Məhkəmə qərarları › İş №e-2(003)-212/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-212/2025

21.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-212/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Fatixanovanın Cavabdeh qızına və Bakı şəhəri 18 saylı notariat ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəliyin tanınması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Fatixanovanın Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilinə dair X4 adına Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Saniyə Ramazanovadan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilin 2/3 hissəsinə İddiaçınanın qanun üzrə pay hüququ tanınması və buna dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilinə dair X2 adına Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Saniyə Ramazanovadan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilin 2/3 hissəsinə İddiaçınanın qanun üzrə pay hüququ tanınması və buna dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə göstərdi ki, İddiaçı bibisi- X10 özünə məxsus olan, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilində tək yaşamış və iddiaçının himayəsində olmuşdu. İddiaçı mütəmadi olaraq bibisinin mənzilinə getmiş, ona qulluq etmiş, təsərrüfat işlərini aparmış və digər işlərinin görülməsində köməklik göstərmişdir. xx.xx.2024-cü il tarixdə bibisi çoxsaylı telefon zənglərinə cavab vermədiyindən çox narahat olub əmisiqızı Cavabdeh ilə əlaqə saxlayıb onunla birlikdə bibisinin yaşadığı mənzilə getmiş və mənzilə daxil olarkən artıq bibisinin vəfat etdiyini görmüşlər. Bibisinin ölümü ilə bağlı Nərimanov rayon Polis İdarəsinin və Nərimanov rayon Prokurorluğunun əməkdaşları sözügedən ünvana gəlib müvafiq tədbirlər görəndən sonra İddiaçı əmisiqızı – iş üzrə Cavabdeh Şamil qızı təmizlik işləri aparmaq adı ilə miras qalmış mənzilin açarlarını iddiaçıdan almış və sonradan məlum olmuşdur ki, Cavabdeh mərhum Saniyə Ramazanovaya məxsus bütün sənədləri götürərək vərəsə kimi Bakı şəhəri, 18 saylı notariat ofisinə müraciət edib, digər vərəsələrin olduğunu gizlədərək miras qalmış mənzilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı bibisindən miras qalmış mənzilin qəbulu ilə bağlı Bakı şəhər 18 saylı Notariat Ofisinə müraciət etsədə, notarius heç bir sənəd təqdim etmədən bildirmişdir ki, artıq notariat hərəkəti aparılmış və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamənin ləğvi üçün məhkəməyə müraciət olunmalıdır. X11 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, onun vəfatından sonra vərəsələrin dairəsini müəyyən etmək üçün 3 aylıq müddət keçməsə də, notarius qanunvericiliyin tələblərinə zidd olaraq digər vərəsələri müəyyən etmədən Cavabdeh yeganə vərəsə olması barədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, mərhum X5 bərabər payda vərəsələri - onun 3 qardaşı olan Fatix, Şamil və Kamilin uşaqlarıdır. Yəni, miras qalmış mənzilin 1/3 hissəsi Fatix Ramazanovun uşaqları – Venera və Elmira Ramazanovaya, 1/3 hissəsi Samil Ramazanovun uşaqları – Elvira, Nailə və Aliyə Ramazanovaya və 1/3 hissəsi isə Kamil Ramazanovun uşaqları - Qaliyə və Yunir Ramazanovlara məxsusdur. Belə olan halda, Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və miras qalmış mənzilin payları vərəsələrə uyğun müəyyən edilməlidir. X12 vərəsələri olan qardaşı Kamilin uşaqları – Qaliyə və Yunir Ramazanovlar iddiaçının xeyrinə miras paydan imtina etmişlər, eyni zamanda iddiaçının bacısı Elmira Əliyeva(Ramazanova) miras paydan İddiaçı xeyrinə imtina etmişdir. Beləliklə də, miras qalmış əmlakın 2\3 hissəsinə İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir.Əlavə olaraq xəttşünaslıq ekspertizasının keçirilməsinə etiraz etdi və göstərdi ki, Cavabdeh vəsiyyət üzrə vərəsəliklə bağlı yox, qanun üzrə vərəsə kimi tanınması barədə şəhadətnamə almışdır.Bu baxımdan xəttşünaslıq ekspertizasının keçirilməsi əhəmiyyətsizdir.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil mərhum X9 məxsus əlyazmalar olan dəftəri təqdim edərək xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etdi. Əsas gətirdi ki, mərhum X10 sağlığında özünün yazdığı vəsiyyətnamə hüquqi qüvvəyə malikdir və digər əlyazmaları ilə müqayisə olunaraq məhz onun tərəfindən yazıldığını sübut etmək əhəmiyyətlidir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Xəzər rayon Məhkəməsinin e-2(003)-212/2025-022 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatəti əsassız olduğundan rədd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə AR-nın Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatıarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 347169 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan ərizənin rəsmi qaydada tərcüməsindən görünür ki, X13 və X6 mərhum bibiləri X1 onlara çatası miras əmlakdan qardaşı qızları İddiaçı xeyrinə imtina edirlər. İş materiallarında olan ərizənin rəsmi qaydada tərcüməsindən görünür ki, X14 mərhum bibisi X1 ona çatası miras əmlakdan qardaşı qızı İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh mərhum X8 vərəsəsi olaraq tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən “ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynlərisağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatasımiras payını bərabər olaraq miras alırlar”. Mməhkəmədə müəyyən olundu ki, İddiaçı Fatixanova mərhum X3rdaşı qızıdır. Mərhum X5 bərabər payda vərəsələri - onun 3 qardaşı olan Fatix, Şamil və Kamilin uşaqlarıdır. Yəni, miras qalmış mənzilin 1/3 hissəsi Fatix Ramazanovun uşaqları – Venera və Elmira Ramazanovaya, 1/3 hissəsi Samil Ramazanovun uşaqları – Elvira, Nailə və Aliyə Ramazanovaya və 1/3 hissəsi isə Kamil Ramazanovun uşaqları - Qaliyə və Yunir Ramazanovlara məxsusdur.Lakin notarius tərəfindən Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən mərhumun digər vərəsələrinin olub-olmadığı barədə araşdırma aparılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Eyni zamanda məhkəmədə müəyyən olundu ki, X14, X13 və X6 mirasın onlara çatası paylarından İddiaçı Fatixanovanın xeyrinə imtina ediblər. Belə olan halda İddiaçı Fatixanovanın Saniyə Ramazanovadan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilin 2/3 hissəsinə pay hüququ yaranmış olur. Məhkəmə hesab edir ki, Saniyə Ramazanovadan miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilin 2/3 hissəsinə İddiaçınanın qanun üzrə pay hüququ müəyyən edilməlidir. Q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. X7 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilin 2/3 hissəsinə İddiaçınanın qanun üzrə pay hüququ müəyyən edilsin. Bu qətnamə X7 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov küçəsində yerləşən 68 saylı evin 81 nömrəli mənzilin 2/3 hissəsinə İddiaçınanın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilməsi üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar