Məhkəmə qərarları › İş №e-2(003)-1036/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1036/2022

31.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1036/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Nümayəndə iştiakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Milli Elmlər X8tu tərəfindən onunla müqavilə müddətinin bitməsi ilə əlaqədar çıxarıldığı müvafiq əmrin ləğv edilməsini, işə barpa edilməyi və bərpa olunacağı tarixədək hesablanmamış maaşın, həmçinin ödənilmiş 50 manat mediasiya xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11.11.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Milli Elmlər X8nda kiçik elmi işçi vəzifəsində işləyir. Onunla işəgötürən arasında əmək müqaviləsinin müddəti 1 (bir) il müddətinə bağlanmış (şifahi şəkildə bildirilmişdi) və 11.11.2021-ci il tarixinədək həmin müqavilə qüvəddə olmuşdur. 28.12.2021-ci il tarixində iş yerinin yerləşdiyi binaya daxil olmaq istərkən, binanın girişində yerləşdirilmiş “2021ci il üzrə əmək müqaviləsinə xitam verilən və öz hesabına məzuniyyətə çıxan işçilər” in siyahısına nəzər yetirərəkən 11-ci sırada öz ad, soyadını görmüşdür. Ad soyadının qarşısına 29.12.2021-ci il tarixindən etibarən əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. Daha sonra xitamın səbəbinin nə ilə əlaqədar olmasını öyrənmək üçün tanışları vasitəsi ilə X11 əmək müqaviləsinə Əmək Məcəlləsinin hansı maddəsi ilə xitam verildiyini öyrənmişdir. İlk başda əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndi ilə xitam verildiyi qeyd olunmuşdur. Təxminən bir saat keçdikdən sonra kadrlar şöbəsindən ona zəng edərək iş yerimə yaxınlaşaraq əmək kitabçamı götürə biləcəyini bildirdilər. Daha sonra işlədiyi yerin kadrlar şöbəsindən əmək kitabçasını götürməyə gedərkən, oradan ona öz xətti ilə yazılmamış “işçinin öz xahişi ilə işdən çıxarılmasına dair” özləri tərəfindən doldurulmuş ərizə təqdim edildi və həmin ərizənin tərəfindən imzalanması tələb edildi, əgər ərizəni imzalamadığı təqdirdə əmək kitabçasını verməyəcəklərini bildirdilər. O həmin ərizənin imzalanmasından imtina etdikdən təxminən 20 dəqiqə sonra, yenidən X13 əmək müqaviləsi bildirişinə baxdıqda, əmək müqaviləsinə xitam verilmə səbəbinin dəyişdirilərək “əmək müqaviləsi müddətinin bitməsi ilə” kimi qeyd edilmişdir. Bütün bu qanunsuzluqları və əmək müqaviləsinə heç bir səbəb və əsas olmadan, həmçinin barəsində heç bir intizam tənbeh tədbiri olmadığı təqdirdə onunla bağlanmış əmək müqaviləsinə onun xəbəri belə olmadan, qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi onu çox sarsıtdı və həmin xüsusatla bağlı yeri gələrsə, məhkəməyə kimi müraciət etmək qərarına gəldi. İddia ərizəsinə əlavə edilmiş 11.01.2022-ci il tarixli, 319 nörməli vəkil sorğusu ilə İddiaçı ilə Azərbaycan Respublikası Milli Elmlər X2 arasında əmək müqaviləsinin, işə qəbul, işdən çıxış əmrlərinin, həmçinin işlədiyi müddətdə barəsində intizam tənbeh tədbiri tətbiq olunubsa, həmin əmrin təsdiq edilmiş surətlərinin göndərilməsini xahiş etmişdir. Həmin vəkil sorğusuna verilmiş 24.01.2022-ci il tarixli, 103-03/02 saylı cavab məktubuna əsasən onunla 11.11.2020-ci il tarixli əmək müqaviləsi ilə mənə müqavilə müddətinin 30.12.2021-ci il tarixinədək olduğunu bildirdirmiş (mənə müqavilə müddətinin 1 il, yəni 11.11.2021-ci il tarixinədək qüvvədə olduğunu bildirmişdilər) və sorğuda qeyd olunan əmək müqavilələri, əmrlər göndərilməmişdir. Vəkil sorğusuna cavab məktubundan göründüyü kimi əmək müqaviləsinin tarixinin güya ki, 30.12.2021-ci il tarixində bitdiyini bildirsələr də, müqavilə müddəti bitməmiş, yəni, 29.12.2021ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilərək əmək qanunvericiliyinin tələblərini pozmuşdurlar. İddia ərizəsinə əlavə edilmiş 21.01.2022-ci il tarixli, 358 nömrəmli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə 29.12.2021-ci il tarixində 1 saat fərqlə əmək müqaviləsi bildirişində işçinin ilk öncə tərəflərdən birininin təşəbbüsü, daha sonra isə müqavilə müddətinin bitməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsinin qeyd olunmasının, yəni xitamın dəyişdirilməsinin səbəbinin öyrənilməsi ilə əlaqədar olaraq sorğu verilmiş, lakin bu günkü tarixədək cavab məktubu göndərilməmişdir. Yuxarıda qeyd olunanlardan və Əmək Məcəlləsinin müvafiq maddələrindın göründüyü kimi onunla bağlanılmış əmək müqaviləsinin müddəti 11.11.2021-ci il tarixində bitir, lakin müqavilə müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verilməsinin ən son günü 18.11.2021-ci il tarix olmasına baxmayaraq, 29.12.2021-ci il tarixində, yəni 41 gün sonra əmək müqaviləmə müqavilə müddətinin bitməsi ilə xitam verilmişdir. Həmçinin vəkil sorğusuna göndərilmiş cavab məktubunda müqavilə müddətinin 30.12.2021-ci il tarixində bitməsinə baxmayaraq, onunla əmək müqaviləsinə 29.12.2021-ci il tarixində əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilmişdir. Göründüyü kimi müqavilə müddətinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarının kobud pozuntusu ilə həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Milli Elmlər X5 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh Azərbaycan Milli Elmlər X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 01 mart 2022-ci il tarixli iclasında izahat verən Azərbaycan Milli Elmlər X5 nümayəndəsi X15 iddianı etiraf etməyərək bildirmişdir ki, iddiaçı ilə 11 noyabr 2020-ci ildə müddətli əmək müqaviləsi bağlanmışdır və o, böyük laborant vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra hər iki tərəfin imzası müqavilənin müddəti 02 aprel 2021-ci il tarixdən 29 dekabr 2021-cı il tarixədək uzadılmışdır. 29 dekabr 2021-ci il tarixdə onun müddətli əmək müqaviləsinin müddəti bitdiyindən xitam verilmiş və iddiaçı məlumatlandırılmışdır. Müqavilənin müddətinin uzadılması ilə bağlı imzalar İddiaçı özünə məxsusdur. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X5 məhkəməyə ünvanladığı 103-02/14 nömrəli 21.02.2022-ci il tarixli etirazda qeyd edilmişdir ki, İddiaçı 11.11.2020-ci il tarixindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə əsasən X7 şöbəsində böyük laborant vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanılmış müddətli əmək müqviləsi sonuncu dəfə iddiaçının və işəgötürənin imzası ilə rəsmləşdirilərək 02.04.2021-ci tarixdən 29.12.2021-ci il tarixədək uzadılmışdır. İddiaçı müddətli əmək müqaviləsinin müddəti 29.12.2021-ci il tarixində bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlfiəsinin 68-ci maddənin 2-ci hissəsinin b) bəndinə əsasən AMEA Dendrologiya İnstitutunun 23.12.2021ci il tarixli 171 nömrəli əmri ilə onun müddətli əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmiş və bu barədə həmin gün iddiaçı məlumallandırılışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 edilən şikayyəti əsasında sənədlər həmin orqana təqdim olunmuş və araşdırma zamanı İddiaçı işdən azad olunması qanunauyğun hesdab edilmişdir. İddaçı idda ərizəsində əmək müqaviləsinin 30.12.2021-ci il tarixində bitdiyi halda, onunun 29 dekabr 2021-ci il tarixində işdən azad olunmasını qanunsuz hesab edir. Lakin bu ehtiraza əlavə edərək sizə təqdim etdiyimiz əmək müqaviləsinin 29.12.2021-ci il tarixədək qüvvədə olması qeyd edildiyi və iddaçı tərəfindən imzalandığı üçün bu hal mübahisə predmeti hesab edilə bilməz. Bundan əlavə iddiaçı öz ərizəsində qeyd edir ki, ona qarşı heç bir intizam tənbeh tədbiri görülmədən və xəbərdarlıq edilmədən işdən azad edilmişdir. Hansi ki, İddiaçı işdə icra və əmək intizamını pozduğu üçün ona Dendrologiya İnstitutunun 31.08.2021-ci il tarixli 121 nömrəli əmri ilə xəbərdarlıq, 24 noyabr 2021-ci il tarixli 164 nömrəli əmri il töhmət və 22 dekabr 2021-ci 11 tarixli 168 nömrəli əmri ilə şiddətli töhmət verilmişdir. Eyni zamanda İddiaçı 13.12.2021-ci il tarixdən üzürsüz səbəbdən işə gəlməmiş və yalnız əmək kitabçasını götürmək üçün dəvət edildiyi 29.12.2021-ci il tarixində iş yerinə gəlmişdir, lakin İddiaçı hansı səbəbdən işə gəlməməsi barədə heç bir sənəd təqdim etməmişdir.Buna baxmayaraq İnstitutun rəhbərliyi humanistlik göstərərək onu üzürsüz səbdən iş buraxılma hallarına görə deyil,29.12.2021-ci il tarixində müddətli əmək müqaviləsinin müddətinin bitdiyini nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. İş materiallrında olan Azərbaycan Milli Elmlər X9 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı ilə müddətli əmək müqaviləsi bağlnamış və sonuncu böyük loborant vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli (3 ay) bağlanmışdır. Uzadılmaqla sonuncu əmək müqaviləsinin bitmə müddəti 29.12.2021-ci il qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X5 23.12.2021-ci il tarixli 171 nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Azərbaycan Milli Elmlər X9 arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə, yəni əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Bildiriş 29.12.2021-ci il tarixdə imzalanmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər X5 31.08.2021-ci il tarixli 121 nömrəli əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 10-cu maddənin “b” bəndinə əsasən xəbərdarlıq elan edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X5 24.11.2021-ci il tarixli 164 nömrəli əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 186-cı maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X5 22.12.2021-ci il tarixli 168 nömrəli əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 186-cı maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən şiddətli töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin ünvan ünvanladığı 16 fevral 2022-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində xitam maddəsinə dəyişiklik edilməsi və dəyişikliyin səbəbi barədə məlumatın təqdim edilməsi ilə bağlı 21 yanvar 2022-ci il tarixli, 358 nömrəli müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı xidmət tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə baxış keçirilərkən İddiaçı adına 29.12.2021-ci il tarixdə işəgötürən Azərbaycan Milli Elmlər X8 tərəfindən sistemə xitam səbəbi “68.2. a) tərəflərdən birinin təşəbbüsü” qeyd olunmaqla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edildiyi, həmin gün etibarsız edilərək yenidən eyni tarixdə xitam səbəbi “68.2. b) əmək müqaviləsinin müddətinin qurtarması” qeyd olunmaqla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edildiyi müəyyən olunmuşdur. Bununla bağlı məsələyə münasibət bildirilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair sənədlərin surətinin təqdim edilməsi ilə bağlı Azərbaycan Milli Elmlər X2 ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək cavab verilməmişdir. Bildiririk ki, “Əmək müqaviləsi bildirişi” altsisteminə səhv daxil edilmiş əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən etibarsız edilməsi 24 saat ərzində mümkündür. Müəyyən edilmiş vaxt müddəti bitdikdə əmək müqaviləsi bildirişlərində düzəliş edilməsi texniki cəhətdən mümkün deyil. Müvafiq dəyişikliyin edilmə səbəbi barədə məlumatlar X16 Xidmətində mövcud olmadığından məsələ ilə bağlı işəgötürənə müraciət edilməsi məqsəduyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi 11.11.2020-ci il tarixdən 11.02.2021-ci il tarixədək 3 ay müddətinə bağlanmışdır. Müqavilənin 8.1 bəndinin c) yarımbəndindən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi 29.12.2021-ci il tarixədək uzadılmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68. 69. 70. 73. 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından görünüdüyü kimi İddiaçı ilə Azərbaycan Milli Elmlər X9 arasında əmək müqaviləsi müddətli bağlanılmışdır. İş materiallarında əlavə edilmiş əmək müqaviləsindən görünür ki, tərəfləri arasında bağlanmış əmək müqaviləsinin son uzadılma üzrə bitmə müddəti 29.12.2021-ci il tarixə təsadüf edir və həmin tarixdə tərəflər arasında bağlanmış olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi İddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən bir təqvim həftəsi keçmədən xitam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Milli Elmlər X9 tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Eyni zamanda iddaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə ilkin olaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə, yəni “işçinin öz xahişi ilə”, sonradan X12 yerləşdirilmiş bildirişdə 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsi müddətinin bitməsi ilə” kimi qeyd edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki işin materiallarından görünüdüyü kimi iddiaçı qeyd edilən hal ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə müraciət etmişdir. Qeyd edilən hal araşdırılmış və müəyyən edilmişdir ki, “Əmək müqaviləsi bildirişi” altsisteminə səhv daxil edilmiş əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən etibarsız edilməsi 24 saat ərzində mümkündür. Müəyyən edilmiş vaxt müddəti bitdikdə əmək müqaviləsi bildirişlərində düzəliş edilməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı əmrin ləğvi, işə bərpa, boşdayanmaya görə əmək haqqının və mənəvi ziyanın tutulması və sairə tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı Azərbaycan Respublikası Milli Elmlər X8tu tərəfindən onunla müqavilə müddətinin bitməsi ilə əlaqədar çıxarıldığı müvafiq əmrin ləğv edilməsini, işə barpa edilməyi və bərpa olunacağı tarixədək hesablanmamış maaşın, həmçinin ödənilmiş 50 manat mediasiya xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar