Məhkəmə qərarları › İş №e-2(003)-1571/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1571/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1571/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 abunə müqaviləsi üzrə 68,15 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 98,15 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış abunə müqaviləsinə əsasən ********* mobil nömrəsində kreditorun rabitə xidmətlərindən istifadə edilmiş və nəticədə cəmi 68,15 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil Amaqla) ödəməlidir. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, lakin göndərilmiş zərflər rabitə orqanı tərəfindən üzərində “ünvan düzgün deyil” qeydləri ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X2 arasında xx.xx.2011-ci il tarixdə abunə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X1 istifadəsinə ********* mobil nömrəsi verilmişdir. İş materiallarında olan cari hesabdan çıxarışdan görünür ki, X1 xx.xx.2023-cü il tarixə 68,15 manat borcu vardır. İş materiallarında olan 5 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023cü il tarixli mətubundan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır və onlar miras əmlakdan hər birinə ½ hissədə paya dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. İş materiallarından müəyyən edilir ki, İddiaçı MMC ilə X2 arasında xx.xx.2011-ci il tarixdə abunə müqaviləsi əsasında göstərilən xidmətlərə görə 68,15 manat məbləğində borc yaranmış, X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır və onlara miras əmlakdan hər birinə ½ hissədə paya dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda müqavilə tərəfi öldüyündən yaranmış borc, xidmət göstərilən həmin şəxsin vərəsələrindən tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Sadalanan qanunvericilik normalarının tələblərinə və işin müəyyən edilmiş hallarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2, mirasqoyan X1 vərəsəsi olduqlarından və onlar, iddiaçı qarşısında mirasqoyanın əvəzinə qəbul edilmiş miras əmlaka mütənasib olaraq borcun qaytarılması barədə məsuliyyət daşıdıqlarından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 68,15 manat borc və ödənilmiş dövlət rüsumuna 30 manat, cəmi 98,15 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 68,15 manat borc və ödənilmiş dövlət rüsumuna 30 manat, cəmi 98,15 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar