Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1233/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabadeh Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 01 aprel 2015-ci il tarixdə ölmüş X2 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisinə və Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0.33 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması, Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən X5 vorilmiş xx.xx.2019-cu il tarixli, 2V-04 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 2V-135 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən B tikilisi və Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində” yerləşən torpaq sahəsi üzərində X3 mülkiyyəl hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrındən verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən B tikilisi və Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsinə İddiaçı Fərrnan qızının adına ½ hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakə şəhəri 7 saylı Notariat oflisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 xx.xx.2015-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 210 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçı İ qrup əlil olduğundan, X1 ilə anası X18 arasında olan nikaha xitam verildiyindən və X14 Bakı şəhərində yaşadığından onların münasibətləri faktiki olaraq kəsilmiş, həmçinin X14 daha sonra ikinci dəfə Tağıyeva (Qəribova) Rəbiyyə Tağı qızı ilə ailə qurmuşdur. İddiaçı 2021-ci ilin oktyabr ayında atasının xx.xx.2015-ci il tarixdə öldüyünü öyrənmişdir. Daha sonra o, atasının adına əmlak olub-olmadığını öyrənmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq qurumuna müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə adıçəkilən qurumdan alınan məktuba əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisi, Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsi ümumibirgə əsaslarla X6 adına qeydiyyata alındığı, həmin əmlakların digər fiziki şəxsin mülkiyyətinə verildiyi məlum olmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat ofisinə vəkil sorğusu göndərilmiş, Bakı şəhəri 7 saylı notariat ofisində X6 adına reyestrdə rəsmiləşən vərəsəlik işinin və onun açılmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin Vəkil Bürosunun ünvanına göndərilməsini xahiş edilmişdir. xx.xx.2022-ci il tarixdə vəkil bürosuna daxil olmuş Bakı şəhəri 7 saylı Notariat ofisinin müvafiq məktubuna əsasən X6 vərəsəlik işinin ksero surəti təqdim edilmişdir. Bununla yanaşı iki dəfə xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat ofisinə müraciət edilərək, X2 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisinə, Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş olunmuşdur. Bakı şəhəri 7 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 77 nömrəli məktubla bildirmişdir ki, xx.xx.2019-cu il tarixində 261 reyestrli 2V-04 nömrə ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mərhum X2 miras qalmış əmlaka dair vərəsəsi arvadı X5 verilmişdir. Onu da qeyd etmişdir ki, Notariat ofisində mərhumun digər vərəsələri barədə məlumat olmadığı üçün onlar (vərəsələr) nəzərə alınmamışdır. Yaranmış mülki mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. Bu səbəbdən də iddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, X10 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Həmçinin iddia tələbinin artırılması barədə məhkəmə ərizə təqdim edərək, İddiaçı 01 aprel 2015-ci il tarixdə ölmüş X2 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisinə və Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0.33 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması, Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən X5 verilmiş xx.xx.2019-cu il tarixli, 2V-04 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 2V-135 nömrəli, Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli, 2V-241 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisi və Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən B tikilisi və Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsinə İddiaçı adına ½ hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 7 saylı Notariat oflisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında cavabdeh X16 iddianı etiraf etməyərək bildirdi ki, İddiaçı atasının ölümündən xəbəri olub onun tərəfindən vaxtında müraciət edilməyib iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinin, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinin, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, mərhum X6 adına Azərbaycan Respublikası üzrə əmlak olub-olmaması barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı Şəhəri, ünvan 9 ünvanı ümumbirgə əsaslarla X6 adına qeydiyyata alınmışdır, lakin 7 saylı NK-nın 2V-4 reyesir nömrəli, xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən digər fiziki şəxsin mülkiyyətinə verilmişdir. X6 adına Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndində 0,33 ha. həyətyanı torpaq sahəsi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyafa alınmışdır. Lakin xx.xx.2020-ci il tarixli, 2V-135 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin əmlak digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki, mərhum X6 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun ünvan 10 ünvanladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarda qeyd edilmişdir ki, “Yusif Allahverdiyev və Partnyorlar” Vəkil Bürosu ilə İddiaçı Ferman qızı (AA*******, xxxxxxx) arasında sonuncuya hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanılmışdır. Bakı şəhəri 7 saylı notariat ofisində X6 adına reyestrdə rəsmiləşən vərəsəlik işinin və onun açılmasına əsas olmuş sənədlərdən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisi, Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsi ümumibirgə əsaslarla X6 adına qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbacan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, X2 miras qalmış Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən B tikilisinə, Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı (AA*******, xxxxxxx) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş olunur. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinin “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosuna ünvanladığı xx.xx.2022-ci il tarixli 77 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 7 saylı xüsusi Notariat Ofisinin xx.xx.2019-cu il tarixində vərəsəlik işinin nömrəsi 261 reyestrli 2V — 04 nömrə ilə qeyd edlən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mərhum X2 miras qalmış əmlaka dair vərəsəsi arvadı X7 verilmişdir. Notariat Ofisində mərhumun digər vərəsələri barədə məlumat olmadığı üçün onlar (vərəsələr) tərəflərindən nəzərə alınmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2V-135 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X9 verilmiş ƏMDK-nin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X9 verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 11i ünvanında yerləşən ümumi sahəsi 0,33 ha. torpaq sahəsidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2V-04 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X6 vərəsəsi arvadı X11 Bakı şəhəri Ə.Ələkbərov küçəsi ev 41 və o miras əmlkadan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə X6 adına verilmiş Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən B tikilisi olan fərdi yaşayış evidir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən X5 verilmiş xx.xx.2019-cu il tarixli, 2V-04 reyestr nömrəli vərəsəlik işindən görünür ki, X3 notarusa vermiş olduğu xx.xx.2020-ci il tarixli **********741 nömrəli ərizədə X6 ondan başqa vərəsəsi olmadığı qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1971-ci ildə doğulmuşdur. X1, anası X15r. İş materiallarında olna ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X13 xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Qəribova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2V/241 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik işindən görünür ki, X10 ərizəsi əsasında X4 miras qalmış əmlak üzrə vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, (köhnə Köhnə Bolşevik), 49 saylı ev və Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndində 0,33 ha. həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. X14 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və ona məxsus olan əmlak vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 adına rəsmiləşdirilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüş və X10 ərizəsi əsasında X4 miras qalmış əmlak üzrə xx.xx.2021-ci il tarixli, 2V/241 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik işi açılmışdır. Eyni zamanda məhkəmə müəyyən etdi ki, X6 ölümü ilə bağlı açılmış vərəsəlik işi üzrə X3 vermiş olduğu ərizədə onun Fərman Qəribovun yeganə vərəsəsi olduğu qeyd edilmişdir. Lakin mülki işin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi yalnız X11 yox, həmçinin İddiaçıdır. Həmçinin işin faktiki halarından göründüyü kimi hazırkı mülki iş üzrə cavabdeh X1nun ölümündən 2021-ci ildə xəbər tutmuş və bundan sonra vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı aidiyyəti üzrə notarita ofisinə müraciət etmişdir. İş üzrə cavabdeh X16 iddiaçının Fərman Qəribovun ölümündən məlumatlı olduğunu bldirsə də, buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Lakin işin faktiki hallarından görünüdüyü kimi notarius tərəfindən vərəslərin dairsənin müəyyən olunması ilə bağlı qanuna müvafiq tədbirlər görülməmiş, eyni zamanda X3 yeganə vərəsə olmasını bildiməsi ilə kifayətlənmişdir ki, bu da sonda X6 qanun üzrə vərəsəsi olan İddiaçı vərəslik hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01 aprel 2015-ci il tarixdə ölmüş X2 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisinə və Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0.33 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ tanınmalı, Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən X5 verilmiş xx.xx.2019-cu il tarixli, 2V-04 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 2V-135 nömrəli, Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli, 2V-241 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisi və Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməli, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən B tikilisi və Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsinə İddiaçı adına ½ hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 7 saylı Notariat oflisinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 01 aprel 2015-ci il tarixdə ölmüş X2 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisinə və Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0.33 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ tanınsın. Bakı şəhəri 7 saylı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən X5 verilmiş xx.xx.2019-cu il tarixli, 2V-04 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 2V-135 nömrəli, Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli, 2V-241 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən B tikilisi və Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0,33 ha. torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrindən verilmiş (xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli) çıxarış ləğv edilsin. Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən B tikilisi və Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndində yerləşən torpaq sahəsinə İddiaçı adına ½ hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 7 saylı Notariat oflisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1233/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1233/2022
05.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver