Məhkəmə qərarları › İş №e-2(003)-2365/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2365/2022

10.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2365/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə və İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qalib oğlu Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini 1992-ci ildə bitirərək, riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra müxtəlif yerlərdə çalışmış, daha sonra xx.xx.1995-ci ildən E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbinin rəhbərliyi ilə müddətsiz əmək müqaviləsi bağlayaraq əvvəlcə tərbiyəçi, sonradan isə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. Eyni zamanda peşə fəaliyyəti zamanı müxtəlif dövrlərdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etmişdir. Sonuncu dəfə 14 sentyabr 2013-cü il tarixində cavabdehlə müddətsiz əmək müqaviləsi bağlayaraq, “Müəllim” vəzifəsinə qəbul olmuşdur. İşlədiyi dövrdə kollektiv arasında hər zaman dərin hörmət qazanmış, peşə borcunu vicdanla icra etmiş, işəgötürən tərəfindən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirməsi üzrə kurslara göndərilmiş, 2014-cü ildə keçirilmiş diaqnostik qiymətləndirmə zamanı yüksək ballı nəticə (ixtisas fənni üzrə 82.5 faiz, metodika üzrə 75 faiz) göstərmişdir. İddiaçı 2019-2020-ci tədris ilində, eləcə də 2020- 2021-ci tədris ilində əmək məzuniyyətinə buraxılmamış və bu barədə rəsmi məlumat verilməsi barədə bir neçə dəfə məktəb rəhbərliyinə müraciət etmişdir. 2021-ci ilin avqust ayında məsələni araşdırarkən ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində onun tutduğu vəzifə “Müəllim”dən daha az maaşlı “tərbiyəçi” vəzifəsinə dəyişdirilmişdir və bu fakt elektron hökümət portalında sistemə daxil edilmişdir. Halbuki əmək müqaviləsi üzrə vəzifəsinin dəyişdirilməsi barədə ona heç bir məlumat verilməmiş və bu barədə heç bir ərizə, əmək müqaviləsinə dəyişiklik sənədi imzalamamışdır. Baxmayaraq ki, iddiaçı 2020- 2021-ci tədris ilində riyaziyyat müəllimi kimi çalışmışdır. İddiaçı bu barədə şifahi maraqlandığı zaman E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbinin direktoru X5 bildirmişdir ki, o əvvəlcə tərbiyəçi olaraq işə qəbul edilmiş, sonradan riyaziyyat müəllimi vəzifəsinə keçirilmiş və hazırda Təhsil Nazirliyinin göstərişi ilə aşağı maaşlı vəzifəyə, tərbiyəçi vəzifəsinə keçirilmişdir. Baxmayaraq ki, iddiaçı ilə əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı heç bir əlavə müqavilə bağlanmamış və bu barədə ərizə ilə müraciət etməmişdir. Eyni zamanda bu hal iddiaçının əmək kitabçasında da öz əksini tapmamışdır. İddiaçı sonradan əmək müqaviləsində ondan xəbərsiz dəyişiklik edilməsinin səbəbini aydınlaşdırmaq üçün bir neçə dəfə məktəb rəhbərliyinə yazılı müraciət ünvanlamış və hər dəfə məsələ ilə əlaqəsi olmayan cavablar almışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixində məktəb direktoruna ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsində dəyişiklik ölkədə minimum əmək haqqının artması ilə bağlıdır və onunla yanaşı bütün məktəb heyətinin əmək müqavilələrinə dəyişiklik edilmişdir. Bundan başqa direktor Y.Müseyibli bildirmişdir ki, 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən iddiaçının müəllim vəzifəsinə təyin edilməyi aşkarlandığı, müəllim kadrlarının işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirildiyi və AR Əmək Məcəlləsinin 43-cü maddəsinin (c) bəndinə əsasən əmək müqaviləsində mütləq göstərilməli olan əsas şərtlər və məlumatlardan birinin vəzifə adı olduğundan yenilənmiş əmək müqaviləsi bildirişində vəzifə adı tərbiyəçi olaraq qeyd edilmiş və əmək haqqı da buna əsasən ödənilmişdir. İddiaçının müəllim olaraq vəzifəyə qəbul edilməsi barədə əmr necə mövcud olmaya bilərdi ki, 2013-cü ildən müddətsiz müqavilə üzrə müəllim vəzifəsində işləmişdir. Eyni zamanda iddiaçının AR Təhsil Nazirliyinə ünvanladığı müraciətə əsasən, Təhsil Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, müəssisə rəhbərliyinə əmək müqaviləsində dəyişiklik edilməsi və müvafiq dərs saatları ilə təmin edilməsi barədə tapşırıq verilmişdir. Lakin Təhsil Nazirliyinin bu göstərişi nəticəsiz qalmış, məktəb rəhbərliyi tərəfindən iddiaçının vəzifə dəyilşikliyi həyata keçirilməmişdir. Daha sonra iddiaçı hüquqlarını müdafiə etmək məqsədilə məhkəmədən öncə mediasiya prosesinin aparılması üçün Mediasiya şurasına müracit etmiş və məktəb direktoru Y.Müseyibli mediasiya sessiyasında iştirak etməkdən yazılı olaraq imtina etmişdir. Daha sonra iddiaçıya rəsmi olaraq müraciət edərək məktəbdə yaranmış vakansiyaya müvafiq olaraq riyaziyyat fənni üzrə 10 saat dərs yükü verilməklə müəllim vəzifəsi üzrə əmək müqaviləsi bağlana biləcəyini təklif etmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq əmək müqaviləsindəki vəzifə dəyişikliklərinin baş verdiyi tarixdən həmin dəyişikliklərin etibarsız hesab olunaraq, həmin tarixdən müəllim vəzifəsinin bərpa olunmasını və dəyişikliklərlə əlaqədar yaranmış maaş fərqinin ödənilməsini tələb etmişdir. Bundan sonra iddiaçıya qarşı məktəb rəhbərliyi tərəfindən qərəzli münasibət başlamış, əsassız olaraq bir neçə dəfə töhmət verilərək xx.xx.2022-ci il tarixində AR Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən işdən azad edilmişdir. Qeyd edirik ki, bu qanunsuz işdən azadetmə tərəfimizdən mübahisələndirilməkdədir, hazırda mediasiya prosesi başlanmışdır və mediasiya prosesi yekunlaşdıqdan sonra məhkəməyə müraciət ediləcəkdir. Bütün bu göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, onunla heç bir qarşılıqlı sənəd imzalanmadan əmək müqaviləsinə dəyişiklik edilərək onun vəzifəsinin “Müəllim”dən daha aşağı əmək haqqı olan “Tərbiyəçi” vəzifəsinə dəyişdirilməsi onun əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarını pozmaqla bərabər, uzun müddət “tərbiyəçi” vəzifəsi üzrə aşağı maaş alması nəticəsində maddi ziyan vurmuşdur. Odur ki, iddiaçı hazırki iddianın təmin olunmaqla hüquqlarının bərpa olunmasını xahiş edir. İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi, mediasiya, poçt üçün ödənilmiş 55 manatın və mənəvi zərər görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış mübahisələrdən sonra iddiaçıya qarşı məktəb rəhbərliyi tərəfindən qərəzli münasibət başlamış, əsassız olaraq bir neçə dəfə töhmət verilmişdir, belə ki xx.xx.2021-ci il tarixində töhmət verilmiş, xx.xx.2022-ci il tarixində növbədənkənar iclas keçirilmiş, İddiaçı dərs əsnasında digər tərbiyəçinin dərsini pozduğu barədə səhnələşdirilmiş iclas keçirilmiş, xx.xx.2022-ci il tarxində ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan sonra məktəb rəhbərliyi tərbiyəçilərin işə davamiyyət kitabına mütəmadi olaraq imza çəkməməsinə görə iddiaçıya təzyiqlər göstərmişdir. Buna cavab olaraq iddiaçı bildirir ki, sözügedən davamiyyət cədvəli məktəbdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər üçün rahatlıqla əlçatan (məsələn ümumi müəllimlər otağı) bir yerdə deyil, direktor müavini Yeganə Həşimovanın otağında saxlanılmışdır. Sözügedən otağın qapısı isə hər zaman açıq olmamışdır. Bu səbəbdən işə gəlib-gedərkən bir çox hallarda davamiyyət cədvəlinin saxlanıldığı otağın qapısı bağlı olduğundan bu cədvələ imza etmək mümkünsüz olmuşdur. Daha sonra direktor Y.Müseyibli xx.xx.2022-ci il tarixində məktəbin Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edərək iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70ç bəndinə müvafiq olaraq xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbinin həmkarlar təşkilatının növbədənkənar iclası keçirilmiş, yenə eyni qaydada səhnələşdirilmiş və qərəzli iclas keçirilmiş, məktəb direktoru Y.Müseyiblinin təqdimatının təmin edilməsinə qərar verilmişdir. Məktəbin həmkarlar təşkilatının daha bir növbədənkənar iclası xx.xx.2022-ci il tarixində təşkil olunmuş, fərdi əmək mübahisələrinə baxan komissiyanın iştirakı ilə xx.xx.2022-ci il tarixli 53 saylı iclas protokolunun müzakirəsi həyata keçirilmişdir. İclasda bir sıra müəllimlər iştirak edərək iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirərək iddiaçının işdən çıxarılması qərarının lehinə olduqlarını bəyan etmişlər. Bundan sonra E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Xüsusi İnternat Məktəbinin xx.xx.2022-ci il tarixli, 45 nömrəli əmri ilə İddiaçı əmək fəaliyyətinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilmişdir. Bütün bu göstərilənləri nəzərə alaraq, iddiaçı hesab edir ki, onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilməsi tamamilə qərəzli və qanunsuzdur. İddiaçı qeyd edir ki, məktəbdə işlədiyi dövrdə dövrdə heç vaxt ciddi pozuntulara yol verməmiş, iş yoldaşları ilə münaqişədə olmamış, hər zaman əmək funksiyalarını yüksək səviyyədə icra etmişdir. İş yerində daim nizam-intizamlı işçi olaraq tanınmış, heç bir zərərli vərdişi olmayan bir şəxsdir. Uzun dövrdən bəri fəaliyyət göstərdiyi məktəbdən belə əsassız və qərəzli olaraq çıxarılması ona mənəvi zərər vurmuşdur, iddiaçı bu hadisədən xeyli təsirlənmiş, əsəb sarsıntısı keçirmişdir. Eyni zamanda hazırki dövrdə işsiz qalması ona maddi olaraq da zərər vurmaqdadır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının “riyaziyyat müəllimi” vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi, mediasiya, poçt üçün ödənilmiş 55 manatın və mənəvi zərər görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2771/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair 2(003)-2771/2022 saylı mülki iş, İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə dair 2(003)-2365/2022 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizələrinin məzmununa oxşar izahat verdi. İzahatında əlavə olaraq bildirdi ki, 2013-cü il tarixli əmək müqaviləsinə əsasən riyaziyyat müəllimi vəzifəsində işləmişdir. İşdən çıxarıldığı vaxtadək də müəllim vəzifəsi üçün əmək haqqı almışdır. 2021-ci ildə əmək məzuniyyətinə getmək istəyəndə bilmişdir ki, onun əmək müqaviləsinə dəyişiklik olmuşdur. 2021-ci ildən isə ona müəllim vəzifəsinə uyğun dərs verilməmiş, o, işdən azad edilənədək tərbiyəçi vəzifəsini icra etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizələrinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələblərini etiraf etməyərək təmin edilməməsini xahiş etdi və etirazında bildirmişdir ki, 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün müraciət etmiş məktəbin müəllimlərinin sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsində yoxlanılarkən bir neçə nəfərin müəllim təyin edilmə barədə əmrinin olmadığı aşkarlanmış və bununla bağlı Təhsil Nazirliyi İnsan Resursları Şöbəsindən müəssisədə çalışan bütün müəllimlərin qəbul əmrlərinin yoxlanılaraq Təhsil Nazirliyinə müvafiq məlumat verilməsi və əmr kitablarının Nazirliyin müvafiq əməkdaşları tərəfindən araşdırılması tapşırılmışdır. Tapşırığın icrası nəticəsində müəssisədə riyaziyyat müəllimi kimi çalışan İddiaçı müəllim kimi təyinat əmrinin olmaması aşkarlanmışdır. İddiaçı xx.xx.1995-ci il tarixli, 548 N-li əmrlə internat məktəbinə baş tərbiyəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli, 550 N-li əmrlə tərbiyə işləri üzrə direktor müavini təyin edilmiş, xx.xx.1995-cil il tarixli, 601 N-li əmrlə tədris işləri üzrə direktor müavini vəzifəsinin müvəqqəti icrası həvalə edilmiş, xx.xx.1996-cı il tarixli, 631 N-li əmrlə tədris işləri üzrə direktor müavini vəzifəsinin müvəqqəti icrası həvalə edilmiş, xx.xx.1996-cı il tarixli, 644 N-li əmrlə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixli, 238 N-li əmrlə tədris işləri üzrə direktor müavini vəzifəsindən tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli ərizəsi əsasında xx.xx.2001-ci il 10 N-li əmrlə 2 ştat vahidi tərbiyəçilik yükü verilməklə tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. İddiaçı tərbiyəçi vəzifəsində işləyərkən kadr potensialının olmaması səbəbindən 1996-cı ildən tərbiyəçilik yükü ilə yanaşı dərs yükü ilə də təmin olunmuşdur. İddia ərizəsinin 4-cü bəndi tamamilə əsassızdır. Belə ki, araşdırmanın nəticəsi barədə internat məktəbi tərəfindən Təhsil Nazirliyinə xx.xx.2018-ci il tarixli, 19/59 N-li rəsmi məktubla məlumat verilmiş, xx.xx.2018ci ildə bitəcək müddətli müqavilənin müddətsizə keçirilərək riyaziyyat müəllimi vəzifəsinə təyin edilməsi xahiş olunmuşdur. Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, xx-xx-1067/10 Nli tərbiyəçi vəzifəsində çalışanların müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək müvafiq keçid balını topladıqları halda ixtisasları üzrə tədris aparmaq məsələsinə baxıla biləcəyi bildirilmişdir. Cavab məktubu əsas götürülərək MİQ müsabiqəsində iştirakına güzəştli hal kimi vaxt verilmişdir. İddiaçı 2018-ci ilin MİQ müsabiqəsində iştirak edərək 26,1124 bal (keçid balı 48-dir) toplamışdır. Uzun illər müəllimlik fəaliyyətini nəzərə alaraq onun ixtisası üzrə müəllim təyin edilməsi xahişi ilə Təhsil Nazirliyinə xx.xx.2018-ci il tarixli, 19/125 N-li rəsmi məktubla təkrarən müraciət edilmişdir. Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 0509-1898/13 N-li cavab məktubunda İddiaçı diaqnostik qiymətləndirilmə balı nəzərə alınaraq 2018/2019-cu tədris ilinin sonuna kimi ixtisası üzrə dərs aparmasına razılıq verildiyi, müəllimlərin işə qəbulu müsabiqəsində keçid balını toplamadığı üçün riyaziyyat müəllimi təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Müəssisənin rəhbəri həmin tədris ilində İddiaçı tərbiyəçilik və dərs yükü ilə təmin etməklə yanaşı xx.xx.2018-ci il tarixli, 19/147 N-li rəsmi məktubla Təhsil Nazirliyinə müraciət edilərək onun uzun müddətli pedaqoji fəaliyyəti dövründə təhsilin formalaşdırılmasında akademik biliklərlə yanaşı praktik bilik və bacarıq nümayiş etdirdiyini nəzərə alaraq müəyyən dövrlərdə internat məktəbinin sənədləşdirmə işində yol verilmiş nöqsanların aradan qaldırılaraq müddətsiz əmək müqaviləsi ilə müəllim vəzifəsinə təsdiq edilməsini xahiş etmişdir. Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, 09-09-162/13 N-li cavab məktubunda Təhsil Nazirliyi sisteminə daxil olan ixtisaslı müəllim kadrlarının işə qəbulunun Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirildiyi, əlavə olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxıldığı bildirilmişdir. Təhsil Nazirliyindən göndərilən cavab məktublarının kserosurətləri İddiaçı təqdim olunsa da tələb olunan keçid balının toplanması üçün 2019, 2020 və 2021-ci illərdə MİQ müsabiqəsində iştirak etməmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 09-09-564/13 N-li məktubuna əsasən 2021-ci ildə MİQ müsabiqəsində iştirak etmədiyinə görə İddiaçı 2021/2022-ci tədris ilində dərs yükü verilməmiş, 1 ştat vahidi tərbiyəçilik yükü ilə təmin olunmuşdur. İddia ərizəsində göstərilən 6-cı bənd əsassızdır. Belə ki, X2 X3 X7 Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 01 sentyabr 2019-cu il tarixindən Respublikada minimum əmək haqqının artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi müraciəti ilə bağlı Təhsil Nazirliyindən verilmiş tapşırığa əsasən dəyişiklik edilsə də, yenilənmiş əmək müqaviləsinə imza etməkdən imtina etdiyinə görə Mülki Məcəllənin 7.1-ci, Əmək Məcəlləsinin 12.1.-ci və 46.1.6.-cı maddələri pozulmamış, maddə 45.5-ci bəndinə əsasən 2013-cü ildə bağlanan əmək müqaviləsi qüvvədə qalaraq əmək fəaliyyəti davam etdirilmişdir. İddia ərizəsinin 8-ci bəndi tamamilə əsassızdır. Belə ki, xx.xx.2013-cü ildə İddiaçı ilə riyaziyyat müəllimi vəzifəsi üzrə 1 illik müddətli əmək müqaviləsi bağlanmışdır. İnternat məktəbin, İddiaçı şikayət ərizəsi ilə müraciət etdiyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə xx.xx.2021ci il tarixli 19/58 N-li, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə xx.xx.2021-ci il tarixli 19/48 N-li, xx.xx.2022-ci il tarixli 19/04 N-li, xx.xx.2022-ci il tarixli 19/33 N-li, ATİAHİ Respublika Komitəsinə xx.xx.2021-ci il tarixli 19/56 N-li cavab məktublarının araşdırılması nəticəsində aydın olmuşdur ki, onun əmək hüququ heç bir halda pozulmamış, qanun çərçivəsində mümkün olan köməklik göstərilmiş, şifahi və yazılı müraciətlərinə dolğun cavab verilmişdir. İddia ərizəsinin 12-ci bəndi tamamilə əsassızdır. Belə ki, İddiaçı işlədiyi müddət ərzində hər tədris ilində müəssisənin rəhbəri tərəfindən rəsmi qaydada Təhsil Nazirliyinə müraciət edilərək, ƏM-nin maddə 12.1.(a)-ya əsasən tərbiyəçilik yükü ilə yanaşı dərs yükü ilə təmin edilmişdir. Əvvəlki dövrlə hazırki dövrdəki pedaqoji yük və əmək haqqı fərqinə baxıldıqda aydın olur ki, aşağı maaş alması nəticəsində maddi ziyan vurulmamış, İddiaçı maddi təminatının olması üçün qanun çərçivəsində köməklik göstərilmişdir. xx.xx.2022-ci il tarixində müəssisəyə daxil olmuş Mediasiya prosesinin tətbiqi barədə məktuba cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli xx-xx-1105/13 N-li məktubu və güzəştli hal kimi tövsiyəsi əsas götürülərək, bağlanacaq əmək müqaviləsində internat məktəbdə yaranmış vakansiyaya müvafiq riyaziyyat fənni üzrə 10 saat dərs yükü verilməklə, müddətsiz müəllim vəzifəsinə keçirilməsi məktəb rəhbərliyi tərəfindən həm Mediasiya Şurasına, həm də İddiaçı rəsmi məktubla yanaşı ATİAHİ Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilovun iştirakı ilə xx.xx.2022-ci ildə keçirilən Pedaqoji şuranın iclasında da təklif edilmişdir. İddiaçı təklif olunan dərs saatının miqdarı ilə razılaşmamış və 24 saat dərs yükü verilməsini tələb etmiş, sonra 2 gün ərzində cavab verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində ərizəsi ilə 10 saat dərs yükü verilməklə, müəllim vəzifəsi üzrə əmək müqaviləsi bağlanmasından imtina etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh qismində Azərbaycan Respublikası Təhsil Nazirliyini, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbini, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Yaqut Müseyiblini göstərərək eyni məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 14 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı illərdir müxtəlif qurumlara haqsızcasına böhtan xarakterli davamlı iddiaları məktəb direktorunun şəxsinə qərəzli olduğunu aşkar göstərir və məyusluq doğurur. İddiaçı bu qərəzli iş fəaliyyətinə də yönəldərək dövlət müəssisəsində ciddi nizam - intizam qaydalarını pozmuşdur. İddiaçı xx.xx.2021-ci ildə Həmkarlar İttifaqı ilə birlikdə tərtib olunaraq, Pedaqoji Şurada təsdiq olunan, pedaqoji heyyətə nümunə olaraq paylanılan və şəxsi imzaları ilə tanış olunan müəssisə daxili intizam qaydalarını pozduğuna görə şifahi xəbərdarlıq verilmişdir. xx.xx.2021-ci il tarixli aktda qeyd olunan ciddi nizam-intizam qaydasının pozulması ilə əlaqədar Həmkarlar İttifaqına təqdim olunan xx.xx.2021-ci il tarixli təqdimatla xx.xx.2021-ci il 44 saylı protokolda əksini taparaq xx.xx.2021-ci ildə 110-k N-li əmr ilə töhmət verilmişdir. İddiaçı müxtəlif vaxtlarda və müxtəlif zaman aralıqlarında digər tərbiyəçinin otağına ya tək, ya da 2 şagirdlə dəfələrlə daxil olaraq, nizam-intizam qaydalarını, dərslərin gedişatını ciddi şəkildə pozması səbəbindən xx.xx.2022-ci il tarixli Aktla xx.xx.2022-ci ildə 12-k N-li əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Təkrarən xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri arasında tərbiyəçilərin işə davamiyyət kitabına imza çəkməmiş, izahat yazmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri X12 Respublika Komitəsi tərəfindən 30 iyun 2010-cu ildə təsdiq olunan “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları”na, yəni, Xəzər rayon Həmkarlar İttifaqı ilə bağlanmış 2021-2023 tədris illərinin Kollektiv Müqaviləsinin 2.5-ci bəndinə, xx.xx.2021-ci il tarixli daxili təlimatı təkrarən ciddi şəkildə pozulmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixli akt, xx.xx.2022-ci il tarixli 53 saylı protokol, xx.xx.2022-ci il tarixli 54 saylı protokola əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 80.2 bəndi əsas götürülərək 70.(ç) maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixində 46-k N-li əmr ilə xitam verilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələblərini əsassız hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əlavə olaraq bildirdi ki, iddiaçının əmək müqaviləsində dəyişiklik edilməsi barədə hər hansı bir əmr və ya müqavilə hal-hazırda mövcud deyil. Müqaviləyə dəyişiklik barədə müqavilə onunla bağlanılması iddiaçıya təklif edilsə də, o müqaviləni imzalamaqdan imtina etmişdir. Bu da akt vasitəsilə rəsmiləşdirilmişdir. Hazırda onlarda yalnız 2013-cü ildə iddiaçı ilə müəllim kimi bağlanmış müqavilə mövcuddur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil X8 xx.xx.2017-ci il tarixli K- 512 nömrəli əmrinin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdən 1 il müddətinə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan işə götürən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin direktoru X1 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi, “müəllim” vəzifəsinə, aylıq 444,07 manat məbləğində əmək haqqı ödənilməsi şərtilə xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixinədək işə götürülmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinin a) hissəsinə əsasən işçi, riyaziyyat müəllimi, konkret pedaqoji vəziyyət və tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirlərlə təlim məşğələləri aparması, müxtəlif forma, üsul və metodlardan istifadə etməsi barədə öhdəliklik götürmüşdür. Həmin müqavilənin 4.26-ci bəndinə əsasən işçinin iş ilinin başlandığı tarix xx.xx.1995-ci il, bitdiyi tarix xx.xx.1996-cı il aylardan ibarət dövr əhatə edir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, bu əmək müqaviləsinə birtərfəli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək mübahisələrinin həllinə, qarşılıqlı anlaşma və razılıq yolu ilə, biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə, mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi arasında müddətsiz əmək müqaviləsi bağlanılmış, məşğulluq təsnifatı üzrə: müəllim təsnifatı üzrə-müəllim, ümumi təhsil məktəbi/riyaziyyat, müqavilənin bağlandığı tarix- xx.xx.1995-ci il. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ilə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş və işçinin vəzifəsi: məşğulluq təsnifatı üzrə: tərbiyəçi, köməkçi işçilər vəzifəsi olmuşdur. “İş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin xx.xx.2020-ci il tarixdə elektron sistemə daxil edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi barədə” məhkəmə sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsinə əsas olmuş sənədlər – tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi tərəfindən tərtib edilmiş İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində edilən əlavəyə imza atmaqdan imtina etməsi barədə xx.xx.2022-ci il tarixli akt və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin direktoru Yaqut Müseyibliyə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş izahatı olmuşdur. Həmin izahatdan da görünür ki, iddiaçı bildirmişdir ki, xx.xx.2019-cu ildə əmək müqaviləsi bağlamamışdır. Həmin müqaviləni görməmiş, imzalamamışdır. Ümumiyyətlə xəbəri olmamışdır. Təqdim olunan “Əlavə N1” onun əmək müqaviləsinə əlavə kimi göstərildiyi üçün o, ona imza atmağı düzgün hesab etmir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 4 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamışdır. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin tərbiyəçi İddiaçı ünvanlanmış məlumatın surətindən görünür ki, onun xx.xx.2021-ci il tarixli ərizəsi ilə bağlı bildirilmişdir ki, 2015-ci ildə bağlanmış əmək müqaviləsi Təhsil Nazirliyinə göndərilmiş, 2020-ci il müqaviləsi tərəfindən imzalanmadığından bu barədə Nazirliyə məlumat verilmişdir. 2020-ci ildə verilə bilməmiş əmək məzuniyyətinə gör kompensasiya ödənilməsi barədə Təhsil Nazirliyinə rəsmi müraciət ediləcəyi və bu barədə ona məlumat veriləcəyi bildirilmişdir. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin tərbiyəçi İddiaçı ünvanlanmış məlumatın surətindən görünür ki, onun xx.xx.2021-ci il tarixli ərizəsi ilə bağlı bildirilmişdir ki, X7 dəyişiklik edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən xx.xx.2019cu il tarixindən minimum əmək haqqının artırılması ilə əlaqədardır. Əmək müqaviləsi tərəflər tərəfindən imzalanmadığından yenilənməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, onun 2019-2020-ci illər üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyasının ödənilməməsi məlum olmuş, bu səbəbdən məktəbin direktoru X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əmək məzuniyyətinə görə kompensasiyanın ən qısa zamanda hesablanıb ödənilməsinin təmin edilməsi məqsədilə məktəbin rəhbərliyinə xx.xx.2021-ci il tarixli məktub göndərildiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqofi kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin bütün mərhələlərindən uğurla keçən namizədlər ümumi təhsil müəssisələrinə ixtisasları üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllim təyin edilir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, müraciəti əsasında aparılmış təkrar araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı, 1995-ci ildə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinə tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş və tərbiyəçi vəzifəsi ilə yanaşı ixtisası üzrə tədris aparmışdır. 2006-2017-ci illərdə isə ona riyaziyyat müəllimi kimi əmək haqqı ödənilmişdir. İddiaçı və əmək münasibətlərinin rəsmiləşdirilməsində analoji hallara yol verilmiş digər şəxslərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, onun xx.xx.2022-ci il tarixli ərizəni ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixindən minimum əmək haqqının artırılması ilə əlaqədar əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əlavə vərəqəni xx.xx.2022-ci il tarixli rəsmi izahatınızla imza etməkdən imtina etdiyinə görə 2022-ci ilin mart ayında əmək haqqından fevral ayı üçün minimum əmək haqqının artımı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq tutulmuş və bu səbəbdən əmək haqqı minimum əmək haqqının artımı üzrə hesablanmır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin direktoru Yaqut Müseyibliyə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, internat məktəbində tərbiyəçi vəzifəsində çalışan İddiaçı diaqnostik qiymətləndirmə nəticəsini (47 bal) nəzərə alaraq, onun 2018/2019-cu tədris ilinin sonuna kimi ixtisası üzrə 6 saat dərs aparmasına razılıq verilmişdir. Əlavə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində keçid balını toplamadığı üçün İddiaçı E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi məktəbinə riyaziyyat müəllimi təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin direktoru Yaqut Müseyibliyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, internat məktəbinin İddiaçı və digər şəxslərin məktəbə müddətsiz əmək müqaviləsi əsasında müəllim təyin edilmələri barədə məktubuna baxılmış və bildirilmişdir ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Əlavə olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır, göstərilən şəxslər hüquqlarının pozulduğunu hesab etdiyi halda məhkəməyə müraciət edə bilmələri bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu ildə Respublika üzrə minimum əmək haqqının artımı ilə bağlı yenilənmiş əmək müqaviləsinə imza edəcəyini bildirsə də, gözlənilən 1 ay müddətində imza etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin direktoru Yaqut Müseyibliyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı ilə əmək münasibətlərinin tənzimlənməsi barədə aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, o, internat məktəbinə tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş və tərbiyəçi vəzifəsi ilə yanaşı ixtisası üzrə tədris aparmışdır. 2006-2017-ci illərdə isə İddiaçı riyaziyyat müəllimi kimi əmək haqqı ödənilmişdir. İddiaçı və əmək münasibətlərinin rəsmiləşdirilməsində analoji hallara yol verilmiş digər şəxslərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, sonuncuya bildirilmişdir ki, müəssisə rəhbərliyin əmək müqaviləsində düzəliş edilməsi və müvafiq dərs saatları ilə təmin olunması barədə tapşırıq verilmişdir. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi intemat məktəbinin rəhbərliyi məlum etmişdir ki, müəssisənin tərbiyəçisi İddiaçı 1995/1996-cı tədris ilindən başlayaraq riyaziyyat dərslərini tədris etmiş, 2012-ci ildə “Yeni fənn kurikulumlarının tətbiqi proqramı” üzrə ixtisasartırma kursundan keçmiş, 2014-cü ildə ilk dəfə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsində iştirak edərək 47 bal toplamışdır. 2018-ci ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsində məktəbin bir qrup müəlliminin təkrar iştirak üçün müraciət etməsi ilə əlaqədar müsabiqə şərtlərinə uyğun sənədləri Təhsil İdarəsi tərəfindən yoxlanılarkən aşkar edilmiş uyğunsuzluqla bağlı (müəllim vəzifəsinə təyin edilmə barədə əmrin olmaması) verilmiş tapşırığa əsasən bütün müəllim heyəti barədə əmrlər müəssisə tərəfindən araşdırılmış və nəticədə İddiaçı da riyaziyyat müəllimi vəzifəsinə təyin edilməsi barədə əmrin olmadığı müəyyənləşdirilmişdir. İddiaçı dərs yükü ilə təmin edilmə barədə müraciətinə əsasən internat məktəbin rəhbərliyi onun uzun müddətli müəllimlik fəaliyyətini nəzərə alaraq 2020/2021-ci tədris ilində tərbiyəçi vəzifəsi ilə yanaşı riyaziyyat dərslərini tədris etməsinə münasibət bildirməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, həmin akt ondan ötrü tərtib edilmişdir ki, məktəbin tərbiyəçisi İddiaçı tərbiyəçilərin işə davamiyyət kitabında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi müddətində imza etməmiş və bu barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, həmin akt ondan ötrü tərtib edilmişdir ki, məktəbin tərbiyəçisi İddiaçı iş vaxtında qrup şagirdlərini otaqda tək qoyaraq, müxtəlif zaman aralıqları ilə dəfələrlə məktəbin həyətində olmuşdur. Bu görüntülər kamera vasitəsilə qeydiyyata alınmış və təsdiqini tapmışdır. Ona vəzifə funksiyalarını ciddi şəkildə pozuduğu bildirilsə də izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin Azərbaycan Təhsil İşçiləri X12 Bakı şəhər Xəzər rayon Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən yol verilmiş pozuntular barədə məsləyə baxılması xahiş olunmuşdur. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin xx.xx.2021-ci il tarixli 110-k nğmrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı məktəbin tərbiyəçisinə müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2.(a) maddəsinə uyğun olaraq töhmət verilmişdir. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, sonuncunun mediasiya prosessinin tətbiqi barədə təklifi ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu və güzəştli hal kimi tövsiyyəsi nəzərə alınaraq internat məktəbdə yaranmış vakansiyaya müvafiq riyaziyyat fənni üzrə 10 saat dərs yükü verilməklə müəllim vəzifəsi üzrə əmək müqaviləsinin bağlanılması təklif edilmişdir. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin Mediasiya şurasına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya edilmiş təklifə sonuncu tərəfindən imtina edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin Mediasiya şurasına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, onun mediasiyaya müraciəti əmək müqaviləsinə 2020-ci ilin may ayında ondan xəbərsiz edilmiş dəyişikliklə bağlıdır. Yəni vəzifəsi riyaziyyat müəllimliyindən tərbiyəçi-köməkçi işlər vəzifəsinə dəyişdirilmişir. Xahişi ondan ibarətdir ki, həmin dəyişiklik baş verdiyi tarixdən qeyd olunaraq aradan qaldırılması, vəzifəsi yenidən riyaziyyat müəllimi kimi göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022ci il tarixində tərbiyəçi vəzifəsində çalışan X4 ərizə ilə rəhbərliyi müraciət etmişdir. Ərizənin məzmunu ilə bağlı 3 gün araşdırılmışdır. Həmin günlərdə tərbiyəçilik saatlarının müxtəlif vaxtlarında İddiaçı qaydaları pozaraq şagirdləri otaqda tək qoymuş və ya özü ilə digər tərbiyəçilik otağına aparmışdır. Bununla da müəssisə daxili intizam qaydalarını pozaraq əmək funksiyasını tam yerinə yetirməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022ci il tarixində, saat 14:00-da məktəbin tərbiyəçisi Gülçin Ələsgərovanın şikayət ərizəsi ilə bağlı araşdırma aparılmışdır. G.Ələsgərova İddiaçı onun otağına gəldiyini, mütəmadi olaraq şagirdləri otağa qoyduğunu, bəzən tək gəlib pəncərədən baxaraq, rəhbərliyin maşınına nəzarət etdiyini bildirdi. İddiaçı tərbiyəçilik saatlarının müxtəlif vaxtlarında tək və ya şagirdlərlə birlikdə G.Ələsgərovanın otağına getməsi videogörüntülərdə aşkarlanmışdır İddiaçı videogörüntülərə baxmış, istədiyi təqdirdə videogörüntülərin ona göndərilməsi təklif olunmuş, o, isə imtina etmişdir. İddiaçı bu məsələnin hazırlanmış və ona qarşı təxribat olduğunu desə də, tərbiyəçiyə təkzib olaraq heç bir əsas göstərməmişdir. H.Əbilov G.Ələsgərovaya niyə tədbir görmədiyini və özünün də məsuliyyət daşıdığını bildirdi. G.Ələsgərova bildirdi ki, bir kolleqa, ağsaqqal kimi hörmət edərək, sözlə bildirməsə də hərəkətləri ilə bir neçə dəfə göstərməyə çalışmışdır. Mütəmadi hal aldığından və şifahi halda otağının dəyişilə bilməməsinə görə yazılı müraciət etməyi uyğun bilib. Görüntülərdən bəllidir ki, İddiaçı müxtəlif vaxtlarda və müxtəlif zaman aralıqlarında tərbiyəçinin otağına ya tək, ya da 2 şagirdlə dəfələrlə daxil olaraq nizam-intizam qaydalarını ciddi şəkildə pozaraq özünün də, digər tərbiyəçinin də dərsinə maneçilik törətmişdir. Eyni zamanda, baş vermiş hadisə ilə bağlı G.Ələsgərovanın da məsuliyyət daşıdığını bildirdi. Bir ay müddətində konkret addım ataraq bu pozuntunun qarşısı alına bilərdi. İddiaçı qəbul otağında izahat yazacağını bildirdi, lakin təqdim etmədən çıxıb getdi. Bu hal izahatdan imtina kimi qəbul edildi. İllərlə olan pedaqoii fəaliyyəti, ailə başçısı olması nəzərə alınaraq, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət, G.Ələsgərovaya töhmət verilməsinə etiraz edilmədi. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin xx.xx.2022-ci il tarixli 12-k nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2.(a) maddəsinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində edilən əlavəyə imza atmaqda imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri X14 Respublika Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixində təsdiq edilmiş Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları haqqında qanuna və xx.xx.2021-ci ildə Həkarlar İttifaqı v Pedaqoji Şurada təsdiq olunmuş təlimata və xx.xx.1994-cü il tarixli 187 nömrəli əmri ilə məktəb sənədlərinin aparılması və saxlanılması haqqında əmrə zidd olaraq məktəbin tərbiyəçisi İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən tərbiyəçilərin işə davamiyyət kitabına imza çəkməməsi aşkarlanmışdır. Tərbiyəçi normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifəsini yerinə yetirməmişdir. 2021/2022-ci tədris ilində bu faktla bağlı töhmət olsa da, hadisə təkrarən baş vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, tərbiyəçisi İddiaçı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktla bağlı izahat yazmamışdır. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatın surətindən görünür ki, internat məktəbi tərəfindən İddiaçı barəsində həmkarlaq ittifaqına təqdimatla müraciət edilərək onun Əmək Məcəlləsinin 70.(ç) bəndinə əsasən işdən azad edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbin ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli 53 saykl növbədənkənar iclas protokolunun surətindən görünür ki, internat məktəbinin direktoru Yaqut Müseyiblinin xx.xx.2022-ci il tarixində Həmkarlara təqdim olunan təqdimatının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbinin xx.xx.2022-ci il tarixli 45-k nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.(ç) maddəsinə uyğun olaraq işdən azad edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə 70-ç nömrəli xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi bölməsində “tərbiyəçi” vəzifəsində işləyən İddiaçı Qabil oğlu ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası ƏM-nin 70 nömrəli maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xx.xx.2022 tarixindən xitam verilməsi, işçinin xx.xx.1995 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi barədə məktəb direktoru X6 tərəfindən əmr edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, işçi İddiaçı ilə işəgötürən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbi arasında xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən işçi, “müəllim” vəzifəsinə işə götürülmüşdür. İşdən azad olunan tarixədək iddiaçıya müəllim vəzifəsinə uyğun əmək haqqı ödənilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə hər hansı bir hal ( əmək müqaviləsinin müvafiq bəndinə əlavələr və ya ayrılıqda tərtib edilmiş dəyişiklər dair müqavilə) mövcud deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin maddənin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X3 elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d) bəndinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin maddənin 5-ci hissəsinə əsasən Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin maddənin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddia tələblərinin “tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” hissələri əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsinə iddia etsə də işin araşdırılmış hallarından müəyyən edilir ki, sözügedən dəyişiklər onula cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə daxil edilməmiş və ya bu barədə ayrıca yazılı şəkildə akt (müqavilə) mövcud deyil. İş materiallarından və tərəflərin verdikləri izahatlardan da müəyyən edilir ki, tərəflər arasında əmək müqaviləsinə hər hansı dəyişiklik, o cümlədən əmək müqaviləsinə daxil etməyin mümkün olmaması səbəbindən ilkin əmək müqaviləsi yenidən tərtib edilməsi, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənməsi barədə hər hansı bir sənəd mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, bu hallar yanlız işəgötürən və işçinin razılığı əsasında olmalıdır. Halbuki, cavabdeh tərəf belə bir dəyişikliyin mövcudluğu əks olunan müqavilənin mövcud olmasını, lakin iddiaçının imzalamaması səbəbindən rəsmiləşməməsini, yalnız bu barədə akt tərtib edilməsini bildirmişdir. Yəni hazırda belə bir dəyişikliyin təqdim edilməsinin mümkünsüz olmasını bildirmişlər. Belə olan halda cavabdeh tərəfin bir tərəfli qaydada tərtib etdiyi aktın işçinin əmək müqaviləsinə dəyişiklik kimi qəbul edilməsi qanuni və əsaslı hesab edilə bilməz. X3 əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı qeydiyyat isə hər hansı bir qanuni əsas olmadan daxil edilmişdir. Həmçinin işin araşdırılmış hallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatından da müəyyən olunur ki, ona ödənilmiş əmək haqqı “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı məbləğində olmuşdur. Odur ki, iddia tələblərinin “tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” hissələri belə bir hal işin araşdırılması zamanı öz təsdiqini tapmadığından əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Belə ki, həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qeyd edilsə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin barədə məlumat göstərilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrdə isə işçi (iddiaçı) tərəfindən əmək müqaviləsində nəzərdə tutulan vəzifə üzrə yerinə yetirməli olduğu hansı işlərin (əmək funksiyasının) yerinə yetirilməməsi, həmçinin həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan hallara da istinad edilməməklə göstərilməmişdir. Məhkəmə araşdırılması zamanı isə əmrdə iddiaçı (işçi) tərəfindən əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyasının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməməsinə görə iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi, bundan başqa iş fəaliyyətində əmək vəzifələrinin kobud şəkildə pozulması halları (ƏM-nin 72-ci maddəsində göstərilən hallar) müəyyən edilməməklə cavabdeh tərəfindən bununla bağlı əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa işin araşdırılmış hallarından görünür ki, iddiaçı işəgötürən tərəfindən (tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən) “müəllim” vəzifəsində işə qəbul edildiyi və həmin əmək müqaviləsinə hər hansı bir dəyişikliyin olmamasına baxmayaraq (tərbiyəçi vəzifəsinə keçirilmə barədə hər hansı rəsmi sənəd) əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə “tərbiyəçi” vəzifəsində işləyən İddiaçı Qabil oğlunun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, cavabdeh tərəfin iddia etdiyi (lakin təqdim edə bilmədiyi) xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə edilən əlavə mövcud olmuş olsaydı belə, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 70-ç nömrəli xx.xx.2022-ci il tarixli əmri əsassız olmuş, buna görə də həmin əmr ləğv edilməlidir. Eyni zamanda tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “müəllim” (riyaziyyat fənni üzrə) vəzifəsinə işə bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, iddiaçıya məcburi işburaxma müddəti üçün olan müddətdə orta əmək haqqı ödənilməlidir. Məhkəmə, iddia tələblərinin dəymiş mənəvi ziyana görə 3000 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi barədə hissəsini qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsini qeyd etsə bu barədə əsaslı hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən medasiya sessiyası zamanı ödənilmiş 55 manat cavabdehdən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə iddia tələblərinə məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbin “əmək müqaviləsinə xitam verilməsi barədə 70-ç nömrəli xx.xx.2022-ci il tarixli əmri” ləğv edilsin və İddiaçı “müəllim” (riyaziyyat müəllimi) vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün cavabdeh tərəfindən orta əmək haqqı ödənilməli və medasiya sessiyası zamanı ödənilmiş 55 manat cavabdehdən alınaraq İddiaçı verilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbin “əmək müqaviləsinə xitam verilməsi barədə 70-ç nömrəli xx.xx.2022-ci il tarixli əmri” ləğv edilsin və İddiaçı “müəllim” (riyaziyyat müəllimi) vəzifəsinə işə bərpa edilsin. İddiaçı E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilsin. Medasiya sessiyası zamanı ödənilmiş 55 manat E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbindən alınaraq İddiaçı verilsin. İddia tələbi “tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və mənəvi zərər görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq iddiaçı ödənilməsi” hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar