Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1861/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı dəymiş zərərin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36 manat məbləğində maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "X1 Azərbaycan" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir.bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli E-2(003)- 1229/2021-saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "X1 Azərbaycan" QSC” İnternational Legal Services" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “İnternational Legal Services MMC" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 240 manat məbləğlərindəki vəsait 'İnternational Legal Services" M MC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "i nternational Legal Services" M MC-y36 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etmiş, lakin rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh "X1 Azərbaycan" QSC-nin xeyrinə cəmi 228,25 manat məbləğində pul tutulması qət edilmişdir. iş materiallarında olan "xxxx" MMC ilə "X1 Azərbaycan" QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, həmin müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələr əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İş materiallarında olan “X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin surətindən görünür ki, həmin müqavilənin 4.19-cu bəndində əsasən həmin müqavilədən yaranan (irəli gələn) borcların Cavabdeh tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə "X1 Azərbaycan" QSC Cavabdeh qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, cavabdeh bununla bağlı iddiaçının çəkəcək hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) ödənilməsini qəbul, bəyan və təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil aktından və görülmüş xidmətlərin miqdarı və dəyəri barədə qəbzdən görünür ki, "xxxx" MMC vasitəsilə Cavabdeh “X1 Azərbaycan" QSC-yə olan borcu ödənilmiş və həmin xidmət üçün haqq 36 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tərəfindən 5 gün müddətində cavabdehdən 36 manatın ödənilməsi tələb olunmuş, əks halda xidmət haqqının ödənilməsi üçün məhkəmə müraciət etmək hüququndan istifadə ediləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cü il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh oglu tərəfindən ödənilən xx.xx.2022-ci il tarixində ödənilən 240 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir.və bu ödənişlərə görə də «X1 Azərbaycan» QSC tərəfindən İnternational Legal Services" MMC-yə 36 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh məhkəmə qətnaməsi əsasında olan “X1 Azərbaycan" QSC-yə borcu "xxxx" MMC vasitəsilə ödənilmiş və bu barədə MMC-nin xidmət haqqı 36 manat təşkil etmişdir. Eyni zamanda o, borcunun geri qaytarılmamasına görə "X1 Azərbaycan" QSC ona qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, bununla bağlı iddiaçının çəkəcək hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) ödənilməsi barədə xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə öhdəlik götürmüşdür. Bununla da müəyyən edilir ki, cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçıya 36 manat məbləğində zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 36 manat məbləğində zərər və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 66 manat məbləğində pul alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 36 manat məbləğində zərər və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 66 manat məbləğində pul alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1861/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1861/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver