Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2184/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə, həmin evdən yaşamalarına, istifadə etmələrinə olan manelərin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayan nəvələri - himayəçisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 “Bakavtamat” yolu ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində yaşamaqlarına, həmin edən istifadə etməklərinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı, X7, Cavabdeh1 ilə 2003-cü ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından iki övladları - xx xxx 2007-ci il təvəllüdlü İddiaçı1 oglu və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 var. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi X10 “Bakavtamat” yolu ərazisində yerləşən mübahisəli fərdi yaşayş evi birgə nikah dövründə qızı X7 ilə Cavabdeh1 ümumi gəlirləri hesabına tikilib təmir edilmiş və orada həmin vaxtan etibarən qızı, X7 əri və uşaqları ilə orada yaşayıb birgə təssərrüfat aparmışlar. Onun köməkliyi ilə də mübahisəli evin təmirinə qızı Vüsalə tərəfindən əsaslı vəsait qoyulmuşdur. Nəvələri Aqşin və Şölə mübahisəli evdən həmin ərazidə yerləşən 326 №-li Tam Orta Məktəbə gedib-gəlmişlər. Mübahisəli fərdi yaşayış evi Cavabdeh1 adına kommunal xidmətlər üzrə su, elektrik və qazla təmin edilmişdir. Vüsalə ilə Cavabdeh1 arasında nikah Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, lakin sonra barışmış və mübahisəli evdə birlikdə yaşamışlar. Sonuncu dəfə 2021-ci ilin avqust ayında Cavabdeh1la qızı Vüsalə arasında ailədaxili mübahisələr zəminində baş vermiş mübahisə zamanı cavabdeh Fazilov X1 döyərək uşaqları ilə birlikdə mübahisəli evdən çıxarmış, uşaqlarını yaşadıqları evə buraxmamışdır. Vüsalə iki uşağı ilə əvvəlcə qardaşı Sevindiyin evində, sonra kirayədə qalmağa məçbur olmuşdur. Cavabdeh1 15 iyul 2022-ci il tarixdə saat 19 radələrində qızı Vüsalə Əliyeva nəvəsi Şölə ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 “Bakavtamat” yolu ərazisindəki mübahisəli evin hasar qonşuluğundakı evin həyətində olduqları zaman şəxsi münasibətlərin pozulması zəmnində qızı Vüsaləni öldürmək niyyətini həyata keçirmək üçün həyətə daxil olmuş, qızı Vüsalə qaçaraq mənzilə daxil olub qapını bağlamaq istəyərkən buna maneə olaraq özü də mənzilə daxil olub Vüsalə Əliyevaya hücum edərək müstəsna dərəcədə rəhmsizlik, qəddarlıq nümayiş etdirərək qız övladı Şölənin gözü qarşısında üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Vüsalənin ürək və digər bədən nahiyələrinə çoxsaylı zərbələr endirərək onu xüsusi amansızlıqla öldürmüşdür. Cavabdeh1 Vüsalə Əliyevanı qəsdən həyatdan məhrum etdiyinə görə Bakı Agır Cinayətlər Məhkəməsinin 1(101)-412\2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehə ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Lerik rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayan nəvələri İddiaçı1 himayəçi, İddiaçı2 isə qəyyum təyin edilmişdir. Hazırda digər cavabdeh, Cavabdeh1 qardaşı X6 yetkinlik yaşına çatmayan nəvələri Aqşin və Şöləni onların valideynlərinə məxsus olan və valideynləri ilə birlikdə yaşadıqları mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi “Bakavtamat” yolu ərazisindəki fərdi yaşayış evinə buraxmır, nəvələrinin həmin evdə onunla birlikdə yaşamalarına maneələr yaradır. Mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtamat” yolu ərazisindəki fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə aiddir. Hesab edir ki, iddia tələbi təmin olunmaqla valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşma çatmayan nəvələri - himayəçisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə Xəzər rayonu, Qala qəsəbəsi, X10, “Bakavtamat” yolu ərazisində yerləşən fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində yaşamaqlarına cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək valideyn himayəsindən kənarda qalmış yetkinlik yaşına çatmayan nəvələri - himayəçisi olduğu İddiaçı1 və qəyyumu olduğu İddiaçı2 onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 (“Bakavtomat” yolu deyilən ərazi) S.Şükürov küçəsində x=40.448990, y=50.113834 koordinatlarında yerləşən mübahisəli fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində yaşamaqlarına, həmin evdən istifadə etmələrinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. İzahatında həmçinin bildirdi ki, İddiaçı1 və İddiaçı2 hazırda onunla birlikdə Lerik rayonunun Monidigah kəndində ona məxsus evdə yaşayırlar və həmin kəndə orta məktəbdə təhsil alırlar. Məhkəmə iclasında İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, iş üzrə Cavabdeh1 hazırda cəzaçəkmə müəssisəsində cəzaçəkir, lakin iddiaçıların evdə yaşamalarına onun qardaşı Cavabdeh2 tərəfindən maneəçilik törədilir. Ona görə də onlara qarşı iddia irəli sürülmüşdür. Cəzaçəkmə müəssisəsində cəzaçəkən iş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2007-ci ildə Xəzər rayon Binə qəsəbəsində qanunsuz tikilidə yaşamış və iki evi olmuşdur. 2012-ci ildə yarıtikili mənzilinin birini qaynatası Aşur tərəfindn aldadılaraq qaynı Əliyev Vüsala verilmiş, hazırda orada yaşayır. 2018-ci ildə arvadı Əliyeva Vüsalədən ayrılandan rəsmən sonra ondan heç bir mülkiyyət tələb etməmişdir. Çünki onun mülkiyyətində heç bir mənzil və ya torpaq olmamışdır. Binə qəsəbəsi, “Bakelektroavtomat” yolundakı ona məxsus olan təmirsiz evi 2021-ci ildə satıb özünə müalicə etmişdir. Özü daimi müalicə olunur, şezafreniya paranoid formada natamam smesiya xəstəsidir, İİİ qrup əlildir. Bildirir ki, nə onun, nə də qardaşı Cavabdeh2 mülkiyyətində heç bir ev yoxdur. İddiaçı3 ev iddiası əsassızdır və onlara şər-böhtan atır. Övladları İddiaçı1 və İddiaçı2 hazırda yetkinlik yaşına çatmamış, İddiaçı3 tərəfindən qəyyumluğa götürülmüş və Lerik rayonunun Mondigah kəndində Aşurun evində yaşayırlar, orada təhsillərini davam etdirirlər. Bildirir ki, uşaqları köçürməyə heç bir mənzil yoxdur. İş üzrə Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 1987-ci ildə Lerik rayonun Xəlifəküçə kəndində anadan olmuş, hal-hazırda doğulduğu ünvanda yaşayır. Xəzər Rayonun Məhkəməsindən ona gələn məktubla bağlı onun heç bir əlaqəsi yoxdur. Qardaşı Cavabdeh1 2003-cü ildə X9 ilə ailə həyatı qurmuş və iki azyaşlı övladları var: İddiaçı1 2007-ci il təvəllüdlü İddiaçı2 2008-ci il təvəllüdlü. Qardaşına məxsus iki ev olmuşdur. Hər ikisi Qala qəsəbəsi Bakavtomat ərazisində olmuşdur. Evlərdən biri yarımtikili vəziyyətdə olmuşdur. 2012-ci ildə qaynatası onu aldadaraq, bir evini ondan almışdır. Hal-hazırda oğlu Əliyev Vüsal yaşayır. O biri evi də Aşur qardaşının qonşusunun gəlininə sataşdığı üçün yaşadığı evi satıb Bakıavtomat yolunda yeni ev tikmişdir və həmin evdə təmirsizdir. 2013cü ildə Arzumanın uşağı Aqşinə kiçik toy etmişdir. Həmin vaxtları Aşur qardaşı Arzumandan 5500 manat pul alaraq öz oğlanlarına hərbi bilet almaqla Əliyev Vüsal və Əliyev Sevindiki hərbi xidmətdən yayındıraraq həm kəndlisi xalası oğlu Rasim adlı şəxsə hərbi bilet aldırmışdır. Sonunda qardaşı Arzumanın pulunu geri qaytarmamışdır. Uzun mübahisədən sonra aralarında soyuqluq yaranmışdır. Qardaşı hər dəfə pulunu istəyəndə ailə arasında münaqişə olmuş, bunların söhbətinə polis hətta qarışmışdır. 2015-ci ildən bunların ailə arasında söz-söhbəti olmuşdur. Sonra 2018-ci ildə qardaşı, yoldaşı Vüsalədə əlavə telefon tutmuşdur. Hər ikisi Lerik rayon Məhkəməsinə müraciət edərək boşanmışlar. Valideynlərinin razılığı ilə 1 aydan sonra barışmışlar. Boşanma vaxtında Lerik Rayon Məhkəməsində mülk iddiası olmamışdır. Çünki qardaşının mülkiyyətində qanuni mənzil olmamışdır. 2021-ci ildə qardaşı Arzuman Vüsalənin mobil telefonunda əxlaqsız video və sevdiyi Alim adlı oğlan gördükdən sonra atasına xəbər vermiş, qardaşı sevindik gəlib bacısını və uşaqları götürüb evdən aparmışdır. Sonra da qardaşını tez-tez polisə vermiş və təhdid etmişlər. 2021-2022-ci tədris ilində uşaqlar Aqşin və Şölə Lerik rayon Mondigah kəndində oxumuşlar. 2022-ci ilin iyun ayında Bakıya köçmüşlər. Bakavtomat ərazisində Vüsalə, iki uşağı ilə kirayədə qalmışlar. Qardaşı Arzuman 2021-ci ildə sözü gedən mənzili sataraq özünü müalicə etmiş və müxtəlif yerlərdə kirayədə qalmışdır. 2022-ci ilin yanvarından sonra 2022-ci ilin aprel aylarında onun köməkliyi ilə 1 nömrəli psixator xəstəxanasında müalicə almışdır. 2022-ci il iyul ayında keçmiş qonşusu Fəzail adlı şəxs ona zəng edərək uşaqlarının onların evinin yanında oynadıqlarını bildirmişdir. Qardaşı bunu eşidərkən oraya getmişdir ki, uşaqları görsün, çünki 11 ay olardı ki, uşaqlarını görmürdü. Oraya çatanda Vüsalə və qızı Şölə qonşunun həyətinə girmişdir. Fəzail adlı şəxsə qızını çağırmağını demiş, Fəzail isə ona getməsini və Vüsalənin onu polisə verəcəyini bildirmişdir. Bununla da Arzuman qəfil əsəbləşərək tikintidə işlətdiyi bıçaqla ona xəsarət yetirərək həyatdan məhrum etmişdir. Hadisəni törədəndə özündə olmamış və peşmandır. İllərdir ki, şezofreniya paranoid formada tam rmesiya İİ qrup əlildir. Hazırda Pentensiar Xidmətin mərkəzi xəstəxanasında ruhi şöbəsində müalicəsini davam etdirmişdir. Bildirmək istəyir ki, sözügedən mənzillə bağlı onun heç bir əlaqəsi yoxdur. Hazırda uşaqlar Lerik Rayonunun Mondigah kəndində təhsillərini davam etdirirlər. Heç də kirayədə qalmırlar. İddiaçı3 uzun illər ibtidai müəllim olsa da, fırıldaqçılıq, yalançı eyni zamanda əxlaqsız və kriminal ailədir. Əgər Aşurun uşaqlarını saxlamaqda problem varsa, onlar qardaşının uşaqlarını öz evlərində Lerik rayonun Xəlifəküçə kəndində onlarıa eyni ünvanda yaşamalarına razıdırlar. Həmçinin təhsilini davam etmələri qəyyumluğuna da hazırlar. Məhkəmə iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə mübahisə predmeti olan evin yerində müayinəsi keçirilmişdir. Yerinə müayinə zamanı özünü Mərifət Mirzəyeva kimi təqdim edən şəxs evə daxil olmağa icazə verməmiş və bildirmişdir ki, həmin evdə ailəsi ilə birlikdə 3 ildirdi ki yaşayır. Evin sənədləri yoxdur. Evi, əri Nadir Arzuman adlı şəxsdən almışdır. Cavabdeh2 adlı şəxsi isə tanımır. İş materiallarında olan: -AZ-İİ seriyalı, 289283 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. -Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 ilə X2 nikahı Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2021-ci ildə 36 N-li akt qeydi ilə Lerik rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. -AZ-İİ seriyalı, 080650 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 atası Cavabdeh1, anası isə X5r. -AZ-T seriyalı, 218547 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 atası Cavabdeh1, anası isə X5r. - İX-ЖГ seriyalı, 263754 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X2 atası İddiaçı3dur. -Lerik Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 177 nömrəli sərəncamın surətindən görünür ki, Mondigah kənd sakini İddiaçı3 yetkinlik yaşına çatmayan nəvələri, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 himayəçi, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 qəyyum təyin edilmişdir. -Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbə İ.Ə.D üzrə nümayndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, sözügedən fərdi yaşayış evinə İddiaçı3 iştirakı ilə yerində baxış keçirilmiş və aydın olmuşdur ki, həmin yaşayış evi S.Şükürov küçəsində x=40.448990, y=50.113834 koordinatlarında yerləşir. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aryışın surətindən görünür ki, həmin arayış İddiaçı3 ondan ötrü verilmişdir ki, qızı mərhumə X7 2 övladı ilə birlikdə xx.xx.2022-ci ilədək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 (Bakavtomat yolu) ərazisindəki evdə qeydiyyatsız yaşamışdır. -Bakı şəhəri üzrə Təhsil İdarəsi 26 N-li Tam orta məktəbin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, həmin arayış İddiaçı1 ondan ötrü verilmişdir ki, o, həqiqətən Bakı şəhəri üzrə Təhsil İdarəsi 326 N-li tam orta məktəbin 9-cu sinifini, İddiaçı2 is 7-ci sinifini bitirmişdir. -Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü və 66.3-cü maddələrinə əsasən qəti olaraq 18 il müddətə azadlıqdan məhtumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Həmin Məcəllənin 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 38.6-cı maddəsinə qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsası ondan ibarətdir ki, mübahisə predmeti daxil olan tikili himayəsində olan uşaqların valideynlərinin (mərhum anaları X8 və iş üzrə Cavabdeh1) birgə yaşadıqları dövrdə və birgə vəsait hesabına inşa edilmiş, hazırda isə iş üzrə cavabdehlər tərəfindən həmin tikilidən istifadə etmələrinə və yaşamalarına maneələr törədilir. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, mübahisə predmeti olan tikili hazırda başqa şəxslərin sahibliyindədir. Bununla da həmin tikililərin iş üzrə cavabdehlərlə hər hansı bir bağlılığının mövcud olması müəyyən edilməmiş və bununla bağlı hər hansı bir sübut mövcud deyil. İddiaçı tərəfindən mübahisə predmeti olan tikiliyə və ya tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, iddianın əsaslığını təşkil edən hallara dair (mübahisə predmeti olan tikilinin inşası və maneələrin törədilməsi barədə) hər hansı bir sübut məhkəməyə təqdim olunmamış və işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır. Belə ki, iddianın əsaslığını sübut etmək və müvafiq sübutları məhkəməyə təqdim etmək iddia tərəfin vəzifəsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsaslığı sübut olmadığına görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 himayəçisi İddiaçı3 cavabdehlər Cavabdeh1 və X3 qarşı iddiaçıların onun birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X10 (“Bakavtomat” yolu deyilən ərazi) S.Şükürov küçəsində x=40.448990, y=50.113834 koordinatlarında yerləşən mübahisəli fərdi yaşayış evinə köçürülmələri, mübahisəli fərdi yaşayış evində yaşamaqlarına, həmin evdən istifadə etmələrinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2184/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2184/2023
13.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver