Məhkəmə qərarları › İş №e-2(003)-1724/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1724/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1724/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri” X5 1 saylı Bakı ərazi idarəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 78/1-1 nömrəli qərarında, Bələdiyyə ilə bağladığı xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair AKT”da, torpağın ona ayrılmasına razılıq verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli məktubunda, Buzovna Bələdiyyəsi tərəfindən alqı-satqı predmeti kimi təklif olunan torpaq sahəsinin qaiməsindən çıxarışda və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2007-ci il tarixli, **********2000107 nömrəli “torpaq sahəsinin Kadastr planı”nda götərilmiş soyadının “Abbasov” əvəzinə “Abasov” olması, ata adının “Məmmədəli” əvəzinə “Məhəmmədəli” olması, Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 78/1-1 nömrəli qərarına əlavə edilmiş torpaq sahəsinin sxemində və Buzovna Bələdiyyəsinin xəritəsindən müxtəlif formatda verilmiş iki çıxarışda soy adının “Abbasov” əvəzinə “Abasov” olması, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 795 nömrəli qərarına əsasən tərtib edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinin ayrılmasına dair 8 nömrəli orderdə ata adının “Məhəmməd” əvəzinə “Məhəmmədəli” olması, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda” Bağ məsələləri üzrə komissiya yığıncağının 29 may 1992-ci il tarixli, 40 nömrəli protokolunda 2.8-ci bənddə soyadının “Abbasov” əvəzinə “Abasov”, ata adının “Məmmədəli” əvəzinə “Məhəmmədəli” olmasına dair hüquqi faktın müəyyən olunması və həmin sənədlərdə soy adının “Abasov”, ata adının isə “Məhəmmədəli” kimi oxunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında göstərdi ki, ərizəçi xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinə müraciət edərək Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq ayrılmasını xahiş etmişdir. Buzovna Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 78/1-1 nömrəli qərara əsasən Buzovna qəsəbəsi ərazisində torpaq ayırmış, onunla Buzovna Bələdiyyəsi arasında xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair AKT” bağlanmışdır. Bununla da həmin ərzazidə 500 kv.m-dan ibarət torpaq sahəsi faktiki olaraq ərizəçinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün AR İN ƏMDX yanında DƏDKR PHŞ müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli imtina məktubu almışdır.Məktubda qeyd etmişdir ki, ərizəçinin şəxsiyyətini təsdiq edən sədənddə ata adı “Məhəmmədəli” kimi, təqdim olunmuş sənədlərdə isə “Məmmədəli” kimi qeyd edilmişdir. Bundan sonra ərizəçi sənədlərə baxdıqda bəzi sənədlərdə soy adının da səhv qeyd edildiyi müəyyən etmişdir. Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 78/1-1 nömrəli qərarında, Bələdiyyə ilə bağladığı xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair AKT”da, torpağın ona ayrılmasına razılıq verilməsinə dair AR Bakı şəhər İcra Hakimiyyəti Memarıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli məktubunda, Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən alqı-satqı predmeti kimi təklif olunan torpaq sahəsinin qaiməsindən çıxarışda və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2007-ci il tarixli, **********2000107 nömrəli “torpaq sahəsinin Kadastr planı”nda soyadı “Abasov” əvəzinə, “Abbasov”, ata adı “Məhəmmədəli” əvəzinə “Məmmədəli” kimi qeyd edilmişdir. Bununla yanaşı Buzovna Bələdiyyəsinin xəritəsindən verilmiş çıxarışda, həmin xəritədən verilmiş digər iki çıxarışda və Bələdiyyənin xx.xx.2007- ci il tarixli qərarına əlavə edilmiş “torpaq sahəsin sxemində” adı və ata adı düzgün yazılsa da soy adı “Abasov” əvəzinə “Abbasov” kimi qeyd edilmişdir. Oxşar texniki səhvlər mülkiyyətində olan digər torpaq sahəsinin bəzi sənədlərində də mövcuddur. 1992-ci ildə işlədiyi müəssisənin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən 0.12 ha ibarət 1477 nömrəli torpaq sahəsini almış və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.1992-ci il tarixli, 795 nömrəli qərarı ilə ona 8 nömrəli order verilmişdir. Həmin orderdə ata adı “Məhəmmədəli” əvəzinə “Məhəmməd” kimi, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda” Bağ məsələləri üzrə komissiya yığıncağının 29 may 1992-ci il tarixli, 40 nömrəli protokolunda 2.8-ci bənddə soyadı “Abasov” əvəzinə “Abbasov”, ata adı “Məhəmmədəli” əvəzinə “Məmmədəli” kimi qeyd edilmişdir. Bu torpaq sahəsi üzərində qeydiyyat ilə əlaqədar ASAN xidmət mərkəzinə müraciət etsə də, orada sənədlərə ilkin baxış zamanı bu nöqsanların aradan qaldırılaraq müraciət edilməli olması bildirilmişdir. Bu səbəbdən də torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı mümkün olmamışdır. Qeyd ediyi sənədlərdə soyadının “Abasov”, ata adının isə “Məhəmmədəli” olmasına dair hüquqi faktın müəyyən edilməsinə zəruridir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri” X5 1 saylı Bakı ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, X2 Buzovna qəsəbəsində fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X2 onun ərizəsi əsasında torpaq sahəsi satılmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsinə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan torpaq sahəsinin qayiməsindən çıxarışda görünür ki, ətizəçinin adı X1 qeyd olunmuşdur. İş materiallarında olan Buzovna bələdiyyəsinin xəritəsindən çıxarışdan görünür ki, ərizəçinin adı X1 qeyd olunmuşdur. İş materiallarında olan Əzizbəyov rayon Buzovna bələdiyyəsi tərəfindən verilmiş kadastr planından görünür ki, ərizəçinin adı X1 qeyd olunmuşdur. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun təqdim etdiyi torpaqla bağlı sənədlərlə şəxsiyyətini təsdiq edən sənəddə atasının adı uyğun gəlmədiyinə görə Xəzər rayonu,Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Bağ məsələləri üzrə komissiya yığıncağının 29 may 1992-ci il tarixli, 40 nömrəli protokolun 2.8-ci bəndində ərizəçinin soyadı “Abbasov”, atasının adı “Məmmədəli” kimi qeyd olunmuşdur. İş materiallarında olan ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun soyadı “Abasov”, atasının adı “Məhəmmədəli”dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmədə müəyyən olundu ki, Ərizəçi soyadı və atasının adı ayrı-ayrı sənədlərdə texniki səhvə yol verilərək yanlış yazılmışdır. Belə ki, yuxarıda göstərilən sənədlərdə onun soyadı “Abasov” əvəzinə “Abbasov”, atasının adı “Məhəmmədəli” əvəzinə “Məmmədəli” kimi qeyd olunaraq yalnışlığa yol verilmişdir. Bu hal ərizəçinin mənafelərinə zidd olduğundan, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 78/1-1 nömrəli qərarında, ərizəçinin Bələdiyyə ilə bağladığı xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair AKT”da, torpağın ona ayrılmasına razılıq verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli məktubunda, Buzovna Bələdiyyəsi tərəfindən alqısatqı predmeti kimi təklif olunan torpaq sahəsinin qaiməsindən çıxarışda və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2007-ci il tarixli, **********2000107 nömrəli “torpaq sahəsinin Kadastr planı”nda ərizəçinin soyadının “Abbasov” əvəzinə “Abasov” olması, ata adının “Məmmədəli” əvəzinə “Məhəmmədəli” olması, Buzovna Bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 78/1-1 nömrəli qərarına əlavə edilmiş torpaq sahəsinin sxemində və Buzovna Bələdiyyəsinin xəritəsindən müxtəlif formatda verilmiş iki çıxarışda soy adının “Abbasov” əvəzinə “Abasov” olması, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 795 nömrəli qərarına əsasən tərtib edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinin ayrılmasına dair 8 nömrəli orderdə ata adının “Məhəmməd” əvəzinə “Məhəmmədəli” olması, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında” Bağ məsələləri üzrə komissiya yığıncağının 29 may 1992-ci il tarixli, 40 nömrəli protokolunda 2.8-ci bənddə soyadının “Abbasov” əvəzinə “Abasov”, ata adının “Məmmədəli” əvəzinə “Məhəmmədəli” olması faktı təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin.

1. Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 78/1-1 nömrəli qərarında;

2. Ərizəçinin Bələdiyyə ilə bağladığı xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair AKT”da;

3. torpağın ona ayrılmasına razılıq verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli məktubunda

4. Buzovna Bələdiyyəsi tərəfindən alqı-satqı predmeti kimi təklif olunan torpaq sahəsinin qaiməsindən çıxarışda;

5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2007-ci il tarixli, **********2000107 nömrəli “torpaq sahəsinin Kadastr planı”nda;

6. “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında” Bağ məsələləri üzrə komissiya yığıncağının 29 may 1992-ci il tarixli, 40 nömrəli protokolunun 2.8ci bəndində; Göstərilən sənədlərdə Ərizəçi soyadının “Abbasov” əvəzinə “Abasov”, ata adının “Məmmədəli” əvəzinə “Məhəmmədəli” olması faktı müəyyən edilsin. Buzovna Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 78/1-1 nömrəli qərarına əlavə edilmiş torpaq sahəsinin sxemində və Buzovna Bələdiyyəsinin xəritəsindən müxtəlif formatda verilmiş iki çıxarışda ərizəçinin soyadının “Abbasov” əvəzinə “Abasov” olması faktı müəyyən edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 795 nömrəli qərarına əsasən tərtib edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinin ayrılmasına dair 8 nömrəli orderdə ərizəçinin atasının adı “Məhəmməd” əvəzinə “Məhəmmədəli” olması faktı müəyyən edilsin. Göstərilən sənədlərdə Ərizəçi soyadı “Abasov”, atasının adı “Məhəmmədəli” kimi oxunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar