Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2416/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il tarixli X2 özünə məxsus fərdi yaşayış evinə köçürülməsi, həmin mənzilə sahiblik, istifadə və mülkiyyət hüquqlarının tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin ikimərtəbəli fərdi yaşayış evindən çıxarılmaları və cavabdeh X3 borclu olduğu 11.000 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı cavabdehlərə qarşı iddia ərizəsinə dəqiqləşmə verərək, onu, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il tarixli X2 özünə məxsus fərdi yaşayış evinə köçürülməsi, həmin mənzilə sahiblik, istifadə və mülkiyyət hüquqlarının tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin ikimərtəbəli fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə göstərdi ki, iddiaçı mərhum həyat yoldaşı X6 ilə xx.xx.2020-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il tarixli X7 dünyaya gəlmişdir. xx.xx.2023-cü ildə X6 infarktdan dünyasını dəyişdi. Bundan sonra mərhumun birinci nikahından olan övladları X9 və Cavabdeh3 iddiaçıya və övladlarına qarşı qəddarcasına davranaraq işgəncə verib və onlar evdən çıxmaq məcburiyyətində qalmışlar. Əzizbəyov rayon Binə Bələdiyyəsinin sərəncamına əsasən xx.xx.2005-ci il tarixində İddiaçı ev tikmək üçün 200 kv.m torpaq ayrılmışdır. İddiaçı ilə Binə qəsəbə bələdiyyəsi arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhər Binə qəsəbəsində 200 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün 8800 manata iddiaçıya satılmışdır. İddiaçı həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikmiş və illərlə orada yaşamışdır. Mərhum əri X6 ilə ailə qurduqdan sonra o da həmin evə köçmüş və ölümünə qədər həmin evdə birlikdə yaşamışlar. Əvvəlki nikahdan olan qızı Cavabdeh3 həyat yoldaşı Cavabdeh1 ilə iddiaçının evinə köçmüşlər və 3 il birlikdə yaşamışlar. Əvvəllər münasibətlər yaxşı olsa da, sonradan pisləşib və onlar iddiaçını zorla evindən çıxarmışlar. Hazırda iddiaçı öz evində yaşamır, dəfələrlə öz evində yaşamağına şərait yaradılmasını xahiş etsə də, onu evinə yaxın buraxmayıblar. Əlavə olaraq bildirdi ki, evlə bağlı sənəd yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 bildirdi ki, iddianı qəbul edir və evdən könüllü şəkildə çıxmağa hazırdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Əzizbəyov rayon Binə Bələdiyyəsinin sədrinin xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Binə qəsəbəsində ev tikmək üçün 200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhər Binə qəsəbə bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 200 kv.m torpaq sahəsinə 8.800 manat məbləğində ödəniş etməklə satın almışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023cü il tarixdə dünyasını dəyişmişdir. Dəftərxana vasitəsilə daxil olmuş X1 və X4 ərizələrindən görünür ki, ərizəçilər iddiaçının qonşularıdır. Həmin torpaq sahəsindəki ev İddiaçı tərəfindən 2005-2006-cı illərdə tikilmiş və iddiaçının o zamandan həmin ünvanda yaşadığını təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.2005-ci il tarixində yaşayış evi tikmək üçün Binə qəsəbəsi bələdiyyəsi tərəfindən 200 kv.m torpaq sahəsi ayrılmışdır. Bu torpaq İddiaçı tərəfindən satın almışdır və o həmin torpaqda özü tərəfindən tikilmiş evdə yaşayıb. xx.xx.2020-ci ildə mərhum X6 ilə rəsmi nikaha daxil olmuş və onlar birlikdə iddiaçıya məxsus torpaq sahəsində tikilmiş evdə yaşayıblar. Onların birgə nikahlarından 2 uşaqları doğulmuşdur. xx.xx.2023-cü ildə X6 dünyasını dəyişdikdən sonra onun keçmiş nikahından olan qızı Cavabdeh3 həyat yoldaşı Cavabdeh1 ilə iddiaçının evinə köçmüş və iddiaçını zorla evindən çıxartmışlar. Sözügedən torpaq sahəsi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçıya keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia İddiaçı və uşaqları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il tarixli X2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin olunmalıdır. Eyni zamanda, məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsində tikilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Bu səbəbdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarının 7.2-ci bəndinə əsasən, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması hissəsinə münasibətdə hesab edir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün iddia bu hissədə təmin edilə bilməz. Bundan başqa, məhkəmədə müəyyən olundu ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən və iddiaçıya ayrılmış və tikilmiş fərdi yaşayış evindən məburi şəkildə uşaqları ilə çıxarılmışdır. Məhkəmə hesab edir ki, iddianın bu hissəsi təmin olunmalı və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı uşaqları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il tarixli X7 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2416/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2416/2024
02.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver