Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1272/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" X1 QSC Cavabdeh MMC-nə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" X1 QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsində kadrlar xidmətinə 2-ci dərəcə ilə tabelçi vəzifəsi üzrə işə bərpa olunmasını, cavabdeh "xxxx" X1 QSC "xxxx" MMC tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi işlədiyi vəzifə üzrə aldığı aylıq əmək haqqınının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, ilin sonunda verilən “13-cü maaş” kimi əlavə əmək haqqı və s.) hesablanaraq ödənilməsi və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən AR Müdafiə Sənayesi Nazirliyinin “X2” MMC-də kadrlar xidmətinə 2-ci dərəcə ilə tabelçi vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra “X2” MMC yenidən təşkil olunaraq hüquq varisliyi qaydasında "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsi statusuna keçmişdir. Həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə ondan işdən çıxma ərizəsi alınıb, “X2” MMC-də tutduğu vəzifədən azad edilmişdir, yenə də həmin gün, yəni xx.xx.2024-cü il tarixdə işə qəbul olma ərizəsi alındı və o, yenidən təşkil edilmiş "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsində “X2” MMC-də işlədiyi eyni vəzifəyə təyin olundu. 2024-cü ilin noyabrın 21-dən 23-ünə kimi 3 günlük ödənişsiz məzuniyyətdə olduğu dövrdə həmin müəssisənin səlahiyyətli şəxsləri müəssisənin digər əməkdaşına onun adından xx.xx.2024-cü il tarixdə işdən çıxma ərizəsi yazdıraraq və onun adının qarşısında həmin əməkdaşa imza atdırmaqla, lakin, həmin ərizənin tarixini onun işdə olduğu və hələ məzuniyyətə çıxmadığı vaxt, yəni xx.xx.2024-cü il olaraq qeyd edilməklə, 2024-cü ilin noyabrın 26-sında, tərəfindən imzalanmayan və verilməyən işdən çıxma ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən əmək müqaviləsinə əsassız və qanunsuz şəkildə xitam verilmişdir. Aşağıdakılara əsasən müəssisənin xx.xx.2024-cü il tarixli 1678/K nömrəli əmrinə əsasən əmək müqaviləmə xitam verilməsi əsassız və qanunsuz olduğundan, xx.xx.2024-cü il tarixdən işə bərpa olunmalıyam və həmin dövrdən məcburi iş buraxma müddəti üçün hesablanmış bütün ödənclər (əmək haqqı, əmək haqqına əlavə və s.), o cümlədən gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 1678/K nömrəli Əmrin ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsində kadrlar xidmətinə 2-ci dərəcə tabelçi vəzifəsi üzrə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün 27.112024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının izahatı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etirazla müraciət edərək, İddiaçı xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsində kadrlar xidmətinə 2-ci dərəcə ilə tabelçi vəzifəsi üzrə işə bərpa olunmasını, Cavabdeh tərəfindən onun “qanunsuz” işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi işlədiyi vəzifə üzrə aldığı aylıq əmək haqqınının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, ilin sonunda verilən “13-cü maaş” kimi əlavə əmək haqqı və s.) hesablanaraq ödənilməsi və əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi barədə qətnamənin qəbul olmasını xahiş etmişdir. İddiaçı öz tələblərini onunla əsaslandırırdı ki, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə görə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Lakin, iddiaçı qeyd edir ki, o əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təşəbbüs göstərməyib və işdən çıxma barədə hər hansı ərizə yazıb imzalamamışdır. İddiaçı ərizəsində qeyd edir ki, 2024-cü ilin noyabrın 21-dən 23- ünə kimi 3 günlük ödənişsiz məzuniyyətdə olduğu dövrdə müəssisənin səlahiyyətli şəxsləri müəssisənin digər əməkdaşına onun adından xx.xx.2024-cü il tarixdə işdən çıxma ərizəsi yazdıraraq və onun adının qarşısında həmin əməkdaşa imza atdırmaqla, lakin, həmin ərizənin tarixini iddiaçının işdə olduğu və hələ məzuniyyətə çıxmadığı vaxt, yəni xx.xx.2024-cü il olaraq qeyd edilməklə, 2024-cü ilin noyabrın 26-sında, tərəfindən imzalanmayan və verilməyən işdən çıxma ərizəsinə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən əmək müqaviləmə əsassız və qanunsuz şəkildə xitam verilmişdir. Qeyd olunan bəyanatlar əsassız və həqiqətə uyğun deyil. İddiaçının imza və sənəd saxtalaşdırılması barəsində qeydlər ciddi ittiham harakteri daşıyır. Belə ki, İddiaçı öz əli ilə yazdığı və imzaladığı xx.xx.2024-cü il tarixdə işdən öz təşəbbüsü ilə azad olunması ilə bağlı ərizəni xx.xx.2024-cü il tarixdə Müəssisəyə təqdim etmişdir və növbəti üç iş günü 2024-cü ilin noyabrın 21-dən 23-ünə kimi 3 günlük ödənişsiz məzuniyyətə çıxmışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, İddiaçı məzuniyyətdən qayıddıqdan sonra işdən azad olunmaması barədə iradə ifadəsini bildirməyib və son haqq hesabını alaraq müəssisəni tərk etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul etməyinizi xahiş edir. İş materiallarına əlavə olunmuş sənədlər 0442054 saylı əmək kitabçasının sürətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsində kadrlar xidmətinə 2-ci dərəcə tabelçi vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xx.xx.2024-cü il tarixdə azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin sürətindən görünür ki, o işdən azad olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin sürətindən görünür ki, o, 21,22,23 noyabr 2024-cü il tarixlərinə ona ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. "xxxx" X1 QSC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 1678/K nömrəli Əmrindən görünür ki, İddiaçı Gəncə İdarəetmə şöbəsinin kadrlar xidmətinin tabelçisinin xx.xx.2024cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/587 saylı tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqində olan işdən azad olunma barədə Ərizədəki əlyazmalar və “imza” sözünün qarşısındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək huququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq huququ təsbit olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən əmək münasibəti tərəflərinin huquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 68.2-ci maddəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “X2” MMC-də kadrlar xidmətinə 2-ci dərəcə tabelçi vəzifəsinə işə qəbul olunmuş, daha sonra həmin müəssisə yenidən təşkil edilərək hüquqi varislik qaydasında "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsinə çevrilmişdir. Müəssisə "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsi kimi yenidən təşkil olunduqdan sonra hüquqi varislik qaydasında əmək münasibətləri davam etmişdir və o, əvvəlki vəzifədə işləmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı 21-23 noyabr 2024-cü il tarixlərində ödənişsiz məzuniyyətdə olduğu dövrdən qabaq onun adından xx.xx.2024-cü il tarixli işdən çıxma ərizəsi tərtib edilmiş, həmin ərizəyə əsasən xx.xx.2024-cü il tarixdə 1678/K nömrəli əmr ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı onun həmin ərizəni imzalamadığını bildirərək, iddiasında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətninin işdən azad etmə əmrinin ləğv olunaraq, İddiaçı öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıda istinad ediləcək qanunvericlik akt normalarına əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/587 saylı ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 56-cı vərəqində olan işdən çıxma ərizəsindəki əlyazma və “imza” sözünün qarşısındakı imza İddiaçı məxsus olmayıb, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu isə göstərir ki, əmək müqaviləsinə xitam verilməsinin əsası olan ərizə iddiaçı tərəfindən təqdim edilməmiş, onun iradəsini əks etdirməmişdir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçının iradəsini əks etdirməyən, saxta imzalı ərizəyə əsasən əmək münasibətlərinə xitam verilməsi qanunsuz və əsassızdır. Beləliklə, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı işçinin iradəsi nəzərə alınmamış, onun hüquqları pozulmuşdur. Buna görə də, İddiaçı "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsində kadrlar xidmətinə 2-ci dərəcə tabelçi vəzifəsinə bərpa olunmalıdır. Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçı ilə qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam verilməsi barədə sübut təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmunundan görünür ki, idiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz ərizəsi) xitam verilmişdir ki, bu hal məhkəmə iclasında təsdiq olunmamışdır. Göründüyü kimi, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixdə 1678/K nömrəli əmri qanunsuz qəbul edilmişdir, bu səbəbdən də ləğv olunmalı və iddiaçı öz vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçının xx.xx.2024-cü il tarixdən bu vaxtadək əmək haqqı almadığını və məcburi iş buraxması ilə bağlı əmək haqqını həmin dövrdən hesablanaraq iddiaçıya ödənilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində məcburi iş burxamaya görə əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə bununıla bağlı qeyd edir ki məcburi iş buraxma- işçinin əmək müqaviləsin xitam verildiyi dövrdən onun işə bərpa olunduğu günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" X1 QSC Cavabdeh MMC -nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin ”a” bəndinə əsasən xitam verilməsinə dair Cavabdeh xx.xx.2024-cü il tarixdə 1678/K nömrəli əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Gəncə İdarəetmə şöbəsində kadrlar xidmətinə 2-ci dərəcə tabelçi vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1272/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1272/2025
07.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver