Məhkəmə qərarları › İş №e-2(003)-2081/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2081/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2081/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti olmaqla Cavabdeh qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 torpaq sahəsinə dair həmin ünvanda yerləşən mülkiyyətində olan 0,10 sot torpaq sahəsində aparılan tikinti-quruculuq, abadlıq işlərinin dayandırılması, tikintiyə hər-hansı maneənin törədilməsi və tikinti aparılan torpaq sahəsində hər-hansı foto-şəkillərin çəkilməsi Cavabdeh qadağan edilməsi, Cavabdeh iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və həmçinin, vəkilə nümayəndəyə çəkilən 170 (bir yüz yetmiş) manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 torpaq sahəsinə dair həmin ünvanda yerləşən, mülkiyyətində olan 2 mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsində aparılan tikintiquruculuq, abadlıq işlərinin dayandırılması, tikintiyə hər-hansı maneənin törədilməsi və tikinti aparılan torpaq sahəsində hər-hansı foto-şəkillərin çəkilməsi Cavabdeh qadağan edilməsi, Cavabdeh iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və həmçinin, vəkilə nümayəndəyə çəkilən 170 (bir yüz yetmiş) manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 torpaq sahəsinə dair həmin ünvanda layihəsi nəzərdə tutulmuş tikilməkdə olan 2 mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsində aparılan tikinti-quruculuq, abadlıq işlərinin dayandırılması, tikintiyə hər-hansı maneənin törədilməsi və tikinti aparılan torpaq sahəsində hər-hansı fotoşəkillərin çəkilməsi Cavabdeh qadağan edilməsi, Cavabdeh iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və həmçinin, vəkilə nümayəndəyə çəkilən 170 (bir yüz yetmiş) manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, İddiaçı xx.xx.2020-ci il tarixində 0,10 ha torpaq alaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3- 1300 torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqlarını qeydiyyata almaqla, xx.xx.2020-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə rəsmiləşdirmişdir. Mülkiyyətində olan həmin bağ sahəsində abadlıq işlərinin aparmaq, ağac əkmək, gül-çiçək becərmək, həmçinin, yüngül konstruksiyalı dəmirdən ibarət çardaq və fərdi ev tikmək qərarına gəlmişdir. Bununla bağlı iddiaçı mülkiyyətində olan bağ sahəsində həmin işləri həyata keçirmək məqsədilə lazım olan bütün avadanlıqlarla təchiz etmişdir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 torpaq sahəsinin yerləşdiyi ünvanda təxminən ona məxsus bağ sahəsindən bir neçə metr aralıda Cavabdeh yaşayır. Cavabdeh ərizəçiyə məxsus bağda abadlıq işlərinin aparılmasına, fərdi ev tikilməsinə açıq şəkildə etirazını bildirmiş və hər-vəchlə orda aparılan tikintinin dayandırılmasının qarşısını almışdır. Belə ki, Cavabdeh bağda işləyən ustaların, fəhlələrin hərəkətlərinin dayandırılması üçün onları təhqir edir, qanunsuz çəkilişlər edir, fiziki maneəçiliklər törətməklə qanunsuz olaraq tikintinin qarşısını alır. Cavabdeh ona məxsus torpaq sahəsinin 200.000 manat məbləğində alımasını ərizəçiyə təklif etmiş, təklifini isə qəbul etmədiyi təqdirdə qəsdən ərizəçini aidiyyəti qurumlar Daxili İşlər Nazirliyinin “102” xidməti, Fövqalədə Hallar Nazirliyi, Şəhərsalma və Tikinti Arxitektura Komitəsi, yerli İcra Hakimiyyəti orqanı, yerli polis idarələri ilə təhdid etmiş, şər-böhtan atmaqla hədələmişdir. Bundan əlavə, bağda işləyən usta-fəhlələr və qonşuların yanında ərizəçinin ünvanına qıcıqlandırıcı və təhqiramiz ifadələr işlətmişdir. Əvvəllər torpaq sahəsində başqa tikinti işlərinin aparılması nəzərdə tutulsa da, sonradan fərdi ev tikmək qərarına gəlmişlər. Tikintisi nəzərdə tutulmuş fərdi evin layihəsi tərtib edilmiş və məlumat icraatı qaydasında Xəzər rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bu müddət ərzində Xəzər rayon İcra Hakimiyyətindən tikintiyə etiraz və ya rədd cavabı gəlməmişdir. Hal-hazırda torpaq sahəsində evin tikintisi işləri cavabdehin müdaxilələri səbəbindən dayanmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun üzərində yerləşdiyi torpaq sahəsi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1355D ünvanında yerləşən torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 torpaq sahəsində qeyri-qanuni tikinti işləri apararaq onun torpaq sahəsinin sərhədlərini pozmuşdur. İddiaçının öz torpaq sahəsində fərdi ev tikməsinə heç bir etirazı yoxdur. Lakin hesab edir ki, iddiaçı orada ev deyil qeyriyaşayış sahəsi tikməyi planlaşdırır. Bununla əlaqədar olaraq müxtəlif dövlət qurumlarına müraciətlər ünvanlamışdır. O, torpaq sahəsində tikinti işləri aparan şəxsləri təhqir etməmiş, tikinti işlərinə maneə törətməmişdir. Sadəcə haqlı narazılığını bildirərək tikinti işlərinin dayandırılmasını tələb etmişdir. İddiaçı torpaq sahəsində fərdi yaşayış evi deyil, müəssisə tikərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Bu da gələcəkdə onun öz həyətinə gediş-gəlişinə maneə törədəcəkdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zaur Əliyev ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərə görə iştirak edə bilmədiklərini, bu səbəbdən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq İddiaçı adına qeydiyyatdan keçirilmişdir. (daşınmaz əmlakın reyestr nömrəsi: **********22) - ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1355D ünvanında yerləşən 0,097 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. (daşınmaz əmlakın reyestr nömrəsi: **********86) - Sifarişçi İddiaçı məxsus torpaq sahəsində tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin baş planından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3- 1300 ünvanında ümumi sahəsi 114.54 m2 olan, 2 mərtəbəli fərdi yaşayış evinin tikintisi layihələndirilmişdir. - İddiaçı tərəfindən Xəzər rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətdən görünür ki, onun mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün müvafiq sənədlər İcra Hakimiyyətinə göndərilmişdir. - ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 0,0505 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq və onun üzərində yerləşən 113,30 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. (daşınmaz əmlakın reyestr nömrəsi: **********97-10302) - Fövqəladə Hallar Nazirliyinin X1 Xidməti tərəfindən tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 ünvanında tikinti-quraşdırma işləri aparılır. Həmin ünvanın xx.xx.2020-ci il tarixli çıxarışı mövcuddur. Həmin tikilinin yaxınlığında Cavabdeh məxsus fərdi yaşayış evi yerləşir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikinti işləri başlamaqla fərdi yaşayış evi tikdirməyi nəzərdə tutmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh qanunsuz hesab etdiyi tikinti işlərinin qarşısının alınması, dayandırılması üçün haqlı olaraq müvafiq dövlət orqanlarına müraciət etməklə yanaşı, qanunsuz olaraq fiziki müdaxilə yolu ilə də tikinti işlərinə maneə törətmişdir. Belə ki, cavabdeh onun torpaq sahəsi ilə qonşuluqda yerləşən iddiaçının torpaq sahəsində qanunsuz tikintinin aparılması nəticəsində ona ziyan vurula biləcəyi təqdirdə müvafiq nəzarəti həyata keçirən dövlət qurumlarına, həmçinin məhkəməyə müraciət edərək öz mümkün pozulmuş hüquqlarının bərpasını tələb edə bilər. Bu səbəbdən, cavabdehə iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti işlərinə hər hansı maneə deyil, məhz fiziki müdaxilələr qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 torpaq sahəsində tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin tikintisinə törədilən fiziki maneələr Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutulmalı, geri qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə xidmət haqqı üçün ödənilmiş 170 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin xidmət haqqının ödənilməsini təsdiq edən sübut təqdim etmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1300 torpaq sahəsində tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin tikintisinə törədilən fiziki maneələr Cavabdeh qadağan olunsun. Dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar