Məhkəmə qərarları › İş №e-2(003)-225/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-225/2023

17.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-225/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdeh İddiaçı1, İlkin iddia tələbi üzrə iddiaçılar, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, İlkin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 iddia tələbləri üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 (eyni zamanda, müstəqil tələb irəli sürən üçüncü şəxs X33 qanuni nümayəndəsi), onun və X33 nümayəndəsi və vəkili Vəkil4, Müstəqil tələb irəli sürən üçüncü şəxs X30, onun vəkili Vəkil6 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X81 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 İddiaçı2 və İddiaçı1 qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi, Müstəqil tələb irəli sürən üçüncü şəxs X33 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X102 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2V-152 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli mülkiyyət haqqında çıxarışın ləğv olunması; X5 miras əmlakı olaraq faktiki qəbul etdikləri Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə İddiaçı1 1/2 və İddiaçı2 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evi ata evləridir. X15 1940-cı ildə Kəlbəcər rayonunda doğulmuş, xx.xx.2006-cı ildə Bakı şəhərində vəfat etmişdir. Valideynləri xx.xx.1974-cü ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.1974-cü ildə İddiaçı1, xx.xx.1977-ci ildə İddiaçı2 doğulmuşdur. Anaları 2003-cü ildə, ataları xx.xx.2006-cı ildə ağır xəstəlikdən vəfat etmişdir. Atalarının bu nikahdan əvvəl və sonrakı nikahlarından övladları olsa da, onlar (iddiaçılar) doğulduqları gündən ataları vəfat edənədək onunla birgə yaşayıb birgə təsərrüfat aparmışlar. Atalarının vəfatından sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evini (torpaq sahəsi ilə birgə) (bundan sonra miras əmlakı) faktiki qəbul edərək ona sahib çıxmaqla idarə etmişlər. Atalarının vəfatından sonra heç bir övladı, o cümlədən Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış, həmin evə heç vaxt gəlib-getməmiş, miras əmlaka sahib çıxmamışlar. Cavabdeh1 həmin evdən 1991-ci ildən qeydiyyatdan çıxaraq atalarının ona bağışladığı 2 otaqlı mənzilə ailə quraraq köçmüşdür. Valideynlərinin həm həyatda olan zaman həm ağır xəstəlikləri dövründə daima qulluqlarında durmuş, bütün müalicələri, baxımları, vəfat etdikdən sonra isə dəfn mərasimləri, ümumiyyətlə isə bir övladın valideyni üçün edə biləcəkləri onlar tərəfindən olmuşdur. Evin bütün təsərrüfat işləri, idarə olunması, saxlanması, yaxşılaşdırılması, təmiri, evin kommunal ödənişləri onlar tərəfindən həyata keçirilmişdir. Bu ilin avqust ayında onlara məlum olmuşdur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X37, X41 və İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2126/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) İddiaçı1, X37, X42 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab olunması qət edilmişdir. Qətnamə rəsmi qaydada alınaraq ondan apellyasiya şikayəti verilmişdir. Hazırda iş Bakı Apellyasiya Məhkəməsində hakim A.İsgəndərovun icraatında olmaqla işin baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Bu hadisə onları olduqca sarsıtmışdır. Belə ki, atalarının xəstə olduğu, xəstəxanada yatdığı, ölüm ayağında olduğu zaman onu yada salmayan, dəfn mərasiminə yad adam kimi gəlib çıxıb gedən, bundan sonra bir dəfə də olsun Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evinə gəlməyən, nə onlarla, nə evlə maraqlanmayan, ümumiyyətlə, bu evlə heç bir əlaqəsi olmayan cavabdehin onların Azərbaycanda olmamalarından istifadə edib belə bir iddia qaldırması qanunsuz olmaqla bərabər həm də ədalətsiz olmuşdur. İşin araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh1 əsassız olaraq Bakı şəhəri 31 saylı notariat ofisində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair öz adına vərəsəlik şəhadətnaməsi, X35 adına, sonradan isə öz adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət haqqında çıxarışlar almışdır. Qeyd olunan əsassız əməllərinə qanuni don geyindirmək üçün Cavabdeh1 mirasın guya onun tərəfindən faktiki qəbul edilməsi görünüşü yaratmış, bunun üçün hətta ədalət mühakiməsinə guya miras əmlakı olan evin onun tərəfindən faktiki qəbul edilməsini bildirmiş, məhkəməyə guya həmin evdə heç kəsin yaşamadığı və s. barədə qeyridoğru məlumatlar vermiş, mirasın (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin) faktiki qəbulu faktının müəyyən edilməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsində 2(003)- 2478/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilməsinə nail olmuşdur (hakim Zaur Tağıyev). Cavabdeh1 məhkəməyə tamamilə yalan məlum vermişdir. Belə ki, anaları 2003-cü ildə, ataları xx.xx.2006-cı ildə ağır xəstəlikdən vəfat etmişdir. Həm valideynlərinin sağlığında, həm də valideynləri vəfat edəndən sonra onlar daimi olaraq öz ailə üzvləri ilə birgə qeyd olunan fərdi yaşayış evində-atalarının evində yaşamışlar. Atalarının vəfatından sonra isə ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evini faktiki qəbul edərək ona sahib çıxmaqla idarə etmişlər. Valideynlərinin həm həyatda olan zaman, həm ağır xəstəlikləri dövründə daima qulluqlarında durmuş, bütün müalicələri, baxımları, vəfat etdikdən sonra isə dəfn mərasimləri, ümumiyyətlə, isə bir övladın valideyni üçün edə biləcəkləri onlar tərəfindən olmuşdur. Evin bütün təsərrüfat işləri, idarə olunması, saxlanması, yaxşılaşdırılması, təmiri, evin kommunal ödənişləri onlar tərəfindən həyata keçirilmişdir. İddiaçı1 xx.xx.1974-cü ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev (Orta küçə) küçəsində yerləşən 42 saylı fərdi yaşayış evində doğulub böyümüş, ailə qurmuşdur. Rusiya Federasiyasına gedib gəlsə də, daimi yaşayış yeri ata evi olmuş, ana-atasının müayinəsi, müalicəsi, vəfat etdikdən sonra bütün dəfn xərcləri, yas məclislərinin yola verilməsi, qəbir üstünün düzəldilməsi, ümumiyyətlə bütün xərcləri qardaşı Eldarla birgə çəkmişdir. Atasından qalan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evini faktiki qəbul etmiş, onun təmirini, yaxşılaşdırılmasını, qorunmasını həyata keçirməklə evi faktiki qəbul etmişdir. Atasının 40 mərasimini verdikdən bir müddət sonra Rusiyaya qayıtsa da, ata evini heç vaxt sahibsiz qoymamışlar. Belə ki, bu illər ərzində dəfələrlə ata evinə gəlib getmiş, ailəsi ilə birgə xüsusən qış aylarını ata evində keçirmiş, bütün əşyaları həmin evdə qalmışdır. Başqa yerdə də ola bilməzdi, çünki ata evindən başqa ayrı evləri olmayıb. Qardaşı Eldar da ailəsi ilə birgə bu evdə yaşayıb. Bu illər ərzində məhz onun və qardaşı Eldarın vəsaiti ilə evlərində, həyətdə yaxşılaşdırmalar aparmışlar. Bu illər ərzində müddəti bitdiyi üçün şəxsiyyət vəsiqəsini (xx.xx.2013), sürücülük vəsiqəsini (xx.xx.2013), 2 dəfə xarici pasportunu (xx.xx.2007, xx.xx.2017-ci ildə) dəyişmişdir. Həmin tarixlərdən aydın görünür ki, o, cavabdehin digər məhkəmə prosesində (xx.xx.2022) iddia etdiyi kimi Azərbaycana gəlməməsi 15-20 il ola bilməzdi, (cavabdeh həmin işdə iddia edib ki, İddiaçı1 20 ilə, İddiaçı2 isə 15 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayırlar. Hazırda da onlar öz ailələri ilə birlikdə Rusiya Federasiyasında işləyib orada yaşayırlar. Bu səbəbdən uzun illərdir ölkəyə gəlib-getmirlər). Cavabdeh1 həmin işdə ədalət mühakiməsinə yalan ifadə verdiyi onun müddəti bitdiyi üçün şəxsiyyət vəsiqəsini (xx.xx.2013), sürücülük vəsiqəsini (xx.xx.2013), 2 dəfə xarici pasportunu (xx.xx.2007, xx.xx.2017-ci ildə) dəyişməsi barədə sübutlarında üzə çıxır. Belə ki, 20 il ölkəyə gəlməyən şəxs qeyd olunan rəsmi sənədləri başqa heç bir yolla əldə edə bilməzdi. Eyni zamanda, bildirir ki, atasının vəfatından sonra ata evləri olan ünvan 4rdi yaşayış evində yaşamaqla, atasının bütün dəfn xərclərini, yas mərasimini keçirməklə, evin idarə olunmasını həyata keçirməklə həmin evə sahib çıxmışdır. Bütün bunlar onu göstərir ki, o, atasının vəfatından sonra ondan miras qalan ünvan 4rdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini faktiki qəbul etmiş, ona sahib çıxmaqla idarə etmişdir. Onların (yəni həm anasından, atasından qalma əşyalar, həm onun və ailəsinin əşyaları) bütün əşyaları (pal-paltar, məişət əşyaları, mebellər və s.) öz ata evində olub. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 polis orqanlarına müraciət edərək, qardaşı Eldarın Rusiyaya gəlişindən sonra evlərində kirayənişin kimi əslində isə evlərində yaşayıb həm də evin mühafizəsini, baxımını həyata keçirən X59 hədə-qorxu gələrək illərlə onların icazəsi ilə onlara məxsus evdə yaşayan təsərrüfat aparan Tərxanı və ailəsini evdən qovmuşdur. Bu zaman onlara məxsus mebelləri, pal-paltar və digər əşyaları da hörmətsizcəsinə evdən çıxarıb atmışdır. O, İddiaçı2 doğulduğu xx.xx.1977-ci il tarixdən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev (Orta) küçəsi 42 saylı evdə yaşamaqla qeydiyyatda olmuşdur. Həmin evdə ailə qurmuş, övladı dünyaya gəlmişdir. Atasının vəfatından sonra evdə o və qardaşı tərəfindən, onların vəsaiti hesabına əsaslı təmir işləri aparılmış, evin 2-ci mərtəbəsində də sanitar qovşağı, mətbəx tikdirilmiş, evin hasarları yenilənmiş, həyətdə yaşayış üçün bütün zəruri abadlıq işləri görülmüşdür. Evin saxlanması, idarə olunması, bütün kommunal ödənişləri onun və qardaşı İlham tərəfindən onların birgə vəsaiti hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş ev qeydiyyat kitabçası, evin texniki pasportu, həmin evdə qeydiyyatda olanlar barədə məlumat, evə dair kartoçka və s. sənədlərdən aydın görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi atasına məxsus olmaqla X23, anası X24 vəfat etdikləri günədək həmin evdə qeydiyyatda olmaqla yaşamışlar. Qardaşı İddiaçı1, onun həyat yoldaşı X20, övladı X51, o - İddiaçı2 evdə qeydiyyatda olmaqla yaşayırlar (hal-hazırda iş fəaliyyəti ilə əlaqədar Rusiya Federasiyasındadırlar). Cavabdeh İddiaçı2 özü də bu evdə qeydiyyatda olmuş, ailə quraraq atasının ona 1991-ci ildə bağışladığı 2 otaqlı evə köçərək qeydiyyatdan da çıxmışdır (ev qeydiyyat kitabında qeyd var). Həm atasının sağlığında, həm atası vəfat edəndən sonra bir gün də olsun başqa ünvanda yaşamamış, ünvan 4rdi yaşayış evini Rusiyaya gedənədək heç vaxt tərk etməmişdir. Sonradan təxminən 2016-cı illərdə o, işlə əlaqədar Rusiya Federasiyasına gedib-gəlməyə başlamışdır. Həyətləri, evləri nəzarətsiz qalmasın deyə o və qardaşının təşəbbüsü ilə qonşuları X74 ailəsi ilə birgə onların evdə kirayənişin kimi yaşamağa başlamışlar və bir neçə gün bundan qabaq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 polis orqanlarına müraciət etmiş, X59 hədə-qorxu gələrək illərlə onların icazəsi ilə onlara məxsus evdə yaşayan təsərrüfat aparan Tərxanı və ailəsini evdən qovmuşdur. Bu zaman onlara məxsus mebelləri, pal-paltar və digər əşyaları da hörmətsizcəsinə evdən çıxarıb atmışdır. Heç bir əsas olmadan atalarından qalan miras əmlakına sahib çıxan Cavabdeh1 atalarının dəfnindən sonra bir gün da olsun ünvan 4rdi yaşayış evində yaşamayıb, onlarla birgə həmin evdə həyətdə xırda bir iş də olsa görməyib, üstəlik atalarından miras qalası xırda bir əmlakı da götürüb aparmayıb, xx.xx.2022ci il tarixədək bu evə gəlib-getməyib. Bununla da atalarından miras qalmış əmlakı heç bir üsulla (formal, qeyri-formal) qəbul etməyib. Hətta dəfn günü yad insanlar kimi gəlib və bir neçə saatdan sonra camaatla birgə çıxıb gedib. Maraqlıdır, əgər həqiqətən də bu illər ərzində İddiaçı2 arada bir (xx.xx.2021-ci il tarixli qətnamədə qeyd olunduğu kimi) evə gəlib getmişdirsə onda niyə mirasın qəbul müddəti üçün 12 il (notariat kontoruna 2018-də müraciət edib) gözləyirdi? X5 onlara miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (torpaq sahəsi ilə birgə) yalnız onlar - İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin əmlaka sahib çıxılaraq əmlak idarə olunmuş, mühafizəsi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş 2V/152 saylı notariat işindən də görünür ki, cavabdeh tərəfindən yazılan xx.xx.2018-ci il tarixli ərizədə, Forma 7 arayışında atalarının vəfat etdiyi zaman ailə üzvləri göstərilmişdir. Lakin təəssüf ki, Cavabdeh1 vərəsə kimi tanıyıb çıxarış verilməsinə etiraz etməyən notarius miras qoyan şəxsin digər vərəsələri də olduğu halda, həmin şəxslərin mirası qəbul edib etməməsi, digər vərəsələrin də mirasda payı olub-olmadığını araşdırmadan elə həmin gün xx.xx.2018-ci ildə DƏDRX Bakı Ərazi İdarəsinə məktub yazaraq Cavabdeh1 vərəsə kimi tanındığı və miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan təxminən 3 il sonra İddiaçı2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsində əsassız iddia qaldırıb ədalət mühakiməsinə qeyri-düzgün məlumatlar verməklə özünün guya miras əmlakını faktiki qəbul etməsi barədə 2(003)-2478/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilməsinə nail olmuşdur (hakim Zaur Tağıyev). Bu qətnaməni qanunsuz hesab etməklə yanaşı bildirirlər ki, hətta həmin qətnamənin özündə belə Cavabdeh1 mirası qəbul edən məhz yeganə vərəsə olduğu göstərilməmişdir. Qətnamə ilə müəyyən olunmuşdur ki, “İddiaçı2 atası T.Heydərovun ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi (Orta) 42 saylı evini qəbul etməsi faktı müəyyən edilsin”. Yəni göründüyü kimi qətnamə ilə Cavabdeh1 mirası qəbul etmə faktı müəyyən olunsa belə (baxmayaraq ki, bu halın özü də qanunsuzdur) məhz həmin miras əmlakına münasibətdə yeganə vərəsə olması faktı qətnamə ilə müəyyən edilməmişdir. Amma hansı səbəblərdənsə 31 saylı notariat ofisinin notariusu Cavabdeh1 tək vərəsə hesab etmiş (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2478/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə əsasında tək vərəsə kimi Cavabdeh1 müəyyən edilmişdir) və bu barədə xx.xx.2021-ci il tarixli qanun tizrə vərəsəlik hüququ haqda şəhadətnamə vermişdir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. X7 ölümündən sonra onlar atalarından miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evini (torpaq sahəsi ilə birgə) faktiki qəbul etmiş, həmin əmlaka sahib çıxaraq, onu idarə və mühafizə etmişlər. Yuxarıda da qeyd olunduğu kimi atalarının xəstəlik dönəmlərində onun bütün müayinə, müalicə xərclərini onlar çəkmişlər, son günlərinə qədər onun yanında olmuşlar. Vəfat etməzdən bir neçə gün əvvəl isə ataları onlara onun bütün əmlakını idarə etmək üçün notarial qaydada etibarnamə vermişdir. Məlumdur ki, Bakı ətrafı qəsəbə və kəndlərdə dəfn mərasimləri daha ağır keçir. 40 gün atalarının yas mərasimini həyata keçirmiş, bütün dəfn xərcləri, mərasimlər, qəbir üstü daşının götürülməsi, övlad olaraq borcları olan hər işi onlar- iki qardaş həyata keçirmişlər. Eyni zamanda, miras əmlakı olan öz ata evlərində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evində yaşamaqda, həm də ailə üzvləri ilə birgə yaşamaqda davam etmişlər. Halbuki İddiaçı2 miras əmlakını heç vaxt faktiki qəbul edib onu idarə etməmişdir. Əsassız qətnamə ilə guya miras əmlakını faktiki qəbul etdiyini bildirən Cavabdeh1 heç bir əsas olmadan yeganə vərəsə kimi tanıyan 31 saylı notariat ofisinin notariusu isə qanunvericilyin tələblərini pozmuş və bütün bunlar onların Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüquqlarının kobud şəkildə pozulması, mülkiyyət hüquqlarından məhrum edilmələri ilə nəticələnmişdir. Hesab edirlər ki, Cavabdeh1 adına Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 2V-152 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış ləğv olunmalı, X5 miras əmlakı olaraq faktiki qəbul etdikləri Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə onların - İddiaçı1 və İddiaçı2 payları bərabər olmaqla hər birinə münasibətdə 1/2 hissədə pay müəyyən edilməlidir. Cavabdeh1 İddiaçı2 və İddiaçı1 qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X23nun ölümündən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06447 ha olan torpaq sahəsinin qəbııl edilməsi faktının müəyyən edilməsi; X34 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi və 0.06447 ha olan torpaq sahəsinin üzərində ona düşən vərəsəlik payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X23 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasının vəfatı xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 598 saylı akt qeydi ilə rəsmiləşdirilərək AZ-İ 193590 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum atalarından miras qalan əmlak kütləsi aşağıdakı kimidir: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci tarixdə X52 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci tarixdə X53 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06447 ha olan torpaq sahəsi. Atası vəfat edən gündən bəri ondan miras qalmış, gəlin köçənədək yaşadığı, böyüdüyü ata evinə sahiblik etmişdir. Tərəfindən evin bütün kommunal ödənişləri, əmlak və torpaq vergiləri ödənilmiş, həyətyanı təsərrüfata qulluq etmişdir. Belə ki, İlham və İddiaçı2 ailələri ilə birlikdə xaricdə yaşadıqları üçün ümumiyyətlə, sözügedən yaşayış sahəsinə gəlib getmirdilər. Atasının vəfatından sonra ona məxsus əşyaları, ələlxüsus da, hədiyyə şəklində verilmiş imzalı kitabların məhv olmaması və atasından ona yadigar qalması üçün yaşadığı mənzilə köçürmüşdür. Mirasın qəbulu üçün məhz notariat orqanına müraciət edilməsini gec bildiyi üçün notariata gec müraciət etmiş və müraciətində mərhum atasının ondan başqa vərəsələrinin olmasını bildirmiş və həmçinin onların adlarının yazılı qeyd edildiyinə də əmin olmuşdur. Lakin vərəsələrdən heç birinin notariata gələrək öz paylarını qəbul etməkdə maraqlı olmamalarını öz təqsiri hesab etmir. Nəzərə alınsa ki, bu gün mərhum atasının vərəsələri onunla yanaşı, atasının onun anası olan X18 ilə birgə nikahından doğulmuş X60 və X71 olmuşdur. Hazırda qardaşı Heydərov Vaqif vəfat etmişdir, onun həyat yoldaşı və 2 övladı vardır. Mərhum atasının ikinci nikahından olan vərəsələri hazırkı iş üzrə verilmiş ilkin iddiaya dair birgə iddiaçılar olan İddiaçı1 və İddiaçı2dur. Mərhum atasının üçüncü nikahından olan vərəsələri isə X57 atasının həyat yoldaşı və onların birgə nikahından doğulmuş X61r. İşin hallarından da göründüyü kimi vərəsələrdən heç biri miras əmlakın qəbulu üçün nəzərdə tutulan rəsmi proseduru başlatmamışlar. Onun tərəfindən isə yuxarıda da qeyd etdiyi kimi miras əmlakına faktiki qəbul həyata keçirilmişdir. O, atasının nəinki daşınmaz, daşınar əmlakını da faktiki olaraq qəbul etmiş və buna dair sübutları da vardır. Hazırda ilkin iddia ərizəsi üzrə birgə iddiaçıların mövqeyindən fərqli olaraq belə hesab edir ki, məhrum atalarından miras qalan əmlak bərabər paylarda olmaqla vərəsələr arasında bölünməlidir. Beləliklə, hazırkı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə ünvanladığı iddia tələbi ondan ibarətdir ki, mərhum X23nun ölümündən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və 0.06447 ha olan torpaq sahəsinin faktiki qəbul edilməsi faktı müəyyən edilməli və miras əmlakı üzərində barabər paylarda pay hüququnun müəyyən edilməsi barədə müvafiq qətnamə qəbul edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X57 və X75 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-152 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyət nömrəli xx.xx.2021-ci il tarixli mülkiyyət haqqında çıxarışın ləğv edilməsi, mərhum həyat yoldaşından miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 saylı evə dair miras əmlakı faktiki qəbul etməsi və həmin miras əmlak üzərində hər birinə 2/1 paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi X30 mərhum həyat yoldaşı, digər iddiaçı X50 atası X19na məxsus olmuşdur. X19 1940-cı ildə Kəlbəcər rayonunda doğulmuş, xx.xx.2006-cı ildə Bakı şəhərində vəfat etmişdir. Ondan öncə mərhum həyat yoldaşı iki dəfə ailə qurmuş və xx.xx.1974-cü ildəki nikahdan xx.xx.1974-cü ildə İddiaçı1, xx.xx.1977-ci ildə İddiaçı2Tofiq oğlu, digər nikahdan isə Cavabdeh1 doğulmuşdur. Onlar mərhum həyat yoldaşı ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmuş və nikah müddətində birgə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Nikahlarından xx.xx.1998-ci il təvəllüdlü X75 doğulmuşdur. Nikaha daxil olduqdan sonra onlar ünvan 1 ünvanındakı fərdi evdə yaşamışlar. Onlar evi təmir etdikdən sonra mərhum həyat yoldaşı ilə razılaşmışlar ki, bu dövrdə cavabdeh Eldar ailə həyatı qursun və həmin evdə yaşasın. Mərhum həyat yoldaşı xx.xx.2006-cı ildə tarixdə uzun sürən xəstəlikdən vəfat edərkən onun evində yas mərasimi təşkil edilmiş və dəfn xərclərini bir o ödəmişmişdir. Mərhum T.Heydərovun xəstəliyi zamanında cavabdehlər İddiaçı1 və İddiaçı2 Rusiya Federasiyasında olmuşlar. Mərhum həyat yoldaşı xərçəng xəstəsi idi, ona qulluq edilməsi, müayinə və müalicə, əməliyyat xərcini, ximya terapiya məsələləri və digər xərci faktiki olaraq həyat yoldaşı olaraq onun tərəfindən çəkilmişdir. Cavabdeh İddiaçı2 mərhum atası ilə küsülü olduğundan onun xəstəliyi dövründə bir dəfə də olsun ona baş çəkməmiş, onunla maraqlanmamış, maddi və sair köməklik etməmişdir. Bu müddət ərzində onun bütün qayğısı onun üzərində olmuşdur. Cavabdehlər İddiaçı1 və İddiaçı2 həyat yoldaşı vəfat edəndə gəlmişlər və yas mərasimini ünvan 1 ünvanındakı fərdi yaşayış evində verilməsini təklif etmiş, lakin evin faktiki vəziyyəti buna imkan vermədiyindən mərasim onun evində olmuşdur. Digər cavabdehlər burada yaşamadıqlarından mirası o və oğlu faktiki qəbul etmişlər, əmlaka faktiki sahiblik etmiş və ondan istifadə etmişlər. Lakin 2020ci ildə pandemiyadan sonra səhətində bəzi problemlərin olması onun həmin evə getməsinə çətinik yaratdığından evi kirayə vermişlər. Mirasın açılması ilə bağlı məsələyə gəldikdə isə cavabdehlərlə belə razılaşmışlar ki, onlar gələndə birlikdə notariusa müraciət edib məsələni həll edərlər, eyni zamanda, sənədlər də Eldarda idi. Bu ilin dekabr ayında ona məlum olmuşdur ki, Cavabdeh1 onlardan xəbərsiz olaraq mərhum həyat yoldaşının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələblə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(003)-2126/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlərin heç biri həmin evi faktiki qəbul etməmiş, ondan istifadə etməmiş və ona sahiblik etməmişdir. Cavabdeh İddiaçı2 mərhum atasının birgə nikahda olduğu müddətdə vəfat etdiyini, digər vərəsələr barədə məlumatlı olduğu halda həqiqətləri gizlərmiş, onun və oğlunun mirasda olan payını mənimsəmək istəmişdir. İddiaçı X57 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 1998-ci ildə öz şəxsi vəsaiti hesabına əsaslı təmir etdirərək onun dəyərini artırmışdır. Eyni zamanda, mərhum dünyasını dəyişən zaman faktiki olaraq sonuncu ilə nikahda olduğundan əmlakın 50%-i Kamilə Tofkovnaya çatmalı, qalan əmlak isə yenidən vərəsələr arasında bərabər payda bölünməli idi. Bundan başqa, notariat orqanı digər vərəsələrin olub-olmaması barədə hər hansı tədbir görməmişdir. Mübahisəli mənzil birgə nikah dövründə əldə edilməsə də, birgə nikah dövdiində əldə edilən vəsait hesabına təmir edildiyindən birgə mülkiyyət hesab ediməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X60 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X23nun ölümündən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06447 ha olan torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsi; X34 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi və 0.06447 ha olan torpaq sahəsinin üzərində ona düşən miras payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X23 mərhum anası X18 ilə 1960-cı il tarixində nikah bağlamışdır. Həmin nikahdan valideynlərinin üç övladı dünyaya gəlmişdir. Daha sonra valideynləri 1974-cü il tarixdə boşanmışlar və atasının bundan sonra daha iki nikahı olmuş və həmin nikahlardan da iki və bir övladı dünyaya gəlmişdir. X23 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasının vəfatı xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 598 saylı akt qeydi ilə rəsmiləşdirilərək AZ-İ 193590 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum atalarından miras qalan əmlak kütləsi aşağıdakı kimidir: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci tarixində X52 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci tarixdə X52 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06447 ha olan torpaq sahəsi. O, fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2822/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin qətnamənin, eləcə də Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023cü il tarixli qərarını rəhbər tutaraq, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 10 nömrəli sərəncamı ilə bacısı Cavabdeh1 onun üzərində qəyyum təyin edilmişdir. Hazırda mərhum atasından miras qalan əmlaka onun da payının olduğunu düşünür. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1244-cü maddəsində mirasın fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi halı nəzərdə tutulmuşdur. Belə ki, maddənin tələbinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Qanuni qüvvəsinin almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2822/2022 saylı qətnaməsi ilə bacısı Cavabdeh1 onun qəyyumu, yəni qanuni nümayəndəsi təyin edilmişdir. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 49.4-cü maddəsinin tələbinə əsasən on dörd yaşınadək yetkinlik yaşma çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Hazırda hesab edir ki, məhrum atalarından miras qalan əmlak bərabər paylarda olmaqla, vərəsələr arasında bölünməlidir. İlkin iddia tələbi üzrə iddiaçılar, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, atalarının vəfatından sonra heç bir övladı, o cümlədən Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış, həmin evə heç vaxt gəlib-getməmiş, miras əmlaka sahib çıxmamışlar. Cavabdeh1 həmin evdən 1991-ci ildən qeydiyyatdan çıxaraq atalarının ona bağışladığı 2 otaqlı mənzilə ailə quraraq köcmüşdür. Qarşılıqlı iddia ərizəsində qeyd olunur: “atam rəhmətə gedən gündən bəri ondan miras qalmış, gəlin köçənədək yaşadığım, böyüdüyüm ata evimə sahiblik etmişəm. Tərəfimdən evin bütün kommunal ödənişlər, əmlak və torpaq vergiləri ödənilmiş, həyətyanı təsərrüfata qulluq etmişəm”. Cavabdeh1 bu dəlilinin əsassız olduğu elə onun özünün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2478/2021 saylı xx.xx.2021-ci il tarixli iş üzrə məhkəməyə təqdim etdiyi əmlak və torpaq vergisinə görə ödəniş qəbzləri ilə təkzib olunur. Belə ki, 2(003)-2478/2021 saylı məhkəmə işinin materiallarında olan (səhifə 26) 000149 saylı xx.xx.2017-ci il tarixli tədiyyə bildirişininin “ötən dövrlər üçün vergi borcu adlanan 7-ci bəndində 2006-2014-cü illər üçün 32.40 manat torpaq, 2012-2014-cü illər üçün 55.20 manat əmlak vergisinin olduğu bildirirlir. Həmin məhkəmə işinin materiallarında olan 000148 saylı xx.xx.2017-ci il tarixli tədiyyə bildirişininin 4-cü bəndində 2017-ci il üçün 67.26 manat məbləğində əmlak vergisini, yenə həmin bildirişdə 2017-ci il üçün 3.60 torpaq vergisi hesablandığı göstərilir. Həmin bildirişin ötən dövrlər üçün vergi borcu adlanan 7-ci bəndində isə 2015-2016-cı illər üçün 7.20 manat torpaq, 134.50 manat əmlak vergisinin olduğu bildirirlir. Həmin işin materiallarında olan (səhifə 29) TT **********178876 saylı xx.xx.2017-ci il tarixli bank qəbzindən İddiaçı2 tərəfindən Buzovna Bələdiyyəsinin hesabına 87.6 manat (yəni 2006-2014-cü illərin borcu), TT **********74121258 saylı xx.xx.2017-ci il tarixli bank qəbzindən isə 212.51 manat ödənildiyi görünür. Beləliklə, qeyd olunan tədiyyə bildirşlərindən, bank qəbzlərindən aydın görünür ki, 2006-cı ildən 2017-ci ilədək Cavabdeh1 tərəfindən heç bir ödəniş aparılmayıb. İş üzrə məhkəmənin sorğusuna əsasən Buzovna Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan bildirilir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində yəni iş (2(003)-2478/2021 saylı iş) məhkəməyə verilən gün (işin məhkəməyə daxil olma tarixi xx.xx.2021-ci il) Buzovna Bələdiyyəsinə müraciət edərək, Buzovna qəsəbəsi Ceyhun Mirzəyev 42 ünvanına dair torpaq və əmlak vergisini əmlak atasının adına olsa da digər vərəsələr xaricdə olduğundan onun ödəyəcəyini bildirmişdir. Beləliklə, bir daha aydın olur ki, İddiaçı2 mirası nə faktiki nə də qanuni qəbul etməyib və bu ödəniş qəbzləri mirasın onun tərəfindən qəbul olunması görünüşü yaratmaq üçün lazım olub. Əks halda kommunal ödənişləri etmək üçün 2017-ci ili gözləmək ehtiyacı olmazdı. “Belə ki, İlham və İddiaçı2 ailələri ilə birlikdə xaricdə yaşadıqları üçün ümumiyyətlə, sözügedən yaşayış sahəsinə gəlib getmirdilər”. Cavabdeh1 bu dəlilini tamamilə əsassız hesab edirlər. İş materiallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş çıxarışlarda iddiaçıların Azərbaycandan Rusiyaya nə vaxt getmələri, gəlmələri tam əks olunmuşdur. Mirasın rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etməmələrinin səbəbi miras əmlaka məhz onlar tərəfindən faktiki olaraq sahiblənmələri, ondan istifadə etmələri və bununla da miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etmələri olmuşdur. Atası vəfat edən gündən miras əmlakı öz əmlakları olaraq istifadə edib, ona sahib çıxmışlar. Miras əmlakı sahiblənmələrinə dair sübutlardan biri də xx.xx.1992-ci ildən atalarının adına olan ***- **-** nömrəli ev telefonunu onun vəfat etdiyi xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2006-cı ildə öz adına (İddiaçı2) keçirmişdir (məktub əlavə olunur). Buradan aydın olur ki, onlar həqiqətən mübahisəli evdə yaşamış, əmlakdan istifadə etmiş, əmlaka aid əşyaları özününküləşdirmişlər. İlkin iddia ərizəsində bütün bunlar əhatəli göstərilmişdir. Qısa olaraq bir daha bildirirlər ki, İddiaçı1 işi ilə əlaqədar Rusiya Federasiyasına gedib-gəlmiş, İddiaçı2 da təxminən 2016- 2017-ci illərdə mütəmadi Rusiya Federasiyasına gedib-gəlmişdir. Yalnız pandemiya dövründə ata evinə gələ bilməmişlər. 2022-ci ilin avqust ayında isə Cavabdeh1 onların ailə üzvləri ilə birgə öz ata evlərindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Heç bir əsas olmadan atalarından qalan miras əmlakına sahib çıxan Cavabdeh1 atalarının dəfnindən sonra bir gün də olsun ünvan 4rdi yaşayış evində yaşamayıb, onlarla birgə həmin evdə həyətdə xırda bir iş də olsa görməyib, üstəlik atalarından miras qalası xırda bir əmlakı da götürüb aparmayıb, xx.xx.2022-ci il tarixədək bu evə gəlibgetməyib. Bununla da atalarından miras qalmış əmlakı heç bir üsulla (formal, qeyri-formal) qəbul etməyib. Hətta dəfn günü yad insanlar kimi gəlib və bir neçə saatdan sonra camaatla birgə çıxıb gedib. Maraqlıdır, əgər həqiqətən də bu illər ərzində İddiaçı2 arada bir (xx.xx.2021ci il tarixli qətnamədə qeyd olunduğu kimi) evə gəlib getmişdirsə, onda niyə mirasın qəbul müddəti üçün 12 il (notariat kontoruna 2018-də müraciət edib) gözləyirdi? Həyətləri, evləri nəzarətsiz qalmasın deyə onların təşəbbüsü ilə qonşuları X74 ailəsi ilə birgə onların evində kirayənişin kimi yaşamağa başladılar və xx.xx.2022-ci il tarixdə Cavabdeh1 polis orqanlarına müraciət etmiş, X59 hədə-qorxu gələrək illərlə onların icazəsi ilə onlara məxsus evdə yaşayan, təsərrüfat aparan Tərxanı və ailəsini evdən qovmuşdur. Bu zaman onlara məxsus mebelləri, pal-paltar və digər əşyaları da hörmətsizcəsinə evdən çıxarıb atmışdır. X5 onlara miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (torpaq sahəsi ilə birgə) yalnız onlar - İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin əmlaka sahib çıxılaraq əmlak idarə olunmuş, mühafizəsi həyata keçirilmiş, maddi imkanları çatan qədər miras əmlakında yaxşılaşdırmalar aparmışlar. Bundan başqa, Bakı şəhər Xətai rayonu 82 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan da məlum olur ki, Cavabdeh1 öz ailə üzvləri ilə birgə xx.xx.1996-cı ildən 2021-ci ildə mənzillərini satanadək Bakı şəhəri Xətai rayonu,Xudu Məmmədov küçəsi,23 saylı evin 12 saylı mənzilində yaşamışdır. Beləliklə, aydın olur ki, İddiaçı2 mübahisəli miras əmlakında - ünvan 7 ünvanında həm qeydiyyatdan çıxdığı xx.xx.1991-ci il tarixdən sonra, həmçinin atalarının vəfat etdiyi xx.xx.2006-cı il tarixdən də faktiki olaraq heç vaxt yaşamamışdır. İlkin iddia tələbi üzrə iddiaçılar, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı izahat təqdim etmişdir. İzahat onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqustunda iddiaçılara məlum olmuşdur ki, Cavabdeh1 cavabdehlər İddiaçı1, X37, X41 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, X20, X26, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiası təmin olunmuşdur. Qətnamə rəsmi qaydada alınaraq ondan apellyasiya şikayəti verilmişdir. Hazırda iş Bakı Apellyasiya Məhkəməsində hakim Aİsgəndərovun icraatında olmaqla işin baxılması hazırkı işin baxılması ilə əlaqədar dayandırılmışdır. Bu hadisə iddiaçıları olduqca sarsıtmışdır. Belə ki, atalarının xəstə olduğu, xəstəxanada yatdığı, ölüm ayağında olduğu zaman onu yada salmayan, dəfn mərasiminə yad adam kimi gəlib çıxıb gedən bundan sonra bir dəfə də olsun Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evinə gəlməyən, nə iddiaçılarla, nə evlə maraqlanmayan, ümumiyyətlə bu evlə heç bir əlaqəsi olmayan cavabdehin iddiaçıların Azərbaycanda olmadıqlarından istifadə edib belə bir iddia qaldırması qanunsuz olmaqla bərabər həm də ədalətsiz olmuşdur. İşin araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh1 əsassız olaraq Bakı şəhər 31 saylı notariat ofisində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair öz adına vərəsəlik şəhadətnaməsi, X35 adına sonradan isə öz adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət haqqında çıxarışlar almışdır. Cavabdeh1 iddiası təmin olunaraq mirasın (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin) faktiki qəbulu faktının müəyyən edilməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsində 2(003)-2478/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə qəbul olunmuşdur (hakim Zaur Tağıyev). Tərəflərindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2478/2021 saylı qətnaməsi ləğv edilərək. ərizəçi Cavabdeh1 “mirasın qəbul edilməsi” faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışıdır (hakim R.Həsənov). Cavabdeh İddiaçı2 məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında qarşılıqlı iddia ərizəsi təqdim edərək, X43 ölümündən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06447 ha olan torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsi; X34 miras qalmış Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi ev 42 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi ev 42 ünvanında yerləşən ümumi sahəsi və 0.06447 ha olan torpaq sahəsinin üzərində Cavabdeh1 düşən vərəsəlik payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən İradə Heydərova (qəyyumu İddiaçı2) məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddia ərizəsi təqdim edərək, X43 ölümündən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06447 ha olan torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsi; X34 miras qalmış Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi ev 42 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi ev 42 ünvanında yerləşən ümumi sahəsi və 0.06447 ha olan torpaq sahəsinin üzərində X44 düşən vərəsəlik payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən X49 və X75 xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia ərizəsi təqdim edərək, 2V-152 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli mülkiyyət haqqında çıxarışın ləğv olunması, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı evə dair mirası faktiki qəbul etməsi və həmin miras əmlak üzərində hər birinə 2/1 pay müəyyən olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların ata evidir. X15 1940-cı ildə Kəlbəcər rayonunda doğulmuş, xx.xx.2006-cı ildə Bakı şəhərində vəfat etmişdir. Valideynləri xx.xx.1974-cü ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.1974-cü ildə İddiaçı1, xx.xx.1977-cü ildə İddiaçı2 doğulmuşdur. Anaları 2003cü ildə, ataları xx.xx.2006-cı ildə ağır xəstəlikdən vəfat etmişdir. Atalarının vəfatından sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evini (torpaq sahəsi ilə birgə) (bundan sonra miras əmlakı) faktiki qəbul edərək ona sahib çıxmaqla idarə etmişlər. Atalarının vəfatından sonra heç bir övladı, o cümlədən Cavabdeh1, həyat yoldaşı Kamilə Heydərova, övladı Azər Heydərov, İradə Heydərova Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış, həmin evə heç vaxt gəlib-getməmiş, miras əmlaka sahib çıxmamışlar. Cavabdeh1 həmin evdən 1991-ci ildən qeydiyyatdan çıxaraq atalarının ona bağışladığı 2 otaqlı mənzilə ailə quraraq köçmüşdür. Bu barədə 82 saylı MKİSdən arayış iş materiallarına əlavə olunmuşdur. Valideynlərinin həm həyatda olan zaman, həm ağır xəstəlikləri dövründə daima qulluqlarında durmuş, bütün müalicələri, baxımları, vəfat etdikdən sonra isə dəfn mərasimləri, ümumiyyətlə isə bir övladın valideyni üçün edə biləcəkləri iddiaçılar tərəfindən olmuşdur. Evin bütün təsərrüfat işləri, idarə olunması, saxlanması, yaxşılaşdırılması, təmiri, evin kommunal ödənişləri iddiaçılar tərəfindən həyata keçirilib. O, İddiaçı1 xx.xx.1974-cü ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev (Orta küçə) küçəsində yerləşən 42 saylı fərdi yaşayış evində doğulub böyümüş, ailə qurmuşdur. Rusiya Federasiyasında gedib-gəlsə də, daimi yaşayış yeri ata evi olub, anaatasının müayinəsi, müalicəsi, vəfat etdikdən sonra bütün dəfn xərcləri, yas məslislərinin yola verilməsi, qəbir üstünün düzəldilməsi ümumiyyətlə bütün xərcləri qardaşı Eldarla birgə çəkmişdir. Cavabdeh1 özü də məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, “dəfn xərclərini İlham çəkdi”. Tərəfindən dəvət olunmuş şahidlər də dəfn xərcləri, qəbir üstünün düzəldilməsi, evlərinin baxımı, saxlanması, təmiri və s. üçün dəfələrlə Eldara pul göndərməyini bildirdilər. Atasından qalan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evini faktiki qəbul etmiş, onun təmirini yaxşılaşdırılmasını, qorunmasını həyata keçirməklə evini faktiki qəbul etmişdir. Atasının 40 mərasimini verdikdən bir müddət sonra Rusiyaya qayıtsa da ata evini heç vaxt sahibsiz qoymamışlar. Belə ki, bu illər ərzində dəfələrlə ata evinə gəlib getmiş, ailəsi ilə birgə xüsusən qış aylarını ata evində keçirmişdir. Onların bütün əşyaları həmin evdə qalıb. Başqa yerdə də ola bilməzdi çünki ata evindən başqa ayrı evləri olmayıb. Qardaşı Eldar da ailəsi ilə birgə bu evdə yaşayıb. Bu illər ərzində məhz onun və qardaşı Eldarın vəsaiti ilə evlərində, həyətdə yaxşılaşdırmalar aparmışlar. Bu illər ərzində müddəti bitdiyi üçün şəxsiyyət vəsiqəsini (xx.xx.2013), sürücülük vəsiqəsini (xx.xx.2013), 2 dəfə xarici pasportunu (xx.xx.2007, xx.xx.2017-ci ildə) dəyişmişdir. Həmin tarixlərdən aydın görünür ki, o, cavabdehin digər məhkəmə prosesində (xx.xx.2022) iddia etdiyi kimi Azərbaycana gəlməməsi 15-20 il ola bilməzdi, (cavabdeh həmin işdə iddia edib ki, İddiaçı1 20 ilə, İddiaçı2 isə 15 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayırlar. Hazırda da onlar öz ailələri ilə birlikdə Rusiya Federasiyasında işləyib orada yaşayırlar. Bu səbəbdən uzun illərdir ölkəyə gəlib-getmirlər). Cavabdeh1 həmin işdə ədalət mühakiməsinə yalan ifadə verdiyi onun müddəti bitdiyi üçün şəxsiyyət vəsiqəsini (xx.xx.2013), sürücülük vəsiqəsini (xx.xx.2013), 2 dəfə xarici pasportunu (xx.xx.2007, xx.xx.2017-ci ildə) dəyişməsi barədə sübutları ilə üzə çıxır. Belə ki, 20 il ölkəyə gəlməyən şəxs qeyd olunan rəsmi sənədləri başqa heç bir yolla əldə edə bilməzdi. Eyni zamanda, atasının vəfatından sonra ata evi olan ünvan 4rdi yaşayış evində yaşamaqla, atasının bütün dəfn xərclərini, yas mərasimini keçirməklə, evin idarə olunmasını həyata keçirməklə həmin evə sahib çıxmışdır. Bütün bunlar onu göstərir ki, o, atasının vəfatından sonra ondan miras qalan ünvan 4rdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini mirasın qəbulu üçün tələb olunan müddətdə faktiki qəbul etmiş, ona sahib çıxmaqla idarə etmişdir. Eyni zamanda bildirir ki, onların (yəni həm valideynlərindən qalma əşyalar, həm onun və ailəsinin əşyaları) bütün əşyaları (pal-paltar, məişət əşyaları, mebellər və s.) öz ata evində olub. Sonradan İddiaçı2 əşyaları evdən daşıtdırıb. O, işi, maddi vəziyyəti ilə əlaqədar Rusiya Federasiyasında çalışmış, lakin atasının vəfatından sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev (Orta) küçəsi 42 saylı evdə aparılan bütün yaxşılaşdırmalar, evin təmir, 2-ci mərtəbədə mətbəx, sanitar qovşaq tikilməsi, həyətdə hasarın çəkilməsi bilavasitə onun Rusiyadan Eldara göndərdiyi vəsaitlər hesabına olub. O, İddiaçı2 doğulduğu xx.xx.1977-ci il tarixdən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev (Orta) küçəsi 42 saylı evdə yaşamaqla qeydiyyatda olmuşdur. Həmin evdə ailə qurmuş, övladı dünyaya gəlib. Bildirir ki, atasının vəfatından sonra evdə o və qardaşı tərəfindən, onların vəsaiti hesabına əsaslı təmir işləri aparılmış, evin 2-ci mərtəbəsində də sanitar qovşağı, mətbəx tikdirilmiş, evin hasarları yenilənmiş, həyətdə yaşayış üçün bütün zəruri abadlıq işləri görülmüşdür. Evin saxlanması, idarə olunması, bütün kommunal ödənişləri onun və qardaşı İlham tərəfindən onların birgə vəsaitləri hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş ev qeydiyyat kitabçası, evin texniki pasportu, həmin evdə qeydiyyatda olanlar barədə məlumat, evə dair kartoçka və s. sənədlərdən aydın görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi atasına məxsus olmaqla qardaşım İddiaçı1, onun həyat yoldaşı X20, övladı X51, o-İddiaçı2 evdə qeydiyyatda olmaqla yaşayırlar (hal-hazırda iş fəaliyyəti ilə əlaqədar Rusiya Federasiyasındadır, qardaşı İlham Azərbaycandadır). Cavabdeh1 özü də bu evdə qeydiyyatda olmuş, ailə quraraq atasının ona 1991-ci ildə bağışladığı 2 otaqlı evə köçərək qeydiyyatdan da çıxmışdır (ev qeydiyyat kitabında qeyd var ). Həm atasının sağlığında, həm atası vəfat edəndən sonra bir gün də olsun başqa ünvanda yaşamamış, ünvan 4rdi yaşayış evini Rusiyaya gedənədək heç vaxt tərk etməmişdir. Məhkəmə iclasında istər ilkin iddiaçılar, istər də İddiaçı2, K.Heydərova tərəfindən dəvət olunmuş şahidlər birmənalı şəkildə İddiaçı2 atasının vəfatından sonra ailə üzvləri ilə mübahisəli evdə yaşadığını bildirmişlər. Cavabdeh1 özü də nümayəndənin “kişi öləndən sonra (mirasqoyan nəzərdə tutulur) həmin bu evdə kim yaşıyırdı? sualına “Eldar arvadı ilə yaşayırdı” cavabını verib. Həmçinin, İddiaçı2 bildirmişdir ki, evin sənədləri Eldarda idi, buna görə notariusa müraciət edə bilməyib. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən həm onlara, həm məhkəməyə ünvanlanmış məlumatdan da göründüyü kimi X43 adına olmuş ***-**-** telefon nömrəsini onun vəfatından sonra həmin ünvanda yaşayan oğlu İddiaçı2 öz adına keçirmişdir. Bu nömrədən o və ailəsi və xx.xx.2017-ci il tarixədək istifadə etmişlər. Həmçinin, "xxxx", “Azəriqaz” tərəfindən təqdim olunmuş məlumatlardan da göründüyü kimi mübahisəli əmlakda atasının vəfatından sonra fasiləsiz yaşayış olub, bir neçə dəfə sayğaclar dəyişilib, elektrik enerjisinə görə 2010-cu ildə borc silinməsi olub, Qaz sayğacları dəyişdirilib. Belə ki, həmin evdə fasiləsiz yaşayış olmasaydı, həyat davam etməsəydi qeyd olunan bu kommunal xidmətlərdən də istifadə olmazdı. Yəni prosesin digər tərəflərinin iddia etdikləri kimi “evə gəlib-gedib baş çəkmək”lə kommunal xidmətdən bu qədər istifadə oluna bilməzdi. "xxxx", “Azəriqaz” tərəfindən təqdim olunmuş invoyslardan da aydın görünür ki, bu evdə qazın, işığın böyük sərfiyyatı olub. Bu da bir daha onu sübut edir ki, o, atalarından qalan mübahisəli evi torpaq sahəsi ilə birgə mirasın qəbulu üçün tələb olunan müddətdə qəbul etmiş, o evdə yaşamaqla, onu yaxşılaşdırmaqla ona sahib çıxmaqla miras əmlakını qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Sərhəd xidmətindən verilən məlumatdan da göründüyü kimi onun ölkədən ilk çıxışı xx.xx.2009-cu ildə olub gedib-qayıtmışdır. Sonradan mütəmadi o, işlə əlaqədar Rusiya Federasiyasına gedib-gəlməyə başlamışdır. Həyətləri, evləri nəzarətsiz qalmasın deyə o, və qardaşının təşəbbüsü ilə qonşuları X74 ailəsi ilə birgə onların evində kirayənişin kimi yaşamağa başladılar və bir neçə gün bundan qabaq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 polis orqanlarına müraciət etmiş, X59 hədə-qorxu gələrək illərlə onların icazəsi ilə onlara məxsus evdə yaşayan təsərrüfat aparan Tərxanı və ailəsini evdən qovmuşdur. Bu zaman onlara məxsus mebelləri, pal-paltar və digər əşyaları da hörmətsizcəsinə evdən çıxarıb atmışdır. Heç bir əsas olmadan atalarından qalan miras əmlakına sahib çıxan Cavabdeh1 atasının dəfnindən sonra bir gün də olsun ünvan 4rdi yaşayış evində yaşamayıb, onlarla birgə həmin evdə həyətdə xırda bir iş də olsa görməyib, üstəlik atasından miras qalası xırda bir əmlakı da götürüb aparmayıb, xx.xx.2022-ci il tarixədək bu evə gəlib-getməyib. Bununla da atalarından miras qalmış əmlakı heç bir üsulla (formal, qeyri-formal) qəbul etməyib. Hətta dəfn günü yad insanlar kimi gəlib və bir neçə saatdan sonra camaatla birgə çıxıb gedib. Maraqlıdır, əgər həqiqətən də bu illər ərzində İddiaçı2 arada bir (xx.xx.2021-ci il tarixli qətnamədə qeyd olunduğu kimi) evə gəlib getmişdirsə onda niyə mirasın qəbul müddəti üçün 12 il (ilkin olaraq notariat kontoruna 2018-də müraciət edib) gözləyirdi? İş materiallarına əlavə olunmuş 2V/152 saylı notariat işindən də görtünür ki, cavabdeh tərəfindən yazılan xx.xx.2018-ci il tarixli ərizədə, Forma 7 arayışında atalarının vəfat etdiyi zaman ailə üzvləri göstərilmişdir. Lakin təəssüf ki, Cavabdeh1 vərəsə kimi tanıyıb çıxarış verilməsinə etiraz etməyən notarius hansı səbəblərdənsə miras qoyan şəxsin digər vərəsələrinin də olduğu və bunu bildiyi halda həmin şəxslərin mirası qəbul edib etməməsi, digər vərəsələrin də mirasda payı olub-olmadığını araşdırmadan elə həmin gün xx.xx.2018-ci ildə DƏDRX Bakı şəhər Ərazi İdarəsinə məktub yazaraq Cavabdeh1 vərəsə kimi tanındığı və miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan təxminən 3 il sonra İddiaçı2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsində əsassız iddia qaldırıb ədalət mühakiməsinə qeyri-düzgün məlumatlar verməklə özünün guya miras əmlakını faktiki qəbul etməsi barədə 2(003)-2478/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilməsinə nail olmuşdur (hakim Zaur Tağıyev). Bu qətnaməni qanunsuz hesab etməklə yanaşı bildirirlər ki, hətta həmin qətnamənin özündə belə Cavabdeh1 mirası qəbul edən məhz yeganə vərəsə olduğu göstərilməmişdir. Qətnamə ilə müəyyən olunmuşdur ki, “İddiaçı2 atası T.Heydərovun ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi (Orta) 42 saylı evini qəbul etməsi faktı müəyyən edilsin”. Yəni göründüyü kimi qətnamə ilə Cavabdeh1 mirası qəbul etmə faktı müəyyən olunsa belə (baxmayaraq ki, bu halın özü də qanunsuzdur və qətnamə artıq ləğv olunub) məhz həmin miras əmlakına münasibətdə yeganə vərəsə olması faktı qətnamə ilə müəyyən edilməmişdir. Amma 31 saylı notariat ofisinin notariusu 2018-ci ildə olduğu kimi 2021-ci ildə də heç bir əsas olmadan Cavabdeh1 tək vərəsə hesab etmiş (“Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2478/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tək vərəsə kimi Cavabdeh1 müəyyən edilmişdir”) və bu barədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə vermişdir. Cavabdeh1 mübahisəli evdə yaşamadığı, onu miras əmlakı olaraq faktiki olaraq qəbul etmədiyi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında tərəflərindən dəvət olunmuş şahidlər, xüsusən ailənin yaxın üzvü olan cavabdehin bibisinin əri İsa müəllim ifadələsi ilə təsdiqlənmişdir. Eləcə də Cavabdeh1ın özünün dəvət etdiyi şahidlər mübahisəli evin qonşuları Gülnaz, Zemfira, Səmayə xanımlar Tofiq Heydərovun vəfatından sonra Cavabdeh1 həmin evdə daimi yaşadığını deyil, həmin evə gəlib-getdiyini, həmin evə gələndə onlarda da gecələdiklərini, həmin evdə Eldarın arvadı Aidə, qızı Fidanla yaşadığını, İlhamı arada bir gördüklərini bildirmişlər. Şahidlərdən Gülnaz xanım ifadəsində Eldarı, İlhamı 2010-cu ildən görmədiyini bildirmişdir. Kamilə xanımın nümayəndəsi sual verir: mübahisəli evdə təmir işləri aparıldığını görmüsüzmü? şahid: təmir işləri aparılıb. Səmayə xanım ifadəsində konkret olaraq bildirmişdir ki, “kişi rəhmətə gedəndən sonra (mirasqoyan nəzərdə tutulur) o evdə (mübahislə ev nəzərdə tutulur) İlham və Eldar yaşayıb. “Elmira arabir gəlib-gedirdi. Gecə bizdə qalırdı.” Nümayəndələrinin “Elmira xanım sizin evdə niyə gecəliyirdi ki? sualına isə “axşam idi ona görə mənim evimdə qalıb” cavabını vermişdir. Maraqlıdır, əgər Cavabdeh1 həqiqətən mübahisəli evi faktiki qəbul etmişdisə, həmin evə gəlib- gedirdisə niyə ata evində gecələmirdi?. Zenfira xanım ifadəsində bildirmişdir ki, “kişi öləndən sonra o həyətdə Eldar və İlhamı görmüşəm 2006-2007-ci illərdə, 10 ilə yaxın, bir az yaxın illərdə.” “X109 ilə yaşayırdı” “Elmiranı görmüşəm, bizim evdə qalıb. Nümayəndələri tərəfindən “Elmira xanım sizin evdə niyə gecəliyirdi ki? sualı verilmişdir. Bu suala ziddiyyətli cavab verilmişdir. “Kamilə ilə oğlunu görməmişəm”. Qarşılıqlı iddia ərizəsində qeyd olunur: “atam rəhmətə gedən gündən bəri ondan miras qalmış, gəlin köçənədək yaşadığım, böyüdüyüm ata evimə sahiblik etmişəm. Tərəfimdən evin bütün kommunal ödənişlər, əmlak və torpaq vergiləri ödənilmiş, həyətyanı təsərrüfata qulluq etmişəm”. Yuxarıda da qeyd olunduğu kimi həm Cavabdeh1 özü, həm də hər iki tərəfin şahidlərinin bildirdikləri kimi mübahisəli evdə Eldar arvadı Aidə qızı Fidanla yaşayırdı. Maraqlıdır, o zaman hansı səbəbdən Cavabdeh1 gəlib Eldarın, Aidənin işlətdiyi kommunal xidmətlərin borcunu, əmlak torpaq vergisi ödəyirdi? Cavabdeh1 bu dəlilinin əsassız olduğu elə onun özünün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2478/2021 saylı xx.xx.2021-ci il tarixli iş üzrə məhkəməyə təqdim etdiyi əmlak və torpaq vergisinə görə ödəniş qəbzləri ilə təkzib olunur. Belə ki, 2(003)-2478/2021 saylı məhkəmə işinin materiallarında olan (səhifə 26) 000149 saylı xx.xx.2017-ci il tarixli tədiyyə bildirişininin “Ötən dövrlər üçün vergi borcu adlanan 7-ci bəndində 2006-2014-cü illər üçün 32.40 manat torpaq, 2012-2014-cü illər üçün 55.20 manat əmlak vergisinin olduğu bildirilir. Həmin məhkəmə işinin materiallarında olan 000148 saylı xx.xx.2017-ci il tarixli tədiyyə bildirişininin 4-cü bəndində 2017-ci il üçün 67.26 manat məbləğində əmlak vergisini, yenə həmin bildirişdə 2017-ci il üçün 3.60 torpaq vergisi hesablandığı göstərilir. Həmin bildirişin ötən dövrlər üçün vergi borcu adlanan 7-ci bəndində isə 2015-2016-cı illər üçün 7.20 manat torpaq, 134.50 manat əmlak vergisinin olduğu bildirirlir. Həmin işin materiallarında olan (səhifə 29) TT **********178876 saylı xx.xx.2017-ci il tarixli bank qəbzindən İddiaçı2 tərəfindən Buzovna bələdiyyəsinin hesabına 87.6 manat (yəni 2006-2014-cü illərin borcu), TT **********74121258 saylı xx.xx.2017-ci il tarixli bank qəbzindən isə 212.51 manat ödənildiyi görünür. Beləliklə, qeyd olunan tədiyyə bildirşlərindən, bank qəbzlərindən aydın görünür ki, 2006-cı ildən 2017-cü ilədək Cavabdeh1 tərəfindən heç bir ödəniş aparılmayıb. Həmçinin, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətdə də bu məlumat təsdiqlənir ki, İddiaçı2 tərəfindən mübahisəli evə görə əmlak və torpaq vergisi 2017-ci ildən başlayaraq həyata keçirilmişdir. Vəsatətdə göstərilir: "xxxx" ASC-nin Həzi Aslanov filialı tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli TT **********178876 nömrəli və TT **********74121258 nömrəli ödəniş qəbzləri ilə tam şəkildə öz təsdiqi tapır. Həmin qəbzlərdən görünür ki, Cavabdeh1 TT**********178876 nömrəli qəbz üzrə xx.xx.2017-ci il tarixində Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi ev 42 ünvanına dair 2014-ci il daxil olmaqla 87.6 AZN torpaq vergisini və TT**********74121258 nömrəli ödəniş qəbzi üzrə xx.xx.2017-ci il tarixində 2016-2017-ci il daxil olmaqla 212.58 AZN torpaq və əmlak vergisi ödəmişdir”. Məhkəmənin sorğusuna əsasən Buzovna Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan bildirilir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində yəni iş (2(003)-2478/2021 saylı iş) məhkəməyə verilən gün (işin məhkəməyə daxil olma tarixi xx.xx.2021-ci il) Buzovna Bələdiyyəsinə müraciət edərək, Buzovna qəsəbəsi Ceyhun Mirzəyev 42 ünvanına dair torpaq və əmlak vergisini əmlak atasının adına olsa da digər vərəsələr xaricdə olduğundan onun ödəyəcəyini bildirmişdir. Göründüyü kimi ərizəçi qeyd olunan ödənişləri mirasın qəbulu üçün müəyyən olunmuş müddətdə deyil, nədənsə bundan (xx.xx.2006-cı ildən) 11 il sonra (2017-ci ildə) mirasın qəbulu üçün sənədləri toplamağa başlayanda həyata keçirmişdir. Həmçinin, mirasın faktiki qəbulu ilə bağlı 2021-ci il tarixli məhkəmə işində Cavabdeh1 iddia ərizəsində bildirir: “artıq 11 ildir ki, miras əmlaka sahiblik etməyə və onu idarə etməyə başlamışam”. Bu hal Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2478/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsində də əks olunub. Bu halın özü onu deməyə imkan verir ki, hətta Cavabdeh1 guya mirası 11 il əvvəl (2021-11 il=2010) qəbul etməsini bir anlıq hesab etsələr belə, xırda bir riyazi hesablama aparılsa məlum olar ki, İddiaçı2 2021-ci ildə (ərizənin verildiyi tarixdə) 11 ildir ki mirasa sahiblik etməyə və onu onu idarə etməyə başladığını bildirirsə bu zaman geri sayım edilsə mirasın sahiblik etməyə və onu idarə etməyə başlandığı tarix 2010-cu ilə təsadüf edir. Onda sual yaranır Tofiq Heydərovun vəfat etdiyi xx.xx.2006-cı il tarixdən miras açıldığı gündən Cavabdeh1 özünün bildirdiyi kimi “mirasa sahiblik etməyə və onu idarə etməyə başladığı 2010-cu ilədək (2021-11=2010)” mirasa kim (kimlər) sahiblik etmiş, mirasdan istifadə etmiş, mirası mühafizə etmiş, təmir etdirmiş, yaxşılaşdırmış, mirasa yiyələnmiş, miras əmlakındakı kommunal xidmətlərdən (işıq, qaz, su, telefon və s.) kimlər istifadə etmiş, bununla bağlı ödənişləri aparmış və bütün bunların nəticəsi olaraq mirası kim qəbul etmişdir? Mülki qanunvericiliyin normalarının tələbləri baxımdan aydın görünür ki, 2021-ci ildə “artıq 11 ildir ki, miras əmlaka sahiblik etməyə və onu idarə etməyə başladığını” bəyan edən İddiaçı2 mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Eyni zamanda, mirası qəbul edib sonra faktiki sahiblik etməyə və onu idarə etməyə başlamaq (2021-11=2010-2006=4) mirasın qəbulu kimi tanına bilməz (əslində hətta bunun özü belə tamamilə yanlış məlumatdır). Əksinə mirasa sahib çıxıb, ondan istifadə edib və bunu şəksiz nümayiş etdirdikdə miras qəbul olunmuş sayılır. Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı: “Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.” Lakin göründüyü kimi İddiaçı2 nə mirasın açıldığı xx.xx.2006-cı il tarixdən, nə də hətta özünün dediyi kimi guya miras əmlakına sahiblik etməyə başladığı 2010-cu ildən 2017-ci ilədək (əmlaka görə ödənişləri etməyə başlayanadək) miras əmlakın qəbuluna yönələn heç bir hərəkət etməmişdir. Məhkəməyə mirasın qəbulu kimi sübut qismində daşınar əşya kimi təqdim olunan kitab, portret isə mirasın qəbulu hesab oluna bilməz. Mülki qanunvericiliyin tələbinə görə “ailə dəftərkitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. (MM 1155.1). Həmçinin, məhkəmə xx.xx.2023-cü il tarixli iclasında nümayəndələri tərəfindən Cavabdeh1 “atanız vəfat etdikdən sonra evdən bu kitabdan, portretdən başqa daha hansı daşınar əmlakları götürmüsüz” sualına Elmira xanım “yadımda qalmayıb, (yadımda deyil)” cavabını vermişdir. Qeyd olunan bu hal məhkəmə iclasının protokolunda da əks olunub. Hər iki tərəfin şahidlərinin ifadələrindən də göründüyü kimi İddiaçı2 atasının vəfatından uzun müddət əvvəl və vəfatından sonra mübahisəli evdə yaşamayıb. Onun özü tərəfindən dəvət olunan şahidlər belə Cavabdeh1 mübahisəli evdə yaşadığını deyil arada bir gəlib-getdiyini və arada bir onlarda gecələdiyini bildirmişlər. İddiaçı mərhumun həyat yoldaşı Kamilə Heydərova da öz iddia ərizəsində bildirir ki, “Cavabdeh1 atası ilə küsü olmuş, ona baş çəkməmiş, maddi və s qayğısına qalmamışdır”. Mülki qanunvericiliyin tələblərinə görə miras qoyanın vərəsələri mirasın açıldığı onlara bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməlidilər. Mirasın qəbuluna dair hərəkətlər iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Yuxarıda qeyd olunan hallardan da göründüyü kimi Cavabdeh1 tərəfindən miras faktiki qəbul edilməmişdir, 2017-ci ildə əmlak və torpaq vergilərini nəzərə alsalar belə bu mirasın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş 3 ay və 6 aylıq müddətləri əhatə etmir. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyri-formal halında eyni müddəti müəyyən etmişdir. Cavabdeh1 özünün bildirdiyi kimi hətta 2010-cu ildən (2021- 11=2010) mirasa sahib çıxmağa başlamış olsa belə qanunvericiliklə mirasın qəbulu üçün müəyyən olunmuş müddət ərzində öz hüquqlarından istifadə etməmişdir. İradə Heydərova mübahisəli miras əmlakında - ünvan 7 ünvanında heç vaxt yaşamamış, atalarının vəfatından sonra mirası nə faktiki nə də notarial qaydada qəbul etməmişdir. Eyni zamanda, X60 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab olunmasını, məhz hansı tarixdən öz hərəkətləri üzərində sərəncam vermək iqtidarında olmaması və bununla da miras əmlakını hər iki üsulla qəbul edə bilməməsinin səbəblərini və s. təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da iddianın əsassız olduğuna dəlalət edir. Eyni zamanda, İddiaçı1 da miras əmlakı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində nə faktiki nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Kamilla Heydərova və Azər Heydərovun iddiasını da tamamilə əsassız hesab edirlər (iddia ərizəsində Azər Heydərova münasibətdə miras əmlakda pay istəyib-istəmədiyi, hansı miqdarda pay tələb etdiyi, iddiasının əsasını təşkil edən hallar və sübutlar, miras əmlakını qəbul edib-etmədiyi və s. barədə ümumiyyətlə, tələb qeyd olunmayıb). İş materiallarında K.Heydərovanın 2006-cı il tarixdə notarial qaydada təsdiqlənmiş imtina ərizəsi mövcuddur. Eyni zamanda, həm onların, həm də elə onun özü tərəfindən, həm də Cavabdeh1 tərəfindən dəvət olunmuş şahidlər də birmənalı göstərmişlər ki, nə Tofiq Heydərovun sağlığında, nə də o vəfat etdikdən sonra Kamilla Heydərova mübahisəli evdə yaşamayıb. K.Heydərova tərəfindən dəvət olunmuş şahidlərdən Olqa (Olya) xanım bildirmişdir ki, K.Heydərova onunla qonşudur, evləndikdən sonra Tofiq müəllim evdən çıxdı, əvvəlcə Kamilla xanım Tofiq müəllimlə Kamillanın evində yaşayırdı. Tofiq müəllim rəhmətə gedəndən sonra Kamila oğlu ilə 9 mərtəbəli binada Seryoqin küçəsində yaşayıblar. Nümayəndələri sual verir: mübahisəli evdə (C.Mirzəyev 42 nəzərdə tutulur) kim yaşayırdı? Təmirlə bağlı heç nə eşitməmişəm. Şahidin cavabı: Eldar arvadı ilə orada yaşayırdı. Tamilla xanım bildirmişdir ki, Tofiq müəllim Kamanın evində yaşayıb. Hüzrdə Eldarı gördüm. 2 ailə bir yerdə yaşaya bilməzdi, 2-ci ailə orada (mübahisəli ev nəzərdə tutulur) yaşayırdı. Eyni zamanda, bildirirlər ki, ataları ilə nikahda olduğu dövrdə ataları tərəfindən Vişnyovka deyilən ərazidə bağ evi tikilmişdir. Kamilla Heydərova həmin evi anasının adına qeydiyyata aldırmışdır. X7 ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evini (torpaq sahəsi ilə birgə) faktiki qəbul etmiş, həmin əmlaka sahib çıxaraq, onu idarə və mühafizə etmişlər. Yuxarıda da qeyd olunduğu kimi atalarının xəstəlik dönəmlərində onun bütün müayinə, müalicə xərclərini onlar çəkmişlər, son günlərinə qədər onun yanında olmuşlar. Vəfat etməzdən bir neçə gün əvvəl isə ataları onlara onun bütün əmlakını idarə etmək üçün notarial qaydada etibarnamə vermişdir. Halbuki cavabdeh və müstəqil tələb irəli sürən şəxslər isə miras əmlakını heç vaxt faktiki qəbul edib onu idarə etməmiş, ona sahiblik edib mühafizə etməmişlər. 2021-ci ildə əsassız qətnamə ilə guya miras əmlakını faktiki qəbul etdiyini bildirən Cavabdeh1 heç bir əsas olmadan yeganə vərəsə kimi tanıyan 31 saylı notariat ofisinin notariusu isə qanunvericilyin tələblərini pozmuş və bütün bunlar onların Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüquqlarının kobud şəkildə pozulması, mülkiyyət hüquqlarımdan məhrum edilmələri ilə nəticələnmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdeh İddiaçı1 iddia tələbini müdafiə etdi, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddialarını qəbul etmədi, iddia ərizəsi, yazılı izahat və etirazın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddialarının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçılar, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddialarını qəbul etmədi, iddia ərizəsi, yazılı izahat və etirazın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddialarının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 iddia tələbləri üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 (eyni zamanda, müstəqil tələb irəli sürən üçüncü şəxs X33 qanuni nümayəndəsi) ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 iddia tələblərini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 iddia tələblərinin rədd, qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs X33 iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 iddia tələbləri üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 (eyni zamanda, müstəqil tələb irəli sürən üçüncü şəxs X33 qanuni nümayəndəsi) və X33 nümayəndəsi və vəkili Vəkil4 ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 iddia tələblərini qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, hazırkı iddia tələbinin mahiyyətini təşkil edən mərkəz məsələ mərhum - X43 ölümündən sonra onun miras aktivinin onun vərəsələri tərəfindən faktiki olaraq qəbul etmələri təşkil edir. Hazırda hüquqlarını təmsil etdiyi vərəsələrdən Cavabdeh1 və X45r. Adı çəkilən iddiaçılar mərhumun birinci nikahından doğulmuş 3 övladından 2 sidir (3-cü övlad rəhmətə getmişdir). Məhkəmə araşdırması dövründə mərhumun birinci nikahından olan övladları yas mərasimi dövründə, istərsə də sonradan mərhuma aid daşınar əşyaları götürmüşlər. Bu əşyalardan ən dəyərliləri onların atalarının rəssam tərəfindən çəkilmiş portretləri və atalarının - X43 müəllim-professor olduğunu nəzərə alaraq şəxsi kitabxanası olmuşdur. Bu fakt isə özlüyündə artıq kifayət edir ki, onun birinci nikahdan olan vərəsələrinin mirası qəbul faktı öz təsdiqini tapır. Məhkəmə dövründə mübahisəyə səbəb olan mərhumun daşınmaz əmlakının predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən - ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06447 ha olan toıpaq sahəsinin vərəsələr tərəfindən qəbul edilməsi ilə əlaqədar olmuşdur.“Domovava kniqa” adlı sənəd onu təsdiq edir ki, həqiqətən də Əzizbəyov rayonu Orta küçəsi 42 ünvanında yerləşən fərdi yaşayış evi 1974-cü ilin sentyabr ayında X19 tərəfindən əldə edilmişdir. X19 öz sağlığında təkcə daşınmaz əmlaka deyil, həmçinin daşınar əmlaka da malik olmuşdur. Bunu ona görə qeyd edir ki, mərhumun ilk nikahdan olan övladları Elmira və İradə Heydərovalar məhz atalarına məxsus olan daşınar əşyaları da faktiki qəbul edərək bu gün də həmin əşyaları öz evlərində sahiblənərək saxlayırlar. Bir sözlə, miras əmlakının qəbulu dedikdə, söhbət yalnız daşınmaz əmlakdan getmir, həm daşınar, həm də daşınmaz əmlakdan gedir. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1257-ci maddəsində mirasın qismən qəbulunun yolverilməz olduğu qeyd edilmişdir. Hesab edir ki, qanunun qeyd edilən normalarının məzmunu etibarilə mərhumun ilk nikahından olan övladları onun daşınar əşyalarını götürməklə, sahiblənməklə birbaşa miras əmlakını qəbul etmiş sayılırlar. Çünki, onsuzda Cavabdeh1 daşınar əşyaları götürməklə mirası qəbul edən hərəkətləri yerinə yetirmişdir. Daşınmaz əmlaka münasibətdə isə evdə yaşaması, evə qulluq etməsi, bağdakı meyvələri yığması, ağaclar əkməsi kimi hərəkətlər də mirasın qəbuluna yönələn, onu ifadə edən hərəkətlərdir. Hazırkı iş üzrə sübut qismində təqdim edilmiş Bakı şəhəri 31 saylı notariat ofisində 2V-152 saylı vərəsəlik işinə dair notariat işi ilə əlaqədar məhkəmənin nəzərinə çatdırmaq istədiyi başlıca məqam ondan ibarətdir ki, daşınmaz əmlaka dair notarial prosedurun gec açılması mahiyyət etibarilə mirasın qəbulu faktını dəyişdirmir. Notarial prosedurun başlanması gec-tez baş tutmalı olan təbii bir prosesdir, onun gec başlaması mirasın qəbulu faktını mübahisələndirməyə əsas verməməlidir. Həmçinin, notarial prosesin gec başlanmasının səbəblərindən ən başlıcası digər vərəsələrdən İddiaçı1 və Eldarın Rusiya Federasiyası ərazisində yaşamaları və ölkəyə gəlib-getmələri barədə Cavabdeh1 məlumat vermədikləri üçün onun xəbərsiz olmuş olması, sonuncu tərəfindən dəfələrlə qardaşlarına rəsmiləşdirməyə dair təkliflər etdiyi halda, onlar tərəfindən hər hansı cavabın alınmaması və s. səbəblər təşkil etmişdir, təklifinə məhəl qoymayaraq əmlakın notariat qaydasında rəsmiləşdirilməsi üçün hər hansı hərəkət etmirlər. Lakin sözügedən notariat işinin içərisində olan Forma 7 adlı sənədddən də göründüyü kimi Cavabdeh1 mərhum atalarının bütün vərəsələrinin adlarını qeyd etmişdir. Bu hal isə bir daha onu sübut edir ki, Cavabdeh1 tərəfindən vərəsələrin gizlədilməsi faktı və halı baş verməmişdir. Əksinə o, qardaşlara təklif etdikdən sonra onlar tərəfindən hərəkətsizliyin olmasının şahidi olduqdan sonra özünün qanunla qorunan hüquq və mənafeyinin həyata keçirilməsi istiqamətində hərəkətlərini etmişdir. Yəni Cavabdeh1 vərəsələrin dairəsiin gizlədilməsində heç bir şəkildə ittiham oluna bilməz. X72 və İddiaçı2 tərəfindən verilmiş ilkin iddia ərizəsinə münasibətdə məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh1 və X60 tərəfindən mərhuma məxsus olmuş olan daşınmaz əmlak istər faktiki, istərsə də hüquqi şəkildə qəbul edilmişdir. Lakin İddiaçı1 və İddiaçı2 tərəfindən miras əmlakının faktiki qəbul edildiyini məqbul hesab etmir. Belə ki, iş üzrə əldə edilmiş bəzi sübutlar tərəflərindən tədqiq edilmişdir və həmin sübutlara dair mövqeyi aşağıdakı məzmundə ifadə edilmişdir. Sərhəd giriş-çıxış məlumatları: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı1 giriş- çıxış məlumatlarının əldə edilməsi ilə əlaqədar vəkil sorğusuna verilmiş cavabdan bəlli olduğu üzrə İddiaçı1 ölkə hüdudları daxilinə və ondan xaricə 2006, 2007, 2013, 2017,2022- ci illəri əhatə etsə də: 2007ci il üzrə iyul ayı-21 gün. oktyabr ayı 4 gün; 2008, 2009, 2010, 2011, 2012-ci illər üzrə ümumiyyətlə ölkəyə qayıtmamış; 2013-cü ilin yanvar ayı üzrə 9 gün, noyabr ayı üzrə 12 gün ölkəclə olmuşdur; 2014, 2015, 2016-cı illər üzrə ümumiyyətlə ölkədə olmamış; 2017-ci ilin sentyabr 7 gün; 2018, 2019, 2020, 2021-ci illər üzrə ümumiyyətlə ölkədə olmamış; 2022-ci ildə isə 14 oktyabr ayında ölkəyə daxil olmaqla hazırda ölkə daxilindədir. Bununla yanaşı, İddiaçı1 həyat yoldaşı olan X37 və qızı olan X26 giriş-çıxış məlumatlarını da məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, hər ikisi - həm qızı, həm həyat yoldaşı xx.xx.2007-ci il tarixində ölkəni tərk edərək cəmi 1 dəfə 2013-cü ildə geri qayıtmış və 1 ay qalmışlar. Sonrasında isə hər ikisi 2013-cü ilin 28 avqust ayında ölkədən çıxıb getmişlər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı2 giriş-çıxış məlumatlarının əldə edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli vəkil sorğusuna verilmiş cavabdan bəlli olduğu üzrə İddiaçı2 ölkə hüdudları daxilinə və ondan xaricə 2009, 2010, 2011, 2013, 2014, 2015 və 2018-ci illəri əhatə etsə də: 2009-cu ildən 2010-cu ilədək 1 il qalmışdır; 2011-ci ildə iyun ayı ərzində 12 gün; iyul ayı ərzində 21 gün; avqust 8 gün; 2012-ci ildə ümumiyyətlə olmamışdır; 2013-cü ildə yanvar ayı 9 gün; iyul ayı ərzində 10 gün; noyabr ayı ərzində 10 gün; 2014-cü ildə aprel ayı ərzində 10 gün; 2015-ci ildə fevral ayı 2 gün; 2016, 2017 -ci illərdə olmamış; 2018-ci ildə isə cəmi 7 gün iyul ayında qalmışdır. Həmin tarixdən bu günədək onun ölkəyə qayıdşı yoxdur. Qazın istifadəsinə dair abonentin saldosuna nəzər saldıqda müəyyən etmək olar ki, sözügedən ünvan üzrə qazın sərfıyyatı 2011-ci ildən etibarən intensiv olmuşdur. 2012-ci ilin iyul ayından etibarən 2020-ci ilin avqust ayınadək ümumiyyətlə qaz sərfıyyatı 0-a bərabər olmuşdur. Bu hal onu sübut edir ki, nəcə olar bilər ki, istər İlham, istərsə də İddiaçı2lar öz ailələri ilə sözügedən mənzildə yaşasınlar. Yəni qaz istifadə etmədən ailə ilə birlikdə mövcud şəraitli fərdi yaşayış evində yaşanılması mümkün ola bilməzdi. Bu hal bir daha onu təsdiq edir ki, adı çəkilən qardaşlar həmin evdə yaşamamışlar. Mövcud qoyulmuş sayğac elektron sayğac olduğundan və qaz kartı Cavabdeh1 olmadığından Cavabdeh1 tərəfindən onun istifadəsi mümkünsüz olmuşdur. Ona görə də Cavabdeh1 sözügedən evə gəlib-gedərkən alınma balon qazından zərurət olduqca istifadə etmişdir. İşıq saldosundan belə məlum olmuşdur ki, işıq sərfıyyatı sözügedən mənzil üzrə 2014-cü il tarixindən başlayaraq sərfiyyat tamamilə düşmüşdür. 2016cı ildən isə 2020-ci ilədək olan dövr ərzində işıq sərfiyyatı ümumiyyətlə 0-a düşmüşdür. Bu hal bir daha onu təsdiq edir ki, İlham və İddiaçı2lar həmin evdə yaşamamışlar. Cavabdeh1 isə sözügedən fərdi yaşayış evində təsərrüfatını aparmaqla işıq olmaması səbəbilə axşam saatlarında artıq zərurət yaranardısa öz ailəsi ilə yaşadığı mənzilə deyil, qonşularının evlərində gecələmək üçün qalmışdır. Bunu şahid ifadəsi vermiş qonşular da təsdiq etmişlər. Qeyri günlərdə isə Cavabdeh1 ya öz ailəsinin evində ya da bacısının yanına getmişdir. Su saldosundan bəlli olur ki, ümumiyyətlə 2009-cu ildən etibarən sözügedən ünvan üzrə suyun verilişi dayandırılmışdır. Bütün bu müddət ərzində isə Heydərova həyətdəki ağaclara qurulmuş xırda təsərrüfata fərdi yaşayış evinin həyətində mövcud olan su hovuzundan istifadə etmişdir. Bununla yanaşı su maşınından su atmaqla suya olan digər ehtiyacını ödəmişdir. Daha sonra fərdi yaşayış evinə tam mülkiyyət hüququ əldə etdikdən sonra Heydərova suyun mövcud olan 44 manat borcunu özü ödəməklə, sonradan suyu öz adına yeni mülkiyyətçi kimi keçirmiş, sayğac qoydurmuş və əlavə su xətti də çəkdirmişdir. Bütün bu qeyd edilən məlumatlardan sərhəd məlumatları ilə su, qaz, işıq sərfiyyatını və şahid ifadələrini müqayisə etdikdə bəlli olur ki, İlham və İddiaçı2 sözügedən lərdi yaşayış evində yaşamamışlar. Qarşılıqlı iddia üzrə digər iddiaçı X33 hüquqlarının təmsil edilməsi ilə bağlı bildirdi ki, iş materiallarına təqdim edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2822/2022 saylı məhkəmə qətnaməsinə əsasən xx.xx.1962-ci il tarixində Bakı şəhərində doğulmuş X62 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Eyni zamanda, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 10 saylı xx.xx.2023-cü il tarixli sərəncamı ilə Cavabdeh1 fəaliyyət qabiliyyəti olayan şəxs hesab edilmiş X60 üzərində qəyyum təyin edilmişdir. Mülki Məcəllənin 1245-ci maddəsində isə mirasın nümayəndə vasitəsilə qəbul edilməsi halı da nəzərdə tutulmuşdur ki, Cavabdeh1 bacısı olan X33 qanuni nümayəndəsidir və bu halda da nümayəndəlik əsasənda mirasın qəbuluna dair hərəkətlər etməkdə qanunla haqlıdır. Torpaq və əmlak vergilərinin ödənilməsinə dair sübutlarla əlaqədar məhkəmənin nəzərinə Cavabdeh1 tərəfindən torpağa və əmlaka dair müvafiq vergilərin ödənilməsini çatdırmaq istərdi. Belə ki, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2006-2017-ci illər üçün torpaq vergisinin, 2012-2017-ci illər üçün əmlak vergisinin ödənilməsinə dair sənədlərin (mədaxil qəbzləri və s.), qeyd olunan ödənişlərin hansı tarixlərdə olması, hansı illərə görə və hansı məbləğdə ödəniş edilməsi, təyinatına dair verilmiş sorğular əsasında təqdim edilmiş cavab məktubu və ödəniş qəbzlərindən görünür ki, Buzovna Bələdiyyəsinin 05 saylı xx.xx.2018-ci il tarixli arayışından bəlli olduğu kimi Cavabdeh1 tərəfindən onun mərhum X23nun adıan olan evin torpaq və əmlak vergisini 2006-2017-ci illər üçün torpaq vergisi olmaqla, 2012-2017-ci illər üçün iə əmlak vergisi olmaqla ödəmişdir. X54 tərəfindən irəli sürülmüş iddia tələbinə də münasibət bildirdi ki, X54 tərəfindən öz dəsti xətti ilə xx.xx.2006-cı tarixində yazılmış və 25 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ərizənin məzmunundan göründüyü kimi Kamilə Heydərova yazılı notariat qaydasında etiraf etmişdir ki, o heç bir zaman Orta küçəsi ev 42 ünvanında yaşamamışdır və onun qeyd edilən evə dair heç bir iddiası olmayacaqdır. Digər tərəfdən Heydərova miras əmlakı təşkil edən evi təmir etdirdiyini ona görə də həmin evin təmirinə qoyulmuş vəsaitə münasibətdə onun 1/2 hissəsini tələb edir. Halbuki iş üzrə istər şahid ifadələrindən, istərsə də işin araşdırılması gedişatında bu hal öz təsdiqini tapmışdır ki, Kamilə Heydərova heç bir zaman Orta küçəsi ev 42 ünvanında yaşamamışdır. O, orda yaşaya da bilməzdi, çünki həmin dövrdə həmin evdə mərhumun ikinci nikahından olan həyat yoldaşı və uşaqları yaşayırdılar. Ona görə də belə hesab edir ki, Heydərovanın sözügedən ünvana dair hər hansı iddiası qəbul edilə bilməz. Hazırki mülki işin araşdırılması zamanı məhkəməyə ifadə vermiş şahid ifadələrini və həmin ifadələrin məhkəməyə təqdim edilmiş digər sübutlarla qarşılıqlı şəkildə təhlilindən tərəflərindən gəldikləri nəticə belə olmuşdur ki, İddiaçı2 münasibətdə onun 2016-cı il tarixindək sözügedən ünvanda yaşadığını, 2017-ci ildən bu günə isə Heydərovun həmin ünvanda görünmədiyi öz təsdiqini tapmışdır. Halbuki 2017-ci ilədək onun ünvanına gəlməsinə də tutarlı əsaslar yoxdur. Çünki Heydərovun sərhəd giriş-çıxışları və atası rəhmətə getdikdən sonra il ərzidnə bəzən 2, bəzən isə 10 günədək qalmasına rast gəlinir ki, bu məlumatlar da kommunal xidmətlərə dair abonentin saldo hesabından çıxarışının qarşılıqlı təhlilinə əsasən söüzgedən evə gəlmədiyinə dair əsaslı nəticəyə gətirib çıxarır. Həmçinin, Cavabdeh1 mərhum atasından sonra sözügedən evə baxmışdır, orada 2-ci mərtəbəyə aid görülmüş bütün xırda təmir işləri onun vəsaiti hesabına aparılmış, həyət sahəsinə hasarın çəkilməsi də Cavabdeh1 tərəfindən onun vəsaiti hesabına edilmişdir. Qeyd olunanlara əsasən ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 iddia tələblərinin rədd, qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs X33 iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs X57 iddiasını müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum həyat yoldaşı X43 üzüyü və qızıl qol saatı kimi şəxsi əşyaları onda qalmışdır. Oğlu Azərin ali təhsilini davam etdirməsi xərclərinin qarşılanması üçün qızıl saatı satmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X30 vəkili Vəkil6 məhkəmədə bildirdi ki, mübahisəli əmlakda onlarında payları var. Belə ki, Heydərova Kamilə mərhum Tofiqdən qalan üzük və saatı özündə saxlamışdır. Göründüyü kimi kamilə mərhum Tofiqdən qlana əşyaları qəbul etdiyindən mirasıda qəbul etmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmaqla çıxarışın ləğv edilməsi, mira əmlakda paylarının müəyyən edilməsin xahiş edir. İlkin iddia tələbi üzrə cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X102 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı notariat ofisinə (eyni zamanda, müstəqil tələb irəli sürən üçüncü şəxs X33 iddiası üzrə cavabdeh) məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu 605 nömrəli xx.xx.2022-ci il tarixli və 289 nömrəli xx.xx.2023-cü il tarixli məktublarla məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, işə cavabdehlər cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X81 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhəri 31 saylı notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçıların təşəbbüsü ilə dindirilmiş şahid X76 ifadəsində bildirdi ki, Eldargilnən ailəvi gediş-gəlişləri olmuşdur. Elmiranı tanımır. 1999-2000-ci illərdə mərhum Tofiq müəllimin yanında işləmiş, onun köməkçisi olmuşdur. Tofiq öləndə yas mərasimlərinə gedib-gəlmiş, mərhumun cənazəsi Kamilənin evindən çıxmışdır. Yas mərasimlərində Eldar, İlham iştirak etmişlər. Mübahisəli evdə Eldar, arvadı Aidə və qızı Fidanla yaşayırdı. 2009-cu ildə Eldar onun toyunda köməklik etmişdir. 2009-cu ildə Eldar Rusiyaya getmişdir. Eldar Rusiyaya gedəndə ailəsini, evi ona tapşırıb gedirdi, evə bazarlıq edib verirdi. İlham pul göndərirdi Eldara. Elmiranı, Kamiləni həmin evdə görməmişdir. Mübahisəli ev yaşayış üçün yararlı vəziyyətdə idi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçıların təşəbbüsü ilə dindirilmiş şahid X22 ifadəsində bildirdi ki, tərəflərlə qohumluq münasibəti yoxdur, Elmiradan başqa, hamını tanıyır. Eldar sinif yoldaşıdır. Eldar 2009-2010-cu illərdə Moskva şəhərində olmuşdur. Atası Tofiq öləndə Eldar Bakıda yaşayırdı. O, Eldarla dostluq edirdi, evlərinə gedib-gəlirdi, Rusiyaya gedəndə Eldarı yola salırdı. Elmiranı görməmişdir, Eldar deyirdi ki, bacısı, qardaşı var. Eldarın atasının üç dəfə evləndiyini bilir. Onun müəllimi ilə evlənmişdir. Mübahisəli evdə Eldar, İlham, onların arvad-uşaqlarının yaşadığını görmüşdür. Eldarın atasının üçüncü arvadının mübahisəli evdə yaşadığını görməmişdir. Eldar ailə qurandan sonra Rusiya Federasiyasına getmişdir. Eldar qaynatasıgildə qalmayıb. Bir müddət həyətdə təmir işləri aparılmış, o, soruşduqda ona demişlər ki, İlham təmir üçün pul göndərib. Təmir, yaxşılaşdırma işləri Tofiq öləndən sonra aparılmışdır. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçıların təşəbbüsü ilə dindirilmiş şahid X96 ifadəsində bildirdi ki, Tofiq onun qaynıdır, 72-ci ildən o ailənin üzvüdür. Tofiqin bacısı onun yoldaşıdır. Elmir Tofiqin 1-ci evladı olduğundan hamının sevimlisi idi. Tofiq ikinci dəfə ailə qurduqdan sonra Elmiranın anası başqa evə getdi. Elmira nənəsinin yanında qalmışdır, bibisi Elmiraya bacı kimi baxmışdır. Tofiqin xalası oğlu Elmira ilə evləndi.və elmira evdən köçdü, iki ay Kəlbəcərdə yaşadı. X86 kirayədə yaşadı. Tofiq Elmira üçün Ukrayna dairəsinin sağ tərəfində iki otaqlı ev aldı. Elmira 2006-cı ildə mübahisəli evə gəlib-getmirdi, münasibətləri kəsilmişdi. Tofiq Elmiranın əri üçün avtodayanacaq almışdı, işləyə bilmədi, satdı. 2002-ci ildə Elmira evi satıb H.Aslanovda bir otaqlı ev aldı. Tofiq evin satılmasına əsəbləşdi və münasibətləri pozuldu. Tofiq öləndə Eldar ailəsi ilə mübahisəli evdə yaşayırdı, Tofiq üçüncü arvadı ilə başqa yerdə yaşayırdı. Tofiq ölən günü o, Elmiraya zəng etərək, atasının öldüyünü bildirmişdir. Elmira da ona bildirmişdir ki, “köpək ölməyə vaxt tapdı”. Belə ki, Tofiq Elmiranın doğum günü ölmüşdür. Elmira ölən günü, üç, yeddi mərasimlərində gəlməmişdir. Bütün yas mərasimlərini İlham vermişdir. Elmira 40 günü gəlmişdi. Mübahisəli evdə Eldar, İlham yaşayırdı, İlham Rusiyada olanda evin təmiri üçün pul göndərirdi. Kamilə ilə Tofiq həmin evə gəlib-getmirdilər, Kamilənin öz evi var idi. Elmira 1992-1993-cü ildən 2004-cü ilədək Rusiyada yaşayıb. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçıların təşəbbüsü ilə dindirilmiş şahid X16 ifadəsində bildirdi ki, Tofiqi 1957-ci ildən tanımışdır, qonşu olmuşlar. İlham və Eldar oğlunun dostlarıdır, evlərinə gedib-gəlmişdir. Kamiləni tanıyır. Mübahisəsi gedən evdə İlham və Eldar yaşayırdı. X80 getmişdir. Kamilənin başqa evi olub, Elmiranı tanımır, heç vaxt görməmişdir. O, Tofiqin birinci arvadı və həmin arvadla nikahından üç uşağı olduğunu bilirdi. Mübahisəli ev yaşayış üçün yaxşı vəziyyətdə idi. İlham və Eldar həmişə həmin evə gedib-gəlmişlər. İlham evin təmiri üçün pul göndərirdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçıların təşəbbüsü ilə dindirilmiş şahid X77 ifadəsində bildirdi ki, o, İddiaçı2 keçmiş arvadıdır. O, 2003-cü ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsində yerləşən 42 nömrəli evə gəlin gəlmiş, 2003-2015-ci illərdə orada yaşamışdır. Həmin evdə o, qayınatası Tofiqin anası, İlham, İlhamın arvadı və Eldar yaşayırdılar, Tofiq isə evə gəlib-gedirdi. Eldarın anası 2003-cü ildə ölmüşdür. Tofiqin anası Zeynəb də onlarla birlikdə yaşayırdı. Tofiq öləndən sonra qızı Əminə Zeynəbi (Tofiqin anası) Sumqayıta öz evinə aparmışdı, 2006-2007-ci illərdə Zeynəb Əminənin evində öldü və Buzovnada dəfn olundu. O, həmin evdə yaşadığı dövrdə kommunal xidmət haqlarını özləri ödəyirdilər. Eldar ***-**-** telefon nömrəsini öz adına keçirmişdir. 2014-cü ildə Eldarla münasibətləri pisləşmiş, 2015-ci ildə ayrılmışdır. Hazırda da əşyaları həmin evdədir. İlham Tofiqin sağlığında işi ilə əlaqədar Rusiyaya getmiş, lakin evə gəlib-gedirdi. İlham Rusiyadan evə baxmaq üçün pul göndərirdi, həyətdə iş gördürürdü, həyətdə yay mətbəxi tikdirmişdi. Evdə özünün ayrı otağı var idi. Elmira isə ümumiyyətlə, o evdə gəlmirdi, evdə Elmiranın otağı da yox idi. Tofiq öləndən sonra Elmiranı həmin evdə 1-2 dəfə qaynatasının cümə axşamlarında görmüşdür. Kamiləni tanıyır, Tofiqin arvadıdır. Kamilə Tofiqlə başqa ünvanda yaşayırdı. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X63 ifadəsində bildirdi ki, Tofiq müəllimlə hasar qonşusu olmuşlar. Tofiqin üç nikahı olmuş, birinci nikahdan Elmira, ikinci nikahdan Eldar və İlham olmuşdur. Əvvəllər mübahisəli evdə Eldarı və İlhamı görmüşdür. Atası öləndən sonra İlham Rusiyaya getmişdir. Həmin evdə Elmiranı və İradəni görmüşdür. Eldarı və İlhamı sonralar görməmişdir. Tofiq 2006-cı ildə ölmüşdür. Mərhumun cənazəsi mübahisəli evdən götürülməmişdir. Yas mərasimində Elmiranı görmüş, İlhamı görməmişdir. Eldarın arvadından ayrıldığını bilirdi, amma dəqiq yadında deyil nə vaxt ayrılıblar. Eldarın yoldaşın və qızın mübahisəli evdə görürdü. Eldarın yoldaşı uşağı məktəbə aparıb gətirirdi. Aidədən başqa Elmiranı da həmin evdə görmüşdür, tez-tez gəlibgedirdi. İlhamı 2010-cu ildən görməmişdir. Evin təmirli olub-olmadığını bilmir. Kamilənin o evə gedib-gəldiyini görməmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X12 ifadəsində bildirdi ki, o, Tofiqin uşaqlarını tanıyır. İlhamı, Eldarı, Elmiranı, İradəni və Vaqifi görmüşdür. Tofiq müəllimlə qonşudur. 1972-ci ildə yaşadığı evə gəlin gəlmişdir, qonşuları tanıyır. Elmira əvvəllər nənəsi ilə o evdə yaşayıb. Tofiqin yas məclislərində Eldar, İlham olmuşdur, Eldarın arvadı Aidə, uşağı ilə o evdə yaşayırdı. Tofiq ölən ərəfədə övladları orada idi. Tofiqin cümə axşamları mübahisəli evdə olurdu. Cümə axşamında hətda halva bişirib onlara vermişdir. Həmin vaxt Eldar və İlham orada idi.Elmira gələndə onların evində qalırdı. Tofiq öləndən sonra İlham Rusiyaya getmişdir. Elmira mübahisəli evə qonaq kimi gəlib-gedirdi, qayıtması gecə vaxtına düşəndə onun evində qalırdı. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X36 ifadəsində bildirdi ki, Tofiq müəllimlə üzbəüz qonşudurlar. Eldarı, İlhamı, Elmiranı tanıyır. Eldar, İlham yas mərasimlərində iştirak etmişlər. Tofiq öləndən sonra həmin evdə Eldarı, İlhamı görmüşdür, Elmira gəlib-gedirdi. Elmiranı atası ölənə qədər 5-6 ildir ki, görmürdü, atası öləndə yas mərasimində görmüşdür. İlhamı 10 ilə yaxındır ki, görmür. Eldarı boşanandan sonra görməmişdir. 2006-2007-ci ildən sonra Eldarı, İlhamı görməmişdir. Eldarın arvadı Aidəni o evdə görmüşdür. Kamiləni tanımır, görməmişdir. Mübahisəli ev Elmiranın ata evi olmuş, həmin evə gedib-gələndə gecə onun evində qalırdı. Atasının yas mərasimində Elmiranı görmüşdür, sonradan isə həmin evə qonaq kimi gəlib-gedirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X30 təşəbbüsü ilə dindirilmi şahid X27 ifadəsində bildirdi ki, o, Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Hazırda təqaüddədir. X93 həmin məktəbin direktoru olmuşdur, 1978-ci ildən bir yerdə işləmişlər. Tofiq müəllim 2006-cı ildə ölmüşdür. Tofiq müəllim Kamilə ilə ailə qurmuş və Kamilənin evində yaşamışdır. Mərhumla ailəvi gedişgəlişləri olmuşdur. Yas mərasimləri Kamilənin evində olmuşdur. Təqdim edilmiş fotoşəkildəki saatı mərhuma o və digər iki müəllim pul yığaraq hədiyyə etmişlər. Saatı 200 manata almışlar. Təqdim edilmiş üzük Tofiq müəllimə məxsus olmuşdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X30 təşəbbüsü ilə dindirilmiş şahid Yüzbaşev Rauf Ekzotik oğlu ifadəsində bildirdi ki, fotoşəkildəki üzüyü qeydiyyat şöbəsində Kamilə mərhum Tofiq müəllimin barmağına taxanda görmüşdür. Lakin saatın satılmasını bilmir, yəqin ki, ehtiyacı olduğu üçün satıb. Bağ evinin tikildiyini Tofiq müəllimin sağlığında eşitmiş, lakin evi görməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X30 təşəbbüsü ilə dindirilmiş şahid X67 ifadəsində bildirdi ki, o, 1990-cı ildən 26 saylı orta məktəbdə işləyir. Təxminən 1998-1999-cu illərdə Tofiq müəllim Kamilə ilə evlənmişdir, ilini dəqiq xatırlamır. Tofiqin ikinci arvadı evdə mübahisə yaradırdı, ona görə Tofiq Kamilənin evində yaşayırdı. Kamilənin evi ilə onun evi qonşuluqda yerləşir. Tofiq öləndə dedilər ki, Tofiqin öz evi var cənazəsi öz evindən Cıxsın. Eldar atasının yas mərasiminin mübaahisəli evdə keçirilməsinə icazə vermədi. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iddia ərizəsindən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 33/4116 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: xx.xx.2004-çıxış Rusiya; xx.xx.2006-giriş Rusiya; xx.xx.2006-çıxış Rusiya; xx.xx.2006-giriş Rusiya; xx.xx.2006çıxış Rusiya; xx.xx.2007-giriş Rusiya; xx.xx.2007-çıxış Rusiya; xx.xx.2007-giriş Rusiya; xx.xx.2007-çıxış Rusiya; xx.xx.2013-giriş Rusiya; xx.xx.2013-çıxış Rusiya; xx.xx.2013-giriş Rusiya; xx.xx.2013-çıxış Rusiya; xx.xx.2017-giriş Rusiya; xx.xx.2017 çıxış Rusiya. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 33/4115 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: xx.xx.2009-çıxış Rusiya; xx.xx.2009-giriş Rusiya; xx.xx.2010-çıxış Rusiya; xx.xx.2011-giriş Rusiya; xx.xx.2011çıxış Rusiya; xx.xx.2013-giriş Rusiya; xx.xx.2013-çıxış Rusiya; xx.xx.2013-giriş Rusiya; xx.xx.2013-çıxış Rusiya; xx.xx.2013-giriş Rusiya; xx.xx.2013-çıxış Rusiya; xx.xx.2014-giriş Rusiya; xx.xx.2014-çıxış Rusiya; xx.xx.2015-giriş Rusiya; xx.xx.2015 çıxış Rusiya; xx.xx.2018giriş Rusiya; xx.xx.2018-çıxış Rusiya. - İV-ЖГ seriyalı 485577 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X23, anası X10. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilmiş 105-5-11/3852-22 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən evə telefon xətti xx.xx.1992-ci il tarixdə ***-**-** saylı telefon nömrəsi verilməklə çəkilmiş və X43 adına rəsmiləşdirilmişdir. Kompüter bazasında olan məlumata əsasən ***-**-** saylı telefon nömrəsi xx.xx.2006-cı il tarixdə vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı2 adına keçirilmiş və xx.xx.2017-ci il tarixdən aylıq borca görə çıxarılmışdır. - Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 02/462 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi ev 42-yə dair Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən qəbzlər sonuncunun özü tərəfindən ödənildiyi üçün təqdim etməsi mümkün olmuşdur. Belə ki, Cavabdeh1 2021-ci ilin may ayında Buzovna Bələdiyyəsinə müraciət edərək, Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi ev 42 ünvanına dair əmlak və torpaq vergisini ödəmək istədiyini, həmin əmlak üzrə vergilər mərhum atasının adına olmasına baxmayaraq, digər vərəsələr xaricdə yaşadığından onun ödəyəcəyini bildirmişdir. Bundan sonra Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi ev 42 ünvanına dair Cavabdeh1 bildiriş təqdim olunmuş və sonuncu ötən dövrlər üzrə, yəni 2006-cı ildən torpaq vergisi, 2012-ci ildən əmlak vergisini xx.xx.2021-ci il tarixdə tamlıqla ödəmişdir. Ödənişi İddiaçı2 özü Kapital banka ödədiyindən ödəniş qəbzlərini bankdan həmin tarixdə əldə etmişdir. Bankla vergi ödəyicisi arasında olan əməliyyatlarla bağlı Buzovna Bələdiyyəsinə heç bir qəbz təqdim olunmur, vergi ödənildikdən sonra Bələdiyyələrin BAMS-da yalnız vergi ödəyicisinin hansı vaxtda ödəniş etməsi göstərilir. Ödəniş qəbzlərini verə bilməmələrinin səbəbi məhz yuxarıda göstərilən səbəblərə əsasən olmuş, Buzovna Bələdiyyəsi tərəfindən Cavabdeh1 da ödəniş qəbzləri verilməmiş, yalnız sonuncunun müraciətinə əsasən arayış təqdim olunmuş və arayışda da məhz ötən dövrlər üçün olan əmlak və torpaq vergisinin 2021ci ildə Cavabdeh1 tərəfindən ödənilməsi bildirilmişdir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilmiş 105-3-11/4795-22 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən evə çəkilmiş ***-**-** saylı telefon nömrəsi X39 (MHM) kompüter bazasında olan məlumata əsasən xx.xx.2006-cı il tarixdə vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı2 adına keçirilmiş və xx.xx.2017-ci il tarixdən aylıq borca görə çıxarılmışdır. Həmin telefon nömrəsi başqa abunəçilərin istifadəsinə verilməmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2478/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 X23nun ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evini qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. - Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 619 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi 42 saylı evin 2006-2021-ci illər üçün torpaq vergisi və 2012-2021-ci illər üçün əmlak vergisi ödənilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1223/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, maraqlı şəxslər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2478/2021 saylı qətnaməsinin ləğv edilməsi, ərizəçi Cavabdeh1 “mirasın qəbul edilməsi” faktının müəyyən edilməsi barədə ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. - AZ-İ seriyalı 193590 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X70 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 979 nömrəli xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, X70 ilə X25 nikahı haqqında xx.xx.1997-ci il tarixdə 521 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Heydərova soyadı verilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X57 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - XXİ-ЖГ seriyalı 322855 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X75 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X23, anası X31. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən, daşınmaz əmlak reyestr nömrəsi **********28-10301 olan, 139,80 kvm sahəsi və 0,064470 ha torpaq sahəsi olan xüsusi əmlak X43 tam mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən, daşınmaz əmlak reyestr nömrəsi **********28-10301 olan, 139,80 kvm sahəsi və 0,0645 ha torpaq sahəsi olan xüsusi əmlak Cavabdeh1 tam mülkiyyətindədir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilmiş 3-27-110/2-870/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-3342/2022 nömrəli xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq bildirilir ki, e-2(003)-3342/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadda qeyd edilən sənədlərin saxlama müddəti bitdiyi üçün həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilmişdir. ünvan 1 ünvanında yerləşən evə telefon xətti xx.xx.1992-ci il tarixdə ***-**-** saylı telefon nömrəsi verilməklə çəkilmiş və X43 adına rəsmiləşdirilmişdir. Kompüter bazasında olan məlumata əsasən ***-**-** saylı telefon nömrəsi xx.xx.2006-cı il tarixdə vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı2 adına keçirilmiş və xx.xx.2017-ci il tarixdən aylıq borca görə çıxarılmışdır. - "xxxx" ASC-nin abunə haqqında məlumat vərəqəsindən görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi Orta (Ceyhun Mirzəyev) küçəsində yerləşən 42 nömrəli evin elektrik enerjisi üzrə abunə kodu Cavabdeh1 adınadır. - "xxxx" ASC tərəfindən verilmiş 01-/xx-xx/6603 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi Orta (Ceyhun Mirzəyev) küçəsində yerləşən 42 nömrəli evin elektrik enerjisi abunə kodu üzrə xx.xx.2022-ci il tarixdə (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında) əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmiş və abunə kodu X43 adından Cavabdeh1 adına dəyişdirilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2822/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş X33 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 10 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş bacısı xx.xx.1962-ci il təvəllüdlü X60 üzərində qəyyum təyin edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2126/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1, X37, X41 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. - “Azəriqaz” İB-nin abonent saldosundan görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 nömrəli evin təbii qaz üzrə abonent kodu Cavabdeh1 adınadır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X33 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 3-38-33/2-225/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: xx.xx.2014-çıxış; xx.xx.2014-giriş; xx.xx.2015-çıxış; xx.xx.2015-giriş; xx.xx.2017-çıxış; xx.xx.2017-giriş; xx.xx.2019-çıxış; xx.xx.2019-giriş; xx.xx.2019-çıxış; xx.xx.2019-giriş; xx.xx.2019-çıxış; xx.xx.2019-giriş; xx.xx.2019-çıxış; xx.xx.2019-giriş. - X57 tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı X52 məxsus Buzovna qəsəbəsi Orta küçəsi 42 saylı evdə pasport qeydiyyatında olmamış və orada yaşamamışdır. Onun həmin evə heç bir iddiası yoxdur, gələcəkdə də həmin evə dair hər hansı bir vərəsəlik işi açılanda o, həmin evdən heç bir pay tələb etməyəcəkdir və bu barədə məhkəmə orqanlarında heç bir iddia qaldırmayacaqdır. - 82 saylı MKİS tərəfindən verilmiş 100 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Xətai rayonu Xudu Məmmədov küçəsi ev 23 mənzil 12-də Cavabdeh1 ailə üzvləri ilə birlikdə xx.xx.1996-cı il tarixdən 2021-ci ildə mənzili satanadək yaşamış və daimi pasport qeydiyyatında olmuşlar. Həmin mənzili 2021-ci ildə satıb oradan köçmüşlər. Hansı ünvana köçmələri, qeydiyyatda olması barədə heç bir məlumat yoxdur. - Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş SOCAR**********31420054X00477 nömrəli 06 2022-ci il tarixli məktubdan görünür ki, Xəzər rayonu Qala südçülük sovxozunda yerləşən tikiliyə xx.xx.2014-cü il tarixdə 1402AZ**********59 nömrəli G-4 markalı smart tipli qaz sayğacı quraşdırılaraq X9 X3 məxsus **********02880 nömrəli istehlakçı hesabı üzrə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək 1402AZ**********59 nömrəli G-4 markalı smart tipli qaz sayğacı **********2 nömrəli mexaniki tipli sayğacla əvəz olunmuşdur. - Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 05 nömrəli xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 12 ünvanında yaşamış atası X19nun adına olan evin torpaq və əmlak vergisini 2006-2017-ci illər üçün torpaq və 2012-2017-ci illər üçün əmlak vergisini ödəmişdir. - AZ-İV seriyalı 102146 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X71 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X23, anası X17r. - İ-БК seriyalı 595271 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X71 xx.xx.2022-ci il tarixdə Ukrayna, Kiyev şəhərində ölmüşdür. - İ-БК seriyalı 296256 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X71 ilə X11 xx.xx.2015-ci il tarixdə nikah qeyd etdirmişlər. - Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş 14-2-2-4/2-986/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2010-cu il tarixdə ünvan 13 ünvanı üzrə Tofiq Heydərova məxsus **********00420 nömrəli istehlakçı hesabı açılaraq X9 Sistemində qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixdə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək ******* nömərli G-4 markalı mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2012-ci il tarixdə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək 1202AQ**********5 nömrəli smart tipli qaz sayğacı ilə əvəz olunmuşdur. xx.xx.2020-ci il tarixdə ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək **********3 nömrəli mexaniki tipli sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə ******* nömrəli Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək **********983 nömrəli Zenner Smart tipli sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Asan kommunal mərkəzi tərəfindən istehlakçı hesabı Cavabdeh1 adına keçirilmişdir. Proqram təminatının yenilənməsi səbəbindən 2010-cu il tarixdən öncəki məlumatları bazada görmək imkan xaricindədir. - "xxxx" ASC tərəfindən verilmiş 01-/xx-xx/6603 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə dair abunə kodu üzrə 02 sentyabr 2022-ci il tarixdə (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında) əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmiş və abunə kodu X47 adından Cavabdeh1 adına dəyişdirilmişdir. - Bakı şəhəri 31 saylı notariat ofisində açılmış 2V-152 reyestr nömrəli vərəsəlik işindəki: xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X23ndan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə və 0.06447 ha olan torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixdə vəfat etmiş X43 qanun üzrə tək vərəsəsi müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06447 ha torpaq sahəsindən ibarətdir. AZ-İ seriyalı 939862 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X70 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, X43 adına Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Orta küçəsi 42 saylı fərdi yaşayış evinə dair 1974-cü ildə texniki pasport tərtib edilmişdir. şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi Orta küçəsində yerləşən 42 nömrəli ev X52 məxsusdur. “Elektron notariat” X4 vasitəsilə “X32” AQİS-dən çıxarışdan görünür ki, X70 ilə X30 birgə nikahından xx.xx.1998-ci il tarixdə X75 doğulmuşdur. X70 ilə X21 birgə nikahından xx.xx.1974-cü il tarixdə İddiaçı1 və xx.xx.1977-ci il tarixdə İddiaçı2 doğulmuşdur. X70 ilə X13 birgə nikahından xx.xx.1960-ci il tarixdə Cavabdeh1, xx.xx.1962-ci il tarixdə X60 və xx.xx.1965-ci il tarixdə X71 doğulmuşdur. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı1, İddiaçı2, X37 və X51 ünvan 12 ünvanında qeydiyyatdadırlar. Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 44 nömrəli 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 12 ünvanında yaşamış atası X19nun adına olan evin torpaq və əmlak vergisini 2006-2017-ci illər üçün torpaq və 2012-2017-ci illər üçün əmlak vergisini ödəmişdir. AЗБ seriyalı 053927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, X23, anası X17r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.80 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064470 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X43 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Bakı şəhəri 25 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli etibarnamənin surətindən görünür ki, X70 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi...., bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı1 və İddiaçı2 etibar etmişdir. Məhkəmə, ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X70 xx.xx.2006-cı il tarixdə ölmüşdür. X70 üç dəfə rəsmi nikahda olmuşdur. Birinci - X28 ilə olan nikahından xx.xx.1960-ci il tarixdə Cavabdeh1, xx.xx.1962-ci il tarixdə X60 və xx.xx.1965-ci il tarixdə X71; ikinci - X40 ilə olan nikahından xx.xx.1974-cü il tarixdə İddiaçı1 və xx.xx.1977-ci il tarixdə İddiaçı2; üçüncü - X57 ilə olan nikahından xx.xx.1998-ci il tarixdə X75 doğulmuşdur. Miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06447 ha torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X34 miras qalmış miras əmlaka Cavabdeh1 tam miras payı müəyyən edilmişdir. İlkin iddia tələbi üzrə iddiaçıların tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə onlar ölmüş valideynlərinə çatası miras payından məhrum edilmişlər. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.2006-cı il tarixdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar . 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X43 qızı Cavabdeh1 başqa vərəsələri – oğulları İddiaçı1, İddiaçı2, X75, qızı X60, arvadı X14 və onların olduqları yer, həmçinin, İlham və İddiaçı2ların miras əmlakda yaşadıqları Cavabdeh1 məlum olduğu halda, sonuncu miras qoyanın ölümündən 11 il 10 аy 20 gün sonra, 30 aprel 2018-ci il tarixdə, yəni vərəsəliyin qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 ay müddət keçdikdən sonra Bakı şəhəri 31 saylı notariat kontoruna ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06447 ha torpaq sahəsini miras əmlak kimi qəbul etməsi barədə ərizə vermiş, daha sonra həmin notariat ofisinə miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2478/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsini təqdim etmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh1 miras əmlakı qəbul etməsi barədə Bakı şəhəri 25 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli x/o 268/21 nömrəli məktubla mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması, müddətin bərpası və mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət etməli olduğu Cavabdeh1 bildirilmişdir. Notariat ofisi isə qanunu tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, miras qoyanın oğulları İddiaçı1 və İddiaçı2 vərəsəliyə çağırmamış, Cavabdeh1 ərizəsinə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2478/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onu yeganə vərəsə kimi tanıyaraq, adına miras əmlaka dair xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. О cümlədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 miras qoyan - X7 xx.xx.2006-cı il tarixdə ölümündən sonra qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsələr də, mübahisəli miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06447 ha torpaq sahəsini miras kimi faktiki qəbul etdiklərini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişlər. Başqa sözlə, İddiaçı2 və İddiaçı1 mirası qəbul etmələri üçün mütləq notariat ofisinə müraciət etmələri məcburi şərt olmamışdır. Beləki, üquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir. Belə ki, İddiaçı2 atasının sağlığında və onun ölümündən sonra da ailə üzvləri - arvadı X77, qızı X64 mübahisəli evdə qeydiyyatda olmaqla yaşamış, evin təsərrüfat və təmir işlərini, о cümlədən, kommunal xərclər üzrə ödənişləri həyata keçirmiş, evdə daimi yaşamışdır. İddiaçı2 ilk dəfə miras açılan və miras əmlakı faktiki qəbul edərək, onu idarə etməyə başladığı vaxtdan 1 il 11 ay 24 gün sonra ölkəni tərk etmişdir ki, bu hal onun miras əmlakı faktiki qəbul etməməsi mənasına gəlmir. Digər tərəfdən, İddiaçı2 dövlət sərhədindən hərəkəti barədə məlumatlardan görünür ki, İddiaçı2 xx.xx.2009-cu il tarixdə ölkəyə qayıtmış, bundan sonra 11 ay 20 gün müddətində, yəni xx.xx.2010-cu il tarixədək ölkə hüdudlarında olmuşdur. Göründüyü kimi, İddiaçı2 mirasın açıldığı vaxtdan dörd ilə yaxın müddət ərzində həmin evdə ailəsi ilə birlikdə yaşamaqla miras əmlakı faktiki qəbul etməsi təsdiq olunur. Digər vərəsə olan İddiaçı1 xx.xx.2004-cü ilə qədər ailə üzvləri arvadı X37, qızı X51 ilə birlikdə miras əmlakda qeydiyyada olmaqla yaşadıqdan sonra Rusiya Federasiyasına getmiş, atası vəfat edən zaman Azərbaycan Respublikasında olmuş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evində yaşamışdır. İddiaçı1 Rusiya Federasiyasına qayıtdıqdan sonra da miras əmlakla maraqlanmış, miras əmlakdakı payını idarə etməyi qardaşı Eldara tapşırmış, miras əmlakın təmiri, yaxşılaşdırma işlərinin aparılması üçün qardaşına pul vəsaiti göndərmişdir. Bu hərəkətləri ilə də İddiaçı1 miras əmlakı faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin sonradan onlara miras əmlakın Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sonuncunun tam mülkiyyətinə keçməsi məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş reyestrdə 2V-152 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06447 ha torpaq sahəsinin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, X34 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06447 ha torpaq sahəsinə İddiaçı2 və İddiaçı1 miras payı müəyyən edilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 miras əmlakı qəbul etməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin izahatları, şahidlərin ifadələri və tədqim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Cavabdeh1 miras qoyanın sağlığında miras əmlakdan pasport qeydiyyatından çıxmış, xx.xx.1996-cı il tarixdən 2021-ci ilədək ailə üzvləri ilə birlikdə ünvan 14 ünvanında daimi pasport qeydiyyatında olmaqla yaşamışdır. Miras açıldıqdan sonra da Cavabdeh1 miras əmlakı faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətləri olmamışdır. Cavabdeh1 miras əmlakı faktiki qəbul edərək, əmlaka sahiblik etməsini əmlak və torpaq vergilərini ödəməsi ilə də əsaslandırsa da, məhkəmə, onun bu dəlillərini əsassız hesab edir. Belə ki, Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 02/462 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 2021-ci ilin may ayında Buzovna Bələdiyyəsinə müraciət edərək, 2006-cı ildən torpaq vergisini, 2012-ci ildən əmlak vergisini xx.xx.2021-ci il tarixdə ödəmişdir. Bu hal özlüyündə Cavabdeh1 miras əmlakda yaşamadığını və miras əmlakı faktiki idarə etməyini təsdiq edir. Əgər Cavabdeh1 qarşılıqlı iddia ərizəsində də qeyd etdiyi kimi atası ölən gündən miras əmlakda yaşayıb, onu idarə etmişdirsə əmlak və torpaq vergilərini daha əvvəl ödəyə bilərdi. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 miras əmlakı qəbul etməsi barədə Bakı şəhəri 25 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli x/o 268/21 nömrəli məktubla mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması, müddətin bərpası və mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət etməli olduğu Cavabdeh1 bildirilmişdir. Bundan sonra Cavabdeh1 mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2478/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Cavabdeh1 vergiləri ödədiyi və notariat ofisi tərəfindən verilmiş imtinanın tarixi xx.xx.2021-ci il və mirasın qəbul edilməsi faktının müəyyən edildiyi tarix isə xx.xx.2021-ci ildir. Məhkəmə, Cavabdeh1 mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl miras əmlaka dair vergiləri ödəməkdə məqsədinin miras əmlakı faktiki qəbul etdiyini nümayiş etdirmək görüntüsü yaratmaq kimi qiymətləndirir. Məhkəmə, Cavabdeh1 atasının vəfatından sonra ona məxsus əşyaları, hədiyyə şəklində verilmiş imzalı kitabları yaşadığı mənzilə aparması, bununla da mirası faktiki qəbul etməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1155.1-ci maddəsinə əsasən ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. 1155.2-ci maddəsinə əsasən miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır. Bundan başqa, Cavabdeh1 təşəbbüsü ilə dindirilmiş şahid X6 miras əmlaka gəlibgetdiyini, şahidlər X12 və X2 miras əmlaka qonaq kimi gəlib-getdiyini, gələndə gecə onların evində qaldığını bildirmişlər. Cavabdeh1 qonşuların evində gecələməsi onun miras əmlakı qəbul etmədiyini və orada yaşamadığını göstərir. Bundan başqa, X63 və X12 2(003)- 2478/2021 nömrəli iş üzrə ifadələrində Cavabdeh1 arabir miras əmlaka gələrək evin kommunal xərclərini ödədiyini və digər problemləri ilə məşğul olduğunu bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 Kamilə Tofikovna ilə rəsmi nikaha daxil olduqdan sonra ölənə qədər sonuncuya məxsus evdə yaşamış və birgə təsərrüfat idarə etmişlər. X70 öləndən sonra da X57 və X75 heç vaxt miras əmlakda yaşamamış, əmlakı qəbul etməmişlər. Bundan başqa, iş materiallarında olan X57 tərəfindən ünvan 10 ünvanlanmış xx.xx.2006cı il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı X52 məxsus Buzovna qəsəbəsi Orta küçəsi 42 saylı evdə pasport qeydiyyatında olmamış və orada yaşamamışdır. Onun həmin evə heç bir iddiası yoxdur, gələcəkdə də həmin evə dair hər hansı bir vərəsəlik işi açılanda o, həmin evdən heç bir pay tələb etməyəcəkdir və bu barədə məhkəmə orqanlarında heç bir iddia qaldırmayacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X33 iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X60 miras açıldıqdan sonra nə qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə ərizə vermiş, nədəki mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətlər etməmiş, ümumiyyətlə, miras əmlakda yaşamamışdır. Məhkəmə hesab edir ki, bu cür vəziyyətdə X33 “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair iddiası əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X81 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair ilkin iddiası təmin edilməli, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş reyestrdə 2V-152 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06447 ha torpaq sahəsinin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, X34 miras qalan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06447 ha torpaq sahəsinə 1/2 hissədə İddiaçı2, 1/2 hissədə isə İddiaçı1 miras payı müəyyən edilməli, Cavabdeh1 İddiaçı2 və İddiaçı1 qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair iddiası rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X33 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X81 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair ilkin iddiası təmin edilsin. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X65 tərəfindən verilmiş reyestrdə 2V-152 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06447 ha torpaq sahəsinin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. X34 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06447 ha torpaq sahəsinə 1/2 hissədə İddiaçı2, 1/2 hissədə isə İddiaçı1 miras payı müəyyən edilsin. Cavabdeh1 İddiaçı2 və İddiaçı1 qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X30 və X50 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X33 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar