Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1005/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı «pul və maddi ziyan» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2600,0 manat məbləğində pul və 46,0 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənnilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh ona 2600 ( iki min altı yüz) manat məbləğində pul borcludur. xx.xx.2020-ci ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən X1 ilə Cavabdeh arasında 3200 (üç min iki yüz) manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 15 ( on beş ) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür 3200 (üç min iki yüz ) manatdan 2600 (iki yüz altı yüz ) manat borcdan qalmışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərin surətindən görünür ki, iddiaçının iddia ərizəsində müqavilə kimi qeyd etdiyi sənəd əslində əlyazma şəklində doldurulmuş iltizamdır və hansı tarixdə və kim tərəfindən doldurulmasının və imzalanmasının müəyyən edilməsi sadələşdirilmiş icraat qaydasında müəyyən etmək mümkün deyildir. Belə olan halda ərizədə göstərilən müqavilənin əlyazma olduğu və onun etibarlılığı ilə bağlı şübhələrin olduğu nəzərə alındıqda, həmin müqavilənin hüquqi qüvvəsinin müəyyənləşdirilməsi və tərəflər arasında yaranan mübahisənin həlli üçün daha ətraflı araşdırma və qiymətləndirmə tələb olunduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldım: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «pul və maddi ziyan» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina olunsun. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1005/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1005/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver