Məhkəmə qərarları › İş №e-2(003)-1236/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1236/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1236/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X22 (Abşeron rayon Donuzkökəltmə Sovxozu) ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X22 (Abşeron Donuzkökəltmə sovxozu) ünvanında yerləşən fərdi yaşayş evi 2016-cı il tarixdə tərəfindən inşa edilərək orada ailəsi Cavabdeh və azyaşlı uşaqları daxil olmaqla yaşayıb birgə təssərrüfat aparmışlar. Fərdi yaşayış evinə dair 2.5 ha., torpaq sahəsi 2010cu ildə X24 oglu adlı şəxs tərəfindən ona satılmışdır. Fərdi yaşayış evinə onun adına kommunal xidmətlər üzrə 2018-ci il tarixdə elektrik xətti çəkilmiş və daha sonra fərdi yaşayış evinə dair Binə Bələdiyyəsinə tərəfindən torpaq və əmlak vergisi ödənilir. Cavabdehlə aralarında olan ailə daxili mübahisələr zəminində nikahımızın pozulması ilə baglı Xəzər rayon Məhkəməsində işə baxılmışdır. Xəzər Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(003)-945/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında olan 07 oktyabr 2016-cı il tarixli, 72 nömrəli akt qeydli nikah pozulmuş, birgə nikahlarından anadan olan xx.xx.2016-cı il təvəllüdlü X19, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X27 oglu analarının yanında qalması, onların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ondan X4 xeyrinə alimentin ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, müvafiq qaydada aliment öhdəliyi tərəfindən icra olunur, hazırki vaxtadək Cavabdeh qeyd olunan fərdi yaşayış evində övladlarıı ilə birlikdə yaşayırlar. Fərdi yaşayış evi birgə nikahları dövründə tikilmiş və istifadəyə verilmişdir. 2021-ci ilin oktyabr ayında yaşadığı fərdi yaşayış evinə qayıtdığı zaman cavabdeh fərdi yaşayış evinin və həyətin giriş qapısının açarlarını dəyişərək onun yaşayış evinə daxil olması məhdudlaşdırmış, yaşamağına mane olmuş, yaşayış sahəsindən qanuna müvafiq qaydada mülkiyyət və istifadə hüququnu pozmuşdur. Bununlada cavabdeh onun fərdi yaşayış evində olan faktiki mülkiyyət və sahiblik hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildiridi ki, hazırkı mübahisə üzrə cavabdeh onun arvadıdır. Mübahisəli evdə o da əvəllər yaşayırdı. Həmin evə 2018-ci ildə köçmüşdülər. Mübahisəli evin yerləşdiyi torpaq sahəsini o, X16 adlı şəxsdən almışdır. Məhkəmə iclasında Cavabdeh məhkəmə təqdim etmiş olduğu etiraza uyğun izahat verərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Nümayəndə iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Cavabdeh onun bacısıdır. Təbriz onların köhnə yeznələridir. Bacısı ilə İddiaçı 2018-ci ildə ayrılmışdırlar. Mübahisəli evi 2015-2016-cı illərdə qardaşı üçün atası tikmişdir. Evin tikintisində yeznələri İddiaçı və qardaşları iştirak etmişdilər. Bacısı cavabdehlə birlikdə heç vaxt mübahisə predmetinə aid olan evdə yaşamamışdır. İddiaçı mübahisəli evə sadəcə gedib-gəlirdi. Bacısı və əri evliklik dövründə kirayədə yaşayırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o İddiaçı evlilik vaxtı görmüşdür. Təbrizin qohumlarını tanımır. Mübahisəyə aid olan ev 2015-2016cı illrədə tikilmişdir, qardaşı zəng edəndən edənə evin tikintisinə material göndərmiş, amma o tikintidə iştirak etməmişdir. Tərəflər 2018-ci ildən ayrı yaşayırlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialarında olan Cavabdeh məhkəməyə təqdim etmiş olduğu etirazda qeyd edilmişdir ki, iddiaçının mübahisəsini etdiyi evə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. İddiaçı oglu dəlil gətirir ki, mübahisələndirdiyi fərdi yaşayış evinə dair 2,5 ha torpaq sahəsi 2010-cu ildə X24 oglu adlı şəxs tərəfindən ona satılmışdır. Lakin iddiaçı mübahisəli yaşayış evinə dair 2,5 ha torpaq sahəsinin alqı-satqısı barədə müqaviləni və ya torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına dövlət reyestrində qeydə alınmasına dair sübut növü təqdim etməmişdir. İddiaçının öz tələbinin əsası kimi məhkəməyə təqdim etdiyi Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu Ramiz Hümbətov tərəfindən təsdiq edilmiş 14 dekabr 2021-ci il tarixli etibarnamədən görünür ki, X24 oglu tərəfindən Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,07 ha torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin və tikiləcək tikintinin üzərində sərəncam vermə və sair səlahiyyətlərlə baglı hərəkətlər etməyi İddiaçı ogluna etibar etmişdir. Torpaq sahəsinin yerləşmə koordinatları DƏDRX tərəfindən verilməli olan “torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilə bilər. Belə bir sübut növü də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinə anasına məxsus torpaq sahəsinə 4 tərəfdən heç bir torpaq qonşusu və ümumiyyətlə həmin ərazidəki sakinlər X7 tanımırlar. Əgər onun istifadəsində olan torpaq sahəsi 1990-cı ildən Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 135 nömrəli 12 iyul 1990-cı il tarixli əmri ilə X24 ogluna verilmişdirsə 30 il ərzində həmin sahənin qonşularla sərhəddi müəyyən olunardı, sahə ən azından Ədalət Əliyev tərəfindən hasara alınmış olardı. Belə bir hal olmamışdır. 27 ildən sonra arxivdən bələdiyyə sənədi alınması məhz yaşadıgı evin, evin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması və ya ona məxsus olması faktını təsdiq etmir. Digər tərəfdən Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 135 nömrəli 12 iyul 1990-cı il tarixli əmri ilə X24 ogluna ayrılmış 0,07 ha torpaq sahəsi onun hazırda yaşadıgı və anası X3 məxsus olan evin yerləşdiyi torpaq sahəsi ilə eyni deyildir. Yəni qeyd edilən torpaq sahələri üst-üstə düşmür. Abşeron rayon Donuzkökəltmə Sovxozu ərazisi böyükdür. Binə qəsəbəsi Abşeron rayon Donuzkökəltmə Sovxozu ünvanında X24 ogluna ayrılmış 0,07 ha torpaq sahəsi Bakı Mərkəzi - Mərdəkan şosse yolu istiqamətində sag tərəfdə şosse yoldan təxminən 7 km aralı məsafədə yerləşir. Binə qəsəbə İƏD üzrə Nümayəndəsi tərəfindən Qax Rayon İcra və PŞ-nə təqdim etmək üçün verilmiş xx.xx.2022-ci il tarixli arayışla da bir daha təsdiq olunur ki, İddiaçı Binə qəsəbəsi Donuzkökəltmə Sovxozu ünvanında qeydiyyatsız yaşayır. İddia ərizəsində isə görüntü yaratmaq üçün iddiaçının faktiki yaşadıgı ünvan kimi Binə qəsəbəsi X22 qeyd edilmişdir. İddiaçının Binə qəsəbəsi X13 faktiki yaşadıgını təsdiq edən müvafiq sənəd məhkəməyə təqdim edilməmişdir. Hazırda onun uşaqları ilə yaşadığı fərdi yaşayış evi Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 334 nömrəli 25 sentyabr 1991-ci il tarixli əmri ilə Binə Atçılıq (Beynəlxalq Aeroporta bitişik) ərazisində anası X3 ayrılmış 0,07 ha torpaq sahəsi isə Bakı Mərkəzi — Mərdəkan şosse yolu istiqamətində sol tərəfdə yerləşir. Həmin fərdi yaşayış evi atası Qabil Bayramov tərəfindən 2011-ci ildən başlanaraq inşa edilməyə başlanılmışdır. Bu evin tikintisinə qardaşları Aqil və Amil Bayramovlar köməklik göstəriblər. Atası 2013-cü ildə vəfat etdi. Qardaşı Amil isə 2015-ci ilin yay aylarından cəzaçəkmə müəssisəsində çəza çəkir (Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə), qardaşı Aqil Bayramov özü fərdi qaydada ev təmir-tikinti işləri ilə məşgul olur. Atasə vəfat etdikdən sonra və qardaşı Amil həbs edildikdən sonra da evin təmir-tikinti işləri anamın pul vəsaiti ilə hissə-hissə qardaşı Aqil Bayramov tərəfindən aparılmışdır. Evin bəzi tikinti-təmir işlərinin aparılmasında təbii ki, qohum “yeznə” olaraq əri İddiaçı də köməkliyi olmuşdur. Məsələn tanışları vasitəsilə evə elektrik saygacı quraşdırmış və alçipan füqur ustası gətirmişdir. İddiaçı iddia ərizəsində “fərdi yaşayış evi 2016-cı ildə tərəfindən inşa edilərək orada ailəsi Cavabdeh və azyaşlı uşaqlarım daxil olmaqla yaşayıb birgə təsərrüfut apardıqları kimi dəlil irəli sürməklə məhkəməyə yalnış məlumat vermişdir. Belə ki, əri İddiaçı ilə o uşaqları ilə birlikdə həqiqətən də Binə Atçılıq ərazisində Aslan Bağları yaşayış sahəsində X18 ogluna məxsus fərdi yaşayış evində 2009-cu ildən faktiki ayrıldıqları vaxtadək, yəni 25 oktyabr 2018-ci ilədək kirayədə yaşamışıq, orada birgə təsərrüfat aparmış, İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Binə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli tədiyyə bildirişindən görünür ki, vergi ödəyicisi kimi qeyd edilmiş İddiaçı ünvanı Aslan Bağları qeyd edilmişdir. Həmçinin həmin bildirişin məzmunundan görünür ki, iddiaçı 2022-ci ilin yanvar ayında Binə Bələdiyyəsində özünə vergi ödəyicisi kimi kod aşdıraraq əmlak və torpaq vergisi hesablatmışdır. 2017-ci ildən etibarən İddiaçı yaxın qohumlarının oldugu Qax rayonunun Almalı kəndinə tez-tez gedib-gəlirdi. Almalı kəndində günlərlə qalırdı. Evə pul gətirmir, narkotik vasitədən istifadə edir, evə geç gəlir, sərxoş və hallı vəziyyətlərdə olur, səbəbsiz olaraq, bəzən də dolanacaq xərcləri tələb edəndə on təhqir edir, əlinə keçən qab-qacaqları vurub sındırır, nəinki onunla, uşaqları ilə də kobut davranır, onları remenlə, şunurla döyürdü. İçdiyi araq və pivə butulkalarını sındıraraq şüşə qırıqları ilə bogaz, çənə nahiyyələrini, qolunu kəsməklə ona xəsarətlər yetirmişdi. Uşaqlarının atası oldugu üçün dözürdü, polisə şikayət etmirdi. Yəqin edirdi ki, düzgün yola qayıdar, ailədə davranışını dəyişər. Ancaq belə olmadı, əksinə İddiaçı getdikcə ona və uşaqlarına qarşı daha qərəzli olurdu. 25 oktyabr 2018-ci il tarixdə yenə də evə hallı, sərxoş vəziyyətdə gəlib azyaşlı uşaqlarının gözləri qarşısında qadınlıq ləyaqətimi alçaldan hərəkətlərə yol verdi, qarın boşluguna yumruq zərbələri vurmaqla onu döydü, başqa qadınla yaşadığını belə gizlətmirdi. Artıq iddiaçının ailədə kobud davranışı dözülməz və azyaşlı uşaqlarının tərbiyəsinə də mənfi təsir göstərməsi qaçılmaz idi. İddiaçılə ayrı yaşamaga qərar verdi və ailələrində yaranmış xoşagəlməz vəziyyəti bacısı Sənubər vasitəsi ilə anasına bildirdi. Onlar onu çarəsiz vəziyyətdə qoymadılar. Elə həmin gün, yəni 25 oktyabr 2018-ci il tarixdə bacısı Sənubər və əri Nahid gəldilər və Qazel markalı maşınla onu uşaqlarını ev əşyaları ilə birlikdə X18 ogluna məxsus fərdi yaşayış evindən Binə Atçılıq ərazisində anası X3 məxsus olan fərdi yaşayış evinə köçməyə köməklik göstərdilər. Valideynləri evi kiçik qardaşı Amil üçün nəzərdə tutaraq tikmişlər, qardaşı Amil türmədən gəlib, ailə qurana qədər anası evində uşaqları ilə yaşamağına ona icazə verdi. Ev təbii qazla təmin olunmasa da orada yaşamaga məcbur oldu. Beləliklə də 25 oktyabr 2018-ci il tarixdən etibarən o uşaqları ilə birlikdə İddiaçı ayrı olaraq anasının evində yaşayır. İş materiallarında olan 28.089.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti İddiaçı arasında elektrik enerjisinin alqısatqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan məişət abonentlərinin elektrik enerjisi (gücü) alınması ilə bağlı 96716 nömrəli texniki şərtin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X22nə elektrik xəttinin çəkilməsinə icazə verilmişdir. İş materiallarənda olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsnin xx.xx.2020-ci il tarixli 2(003)-945/2020 nömrəli qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Yardımlı rayon Qeydiyyat şöbəsində bağlanmış 72 nömrəli akt qeydli nikahın pozulması, brgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X19, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Xəzər RİHB-nin xx.xx.2022-ci il tarixli 691 nömrəli arayışında İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda qeydiyyatsız yaşadığı qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, X8 0,07 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər sovetinin xx.xx.1989-cu il tarixli qərarına əsasında sovxuz Həmkarlar Komitəsi ilə X14 birgə ümumi iclasında sovxozun fəhlə və qlluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi arılmış və X6 adına 934 sayı ilə qeydə alınmışdır. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, X2 Təbriz Namiq oğluna xx.xx.2091-ci il tarixədək etibarnamə vermişdir. Etibarnamə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017ci il tarixli F-43 nömrəli Sərəncamına əsasən Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.07 ha torpaq sahəsindən 0.025 ha torpaq sahəsinin və tikiləcək tikilinin üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri etməyi etibar edir. ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəm olmağı, mənə məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-l arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir. İş materiallarında olan İddiaçı, Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbisi X22 ünvanında yerləşən mübahisəli evə yerli baxış keçirilməsi Cavabdehı qohumları tərəfindən müdaxilə olduğundan baş tutmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Həmin Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etmiş olduğu sənədlərdən, fotoşəkillərdən, həmçinin tərəflərin vermiş olduğu izahatlardan görünür ki, iddiaçı mübahisəli evdə yaşamış, lakin sonradan tərəflər arasında baş verən mübahisə nəticəsində cavabdeh iddiaçını həmin evə buraxmamışdır. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən də, görünür ki, İddiaçı həmin evin tikintisində iştirak etmişdir. Belə ki, hər iki tərəfin və şahidlərin vermiş olduğu izahatlarından bu hal öz təsdiqini tapmışdır. Digər hal isə mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildə İddiaçılə bağlanmış müqqavilə təşkil edir ki, müqavilənin bağlandığı vaxt cavabdehin və onun tərəfindən dəvət olunan şahidlərin ifadələrinə görə iddiaçı ilə onun ayrıldıqları vaxta təsadüf edir ki, bu da özü özlüyündə iddiaçı ilə cavabdehin həmin dövrdə normal münasibtdə olmaqla mübahisə predmetinə aid olan evdə birgə yaşamalarını təsdiq edir. X1 İddiaçı verilmiş olduğu etibarnamə üzrə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi eynilik təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X22 (Abşeron rayon Donuzkökəltmə Sovxozu) ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X22 (Abşeron rayon Donuzkökəltmə Sovxozu) ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar