Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1932/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı – əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətninin işdən azad etmə əmrinin ləğv olunaraq, İddiaçı Bəhman oğlunun öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 aprel 2022-cı il tarixində Cavabdeh Xızı filialında mühafizəçi vəsifəsinə işə qəbul olunmuşdur. Əmək münasibətləri xx.xx.2022-ci il tarixindən qeydiyyata alınmışdır. Mühafizəçi vəzifəsində işlədiyi müddətdə ona əməkhaqqı fasilələrlə, az miqdarda ilk əvvəl həyat yoldaşının bank kartına köçürülməklə ödənilsə də, daha sonra ümumiyyətlə əməkhaqqı ödənilməmişdir. Tərəfindən şirkət rəhbərliyinə irad bildirərək, əməkhaqqımın ödənilməsi üçün adına bank kartının açılmasını və həmin karta pulun köçürülməsini tələb etmişdir. Nəticədə xx.xx.2023-cü il tarixində onun mobil telefonuna zəng olunaraq, xx.xx.2023-cü il tarixindən işdən azad olduğunu bildirmişlər. İşdən azad edilməyinə səbəb kimi qeyd olunmuşdur ki, o, qanunvericiliyin tələblərinə uyğun olaraq əməkhaqqımın bank hesabına köçürülməsini tələb etmişdir. “Vətən-N” Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti (Xızı filialı artıq ləğv olunmuşdur). Ona münasibətdə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozduğu üçün hüquq mühafizə orqanlarına, o cümlədən Azərbaycan Respublikasının ƏƏSM-i Nazirliyi yanında X3 Xidmətinə müraciətləri olmuşdur. Müraciətləri əsasında aparılan yoxlamalar nəticəsində şirkətin fəaliyyətində bir çox qanunsuz hallar, vergidən yayınma, əmək hüquqlarının pozulması və digər hallar müəyyən edilmiş və cinayət işi başlanılmışdır. X1 bildirilmişdir ki, bağlanmış Əmək müqaviləsi qüvvədədir, ləğv edilməmişdir. Lakin buna baxmayaraq, onu işə buraxmırlar və həm də hesablanmış əməkhaqqı ödənilmir. Cavabdeh, sistemə daxil edilmiş xxxxxxx000400 saylı Əmək müqaviləsində onunla razılaşdırılmadan, özbaşına və qanunsuz dəyişikliklər etmişdir. Hazırda ona verilən şifahi məlumata əsasən əmək müqaviləsinə tərəflərin razılığı əsası ilə xitam verilmişdir. O, heç bir zaman bu əsasla Əmək Müqaviləsinə xitam verilməsinə razılıq verməmişdir. Əgər həqiqətən də Cavabdeh belə bir addım atmışdırsa, deməli növbəti qanunsuzluğa yol verərək onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Mübahisənin məhkəmədən kənar həlli üçün Mediasiya Şurasına müraciət olunmuşdur. Cavabdeh nümayəndəsi məlumatlı olmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı Qusar 1 saylı Mediasiya təşkilatı müvafiq arayış vermişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixli əmək haqqı ödənilmir. Bununla bağlı müvafiq qurumlara müraciət etmişdir. Sonda yekun məhkəmə aktı qəbul edilən zaman, iddiaçıya ödənilməyən əmək haqqı ödənilməlidir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Vətən-N Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul edərək, izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixli, X/173 nömrəli əmrə əsasən İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə “75.2a, tərəfələrin qarşılığı razılığı” əsasında xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Lakin əmr qəbul edilərkən səhvə yol verilmişdir. Hazırda iddianı qəbul edir. Onun yenidən işinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən məcburi iş buraxmaya görə 4 aylıq əmək haqqının ödənilməsinə heç bir etirazları yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdən Cavabdehn “Vətən N” Mühafizə Xidmətinin Xızı şöbəsinə mühafizəçi işinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, X/173 nömrəli əmrdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə “75.2a, tərəfələrin qarşılığı razılığı” əsasında xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, xxxxxxx0005X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli, X/173 nömrəli əmrə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə “75.2a, tərəfələrin qarşılığı razılığı” əsasında xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən sonuncu xx.xx.2023-cü il tarixdən Cavabdehn “Vətən N” Mühafizə Xidmətinin Xızı şöbəsinə mühafizəçi işinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixli, X/173 nömrəli əmrlə Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə “75.2a, tərəfələrin qarşılığı razılığı” əsasında xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı iddiasında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətninin işdən azad etmə əmrinin ləğv olunaraq, İddiaçı Bəhman oğlunun öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıda istinad ediləcək qanunvericlik akt normalarına əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi sözügedən əmrin səhv imzalandığını, iddiaçını ilə cəmiyyət arasında hər-hansı qarşılıqlı razılığın olmadığını, həmin əmrin ləğv edilməsi, iddiaçıya işdən azad olduğu dövrdən işə bərpa olunacaği dövrə kimi ödənilməyən əmək haqqının hesablanaraq ödəniləcəyini bildirdi. Göründüyü kimi, iddianın mübahisələndirilən hissəsi cavabdehin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh X/173 saylı, 21 fevral 2024-cü il tarixli əmri ləğv edilməli, o, “Mühafizəçi” vəzifəsinə bərpa edilməli, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsində göstərilmişdir ki, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədətibbmüəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər. Həmin Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin huquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək huququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsasının qanuni hesab edilə bilməsi üçün, qeyd olunan, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” bəndinin (tərəflərin qarşılıqlı razılığı) olması mütləqdir. Məhz sadalanan halların mövcudluğu, yəni Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilərdi. Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçı ilə qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam verilməsi barədə sübut təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsinin faktiki və hüquqi əsası yoxdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmunundan görünür ki, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir ki, bu hal məhkəmə iclasında təsdiq olunmamaqla, tərəflərin arasında əmək müqaviləsinə xitam verilməsinə dair razılığın olmaması da cavabdeh təşkilatın nümayəndəsi tərəfindən etiraf olunmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri qanunsuz qəbul edilmişdir, bu səbəbdən də ləğv olunmalı və iddiaçı öz vəzifəsinə bərpa edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” hissəsi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən, Cavabdeh X/173 saylı, 21 fevral 2024-cü il tarixli əmri ləğv edilərək, xx.xx.2014-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı cavabdeh "Vətən-N Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətin tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının xx.xx.2023-cü il tarixdən bu vaxtadək əmək haqqı almadığını və məcburi iş buraxması ilə bağlı əmək haqqını həmin dövrdən hesablanaraq iddiaçıya ödənilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, məcburi iş buraxma-işçinin əmək müqaviləsin xitam verildiyi dövrdən onun işə bərpa olunduğu günə qədər olan dövrü əhatə edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 21 fevral 2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilməsinə dair Cavabdeh X/173 saylı, 21 fevral 2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdehndə “Mühafizəçi” vəzifəsinə bərpa edilsin. 21 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1932/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1932/2024
04.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver