Məhkəmə qərarları › İş №e-2(002)-700/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-700/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-700/2023 18.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəni məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında iddialara məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi qeyd olunmuş ərizəni xüsusi icraat qaydasında verməli olduğu halda bu tələbə riayət etməmiş, ərizənin ilk səhifəsində özünü iddiaçı, Maraqlı şəxs isə cavabdeh kimi, növbəti səhifəsində isə özünü ərizəçi, Maraqlı şəxs isə maraqlı şəxs kimi qeyd etmişdir. Bu səbəbdən ərizə məhkəməyə daxil olarkən qeyri-müəyyənlık yaranmış, ərizə xüsusi icraat qaydasında baxılan iş kimi deyil, 2 indekslə, yəni iddia icraatı qaydadsında baxılan iş kimi qeydə alınmışdır. Belə olan halda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər mümkün hesab edilmir və geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150.0.1,152.2.4, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar