Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-128/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Faiq oğluna qarşı «qanunsuz tikililərin sökülərək torpaq sahəsindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Faiq oğluna, qarşı «qanunsuz tikililərin sökülərək torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 0.3574 ha torpaq sahəsində Cavabdeh tərəfindən qeyri-qanuni özbaşına tikilmiş metal konstruksiyalı, tikintialtı sahəsi 35,0 kv.metr olan vaqon-konteyner və ona bitişik daş konstruksiyalı, tikintialtı sahəsi 4,0 kv.m olan köməkçi tikilinin və vaqon konteynerə digər tərəfdən bitişik yüngül konstruksiyalı, tikintialtı sahəsi 34.5 kv.metr olan tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin təmizlənib boşaldılması, iddiaçının çəkdiyi daş hasarın cavabdeh tərəfindən bərpa olunması və ya ona vurduğu 307 (üç yüz yeddi) manat maddi zərəri pul ifadəsində ödəməsi və torpaq sahəsini boşaldaraq iddiaçının istifadəsinə qaytarılması və iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 0,3574 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında xx.xx.2021-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində heç bir tikinti aparmamış, boş torpaq sahəsinin ətrafını daş hasara almışdır. İddiaçı uzun illər Rusiya Federasiyasında yaşamışdır, 2020-ci ilin əvvəli torpaq sahəsinə nəzarət edən əmisi oğlu Vidadi Alıyev ona zəng vuraraq torpaq sahəsinin tanımadığı şəxslər tərəfindən zəbt olunduğunu, torpaq sahəsinin hasarı sökülərək orada ticarət köşkü kimi 2 ədəd vaqonkonteyner qoyulduğunu bildirmişdir. Daha sonra həmin vaqon-kontenyerləri tanımadığıCavabdeh adlı şəxsin qoyduğunu öyrənmişdir. İddiaçı dəfələrlə Cavabdeh zəbt etdiyi torpaq sahəsinin könüllü boşaldılmasını, sökdüyü hasarı bərpa etməsini tələb etsə də müsbət cavab ala bilməmiş, cavabdeh iddiaçının tələbini yerinə yetirməmişdir. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və "xxxx" MMC-nin 15 may 2023-cü il tarixli, 02-71/23 №-li mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyində müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0.3574 ha torpaq sahəsinin zəbt edilmiş hissəsində metal konstruksiyalı, tikintialtı sahəsi 35,0 kv.metr olan vaqonkonteyner və ona bitişik daş konstruksiyalı, tikintialtı sahəsi 4,0 kv.m olan köməkçi tikili və vaqon konteynerə digər tərəfdən bitişik yüngül konstruksiyalı, tikintialtı sahəsi 34.5 kv.metr olan qeyri-qanuni özbaşına tikili mövcuddur. İddiaçı bildirir ki, bunları Cavabdeh qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsində inşa etmişdir. Həmin mütəxəssis rəyinə əsasən İddiaçı (Ş/V AA 2607419) mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında əsas yola baxan hissədə L=11.3 metr, H= 1.0 metr, köməkçi yola baxan hissədə L=4.7 metr, h=1.0 metr tək daş hasarın söküntüsü nəticəsində mülkiyətçiyə dəymiş ziyanın məbləği (material və işçilik haqqı daxil olmaqla) 307 (üç yüz yeddi) manat təşkil etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək, Cavabdeh qarşı verdiyi iddianın cavabdeh tərəfindən uçurulmuş daş hasarın və ya onun 307 manat dəyərində pulun ödənilməsi hissəsinini azaldılaraq iddiadan xaric edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Eyni zamandan izahatında göstərdi ki, mübahahisəli ərazidə cavabdeh tərəfindən vaqon yerləşdirilən zaman burada olmamışdır. Lakin həmin əraziyə gələrək cavabdehə öz iradını bildirmişdir. Cavabdeh ona məxsus torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, uzun müddətdir həmin ərazidən istifadə edir və 2020-ci ildən işıq pulu ödəyir. İddiaçıdan əvvəl Vidadi adlı şəxs gələrək onun ərazidən çıxmasını bildirmişdir. Lakin həmin torpaq sahəsini pul verərək əldə etmişdir. Ona dəyən zərərin ödənildikdən sonra torpaq sahəsindən çıxa bilər. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə, ********** nömrə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinin surətindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 3504,0 kv.m təşkil edir. Texniki baxış zamanı məlum olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574,0 kv.m torpaq sahəsinin 70,0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olunur. Texniki baxış zamanı məlum olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574,0 kv.m torpaq sahəsinin 70,0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olunur. Yuxarıda qeyd olunduğu kimi İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574,0 kv.m torpaq sahəsinin 70,0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. İddiaçı X3 xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574,0 kv.m torpaq sahəsinin 70;0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin zəbt olunan hissədə hasar sökülüb. Digər sualın cavablandırılması idarənin səlahiyyətləri xaricində olduğundan cavablandırmaq mümkün olmadı. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6511 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: qərardadın 1-ci sualı üzrə: göstərilən torpaq sahəsi faktiki olaraq 3504.0 kv.m təşkil edir. Texniki baxış zamanı məlum olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyest nömrəli) 3574.0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə birmərtəbəli qeyriyaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən zahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: texniki baxış zamanı məlum olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574.0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə bir mərtəbəli qeyri- yaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Qərardadın 4-cü sualı üzrə: İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574.0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin hissədə birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa edilmişdir. Qərardadın 5-ci sualı üzrə: İddiaçı xüsusi mülkiyyətində olan (**********63 reyestr nömrəli) 3574.0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Həmin zəbt olunan hissədə hasar sökülüb. Qeyd: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qərardadın 5-ci sualında qeyd olunan hasar tikilisinin texniki parametrlərinə dair hər hansı bir məlumat olmadığından həmin hasar tikilisinin bərpa edilməsi üçün çəkiləcək xərcin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-2153 torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh 3574,0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsini qanunsuz zəbt edərək, torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış obyekti (mağaza) tikilisi inşa etmişdir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, qeyd edilən tikililər cavabdeh tərəfindən onun üçün ayrılmayan və iddiaçıya məxsus torpaq sahəsində və buna lazımi icazələr alınmadan tikilmişdir. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli 3574,0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsini zəbt edərək, qeyd edilən 3574,0 kv.m torpaq sahəsinin 70.0 kv.m hissəsini qanunsuz zəbt edərək, torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış obyekti (vaqon-konteyner, ona bitişik daş konstruksiyalı tikili və yüngül konstruksiyalı tikili mağaza) tikilisi inşa etməklə, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsini, cavabdehin 3574,0 kv.m torpaq sahəsinin 70.0 kv.m sahəsindən çıxarılmasını, torpaq sahəsinin boşaldılaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli sahədən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə həmin sahədən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqları xüsusi mülkiyyət hüququ ilə **********63 reyestr nömrəsi dövlət qeydiyyatına alınmış, onun torpaq sahəsi üzərində mülkiyyətini təsdiq edən sənəd, yəni çıxarış hazırda qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, İddiaçının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 3574,0 kv.metr torpaq sahəsinin 70,0 kv.metr hissəsində tikilmiş 1 mərtəbəli qeyri-yaşayış obyekti( vaqon-konteyner, ona bitişik daş konstruksiyalı tikili və yüngül konstruksiyalı tikili mağaza) cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə habelə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul Cavabdeh alınaraq X1 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 50,0 (əlli) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, sahə 1-2153 ünvanında yerləşən 3574,0 kv.metr torpaq sahəsinin 70,0 kv.metr hissəsində tikilmiş 1 mərtəbəli qeyri-yaşayış obyekti vaqon-konteyner, ona bitişik daş konstruksiyalı tikili və yüngül konstruksiyalı tikili mağaza) Cavabdeh hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50,0 (əlli) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-128/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-128/2024
28.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver