Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2263/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 31 saylı Notariat Ofisi, Maraqlı şəxs3 və Maraqlı şəxs2 olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 31 saylı Notariat Ofisi olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi tərəfindən xx.xx.1965-ci il tarixdə vəfat etmiş babası X3 qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evini miras əmlakın (bütün paylar üzrə) qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonunda anadan olmuşdur. Həmin tarixdən bu günə qədər ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda yerləşən mənzil ilkin hüquqmüəyyənedici sənədlərə əsasən babası X* məxsus olub. Babası xx.xx.1965-ci il tarixdə vəfat edib, ondan sonra atası, anası və digər ailə üzvləri ilə həmin ünvanda babasına məxsus yaşayış evində yaşamağa davam etmişlər. Sonradan X1 18 mart 2001-ci il tarixdə isə anası X10 kişi qızı rəhmətə getmişdir. ünvan 1 ünvanında yerləşən babasına məxsus yaşayış evini miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Belə ki, mənzilə məxsus 012-*56- 88-52 nömrəli telefon nömrəsinin abunəçisidir. Bundan əlavə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 616*760 saylı arayışa əsasən də müəyyən olunur ki, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Bundan əlavə, həmin ünvana çəkilmiş qaz xətti üzrə də abonentdir. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş sübutlar təsdiq edir ki, babası X* məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evini miras olaraq faktiki qəbul etmişdir. Həmin yaşayış evi üzrə mülkiyyət hüquqlarını qeydə almaq məqsədilə vərəsəlik işi açılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, 31 saylı Notariat ofisinə müraciət etmişdir. 31 saylı Notariat ofisi vərəsəliyin açılmasından imtina etmişdir. Məktubda imtinanın əsaslarından biri kimi qeyd edilir ki, “Vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxılmışdır”. Buna görə “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 qeyd etmişdir ki, ərizəçi onun qardaşıdır. Doğulduqları gündən ərə gedənədək ünvan 2 ünvanında yaşamışlar. X1 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Qardaşı Bahadır doğulduğu gündən bu günədək həmin evdə yaşayır. Həmin ev qardaşına qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Doğulduqları gündən ərə gedənədək ünvan 2 ünvanında yaşamışlar. X1 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Qardaşı Bahadır doğulduğu gündən bu günədək həmin evdə yaşayır. Maraqlı şəxslər Bakı şəhəri 31 saylı Notariat Ofisi, Maraqlı şəxs3 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVAQ) tərəfindən verilmiş AZ seriyalı 085072 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Yaşayış yeri üzrə qeydiyyat haqqında 616*760 saylı arayışdan görünür ki, xx.xx.1973cü il təvəllüdlü Ərizəçi xx.xx.2007-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Zirə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 310 saylı arayışından aydın olur ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatlı yaşayır. -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 5 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-27- 110/29/2/3-1-**/2023 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan Ərizəçi xx.xx.2013-cü il tarixdən 5 saylı Rabitə Xidmətləri Mərkəzində 012-*56-88-52 saylı telefonun abunəçisidir. -*80031*5983 saylı sayğacın “Gasrep” hesabından görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Babayev küçəsi bina 18 mənzil * ünvanında yerləşən **********000*0 saylı abonent hesabı Ərizəçi adınadır. -Bakı şəhəri 31 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən Ərizəçi verilmiş 17.0*.2023-cü il tarixli 300 nömrəli məktubdan aydın olur ki, onun X3 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə mirasın qəbulu üçün müəyənləşdirilmş müddətin ötməsi səbəbindən imtina edilmişdir. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Zirə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 09.09.202*-cü il tarixli 5-12-8/2-157/202* saylı məktubundan görünür ki, Ərizəçi haqqında Xəzər RİHB-nın Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, Xəzər RİHB-nın Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan təsərrüfat kitabına və 30.08.202*-cü il tarixli akta əsasən Ərizəçi anadan olduğu 1973-cü il tarixdən ünvan 2 ünvanında yaşamış, hal-hazırda da ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinin 5-ci hissəsinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən müəyyən edilməsi xahiş olunan miras əmlakın qəbul edilməsi faktı - əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olan faktdan ibarətdir. Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli *39 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.*-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İşin araşdırılmış hallarından görünür ki, Ərizəçi babası X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. X6 xx.xx.1965-ci il tarixdə vəfat etmişdir. O vəfat etdikdən sonra ərizəçi, ərizəçinin atası, anası və digər ailə üzvləri həmin ünvanda yaşamağa davam etmişdir. Daha sonra ərizəçinin X1 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat edən zaman onun birinci növbə vərəsəsi kimi Ərizəçi əmlaka faktiki sahiblik etməyə başlamaqla miras əmlak kütləsini qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 113*-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 11*5 və 11*6-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılır. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə vərəsələr ölənin bacıları və qardaşları hesab olunur. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 12*3.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 12*3.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 12*6-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, miras əmlak 2000-ci ilədək qüvvədə olan məcəlləyə əsasən ərizəçinin babasından ərizəçinin atasına vərəsəlik qaydasında keçmişdir. Daha sonra ərizəçinin atası 2001-ci il tarixdə vəfat etmiş və hazırda da qüvvədə olan mülki məcəllə ilə irsi transmissiya qaydasında ərizəçi tərəfindən miras əmlak faktiki qəbul edilmişdir. Ərizəçiyə məxsus bu hüququn həyata keçirilməsi üçün (vərəsəlik qaydasında şəhadətnamənin verilməsi üçün) ərizəçiyə miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Belə ki, mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim edilmədiyindən notariat ofisi tərəfindən ərizəçiyə miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşin araşdırılmış hallarından, ərizəçiyə X1ndan miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi hazırda da ərizəçinin sahibliyində və istifadəsindədir. Yəni ərizəçi miras qalmış həmin əmlakı faktiki olaraq, atasının ölümündən sonra, ona məxsus əmlak kimi qəbul etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən mirasın qəbul edilməsi iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə təmin edilərək Ərizəçi tərəfindən X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, 18 saylı fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 7, 18 saylı fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2263/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2263/2024
25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver