Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1345/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı "X7 Kredit Təşkilatı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "X7 Kredit Təşkilatı" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, X6 və Cavabdeh2 Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, istifadədə olan 0.03053 ha torpaq sahəsində yerləşən ev 17, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 34.18 kv.m. yaşayış sahəsindən ibarət olan 2 otaqlı, mənzil 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 Xancaonovna, Cavabdeh4, X6 və Cavabdeh2 həmin mənzildən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılmalarına, mənzilin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 17 aprel 2019-cu il tarixli, 2019/00584 nömrəli Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 30 % faiz hesablanmaq şərti ilə 12000 (on iki min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh X6 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, istifadədə olan 0,03053 ha torpaq sahəsində yerləşən ev 17, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 34,18 kv.m. yaşayış sahəsindən ibarət olan 2 otaqlı, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinə təqdim etmiş və bu barədə İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh5 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı tərəfindən ona qarşı Bakı şəhəri 9 saylı notariat ofisinin 81-15849 nömrəli, 23 oktyabr 2019-cu il tarixli icra qeydi ilə Xəzər rayonu İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin 8İ-15849 nömrəli, 23 oktyabr 2019-cu il tarixli icra qeydi üzrə tələb təmin edilərək Cavabdeh5 yaranmış borcun tütulmusı və tutmanın X3 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, istifadədə olan 0,03053 ha torpaq sahəsində yerləşən ev 17, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 34.18 kvm, yaşayış sühasindən ibarat olan 2 otaqlı 6 nömrəli mənzil ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin 8İ-15849 nömrəli, 23 oktyabr 2019-cu İl tarixli icra qeydi üzrə Xazər rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün "X1 Mərkəzi” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci minddəsinə asnsən “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-yə təklif edilmişdir. “xxxx" MMC ilə “xxxx” BOKT MMC arasında “hərracın yekunları üzrə əmlakın alqi-satqısı müqaviləsi" bağlanmış və Hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və Hərracın nəticələri haqqında yekun protokola əsəsən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, istifadadə olan 0,03053 ha torpaq sahəsində yerləşən ev 17, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 34.18 kvm. yaşayış sahəsindən ibarət olan 2 otaqlı, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlaka “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır (Reyestr nömrəsi: **********29-05101- 093001, Qeydiyyat nömrəsi: **********, Tarix: 16.12.2020). İpoteka predmeti olan əmlakın “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, X6 və Cavabdeh2 halhazırda da Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, istifadədə olan 0,03053 ha torpaq sahəsində yerləşən ev 17, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 34.18 kvm. yaşayış sahəsindən ibarət olan 2 otaqlı, mənzil 6 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görədə iddiaçı tərəfindən hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Məhkəmənin clasında iştirak etmiş cavabdeh X6 iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil onun mülkiyyətində olmuşdur. Oğlu Cavabdeh5 iddaçı təşkilatdan kredit götürəndə o, mülkiyyətində olan mənzili ipotekaya qoymuşdur. Sonradan oğlu həmin məbləği ödəmədi. O, özü banka olan qalıq borcu ödəyəcəkdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ üzrə "X7 Kredit Təşkilatı" MMC-nin adına 16.12.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan "xxxx” MMC-nin 19.02.2020-ci il tarixli 24/1 saylı “Hərracın nəticələri barədə” Protokolun surətindən görünür ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 17, 6 saylı mənzili Bank “X7 Kredit Təşkilatı” MMC-i almışdır. İş materiallarında olan "xxxx” MMC ilə "X7 Kredit Təşkilatı" MMC arasında 19.02.2020ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, ünvan 4 ünvanı "X7 Kredit Təşkilatı" MMC-nə 15938 manata satılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, "X7 Kredit Təşkilatı" MMC ilə "xxxx” MMC arasında hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanması ilə, habelə mübahisəli evin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 17, 6 saylı mənzilinə dair cavabdehin adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin keçmiş mülkiyyətçisi olan cavabdeh tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində X4 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin hüququna xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, X6 və Cavabdeh2 mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, X6 və Cavabdeh2 Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, istifadədə olan 0.03053 ha torpaq sahəsində yerləşən ev 17, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 34.18 kv.m. yaşayış sahəsindən ibarət olan 2 otaqlı, mənzil 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 Xancaonovna, Cavabdeh4, X6 və Cavabdeh2 həmin mənzildən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılmalı və mənzilin boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, X6 və Cavabdeh2 Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, istifadədə olan 0.03053 ha torpaq sahəsində yerləşən ev 17, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 34.18 kv.m. yaşayış sahəsindən ibarət olan 2 otaqlı, mənzil 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin və cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 Xancaonovna, Cavabdeh4, X6 və Cavabdeh2 həmin mənzildən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılsın və mənzilin boşaldılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, X5 və Cavabdeh2 tutularaq "X7 Kredit Təşkilatı" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1345/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1345/2021
07.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver