Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-176/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və X10 qarşı “ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 QSC, Cavabdeh2 və X10 qarşı “ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27R000004592 saylı və xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmaları üzrə Cavabdeh2 öhdəliyinin təmin olunması üçün cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X15 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinin ipoteka qoyulmasına dair ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 001L000095 saylı kredit xətti müqaviləsinə xx.xx.2014-cü il tarixli 95 saylı sazişlə edilmiş dəyişikliyə əsasən 239 ay müddətinə 2 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 27R000004592 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 250 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit razılaşmasına və ödəniş planına xx.xx.2016cı il tarixli 27R000004592SA saylı sazişlə dəyişiklik edilmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit razılaşmasına və ödəniş planına xx.xx.2016cı il tarixli 027R**********S saylı sazişlə dəyişiklik edilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bankla X15 ilə bank arasında bağlanmış xx.xx.2011-ci il tarixli 04M000001118 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evi dəyəri 140 000 manat olaraq müəyyən edilərək ipoteka ilə yüklü edilmişdir. Halbuki, həmin evin təkcə torpağının dəyəri ən minimum 120 000 manatdır. xx.xx.2017-ci ildə X15 ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evi İddiaçı hədiyyə verilmişdir. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evin mülkiyyətçisi İddiaçıdur. İddiaçı ilə bank arasında hər hansı bir ipoteka müqaviləsi bağlanmadı. Hazırda Cavabdeh2 borcunun qalmadığı bildirir. Lakin Banka buna dair heç bir sənəd təqdim etmir. Cavabdeh2 borcunun qalıb qalmadığı müəyyən edilərək ipoteka yüklü edilmiş qeyd edilən daşınmazın ipoteka müqaviləsinə xitam verilməsi məsələsinə baxılmalıdır. Bundan başqa qeyd edildiyi kimi cavabdeh "xxxx" ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 27R000004592 saylı kredit razılaşması (həm də ödəniş planına) və xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasına (həm də ödəniş planına) xx.xx.2016-cı il tarixində ipoteka qoyan – X8 və İddiaçı məlumatı və razılığı olmadan dəyişikliklər edilmiş və onların hüquqi vəziyyəti ağırlaşdırılmışdır. Cavabdeh bankın bu hərəkəti qanunsuz olduğu üçün həmin ipoteka müqaviləsinə xitam verilməlidir. Bundan başqa, X8 ipoteka qoyduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinin sahəsi 198 kv.m olduğu halda, İddiaçı hədiyyə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinin sahəsi 319 kv.m-dir. Hal-hazırda isə həmin daşınmazın sənəd üzərindəki sahəsi 319 kv.m olduğu halda faktiki sahəsi 1500 kv.m, 2023-cü ilə olan bazar qiyməti ən minimum 800 000 manatdır. Elə onun 12 sot olan torpağının belə qiyməti 120 000 manatdır. Qeyd edilən fakt da nəzərə alınaraq həmin ipoteka müqaviləsinə xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 QSC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və qeyrilərinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh2 ilə Cavabdeh1 QSC arasında kredit müqavilələri bağlanmış və kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə digər əmlaklarla yanaşı X10 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 61 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra həmin əmlak X15 ilə İddiaçı arasında bağlanmış xx.xx.2017ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ipoteka ilə yüklü vəziyyətdə qalmaq şərti ilə sonuncuya bağışlanmışdır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 61 saylı fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasının təminatı üçün ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. Cavabdeh2 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetimədiyindən bank tərəfindən kredit borcunun geri qaytarılması ipoteka predmetlərinə tutma yönəldilməsi əmlakların açıq hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi, əmlakların satıldıqdan sonra boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, X2, X4, X11, X7 və İddiaçı müştərək qaydada 27R000004592 saylı kredit razılaşması üzrə 152608,93 ABŞ dolları əsas borc, 45206,05 ABŞ dolları faiz borcu, 1.500 ABŞ dolları cərimə olmaqla, cəmi 199314,98 ABŞ dollarının, 027R********** saylı kredit razılaşması üzrə 12318,07 ABŞ dolları əsas borc, 7278,90 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 19796,97 ABŞ dollarının, ümumilikdə 219111,95 (iki yüz on doqquz min bir yüz on bir dollar doxsan beş sent) ABŞ dollarının (ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 60 (altmış) manat xidmət haqqının tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, tutmanın ilkin satış qiyməti 100000 (bir yüz min) manat müəyyən edilməklə X3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 140000 (bir yüz qırx min) manat müəyyən edilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməklə X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2, X2, X4, X11, X7 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra X3 Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evindən və X5 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilindən çıxarılması və ipoteka predmetlərinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-180/2022 saylı 08 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 570/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5953/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-180/2022 saylı 08 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmiş və hazırda iş üzrə icra tədbirləri həyata keçirilməkdədir. Cavabdeh1 QSC ilə İddiaçı və digər cavabdehlər arasında məhkəmə çəkişmələri 2019-cu ildən davam edir. Ailə üzvü olan, iş üzrə ipoteka qoyan, həmçinin bankın iddiası üzrə cavabdehlərdən biri kimi prosesə cəlb edilmiş İddiaçı keçən müddət ərzində davam edən məhkəmə çəkişmələrindən guya xəbərsiz olması qətiyyən ağlabatan deyildir. Cavabdeh1 QSC-nin nümayəndəsi X9 ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və X15 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarına nəzər yetirib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-570/2020 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh2, X2, X4, X11, X7 və İddiaçı müştərək qaydada 27R000004592 saylı kredit razılaşması üzrə 152.608,93 ABŞ dolları əsas borc, 45.206,05 ABŞ dolları faiz borcu, 1.500 ABŞ dolları cərimə olmaqla, cəmi 199.314,98 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə 12.318,07 ABŞ dolları əsas borc, 7.278,90 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 19.796,97 ABŞ dolları, ümumilikdə 219.111,95 (iki yüz on doqquz min bir yüz on bir dollar 95 sent) ABŞ dolları (ödəniş günü, ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqı tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, tutma ilkin satış qiyməti 100000 (bir yüz min) manat müəyyən edilməklə X3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 140.000 (bir yüz qırx min) manat müəyyən edilməklə torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 62.000 (altmış iki min) manat müəyyən edilməklə X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilinə yönəldilərək, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2, X2, X4, X11, X7 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra X1 rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evindən və X12 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilindən çıxarılması və ipoteka predmetlərinin boşaldılması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-180/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5953/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-180/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 269.1-269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən 307.1-307.7-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-570/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə tələb yönəldilmiş, cavabdehin həmin torpaq sahəsindən və onun üzərində yerləşən 61 saylı fərdi yaşayış evindən çıxarılması və ipoteka predmetinin boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlakın mülkiyyətçisinin dəyişməsi ipotekanın xitamına səbəb olmur. İpotekanın xitam edilməsi üçün qanunda müəyyən edilmiş hallar hazırkı iş üzrə müəyyən edilmir. Bundan başqa, iddiaçı tərəf Cavabdeh2 ilə bank arasında olan öhdəliyə xitam verildiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və X10 qarşı “ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və X10 qarşı “ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-176/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-176/2024
14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver