Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1771/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeyri yaşayış sahəsindən çıxarılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı qeyri yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ailəsi ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanındakı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 34.9 kv.m qeyriyaşayış sahəsindən çıxarılması və sahənin cavabdehdən tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin baxılması zamanı Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişlər. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanındakı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən sahədən çıxarılması və sahənin cavabdehdən tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanındakı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 34.9 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən ona xx.xx.2000-ci il tarixli, 000384 nömrəli şəhadətnamə verilmişdir. Cavabdeh1 ilə aralarında həmin sahənin icarəyə verilməsi barədə şifahi razılıq olmuş, həmin razılıq əsasında sözügedən sahə Cavabdeh1 icarəyə verilmişdir. Bununla bağlı müqavilə bağlamaq təklif edildikdə isə əvvəlcədən bu barədə aralarında razılıq əldə olunmuş, lakin sonradan hər dəfə müxtəlif bəhanələrlə cavabdeh bundan yayınmışdır. Artıq uzun müddətdir ki, cavabdeh ailə üzvləri ilə birlikdə həmin sahədə yaşayır və kirayə haqqını ödəmir. Sahənin boşaldılması ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq bir ildən çoxdur ki, cavabdeh heç bir tədbir görməmişdir. Cavabdehlər qanunsuz olaraq iddiaçıya məxsus ünvanda yaşayır və oradan çıxmırlar. Cavabdehlər bir ildən çoxdur ki, iddiaçıya məxsus əmlakda yaşayırlar. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanındakı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 34,9 kv.m qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. Bu barədə xx.xx.2000-ci ildə 1 nömrəli reyestr kitabında, səhifə 55-də 000384 nömrə ilə qeydiyyat aparılmışdır. “Elektron məhkəmə” İnformasiya sistemindən görünür ki, Cavabdeh2, Cavabdeh1 oğlu, Cavabdeh3 arvadıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, ünvan 2 ünvanındakı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 34,9 kv.m qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. Həmin əmlak bir ildən çoxdur ki, iş üzrə cavabdehlərin istifadələrindədir. İş üzrə müəyyən edilmiş halları və yuxarıda sadalanan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı, iddia tələbini Cavabdeh1 ilə aralarında şifahi qaydada bağlanmış icarə müqaviləsi əsasında ünvan 2 ünvanındakı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 34,9 kv.m qeyri-yaşayış sahəsinin sonuncunun istifadəsinə verilməsi ilə əsaslandırsada, lakin bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə hesab edir ki, həmin qeyri-yaşayış sahəsi iddiaçıya satıldığından onun həmin əmlaka sahiblik və istifadə hüququ vardır və o, öz sahibliyində olan əmlakı cavabdehlərdən geri tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisə predmetinə daxil olan həmin əmlakın cavabdehlərin qanuni əsasla istifadələrində olmasına dair hər hansı bir sübut məhkməyə təqdim edilməmişdir. Baxmayaraq ki, bu barədə sübut etmə yükü cavabdehlərin üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sahiblik və istifadə hüququ olan ünvan 2 ünvanındakı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 34,9 kv.m qeyri-yaşayış sahəsindən cavabdehlər çıxarılmalı və həmin əmlak cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanındakı beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 34,9 kv.m qeyri-yaşayış sahəsindən çıxarılsınlar və həmin qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-1771/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1771/2025
12.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver