Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2332/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1 7200 (yeddi min iki yüz) manat miqdarında kompensasiya ödənilməklə sonuncunun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması və Cavabdeh1 10800 (on min səkkiz yüz) manat miqdarında kompensasiya ödənilməklə sonuncunun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması və Cavabdeh1 9720 (doqquz min yeddi yüz iyirmi) manat miqdarında kompensasiya ödənilməklə sonuncunun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmiş 350 manat haqqın Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilinin mülkiyyətçisidir. Mənzilin ümumi sahəsi 88.4 kv/metr, sakinlərinin sayı isə altı nəfər rəsmi qeydiyyatda olan, 5 nəfər isə qeydiyyatsız yaşayan şəxsdən ibarətdir. Mənzil əvvəlcə iddiaçının bacısı tərəfindən vərəsəlik qaydasında qəbul olunmuş, sonradan isə iddiaçıya bağışlama müqaviləsi ilə hədiyyə edilmişdir. Hesab edir ki, həmin evə istifadə hüquqları olan iddiaçının mərhum qardaşı Fəxrəddin Hüseynovun övladları Cavabdeh2 və Cavabdeh1 barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalı, onlardan birinin yaşayış sahəsinə ehtiyacı olmaması nəzərə alınmalı, digərinə isə kompensasiya ödənilməlidir. xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 ailə quraraq uzun müddət yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyünə görə onun iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacı aradan qalxmış, mənzilin kommunal xərclərinin ödənişində köçüb getdiyi gündən iştirak etmir və xeyli müddətdir ki, mənzildə yaşamır. Belə ki, sonuncu ərə gedərək ailə həyatı qurmuş və halhazırda övladları ilə birlikdə öz ərinin evində yaşamağa davam edir. Bu səbəbdən də hesab edir ki, onun mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Həmçinin hesab edir ki, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1 kompensasiya ödənilməli və bununla da onun mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, Cavabdeh1 doğulandan iddiaçının mülkiyyətində olan mənzildə daimi yaşayır və istifadə hüquqları var. Onun istifadə hüquqlarına xitam verilməsi üçün ədalətli kompensasiyanın verilməsini və bununla da evdən məcburi çıxarılmasını məqsədəuyğun hesab edir. Kompensasiya məbləğinin bazar qiymətləri ilə uzlaşan və ədalətli olması üçün məhkəmədən müvafiq ekspertiza rəyinin alınmasında köməklik göstərməsini xahiş edir. Bununla belə eyni şəraiti olan mənzildə kirayə qalmaq üçün bazar qiyməti təxminən 200 manat olduğuna görə 200*36=7200 manat kompensasiyanı ədalətli hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun əri ölmüşdür. Onun həmin evdə əziyyəti çox olub. O ev onun uşaqlarının ata-baba evi olub. Əri öləndən sonra iddiaçı onları həmin evdən çıxarmaq istəyir. O, 25 ildir ki, mübahisəli evdə yaşayır. Evdən çıxarılacağı halda isə kompensasiyanın məbləğinin 30000 manat olmasını tələb edir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh X7 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzili İddiaçı adına qeydə alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC-nin İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda deyilir: “Sizin A-470/1269 saylı xx.xx.2022-ci il tarixli vəkil sorğunuz icra olunmuşdur. Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilinin yerləşdiyi ünvan, mənzilin şəraiti, ümumi sahəsi, təmir səviyyəsi, eləcə də həmin ərazidə və ətrafda olan binalarda eyni vəziyyətdə olan digər mənzillərin aylıq kirayə haqqı nəzərə alınmaqla orta kirayə haqqı müəyyən olunmuşdur. Beləliklə, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilinin kirayə qiyməti 300 (üç yüz) manat təşkil edir.” İş materiallarında olan 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubdan aydın olur ki, X2 5 saylı Bakı ASAN Xidmət mərkəzində vərəsəlik işi açılmamışdır.” İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 25 saylı Xüsusi Notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən aydın olur ki, X3 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilini İddiaçı bağışlamışdır.” İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir: ”Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 3, 25 saylı mənzilə dair məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastfrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Xəzər Rayon İcra Hakimiyyətinin 20 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamına, Bakı şəhər X8 İcraiyyə Komitəsinin 105241 nömrəli xx.xx.1973-cü il tarixli orderinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 3, 25 saylı mənzil ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 25 saylı DNK-nın 4Ə-16 reyestr nömrəli xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən sözügedən mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.” İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilinin orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təqribən 270 manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmiş 350 manat ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Yaşayış yeri üzrə həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 ailə quraraq sözügedən ünvanda yaşamır və həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçüb getmişdir. Mənzildə ona məxsus hər hansı əmlak qalmamışdır. Uzun müddət ərzində və davamlı olaraq qeydiyyatda olduğu mənzilə dair istifadə hüququnu həyata keçirmir, bu hüquqdan könüllü istifadə etmir. Cavabdeh2 isə mənzildən istifadə hüququ mövcuddur. İddiaçı Cavabdeh2 9720 manat kompensasiya ödənilməklə onun mənzildən istifadə hüququna xitam verilməsini tələb edir. Oxşar yaşayış sahəsinin aylıq kirayə haqqı 270 manat təşkil edir. Məhkəmə iddia tələbinin “Cavabdeh2 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd olunmuşdur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sözügedən qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə ailə üzvlərinin arasında etibarlı ailə əlaqələrinin kəsilməsi və onun, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması - hüququ əmələ gətirən əsasın aradan qalxması ailə üzvünün mənzildən istifadə hüququnun xitamı ilə nəticələnir. MM-in 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı tam təsdiq olunduğundan, o, həmin mənzilindən istifadə hüquqlarını itirmiş hesab edilməli, iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh1 9720 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 228.2-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarında qeyd edilmişdir ki, Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehə təklif olunan kompensasiya onun davamlı sürətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olduğundan, Cavabdeh1 9720 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməli, iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmiş 350 manat haqqın Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmiş 350 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 350 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarını itirmiş hesab edilsin. Cavabdeh1 9720 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 3 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh2 350 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2332/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2332/2022
14.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver