Məhkəmə qərarları › İş №e-2(003)-1488/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1488/2022

04.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1488/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına qarşı «əmrin ləğv edilməsi və işə bərpa olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasın qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının 01.02.2022-ci il tarixli 14/K saylı əmrinin 5-ci hissəsinin, yəni iddiaçı “İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən ləğv edilməsi” hissəsinin ləğv edilməsi və İddiaçı Azərbaycan Hava Yolları Qapalı Səhmdar CəmiyyətininMilli Aviasiya Akademiyasında tutduğu X1 X16 metodist vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MAA-nın nəzdindəki Aviasiya Elmi- Tədqiqat İnstitutunda mühəndis, 1999-2001-ci ildə MAA rektorunun köməkçisi, 2001-2005ci ildə Tədris-metodiki şöbədə metodist, 2005-2010-cu ildə Tədris işləri üzrə prorektorun köməkçisi, 2010-2022-ci ildə PHM NHŞ metodist qismində çalışmışdır. Son olaraq, iddiaçı Akademiyanın X1 X16 metodist kimi müddətsiz əmək müqaviləsi əsasında çalışmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun bu iddiası heç bir şəkildə onların hörmətli rektorularına qarşı yönəlməmişdir və yönələ də bilməz, bunu bu şəkildə təqdim etməyə çalışan, ona böhtan atır və məsuliyyəti öz boynundan atmaq və özünə bəraət qazandırmaq üçün bəhanə axtarır. Akademiyanın əməkdaşları yaxşı bilirlər ki, akademik kadr məsələsinə necə həssas olan bir rəhbərdir. O, heç bir zaman heç kimə yol verməzdi ki, onun işçilərini incitsinlər, onlara qarşı qərəzli münasibət nümayiş etsinlər, qanunsuzluqlara yol versinlər. O Milli Aviasiya Akademiyasında 28 il ərzində müxtəlif vəzifələrdə çalışmış, rektorlarının akademiyadakı ilk köməkçisi olmuşdur. Onun necə xeyirxah, mərhəmətli bir insan, adil, əqidəli bir rəhbər olduğunu çox yaxşı bilir. O bu illər ərzində akademiyada Azərbaycan dilində 2 cildlik ilk aviasiya terminləri lüğətini, baş redaktoru Nərgiz Paşayeva, elmi redaktor rektorları, Azalda istifadə edilən çoxsaylı təlimatların hazırlanmasında iştirak etmişdir. Akademiyanın DAK və TN, tərəfindən sertifikatlaşdırılması üzrə ilk sənədləri o hazılamış, dərslik, metodik göstərişlərinin, elmi məqalələri, konfranslarda iştirakları var. 01.02.2022-ci il tarixində baş verən ixtisara salınmada hüquqları çox kobud surətdə pozulmuşdur. İxtisara salınma onun xəbəri olmadan baş vermişdir. Hətta bu haqda o onun üstündən bir neçə gün keçdikdən sonra bilmişdir. Akademiyaya kadrlar şöbəsinə bülletenini təqdim edib-etməmək barədə məlumat almaq üçün zəng vurduqda ona bunu rəsmi olaraq bildirdilər. Öz iradlarını bildirdikdən sonra dedilər ki, əmr var və artıq gecdir, şikayətinin baxılması rədd edildiyindən hüquqlarını qorumaq üçün Əmək Müfətişliyinə və bir müddətdən sonra mediasiyaya müraciət etdi. Şikayəti əsasında akademiya ona aid sənədləri neçə ay keçdiyinə baxmayaraq Əmək Müfəttişliyinə təqdim etmədi, təyin olunan iki mediasiya iclasında da akademiyanın nümayəndəsi İştirak etmədi, 53 yaşında kimlərinsə qərəzli münasibətinə görə işsiz qalmışdır. 14 yaşında uşağını təkbaşına böyüdür, valideynləri, digər yaxın qohumları yoxdur. Bədxassəli şiş diaqnozu ilə əməliyyat olunmuşdur, müalicəsi hələ də davam edir. Bunlar bir kənara, onun kimi təhsil sahəsində həm müəllim, həm metodist kimi 28 il təcrübəsi olan işçini ixtisara salırlar, amma karantində distanat təhsil dövründə işə götürdükləri təcrübəsiz metodistləri işdə saxlayırlar. Əslində metodist vəzifəsinə ali təhsili və ən azından 5 il pedaqoji stajı olanları götürmək olar. İşə yeni götürdüklərinin heç birinin pedaqoji stajı yoxdur. Bundan əlavə akademiyanın saytında 31 yanvar tarixində yəni onun ixtisarından 1 gün əvvəl tyutor vəzifəsinə işçi qəbulu haqqında elan da verirlər. Nəzərə alsaq ki, hər 100 tələbəyə təxminən bir tyutor düşürsə bu təxminən 20-yə yaxın yeni işçi deməkdir. Həmçinin tələblərə görə tyutor vəzifəsinə ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslər seçilə bilər, həmçinin pedaqoji staj önəmlidir. Yəni onların arasında akademiyanın təcrübəli işçisinə 1 yer tapılmadı? Ayxan müəllimin təqdim etdiyi sənədlərə münasibətdə, onlardan böyük hissəsini NK qərarları, 9 ayın tabelləri təşkil edir. Onun ixtisara salınmağı ilə bunun nə əlaqəsi olduğu aydın deyil. Xəbərdarlıq məktubu ilə əlaqədar poçtdan ona nə zəng olub məktubla bağlı, nə qapısına gələn olub, nə də işdən ona məktub göndərildiyini deyən. Orada iki sənəd də var Socar layihəsinə aid izahat və kafedra müdirimin təqdimatı. Düzdür bu məsələlər ixtisarolmaya aid olmasalar da ona qərəzli münasibətin iki ildən artıq müddətdə məhz bu qərarlarla başlamasını qeyd etmək üçün iddiaya daxil etmişdir. Socar layihəsinə izahat nə vaxt yazılıb? Tarix, qəbul möhürü niyə yoxdur? Niyə bu 4 nəfərin 4 də hal-hazırda müxtəlif səbəblərlə işdən çıxıb? Kafedradan olan təqdimat hansı səbəbdən 13.08.2021-ci ildə yazılıb? Onsuz da 1 il artıq dərs verilmirdi. Meteoroloji təminat sahəsində biliyi olmayıbsa o 2003-cü ildən orada müəllim kimi necə çalışmış və ona baş müəllim adı niyə verilib? Yox əgər bunu indi aşkar ediblərsə harada və necə attestasiyadan keçmişdir? Zəng vurulması üzrə akt - niyə yalnız ev nömrəsi ilə əlaqə saxlanılıb? 19-na qədər iki həftə vaxt olub. O vaxt ərzində mobil telefon yaxud teleqramla məlumatlandırardılar onu. İxtisarın zəruriliyi ilə əlaqədar deyə bilər ki, ildə 7000 dinləyicisi olan şöbədə iş necə az ola bilər? Tədris-metodiki şöbədə hal hazırda 6 metodist var. O həmin şöbədə illərdir işləmiş, onda cəmi 2 metodist var idi. Ən əsas bu tərkibdə komitə üzvləri nə zaman hansı iclasda seçiliblər. İclas protokolunun nömrəsi niyə yoxdur? İxtisar əmrinin əsasında niyə hansı nömrəli və tarixli protokoldan çıxarışın göstərilməmiş və yalnız əmr və xəbərdarlıq göstərilmişdir? İxtisara aid müvafiq sənədlər gətirməkdənsə məhkəməyə ixtisarın real olduğunu təsdiqləyən sənədlər verilməli idi. İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, İxtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd. İşçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd, Xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilməli və bundan sonra işçilərin ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsini təsdiq edən sənəd. Həmkarlar ittifaqının üzvü olan işçini ixtisar etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına məhkəmə əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri (ixtisarın zəruriliyini təsdiq edən sənədlər, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd və s.) əlavə edilir. Hanı o sənədlər? İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, iddiaçı xəbəri olmadan ixtisara salınmış, işçiyə aid zəruri sənədlər bu günə qədər ona təqdim olunmamışdır. İddiaçı xəstə olduğu (COVİD-19 ) müddətdə ixtisara salınmışdır. Milli Aviasiya Akademiyası tərəfindən 04-05 noyabr 2021-ci il tarixlərində iddiaçıya heç bir zəng daxil olmamış, iddiaçının ixtisar olunacağı ilə bağlı keçirilən Həmkar İttifaqının iclası barədə heç bir formada xəbərdar olunmamışdır. Onun ev telefonuna cavabdeh tərəfindən heç bir zəng daxil olmamışdır. Məktubun iddiaçıya çatdırılma cəhdi ixtisardan iki gün sonra, yəni 2022-ci il yanvar ayının 28-də həyata keçirilmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının 01.02.2022-ci il tarixli 14/K saylı əmrinin 5-ci hissəsinin, yəni iddiaçı “İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi” hissəsinin ləğv edilməsi, İddiaçı cavabdeh «Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında tutduğu X1 X16 metodist vəzifəsinə bərpa edilməsi və iddiaçının vəkilə ödədiyi 800 (səkkiz yüz) manat xərcin, o cümlədən qanunsuz ixtisar nəticəsində iddiaçıya dəymiş 5000 (beş min) manat məbləğində mənəvi ziyanın cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının nümayəndəsi Nümayəndə bildirir ki, iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatında da etiraf edir ki, onun ixtisar əmri barədə məlumatı olmuşdur. Cavabdeh olaraq iddianı qəbul qəbul etmir və iddiaçı tərəfindən iddianın qaldırılma müddətinin ötürülmüş hesab edilməklə iddia müddətinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olmaqla, aşağıdakılara əsasən rədd olunmalıdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının İddiaçı ünvanladığı 03.09.2020-ci il tarixli 256 nömrəli məktubunda qeyd edilmişdir ki, Milli Aviasiya Akademiyasının (MAA) rektoru akademik X6 13 iyul 2020-ci il tarixli əmrinə əsasən MAA-nın tədris prosesinin səmərəli təşkil edilməsi və tədris strukturunun daha da təkmilləşdirilməsi məqsədi ilə kafedralar tərəfindən tədrisə cəlb olunan müəllimlərin ixtisaslarının tədris edəcəkləri fənlərə uyğunluğu yoxlanılmış və yenidən seçim aparılmışdır. MAA arasında 2019-cu ilin sentyabr ayının 13-də bağlanmış “Aviasiya meteorologiyası” kafedrasında 0,5 ştat və 239 saat saathesabı akademik yükü ilə əvəzçiliklə baş müəllim vəzifəsinə təyin olunmağınız barədə 42 saylı müddətli əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 46/K saylı, 13 iyul 2020-ci il tarixli əmrlə xitam verilmişdir. Ali təhsilinizin (ixtisasınız “Hidrogeologiya və mühəndisi geologiya”, Dağ mühəndisi-hidrogeoloq) “Aviasiya meteorologiyası” kafedrasında tədris olunan fənlərə uyğun gəlmədiyi üçün Sizinlə yeni müqavilənin bağlanılmaması qərara alınmışdır. Gələcəkdə ixtisasınıza uyğun tədris nəzərdə tutulduqda bu məsələyə yenidən baxıla bilər. Bundan əlavə SOCAR-ın fondu tərəfindən maliyyələşən və MAA-da yerinə yetirilən, üzvü olduğunuz layihənin rəhbərinin müraciəti əsasında, həmin layihədə fəaliyyətinizin olmaması və uyğunsuzluğunuz səbəbindən iştirakınıza xitam verilmişdir. Bu qərar layihə rəhbərinin müriaciəti əsasında aparılmış araşdırma nəticəsində qəbul olunmuşdur. Siz MAA-nın X1 X17 metodisti vəzifəsində fəaliyyətinizi davam etdirirsiniz. İş materiallarında olan “Aviasiya metrologiyası” kafedrasının müdiri N.Ş.Hüseynovun Milli Aviasiya Akademiyasının rektoru X9 ünvanlanmış 13.08.2021-ci il tarixli 490 nömrəli təqdimatda qeyd edilmişdir ki, “Aviasiya metrologiyası” kafedrasının 0,5 ştat, baş müəllim İddiaçı baza və ixtisası kafedranın ixtisasına uyğun olmadığı, eyni zamanda “Aviasiya meteorologiyası” kafedrasında tədris edilən fənlər üzrə sertifikatlarının olmadığı üçün, 2020/2021-ci tədris ilində ona dərs verilməmişdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatlarının uçuşların meteorloji təminatı sahəsində sənədlərin tələb və standartlarını bilmədiyi üçün dərs verilməsinin məqsədəuyğun hesab etmir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 01.12.2021-ci il tarixli 146 nömrəli əmrindən çıxarışdan görünür ki, “X1 X21”nin struktura daxil olan “Tədris təşkili qrupu” tərkibindəki ştat vahidləri ilə 2 stat vahidi metodist, informasiya mühəndis, 2 ştat vahidi böyük lobarant, kompüter operatoru, loborant ixtisar edilməsi əmr edilmişdir. İş materiallarında olan Milli Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar iclasının 19.11.2021-ci il tarixli protokolundan görünür ki, Milli Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsi X2 X17 nəzdində Tədrisin təşkili qrupunun böyük laborantı X7, X1 X17 nəzdindəki “Tədrisin təşkili qrupunun” metodisti X10, X1 X17 nəzdindəki Tədrisin təşkili qrupunun metodisti İddiaçı, X1 X17 nəzdindəki Tədrisin Təşkili qrupunun böyük laborantı X8 və X1 X17 nəzdindəki Tədrisin təşkili qrupunun laborantı X14 ilə bağlanmış Əmək Müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsının “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) İşəgötürən tərəfindən birtərəfli şəkildə ləğv olunmasına etiraz etməməklə razılıq verir. Milli Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri X13 Milli Aviasiya Akademiyasının ştat cədvəlində dəyişikliklərin edilməsi, zərurəti ilə əlaqədar X3 X17 nəzdindəki “Tədrisin təşkili qrupu”nun tərkibindəki ştat vahidlərinin ixtisar olunacağı təqdirdə İxtisara düşən əməkdaşların əvvəlcədən məlumatlandırılmalarını və İxtisaslarına uyğun əlavə vakansiya yeri olduqda Akademiyaya işə dəvət olunmaları qərara alınmışdır. İş materiallarında olan Milli Aviasiya Akademiyasının “Aerokosmik informasiya sistemləri” kafedrasının dosenti SOCAR layihəsinin rəhbəri Sevda İbrahimovanın vermiş olduğu izahatında qeyd edilmişdir ki, 2000-ci ildən Milli Aviasiya Akademiyasında dosent vəzifəsində işləməyə başlamışdır. Milli Aviasiya Akademiyasında SOCAR layihəsi yerinə yetirilir və bu layihə 2019-cu ildə iştirak etmək üçün layihə təklif etmiş. Lahiyə onun tərifndən işlənib hazırlanmış və tərəfindən ilkin olaraq iştiakçılar olaraq beş nəfər nəzərdə tutulmuşdur. Layihənin gedişatında iki nəfər başqa iştirakçılarla əvəz olundu. Layhiə qalib elan olundan sonra Milli Aviasiya Akademiyası iştiakçısı qismində Natiq İsmayılov, Elnurə Orucova, Şəhanə Zeynalova, İddiaçı təklif edilmişdir. Lakin həmin iştiakçəlar əmək haqqı alaraq, heç bir fəaliyyət göstəməmişlər. Bunları nəzərə alaraq həmin yoldaşların layihədən çıxarılmasını və layihədə real komək edə biləcək şəxləriln iştirakının təmin edilməsi üçün kömək göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Milli Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Q.Ç.Süleymanov, Kadrlar və sənədlər şöbəsinin sosioloqu S.A.Əhədova, tədris metodik şöbə müdirinin müavini R.G.Mürsəlov tərəfindən imzalanmaqla tərtib edilmiş 04.11.2021-ci il tarixli və 10.11.2021-ci il tarixli aktlarda qeyd edilmişdir ki, Milli Aviasiya Akademiyasının Həmkarlar ittifaqı komitəsinin sədri Qalib Süleymanov X1 X17 nəzdindəki Tədrisin təşkili qrupunun metodisti İddiaçı Milli Aviasiya X5 Komitəsinin iclasında iştirak etməsi məqsədilə ***-***-**-** ev nömrəsinə ***-**-** (34-69, 26-28) nömrəsindən zəng olunub, telefon dəstəyini götürən olmadı. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının 01.02.2022-ci il tarixli 14/k nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı X1 X17 Tədrisin təşkili qrupunun metodistinin əmək müqaviləsi 01.02.2022-ci il tarixdən Azərbaycan Respbulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv olunmuş, mühasibat şöbəsi ona Azərbaycan Respbulikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik müavinət və istifadə etmədiyi məzuniyyət günlərinə görə 12 təqvim günü kompensasiya ödənilməsi barədə əmr verilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası ilə İddiaçı arasında bağlanmış 13.09.