Məhkəmə qərarları › İş №e-2(003)-1789/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1789/2024

29.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1789/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı “vərəsəlik şəhadəıtnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 miras qalmış ünvan 1 ünvanında 2 otaqlı evə və əlavə tikililərə dair İddiaçı1 və İddiaçı2 adına vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin 21 fevral 2024-cü ildə verdiyi arayışa əsasən xx.xx.1986-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən, həmçinin miraq qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim olunmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.1-ci və 307.2.9-cu maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının; vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan: Bakı şəhəri 25 saylı notariat ofisinin 21 fevral 2024-cü il tarixli, x186/24 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktıını təsdiq edən, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq esən sənəd təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən mərhum X1 miras qalmış ünvan 1 ünvanında 2 otaqlı evə və əlavə tikililərə dair İddiaçı1 və İddiaçı2 adına vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddiaçılar ilk növbədə qohumluq faktının, həmçinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidirlər. Həmin məsələyə dair işə ilk növbədə xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmadığına, buna görə də işə məhkəmədə baxılmalı olmadığına görə mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar