Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1585/2021 27.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndənın, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı xidmət haqqının tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1800 manat pul vəsaitinin, 110 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflər mübahisəni öz aralarında həll etdiklərini və barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Tərəflər aşağıdakılar barədə barışıq sazişi bağlamışlar: Bir tərəfdən "İddiaçı" MMC (etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə) (bundan sonra "İddiaçı" adlanacaq) Digər tərəfdən Cavabdeh (bundan sonra "Cavabdeh" adlanacaq), aşağıdakılara dair razılığa gəldilər. Bundan sonra bu barışıq sazişində (bundan sonra - Saziş), İddiaçı və Cavabdeh birlikdə "Tərəflər" və ayrı-ayrılıqda "Tərəf" kimi də adlandırıla bilərlər Tərəflər arasında mövcud olan e-2(003)-1585/2021 saylı mülki işi məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, Sazişi aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. İddiaçı "İddiaçı" MMC e-2(003)-1585/2021 saylı mülki iş üzrə cavabdehdən tələb etdiyi 1800 (min səkkiz yüz) manat ödənilmiş icarə haqqı, 110 (yüz on) manat vəkilə ödənilmiş hüquqi xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması ilə bağlı iddiasından imtina edir.
2. Cavabdeh iddiaçı "İddiaçı" MMC-yə 1800 (min səkkiz yüz) manat borcunun olduğunu etiraf edir və öz üzərinə götürür ki, 1800 (min səkkiz yüz) manat pul vəsaitini 01 may 2021-ci il tarixdən başlayaraq aylıq 300 (üç yüz) manat olmaqla, hər ayın 1-i 6 ay müddətinə ödəyəcəkdir.
3. Cavabdeh tərəfindən ödənişin Sazişin 2-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni təqvim ayının 1-dən sonra 10 (on gün) müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsas kimi qəbul edilir.
4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52,191.1,191.2 və 261.0.5.-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçı "İddiaçı" MMC-də, ikincisi, cavabdeh da saxlanılır və üçüncüsü Bakı şəhəri Xəzər rayon məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. İddiaçı və cavabdeh tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-jü maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bir tərəfdən "İddiaçı" MMC (etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə) (bundan sonra "İddiaçı" adlanacaq) Digər tərəfdən Cavabdeh (bundan sonra "Cavabdeh" adlanacaq), aşağıdakılara dair razılığa goldilor. Bundan sonra bu barışıq sazişində (bundan sonra - Saziş), İddiaçı və Cavabdeh birlikdə "Tərəflər" və ayrı-ayrılıqda "Tərəf" kimi də adlandırıla bilərlər Tərəflər arasında mövcud olan e-2(003)-1585/2021 saylı mülki işi məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, Sazişi aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. İddiaçı "İddiaçı" MMC e-2(003)-1585/2021 saylı mülki iş üzrə cavabdehdən tələb etdiyi 1800 (min səkkiz yüz) manat ödənilmiş icarə haqqı, 110 (yüz on) manat vəkilə ödənilmiş hüquqi xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması ilə bağlı iddiasından imtina edir.
2. Cavabdeh iddiaçı "İddiaçı" MMC-yə 1800 (min səkkiz yüz) manat borcunun olduğunu etiraf edir və öz üzərinə götürür ki, 1800 (min səkkiz yüz) manat pul vəsaitini 01 may 2021-ci il tarixdən başlayaraq aylıq 300 (üç yüz) manat olmaqla, hər ayın 1-i 6 ay müddətinə ödəyəcəkdir.
3. Cavabdeh tərəfindən ödənişin Sazişin 2-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni təqvim ayının 1-dən sonra 10 (on gün) müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçımn məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsas kimi qəbul edilir.
4. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52,191.1,191.2 və 261.0.5.-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçı "İddiaçı" MMC-də, ikincisi, cavabdeh da saxlanılır və üçüncüsü Bakı şəhəri Xəzər rayon məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir.
İddiaçı Cavabdeh qarşı xidmət haqqının tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Ramilə Xəzri