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki. əmək müqaviləsi 13.09.2019-cu il tarixdən 05.07.2020-ci il tarixədək müddətli bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 4 saylı Poçt filalının İddiaçı ünvanladığı 29.04.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, sonuncunun adına Milli Aviasiya Akadamiyası tərəfindən göndərilmiş SS**********AZ ştrix kodlu sifarişli məktub 09.02.2021ci il tarixdə 45 saylı poçt şöbəsinə daxil olmuşdur. X15 İdarəetmə Sistemində həmin sifarişli məktubun işlənməsi və ünvan üzrə çatdırılıb-çatdırılmaması barədə məlumatlar poçt şöbəsi tərəfindən vaxtında sistemə işlənməmişdir. Eyni zamanda 45 saylı PŞ-nin poçtalyonu Lalə Məmmədova yazdığı izahatında, İddiaçı olaraq adınıza Milli Aviasiya Akademiyası tərəfindən göndərilmiş SS760328985AZ ştrix kodlu sifarişli məktubun çatdırılmasına dair şifahi sorğunun daxil olduğunu göstərmiş, bundan sonra məktubun poçt şöbəsində tapılaraq ünvan üzrə çatdırılmasına onun tərəfindən cəhd edildiyini, lakin qapı bağlı olduğundan, “qapı bağlıdır” qeydi ilə məktubun göndəriciyə geri qaytarılmasını bildirmişdir. 45 saylı PŞ-nin müdiri Günay Cəfərova yazdığı məlumatında həmin məktubun poçtalyon tərəfindən 28.01.2022-ci il tarixdə ünvan üzrə çatdırılmaya cəhd edilməsini, lakin qapı bağlı olduğuna görə çatdırılmanın baş vermədiyini göstərmişdir. Lakin S**********AZ ştrix kodlu sifarişli məktub 16.02.2022-ci il tarixdə həmin səbəb göstərilməklə, Milli Aviasiya Akademiyasına geri qaytarılmışdır. Göstərilənlərə baxmayaraq, 45 saylı PŞ-nin poçtalyonu tərəfindən qapıya hər hansı bir bildirişin qoyulması və ya şifahi olaraq məlumatın verilməsi barədə, yazdığı izahatında heç bir məlumat göstərilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Milli Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin 19.11.2021-ci il tarixli protokoluna əsasən X2 X17 nəzdində Tədrisin təşkili qrupunun metodisti İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsının “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işəgötürən tərəfindən birtərəfli şəkildə ləğv olunmasına etiraz etməməklə razılıq verilmiş və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 01.12.2021-ci il tarixli 146 nömrəli əmrindən çıxarışdan görünür ki, “X1 X21”nin struktura daxil olan “Tədris təşkili qrupu” tərkibindəki ştat vahidləri ilə 2 stat vahidi metodist, informasiya mühəndis, 2 ştat vahidi böyük lobarant, kompüter operatoru, loborant ixtisar edilməsi əmr edilmişdir. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının 01.02.2022-ci il tarixli 14/k nömrəli əmrinə əsasən İddiaçı X1 X17 Tədrisin təşkili qrupunun metodistinin əmək müqaviləsi 01.02.2022-ci il tarixdən Azərbaycan Respbulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv olunmuşdur. Məhkəmə həmçinin müəyyən etdi ki, 04.11.2021-ci il tarixli və 10.11.2021-ci il tarixli aktlarda qeyd edilmişdir ki, Milli Aviasiya Akademiyasının Həmkarlar ittifaqı komitəsinin sədri Qalib Süleymanov X1 X17 nəzdindəki Tədrisin təşkili qrupunun metodisti İddiaçı Milli Aviasiya X5 Komitəsinin iclasında iştirak etməsi məqsədilə ***-***-**-** ev nömrəsinə ***- **-** (34-69, 26-28) nömrəsindən zəng olunmuş, lakin telefon dəstəyini götürən olmamışdır. Bu barədə akt tərtib edilmiş və akt Milli Aviasiya Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Q.Ç.Süleymanov, Kadrlar və sənədlər şöbəsinin sosioloqu S.A.Əhədova, tədris metodik şöbə müdirinin müavini R.G.Mürsəlov tərəfindən imzalanmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Milli Aviasiya Akadamiyası tərəfindən göndərilmiş SS**********AZ ştrix kodlu sifarişli məktub ünvan üzrə (İddiaçı) poçt tərfindən çıatıdırılmağa cəhd edilmiş, lakin qapı bağlı olduğundan “qapı bağlıdır” qeydi ilə məktub göndəriciyə geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 68-80-ci maddələrində əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları göstərilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 68,76-cı maddəsinin tələbinə görə əmək müqaviləsini yalnız bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilə bilər və əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmayan əsaslarla xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası tərəfindən İddiaçı ilə Əmək Müqaviləsi pozularkən qanunun yuxarıda qeyd olunan normaları və tələbləri gözlənilmiş, İddiaçı qanunsuz və əsassız olaraq işdən azad edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edildiyindən, məcburi işburaxma müddəti ilə əlaqədar işdən çıxarılması ilə əlaqədar mənəvi ziyanın və iddiaçının vəkilə ödədiyi 800 (səkkiz yüz) manat xərcin ödənilməsi hissəsində iddiaçının tələbləri əsassızdır və rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Şərh olunan maddi hüquq normasına əsasən, məhkəmə fərdi əmək mübahisəsinə baxarkən iddiaçının tələblərinin haqlı olduğu, onunla bağlanmış əmək müqaviləsinə qanunun tələbləri pozulmaqla xitam verildiyi qənaətinə gəldiyi təqdirdə, əvvəlki işinə bərpa olunması ilə yanaşı, vurulmuş maddi və mənəvi zərərin işəgötürəndən tutulmasını qərara ala bilər. Hazırkı işdə isə qeyd edilən pozuntular müəyyən edilmədiyindən və iddiaçının tələbi rədd edildiyindən, vurulmuş mənəvi zərərlə bağlı tələblərin də təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda mülki iş üzrə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, İddiaçı hazırkı iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki işin materiallarından İddiaçı ilə bağlanmış olan əmək müqaviləsi 01.02.2022ci il tarixdə xitam verilmiş, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında görünür ki, iddiaçı mübahisənin həlli ilə bağlı ilkin olaraq müdiasiyaya müraciət etmiş və Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə 15.03.2022-ci il tarixdə MŞB/6-1020 nömrəli arayış verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası qarşı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının 01.02.2022-ci il tarixli 14/K saylı əmrinin 5-ci hissəsinin, yəni iddiaçı “İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi” hissəsinin ləğv edilməsi, İddiaçı cavabdeh «Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında tutduğu X1 X16 metodist vəzifəsinə bərpa edilməsi və iddiaçının vəkilə ödədiyi 800 (səkkiz yüz) manat xərcin, o cümlədən qanunsuz ixtisar nəticəsində iddiaçıya dəymiş 5000 (beş min) manat məbləğində mənəvi ziyanın cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasından tutularaq İddiaçı ödənilməsi barədə iddiasıi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi̇ : İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası qarşı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının 01.02.2022-ci il tarixli 14/K saylı əmrinin 5-ci hissəsinin, yəni iddiaçı “İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi” hissəsinin ləğv edilməsi, İddiaçı cavabdeh «Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında tutduğu X1 X16 metodist vəzifəsinə bərpa edilməsi və iddiaçının vəkilə ödədiyi 800 (səkkiz yüz) manat xərcin, o cümlədən qanunsuz ixtisar nəticəsində iddiaçıya dəymiş 5000 (beş min) manat məbləğində mənəvi ziyanın cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasından tutularaq İddiaçı ödənilməsi barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar