Məhkəmə qərarları › İş №e-2(002)-987/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-987/2022

20.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-987/2022 20.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı “Şam Fİ X2” MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 1710,02 manat dəyərində maddi zərər və 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutlaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Şam-Fİ X2” MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsində işləmişdir. İdarə etməsi üçün cəmiyyətin icarə əsasında istifadəsində olan “Hyundaı HD72” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona verilmişdir. 17.11.2021-ci il tarixində cavabdeh qeyd edilən nəqliyyat vasitəsi ilə sifariş vermiş 22 müştəriyə çatdırmaq üçün 2845,23 manat dəyərində malı cəmiyyətin anbarından qəbul etmiş və həmin malın 1666,03 manat dəyərində hissəsi 18 müştəriyə çatdırmışdır. Maşında 4 müştəriyə çatdırılması üçün nəzərdə tutulmuş 1179,2 manat dəyərində mal qalmışdır. Bundan sonra 18.11.2021-ci il tarixində həmin nəqliyyat vasitəsinə orada qalıq kimi qalmış 1666,03 manat dəyərində maldan əlavə 41 müştəriyə çatdırmaq üçün 1908,72 manat dəyərində mal yüklənmişdir. Beləliklə də 18.11.2021-ci il tarixində “Hyundaı” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bortunda ümumilikdə 3087,92 manat dəyərində mal olmuşdur. 19.11.2021-ci il tarixində cavabdeh qeyd edilən nəqliyyat vasitəsində olan malları müştərilərə çatdırmaq üçün anbarın ərazisindən çıxmış və yolda onun üçün müəyyən edilmiş hərəkət marşrutundan kənara çıxaraq Lökbatan ərazisində yerləşən binaların həyətinə daxil olaraq təxminən 8 dəqiqə orada qaldıqdan sonra yenə öz yoluna davam edərək cəmiyyətin Xətai rayonunda yerləşən mərkəzi anbarına gəlmiş və “Hyundaı” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həmin anbarın ərazisindəki avtomobil parkında park edərək İnsan Resursları şöbəsinə gələrək işdən çıxmaq istədiyini bildirmişdir. Ona maddi məsul şəxs olduğu və müvafiq qaydada təhvil-təslim etməklə işdən çıxa biləcəyi başa salınsa da cavabdeh heç bir şeyi təhvil vermədən özbaşına çıxıb getmişdir. Bundan sonra cəmiyyət məcbur qalaraq cavabdehin təhvil vermədən getdiyi nəqliyyat vasitəsinə baxış keçirilməsi və orada qalmış mal qalığının müəyyən edilməsi üçün komissiya təşkil edilmişdir. Komissiyanın iştirakı ilə “Hyundaı” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bortuna baxış keçirilən zaman baxış anında bortda faktiki olaraq 1377,9 manat dəyərində mal qalığının olması müəyyən edilmiş və həmin mallar anbara təhvil verilmişdir. Eyni zamanda aparılmış yoxlamalar nəticəsində 1710,02 manat dəyərində malın çatışmaması müəyyən edilmişdir. Qeyd edilən məsələ ilə bağlı ətraflı araşdırma aparılmış, müvafiq şəxslərdən izahatlar alınmış, müvafiq sənədlər toplanmış və zəruri video görüntülər götürülmüşdür. Cavabdeh özü isə məsələ ilə bağlı izahat verməkdən yayınmış və vurduğu zərəri ödəməkdən imtina etmişdir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-yə 1710,02 manat dəyərində maddi zərər dəymişdir. Cavabdeh isə vurduğu zərəri könüllü ödəmək istəmir. Buna görə də İddiaçı MMC cavabdehin vurduğu zərərin ondan alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli “Hyundai” markalı, **-JA-*** nömrəli yük maşınının sayımının nətcəsinə dair aktın surətindən görünür ki, Komissiyanın iştirakı ilə “Hyundaı” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bortuna baxış keçirilən zaman baxış anında bortda faktiki olaraq 1377,9 manat dəyərində mal qalığının olması müəyyən edilmiş və həmin mallar anbara təhvil verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən həmin Məcəllənin 199-200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqın məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə . onda işəgütürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) - hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını cozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsində işləmişdir. İdarə etməsi üçün cəmiyyətin icarə əsasında istifadəsində olan “Hyundaı HD72” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona verilmişdir. 19.11.2021-ci il tarixdə cavabdeh qeyd edilən nəqliyyat vasitəsində olan malları müştərilərə çatdırmaq üçün anbarın ərazisindən çıxmış və yolda onun üçün müəyyən edilmiş hərəkət marşrutundan kənara çıxaraq Lökbatan ərazisində yerləşən binaların həyətinə daxil olaraq təxminən 8 dəqiqə orada qaldıqdan sonra yenə öz yoluna davam edərək cəmiyyətin Xətai rayonunda yerləşən mərkəzi anbarına gəlmiş və “Hyundaı” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həmin anbarın ərazisindəki avtomobil parkında park edib İnsan Resursları şöbəsinə gələrək işdən çıxmaq istədiyini bildirmişdir. Ona maddi məsul şəxs olduğu və müvafiq qaydada təhvil-təslim etməklə işdən çıxa biləcəyi başa salınsa da cavabdeh heç bir şeyi təhvil vermədən özbaşına çıxıb getmişdir. Bundan sonra cəmiyyət məcbur qalaraq cavabdehin təhvil vermədən getdiyi nəqliyyat vasitəsinə baxış keçirilməsi və orada qalmış mal qalığının müəyyən edilməsi üçün komissiya təşkil edilmişdir. Komissiyanın iştirakı ilə “Hyundaı” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bortuna baxış keçirilən zaman baxış anında bortda faktiki olaraq 1377,9 manat dəyərində mal qalığının olması müəyyən edilmiş və həmin mallar anbara təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməli, Cavabdeh 1710.02 manat manat maddi zərər və 50 manat məbləğində mediasiya xərci tutularaq, iddiaçı “Şam Fİ X2” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci də cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 1710,02 manat dəyərində maddi zərər və 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar