Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2175/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı "pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2175/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutlması” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ********* nömrəsi abunəçinin istifadəsinə verilmişdir. xx.xx.2017-ci il tarixli Abunə Müqaviləsinə əsasən fakturalı xətt sistemində Cavabdeh istifadəsinə verilmiş ********** nömrədə rominq xidməti çərçivəsində xx.xx.2020-ci il tarixində Fransanın “SER” operatoruna məxsus möbil rabitə şəbəkəsindən istifadə olunmuşdur, Araşdırmalar zamanı, Rominq xidmət ilə bağlı İddiaçı MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. 050 *** ** ** nömrənin xx.xx.2020-ci il tarixli izahlı fakturasında əks olunan bütün zənglər (digər xidmətlərdən istifadə və rominq xidməti çərçivəsində internet xidmətindən istifadə də daxil olmaqla) məhz həmin nömrədən həyata keçirilmişdir, 050 *** ** ** nömrədə xx.xx.2020-ci il tarixi saat 12:48-dən saat 17:25-dək Fransanın “SFR” operatorunun şəbəkəsində Mobil İnternet xidmətindən (171,5 MB həcmində) istifadə edilmiş və tariflərə müvafıq olaraq haqq (600,26 manat) hesablanaraq xx.xx.2020-ci il tarixli fakturada öz əksini tapmışdır. İddiaçı MMC tərəfindən təqdim edilən xidmətlər çərçivəsində abunəçilər Mobil İnternet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (rominq xidməti çərçivəsində internetdən istifadə tariflərə uyğun olaraq, ölkə daxilində isə X6 aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir X6 aktiv olmadığı halda hər 1 MB üçün 0,40 manat) xidmət haqqı hesablanır. İddiaçı MMC abunəçilərə rominq zamanı mobil internet xidmətindən istifadə üçün X3 təqdim edir. 100MB, 400MB, 1GB və 3GB həcmində təklif olunan X2 57 ölkədə mövcud olan 91 operator şəbəkəsində istifadə etmək mümkündür. Müvafiq olaraq da, abunəçilər istənilən həcmli internet paketi əldə edə və yaxud heç bir paket əldə etmədən internetdən tariflərə uyğun istifadə edə bilər. Abunəçilər rominq internet etindən istifadə etmək mümkün olan ölkələrin və operatorların siyahısı ilə İddiaçı MMC-nin rəsmi internet səhifəsindən (www.azercell.com) tanış olmaq imkanına malikdirlər. 050 *** ** ** nömrənin rabitə xəttinə xx.xx.2020-ci il tarixi saat 17:25-də limit keçmə halı müşahidə edildiyinə görə məhdudiyyət qoyulmuşdur. ********** nömrədə xx.xx.2020-ci il tarixində (avans məbləği nəzərə alınmaqla ödəniləcək məbləğ 621,26 manat təşkil edir) 639,18 manat və xx.xx.2020-ci il tarixində 0,2 manat məbləğində fakturalar kəsilmişdir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən ********** nömrə müvafiq Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixində birtərəfli, xx.xx.2020-ci il tarixdə ikitərəfli olaraq bağlanılmışdır. Müvafiq faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən ********** nömrənin rabitə xətti Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixində ləğv edilməklə müvafiq müqavilə münasibətlərinə xitam verilmişdir. ********** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, zənglərin müddəti və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında İddiaçı MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. İddiaçı MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. Müvafiq müqavilə üzrə xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqaviləsinin müddəalarına əsasən 050 *** ** ** nömrədə hazırda mövcüd olan ümumilikdə 621,46 manat məbləğində faktura borcunun ödənilməsinə görə abunəçi kimi məhz Cavabdehlik daşıyır. Müvafiq borc ödənilmədiyi halda Azərbaycan Respublikasının qanunvericiliyinə, Abunə Müqaviləsinin müddəalarına əsasən İddiaçı MMC tərəfindən məhkəməyə müraciət olunur. Belə olduqda abunəçi əsas borc və cərimə məblağinini ödəməklə yanaşı məhkəmədə baxılması üçün iddiaçı tərəfindən köçürülmüş dövlət rüsumu məbləğini və məhkəmə aktına uyğun olaraq digər xərcləri də ödəməli olur. Ona görə də Cavabdeh İddiaçı MMC-nin xeyrinə 641,46 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30,0 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış abunə müqaviləsindən görünür ki, ********* nömrəsi abunəçinin istifadəsinə verilmişdir. Abunə Müqaviləsinin 2.4-cü maddəsinə əsasən, Tərəflər razılaşırlar ki, "Azercell” Abonentə bu şərtlər və müddəalara uyğun olaraq nömrəni istifadəyə verir, rabitə xəttini açır və xidmət göstərir, Abonent də öz növbəsində "Azercell"in göstərdiyi xidmətlərin müqabilində bu şərtlərə və müddəalara uyğun olaraq xidmət haqqı ödəyir və digər ödənişləri həyata keçirir. İş materiallarına əlavə olunmuş 050 *** ** ** nömrənin xx.xx.2020-ci il tarixli izahlı fakturasından görünür ki, ********** nömrədə xx.xx.2020-ci il tarixi saat 12:48-dən saat 17:25-dək Fransanın “SFR” operatorunun şəbəkəsində Mobil İnternet xidmətindən (171,5 MB həcmində) istifadə edilmiş və tariflərə müvafıq olaraq haqq (600,26 manat) hesablanaraq öz əksini tapmışdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında abunə müqaviləsi bağlanmışdır. ********** nömrədə xx.xx.2020-ci il tarixi saat 12:48-dən saat 17:25-dək Fransanın “SFR” operatorunun şəbəkəsində Mobil İnternet xidmətindən (171,5 MB həcmində) istifadə edilmiş və tariflərə müvafıq olaraq haqq (600,26 manat) hesablanmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı borcu tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yətirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yernə yetiniməməsi anlayışını müəyyən ədən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşki edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin İcra edilmədiyi bütün hallar üçün cavabdehdir. Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu 34.2.4-cü maddəsinə əsasən operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçilərin vəzifələrinə daxiklir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, hesab-fakturalardan görünür ki, Cavabdeh müvafiq olaraq 641,46 manat məbləğində borcu vardır. Cavabdeh abunə müqaviləsi üzrə "Azercell”in göstərdiyi xidmətlərin müqabilində bu şərtlərə və müddəalara uyğun olaraq xidmət haqqı ödəmək və digər ödənişləri həyata keçirmək öhdəliklərini üzərinə götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iş materiallarına əlavə edilmiş “SFR” Fakturalarında da görünür ki, cavabdeh tərəfindən depozit məbləği yatırılmamış, bununla belə rominq xidmətlərindən istifadə edilmişdir. Bu isə onun göstərir ki, cavabdehin istifadə etdiyi rominq xidməyti depozitsiz olmuşdur. Bu halı, İddiaçı MMC-nin internet saytında Rominq xidmətləri barədə məlumatlardan çıxarış da təsdiq edir. Belə ki, həmin məlumatlarda xidmətin depozitli olduğu və ya hər hansı bir limiti olduu qeyd edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 641,46 manat xidmət haqqı və ödənilmiş 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 671,46 (altı yüz yetmiş bir manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2175/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2175/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver