Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1017/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evini (yeni qaydalarla: Bakışəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********02-11301 reyestr nömrəli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1539 B-də (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadır və bu şəxslərin sözügedən evdə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı"xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüquqları yoxdur. Bu səbəbdən onların Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1539 B-də (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1539 Bnin (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Ona görə də, iddiaçı"xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evinə (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0.12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evindən (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) çıxarılmaqla həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə verdiyi izahatında bildirdi ki mübahisəli evi Arzuman adlı şəxsdən almışlar. Lakin həmin ev Arzumanın adında qalmışdır. 2013-cü illdən həmin evə rəsmi qeydiyyata düşmüşdür. Hal-hazırda qızları ilə həmin evdə yaşayırlar. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirdi ki mübahisəli evi Arzuman adlı şəxsdən almışlar. Evin hərracdan satılmasından xəbərləri olmayıb. İcra məmuru gələndə bundan xəbərləri olub. Hal-hazırda həmin evdə yaşayır. Ev onlara məxsusdur. Bankla razılaşaraq borcu ödəmək istəyirlər. İddia tələbinin rədd olunmasın xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0.12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Kommersiya Bank ASCyə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2013-cü il, Cavabdeh2 xx.xx.2021-ci il və X7 xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvana qeydiyyata düşmüşdürlər. İş materiallarında olan "xxxx" KB ASC ilə X8 arasında bağlanmış 070UGİ/14 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, X2 mülkiyyətində olan ünvan 1 bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 55500 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 25/02 saylı “Hərracın yekunları barədə” Protokolun surətindən görünür ki, X8 mülkiyyətində olan ünvan 1 bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini "xxxx" KB ASC-i almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC X2 mülkiyyətində olan ünvan 1 bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini 47812,5 manata almışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, "xxxx" KB ASC ilə X8 arasında 070UGİ/14 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və X2 mülkiyyətində olan ünvan 1 bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Sözügedən bağ evi xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən X2 mülkiyyətində olan ünvan 1 bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini 47812,5 manata alınmışdır. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0.12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Kommersiya Bank ASC-yə məxsusdur və hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər mübahisəli mənzilə qeydiyyata düşəsələrdə, mənzilin mülkiyyətçisinin ailə üzvləri deyildirlər. Mübahisəli mənzil üzərində əvvəlki mülkiyyətçinin mülkiyyət hüquqları və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İş üzrə Cavabdeh3 xx.xx.2013-cü il, Cavabdeh2 xx.xx.2021-ci il və X7 xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvana qeydiyyata düşmüşdürlər. Göründüyü kimi, tərəflər arasında mübahisəli evlə bağlı hüquq münasibəti Cavabdeh3 münasibətdə 2013-cü il tarixdən, Cavabdeh2 münasibətdə xx.xx.2021-ci il tarixdən və X5 münasibətdə xx.xx.2022-ci il tarixdən yaranmışdır. Məhkəmə iddianın “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0,12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evinə (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Baxılan işdən də görünür ki, iddiaçı cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsini tələb etmiş və cavabehlər bu tələbə etiraz edərək, banka olan krediti hissə-hissə ödəyəcəklərini bildirmişlər. Cavabdehlərin isə mənzilin ilkin mülkiyyətçisi ilə heç bir qohumluq münasibətlərinin olmaması müəyyən edilmişdir.Bu halda iddiaya hüquqi qiymət verilən zaman cavabdehlərin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinə hüquqi qiymət verilməli, hüququn saxlanması barədə və ya hüququn saxlanmasının mümkünsüzlüyünə hüquqi qiymət verilməlidir. Hazırki iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2013cü il, Cavabdeh2 xx.xx.2021-ci il və X7 xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvana qeydiyyata düşmüşdürlər. Halbuki, ipoteka müqaviləsi bağlanarkən cavabdehlərdən Cavabdeh2 xx.xx.2021-ci il və X7 həmin evdə qeydiyyatda olmamışdırlar. Məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli yaşayış evinin ilkin sahibinin ilə ailə üzvləri olmadığından, eyni zamanda cavabdehlərdən Cavabdeh2 və X3 münbahisəli evə ipoteka müqaviləsi bağlandıqdan sonra qeydiyyata düşdüyündən cavabdehlərin sözügedən mübahisəli evə heç bir hüquqi bağlılıqları yoxdur və onların həmin evdən istifadə hüquqları yaranmamışdır. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində yer alan 89-cu maddəyə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər mənzilin ilkin mülkiyyətçisi X1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin ilkin mülkiyyətçilsinin digər qohumu hesab edilmir. Odur ki, cavabehlərinmübahisəli mənzildən istifadə hüququ yaranmadığından, iddiaçının göstərilən iddia tələbi də təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0.12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evinə (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) istifadə hüquqları olmadığından həmin hüquqa xitam verilməsibarədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın “cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0.12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evindən (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) çıxarılmaqla həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil mənzilin keçmiş mülkiyyətçisi olan X8 tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, cavabdehlər isə qeyd edilən mənzildən çıxmadığından, iddia qeyd edilən hissədə təmin edilməlidir. Ona görə ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan , mübahisəli mənzil hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, cavabdehlər, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində 0.12 ha torpaq sahəsində yerləşən 1539 B saylı fərdi yaşayış evindən (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) çıxarılmalı, mənzil və torpaq sahəsi boşaldılmalıdır. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, mülki işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 100,0 manat rüsum ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci madəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi, iddia qismən təmin olunduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı olan iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq ona verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1539 B saylı fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi boşaldaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1539 B saylı fərdi yaşayış evindən (yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 245-ci Buzovna küçəsi, 29) və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli Göründüyü kimi, cavabdeh Zaur Tağıyevin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi və ya getməsi iş materialları ilə müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, işin bu cür halında cavabdeh Zaur Tağıyevin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəllənin 60 və 87-ci maddələrində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmir. Odur ki, X9 mövcud ilkin iddiasının hüquqi əsası yoxdur. Buna görə də, ilkin iddia rədd olunmalıdır. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
Məhkəmə qərarları › İş №e-2(003)-1017/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1017/2024
14.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver