması və müqayisəli satışlar yanaşmasından istifadə edilmişdir. Beləliklə, e- 2(002)-69/2025 saylı mülki iş üzrə mütəxəssis qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır.1. Nurgün-Motors tərəfindən tərtib edilən akta əsasən "RENAULT DOKKER" yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə törədilən vaxt xx.xx.2023-00 il tarixə vurulan zərər (təmir, avadanlıq xərcləri) 4 070,0 (dörd min yetmiş) manat təşkil etmişdir. 2. Təqdim olunmuş mülki işin materiallarında "RENAULT DOKKER" yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyişdirilən və ya təmir edilən hissələrin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) xx.xx.2023-cü il tarixə elektron qaimə fakturası mövcud olmadığından dəyərin müqayisəsini aparmaq mümkün hesab edilmir. 3. “RENAULT DOKKER" yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəyən zərər nəzərə alınmaqla ümumi bazar dəyəri üzrə qiymətinin azalması (əmtəə dəyər itkisi)-2450,0 (iki min dörd yüz əlli) manat təşkil etmişdir. 4. "RENAULT DOKKER" yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixə amortizasiyası nəzərə almaqla bazar qiyməti (ədalətli bazar dəyəri)- 13140 (on üç min bir yüz) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə mülki iş üzrə mübahisə predmeti ilə bağlı qeyd edir ki, iddiaçı keçmiş işçisi olan cavabdehin təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə onun əmlakına vurulmuş cəmi 3800 manat olmaqla zərəri tələb edir, cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, cavabdeh təqsirli hərəkətləri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçıya məxsus əmlaka maddi ziyan vurulmuşdur. İş materiallarında göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri zamanı ziyanla bağlı borcun etirafı barədə müqavilə imzalanmışdır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı 3800 manat dəymiş zərər, 3000 manat məbləğində əmlakının azalmış əmtəə dəyərini tələb edir. Mülki iş üzrə təyin edilmiş ekspertiza rəyindən göründüyü kimi "RENAULT DOKKER" yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində vurulan zərərin (təmir, avadanlıq xərcləri) məbləği 4070 manat təşkil etsə də, iddiaçı 3800 manat məbləğində tələb etdiyinə görə məhkəmə hesab edir ki, iddia tələbinin əmlaka vurulan zərər hissəsində tələb olunan məbləğdə təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin əmlakın azalmış əmtəə dəyərinnin məbləği hissəsində isə qeyd edir ki, iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli AE04-129/25 saylı ekspert rəyindən göründüyü kimi, “RENAULT DOKKER" yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəyən zərər nəzərə alınmaqla ümumi bazar dəyəri üzrə qiymətinin azalması (əmtəə dəyər itkisi)-2450 manat təşkil etmişdir. İddiaçı isə həmin 3000 manat olmaqla tələb etsə də, həmin məbləğin 3000 manat olmasına dair hər hansı bir sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir iddia tələbi həmin hissədə qismən təmin edilərək, mütəxəssis rəyi ilə nəzərdə tutulmuş məbləğ hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199.1-ci maddəsinə əsasən işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını və iş üzrə sübutları araşdıraraq, iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla, qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 88 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləği də cavabdehdən tələb etmişdir. Hazırda iddia tələbi qismən təmin edildiyindən və iddia tələbinin təmini edilmiş hissəsinə mütənasib dövlət rüsumunun məbləği 82,5 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, iddia tələbinin dövlət rüsumunun tələbinə dair hissədə qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 82,50 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, vurulmuş ziyana görə 3800 manat, əmtəə dəyər itkisinə görə 2450 manat olmaqla cəmi 6250 manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 82,5 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçıMMC-yə ödənilməlidir. Eyni zamanda mütəxəssis rəyi alınması üçün 300 manat ödənişi İddiaçı MMC tərəfindən ödənilmişdir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş ziyana görə 3800 manat, əmtəə dəyər itkisinə görə 2450 manat olmaqla cəmi 6250(altı min iki yüz əlli) manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 82,5(səksən iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyi üçün ödənilmiş 300(üç yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar