Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1313/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7) qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ilə Cavabdeh MMC arasında 01.10.2018-ci i tarixində bağlanmış əmək müqavdəsinə xitam verilməsi və əmək müqaviləsinə xitam veriməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil ediməsi hüququnun X10 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MMC-də 01.10.2018-ci il tarixdə 1 illik müddətli əmək müqaviləsi ilə 01.10.2019-cu il tarixədək böyük anbardar vəzifəsində çalışmağa başlamışdır. İşə başlayarkən əmək haqqının 500 manat olacağı deyilmiş, lakin ay sonunda 250 manat maaş verilmişdir. Əmək haqqının aşağı olması səbəbindən İddiaçı etirazını bildirmiş, işdən çıxdığını bildirərək oranı tərk etmişdir. Həmin vaxtdan bugünədək həmin şirkətə getməmiş, onlarla hər hansı bir əlaqəsi olmamışdr. Daha sonra 2019-cu ilin fevral ayından etibarən "xxxx" MMC-də çalışmağa başlamışdır. İddiaçı ilə əmək müqaviləsi bağlayarkən əsas iş yeri kimi Cavabdeh MMC qeyd edildiyi üçün əlavə iş yeri qismində işə başlamışdır. Sonradan aydın olmuşdur ki, İddiaçı Cavabdeh MMC-nin portalından işçi qismində çıxarılmamışdr. Şirkət ilə neçə dəfə əlaqə saxlanılmağa çalışsa da mümkün olmamş, şirkət ofisini boşaltmışdır. Bir müddət sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən onunla əlaqə saxlanılmış, MMC-nin işçisi kimi qaldığı üçün izahatı alınmışdır. Məlum olmuşdur ki, vergi orqanı da MMC-də məsul şəxs tapa bilməməkdədir və MMC-nin direktoru Narkoloil Dispanserdə məcburi müalicə almaqdadır. Qeyd edilən hallar onun əmək funksiyalarını icra etməyinə, yeni iş yeri tapmağına ciddi maneələr yaratmaqdadır. Göstərilən halda MMC üzrə məsul şəxs tapılmadığı üçün işəgötürən tərəfindən tələbi icra edilməməkdədir. Məsələnin həll edilməsi üçün mediasiyaya da müraciət edilmiş, hər hansı nəticə əldə edilə bilməmişdir. Məsələnin həll edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət edilmiş, Müfəttişlik əmək müqaviləsinə xitam verilməsi bildirişinin elektron sistemə daxil edilməsi üçün şəhər məhkəməsinə müraciət edilməsini məsləhət görülmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.05.2022-ci il tarixli 2(003)-1313/2022 nömrəli qərardadına əsasən iddianın əmək müqaviləsinə xitam veriməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil ediməsi hüququnun X10 Xidmətinə həvalə edilməsi hissəsində xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı 01.10.2018-ci il tarixdə Cavabdeh MMC-ə 500 manat əmək haqqı almaq şərti ilə işə başlasa da sonrakı aylarda 250 manat əmək haqqı ödənildiyindən işdən azad olunduğunu bildirmişdir, lakin onunla olan əmək müqaviləsinə bugünədək xitam verilmədiyini bu yaxın vaxtlarda öyrənmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 nümayəndəsi X6 bildirdi ki, mübahisələndirilən əmək müqaviləsinin bağlanması bildirişinin etibarsız hesab edilməsi barədə rəsmi qaydada iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X7 Xidmətinə müraciət etmişdir. Təmsil etdiyi xidmət tərəfindən cavabdehə rəsmi məktub göndərilsə də, həmin məktuba cavab verilməmişdir, Buna görə də əmək müqaviləsinə xitam verilməsi bağlı əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməsi üçün cavabdehə və ya etibarsız hesab olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi kommersiya qurumlarının dövlət reyestri məlumat haqqında elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan sosial arayışdan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı qarasında 01.10.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu böyük anbardar vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinintabeliyində olan X12 Fondunun elektron müraciətə cavab məktubundan qeyd edilmişdir ki, sığortaedən "xxxx" MMC (SUN: **********2) tərəfindən 2019-cu ilin İİ-İV rübləri və 2020-ci ilin İ-İİ rübləri üzrə "Məcburi dövlət sosial sığortası üzrə hesabat"lar təqdim edilmədiyi üçün müraciətdə adları qeyd edilmiş vətəndaşlar, X3 və İddiaçı həmin dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarının təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Həmin məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələri hesab edilir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə iddiaçı 01.10.2018-ci il tarixdə Cavabdeh MMC-ə 500 manat əmək haqqı almaq şərti ilə anbardar vəzifəsində əmək fəaliyyətinə başlasa da, söz verilən əmək haqqı ödənilmədiyindən işdən azad olunduğunu bildirmişdir, lakin onunla olan əmək müqaviləsinə cavabdeh tərəfindən bugünədək xitam verilməmişdir. İddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı cavabdeh cəmiyyətə müraciət etsə də, cəmiyyət faktiki olaraq fəaliyyət göstərmədiyindən və direktorun yeri müəyyən edilmədyindən əmək müqaviləsinin ləğvi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri işçi ilə işəgötürən arasında bağlanmış olan əmək müqaviləsi ilə tənzimlənir. Müqavilə tərəflərin iradə ifadəsini etiva etdiyi üçün, həmçinin əmək qanunvericiliyində bir başa qeyd edildiyi üçün tərəflər arasında əmək müqaviləsi mövcud olmalı və tərəflərin hüquq və vəzifələri məhz əmək müqaviləsində öz əksini tapmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 01.10.2018-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15.05.2019-01.10.2018-ci il tarixli əmək müqaviləsi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1313/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1313/2022
26.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver