Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2073/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı Cavabdeh “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu - X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X13 ərazisində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X4 ilə nikahda olmuş, birgə nikahdan 1 övladları (xx.xx.2019-cu il təvəllüdlü X11) var. xx.xx.2023-cü il tarixdə keçmiş arvadı qəflətən vəfat etmişdir. Mərhumun bütün ailə üzvləri ondan əvvəl müxtəlif vaxtlarda vəfat etmişlər. Hal-hazırda onun yeganə vərəsəsi oğlu - X8r və qanunvericiliyə əsasən İddiaçı onun qanuni nümayəndəsidir. Mərhum vəfat edən kimi onun bəzi qohumları ona məxsus olan daşınar və daşınmaz əmlakdan özbaşına, qeyri-qanuni şəkildə istifadə etməyə başlayıblar. Bununla əlaqədar özlərinə bildirilsə də heç bir nəticəsi olmamışdır. Hal-hazırda vərəsəlik işinin açılması üçün notariusa müraciət edilmişdir. Lakin buna baxmayaraq cavabdeh və mərhumun başqa qohumları övladına məxsus olan evi qanunsuz olaraq zəbt etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil iddia ərizəsinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, mübahisəli ev özbaşına tikilidir və evi mərhum X1 İsmayıl Cavad oğlu ilə arasında olan nikahın pozulmasından sonra almışdır. Cavabdehin həmin evə hər hansı bir aidiyyatı olmamışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mərhum X.Ramazanovanın əmisi qızıdır. X.Ramazanova vəfat edəndən sonra İddiaçı uşağı onlardan almışdır. Hazırda mərhuma məxsus özbaşına tikilini də əldə etmək istəyir, mübahisəli evin açarları hazırda ondadır, evi İddiaçı təhvil verərəsə o, evi satacaq, lakin anasından qalmış ev uşağın haqqıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T 228992 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 27 sentyabr 2019-cu il tarixdə anadan olmuşdur. Valideynləri İddiaçı və X5r. İş materiallarında olan AZ-İ 448781 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X9 arasında olan nikaha 13 noyabr 2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan AZ-İİ 337439 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 “kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər emboliyası” səbəbindən 12 fevral 2022-ci il tarixdə vəfatə etmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X11 23 iyul 2022-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X13 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Səhmdər Cəmiyyətin elektron bazasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X13 0101 saylı evin, 0405 saylı mənzilində **********10405 nömrəli abunə kodunun X2 adına qeydiyyata alınmasına dair məlumat mövcuddur. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin bildirişindən görünür ki, mübahisəli ünvana dair **********41800 nömrəli abonent kodu X2 adına olmuşdur. Məhkəmə ilk öncə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün səlahiyyəti olub-olmamasına qiymət verilməsini zəruri hesab edir. İş materiallarından müəyyən edilmişdir ki, X11 27 sentyabr 2019-cu il tarixdə anadan olmuşdur. Valideynləri İddiaçı və X5r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Göründüyü kimi İddiaçı X6 qanuni nümayəndəsi olmaqla hazırki iddia ərizəsi ilə məhkəmə müraciət etmək üçün səlahiyyətli olmuşdur. İşin faktiki hallarından isə müəyyən edildiy kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X13 0101 saylı evin, 0405 saylı mənzil öz başına tikili olmuş, həmin ev İddiaçı və X9 arasında olan nikah pozulandan sonra X4 tərəfindən əldə edilmişdir. Həmin evə dair "xxxx" ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq abonent kodları məhz X2 adına qeydə alınmışdır. Hazırda iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu - X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X13 ərazisində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə bildirmişdir ki, mərhum X.Ramazanovanın əmisi qızıdır. X.Ramazanova vəfat edəndən sonra İddiaçı uşağı onlardan almışdır. Hazırda mərhuma məxsus evi də əldə etmək istəyir. Mübahisəli evin açarları ondadır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, R.Sədiyevin həmin evə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, R.Sədiyevin qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, mübahisəli evdən digər şəxsin (cavabdehin) çıxarılmasını tələb etməkdə haqlıdır. Çünki iddiaçı mübahisəli evə mülkiyyətçi olmasa da, həmin hüquqlar evə sahiblik edənə də məxsusdur ki, hazırda Rauf Sədiyevin anası, Xanım Ramazanova vəfat etmişdir və belə olan halda Rauf Sədiyev məhz Xanım Ramazanovaya məxsus hüquqları həyata keçirə bilər. Bu baxımından məhkəmə hesab edir ki, digər şəxsin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehin, mübahisəli yaşayış sahəsini əldə etməyə çalışması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X13 ərazisində yerləşən tikilidən çıxarılmalıdır. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X13 ərazisində yerləşən mərhum X3 məxsus olmuş tikilidən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-2073/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2073/2023
06.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver