Məhkəmə qərarları › İş №e-2(003)-100/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-100/2025

04.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-100/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkrəm Qəhrəmanov Sabir sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi (anası) X1 iştrakı ilə, İddiaçı1 Cavabdeh qarşı "yaşayış sahəsinin boşaldılması" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddianın əsaslandırıcı hissəsində göstərilən cehiz əşyalarını İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxararaq yaşayış sahələrini boşaldıb təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "yaşayış sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya mütaciət etmədiyi üçün baxılmamış saxlanılmışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3440/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı baxılmamış saxlanılması hissəsində ləğv edilmiş və İddiaçı1 (Cavabdeh sabiq qayınatası olduğundan onun üçün mediasiyaya müraciət etməsinə ehtiyac olmadığına görə) münasibətdə iddia ilə bağlı sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və İddiaçı2 aid hissənin baxılmamış saxlanılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı "yaşayış sahəsinin boşaldılması" tələbinə dair mülki iş cehiz əşyları ünvan 3 ünvanındakı evində yerləşdiyinə görə baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-1477/2024 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6024/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-1477/2024 nömrəli qərardadı ləğv edilərək mülki iş mahiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə göstərdi ki, İddiaçı2 ilə Cavabdeh 06 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Onların nikahı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(003)-1170/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh gəlin köçərkən, onun cehiz əşyalarını bir qismi mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, digər qismini isə qaynatası İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yığılmışdır. Cavabdeh nikah pozulmazdan xeyli əvvəl ata evinə gedərək orada yaşayır. Hazırda nikahın pozulmasına baxmayaraq Cavabdeh cehiz əşyalarını sabiq qaynatasına məxsus olan Şəmkir şəhərində yerləşən evdən çıxarmaqdan imtina edir. Şəmkir şəhərində İddiaçı1 məxsus olan fərdi yaşayış evində cavabdehin aşağıdakı cehiz əşyaları mövcuddur: Soyuducu – 1 ədəd ; paltaryuyuan maşın- 1 ədəd; Tozsoran- 1 ədəd; ət çəkən maşın- 1 ədəd; ütü və ütü masası- 1 dəst; mikrovalnovka- 1 ədəd; şirəçəkən- 1 ədəd; xalça – 1 ədəd və qab-qacaq. Cavabdehin özünə məxsus olan həmin əşyaları çıxarıb aparmaması və evi boşaltmaması nəticəsində nümayəndəsi olduğum iddiaçıların mülkiyyət hüququ kobud şəkildə pozulur, faktki olaraq evdən istədikləri kimi istifadə edə bilmirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında göstərdi ki, ünvan 2 ünvanına baxış keçirilən zaman sadalanan əşyaların hamısının orada olduğu aşkar edilmişdir. Şikayətləri bununla bağlıdır ki, əşyaların bəzisi iddiaçılar tərəfindən istifadə edilərək yararsız hala salınmışdır. Hal-hazırda həmin cehiz əşyalarının aparılmağa yeri olmadığına görə iddia ərizəsinə etiraz edirlər. İddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh nümayəndəsi (anası) X2 məhkəmə iclasında göstərdi ki, iddia tələbini qəbul etmir.Əşyaları saxlamağa yer yoxdur. Özləri bir otaqlı evdə qalırlar. Cehiz əşyaları istifadə nəticəsində yararsız hala salınmışdır. Əşyaların hər biri yüksək maddi dəyərə malikdir və Bəhrinurun atası tərəfindən həyatda olduğu vaxt alınmışdır. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan ******* saylı Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 məxsusdur. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin e-2(003)-1170/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 və Cavabdeh arasında xx.xx.2019-cu il tarixində bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş X3 anası Cavabdeh yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı2 500 manat məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, “mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh məxsus olan cehiz əşyalarının bir qismi İddiaçı1 məxsus ünvan 2 ünvanında saxlanmışdır. Şəmkir şəhərində İddiaçı1 məxsus olan fərdi yaşayış evində cavabdehin aşağıdakı cehiz əşyaları mövcuddur: Soyuducu – 1 ədəd ; paltaryuyuan maşın- 1 ədəd; Tozsoran- 1 ədəd; ət çəkən maşın- 1 ədəd; ütü və ütü masası- 1 dəst; mikrovalnovka- 1 ədəd; şirəçəkən- 1 ədəd; xalça – 1 ədəd və qab-qacaq. Bu hal iddiaçının mülkiyyət hüquqlarını pozmaqla, onun öz mülkiyyətindən sərbəst istifadəsinə maneə olmaqdadır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus Soyuducu –1 ədəd, paltaryuyuan maşın-1 ədəd,Tozsoran-1 ədəd,ət çəkən maşın-1 ədəd,ütü və ütü masası-1 dəst, mikrovalnovka-1 ədəd, şirəçəkən-1 ədəd, xalça–1 ədəd və qab-qacaq İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar