Məhkəmə qərarları › İş №e-2(003)-246/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-246/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-246/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3909 ABŞ dolları (bugünki günə olan Azərbaycan manatı məzənnəsi ilə) pulun və ödənilmiş 87,0 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2005-ci ildən taniyir, bir hüquq firmasında işləmişlər. Münasibətləri həmişə yaxşı olub, hətta o işdən çıxandan sonra da biz bir-biri ilə əlaqə saxlayırdılar. Təxminən 2015-cı ildə biz onunla telefonla danışan zaman ona dedi ki, satdıq qızılı var. O da baxmaq istədiyini bildirdi və razılaşdırlar. Bir müddət sonra o gəldi və təxmini 1260 ABŞ dolları məbləğində qızıl-zinyət əşyaları seçib ğötürdü, qızılları seçən zaman bir qızıl komplekt da xoşuna gəlmişdi və ona dedi ki, fikirləşib deyəcək. İddiaçı etiraz etmədi, çünki illərlə onu tanıyırdı və heç bir zaman fikirləşməzdi ki, onu bu vəziyyətdə qoyacaq. Təxmini bir həftə keçəndən sonra o gəldi və həmin komplekti götürdü və ümumi borcu 4850 ABŞ dolları oldu və onunla razılaşdılar ki, hər ay ona təxmini 300-400 manat ödəyəcəkləri barədə razılaşdılar. Bir ay keçəndən sonra onunla əlaqə saxladı, o bildirdi ki, anası xəstədir, indi pulları ona xərcləyir, verə bilmir. Bir neçə dəfə onun iş yerinə, yaşadığı evə getmişdi, hətta anası ilə əlaqə saxladı, lakin heç bir nəticə vermədi. Vaxt gedirdi o isə borcunu ödəmirdi. Boyük bir müsibətlə o, 09 dekabr 2017-ci il tarixdə bir müvəkkili vasitəsi ilə 500 manat mənə göndərdi, yəni dəqiq desək iddiaçı özü Qara Qarayev metrosu yaxınlığında o xanımla görüşdü və pulu ondan aldı. Bir müddət keçəndən sonra isə o, ümumiyyətlə zənglərə cavab vermədi. İddiaçı məcburiyyət qarşısinda qalıb, 2019-cu ildə Binəqədi Polis İdarəsinə ərizə ilə müraciət etdi, onu ora dəvət etdilər və o, polis idarəsində bildirmişdir ki, onun cəmi 1500 manat borcu olub və o borcu tam ödəmiş və hal-hazırda ona heç bir borcu yoxdur. O polis idarəsində olan zaman təhqiqatçı iddiaçı ilə telefon əlaqəsi saxladı və onun bu cür danişığını bildirəndən sonra, iddiaçı dərhal Lyudanın özünə zəng elədi, o cavab verdi və bildirdi ki, polisdən çıxan kimi onunla əlaqə saxlayacaq. Sonra onunla telefon əlaqəsi saxladı və çox mübahisələrdən sonra o söz verdi ki pulları ödəyəcək. Yenə də bir neçə ay sonra o 2020ci ilin fevral ayında ona 300 manat şəxsən özü verdi, iki dəfə 200 manat, bir dəfə 100 manat göndərmişdir, axırıncı dəfə 2021-ci ilin oktyabr ayında 300 manat göndərdi, bu barədə ödəniş qəbzi vardır. Hal-hazırda onun 3909 ABŞ dolları məbləğində borcu qalmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər “Whatsapp” yazışmalının sürətindən görünür ki, Cavabdeh X1 ondan aldığı qızılzinət əşyalarına görə pul verməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması və toplanmış sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh X2 qeyd edilmiş məbləğdə qızıl-zinət əşyaları almış, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə qeyd edir, iddiaçı X5 4850 ABŞ Dolları dəyərində qızıl əşyalarını Cavabdeh vermişdir, cavabdehin də həmin qızılı alması sübuta yetirilmişdir. İddiaçı tərəfindən cavabdehə qızıl əşyalarının verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən müəyyən ödənişlər edilməsi, qalan borcun isə qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Bundan başqa Cavabdeh isə iddiaçıdan almış olduğu qızıl əşyalarının müqabilində ödəməli olduğu pul vəsaitini geri qaytarılması barədə hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 3909 ABŞ dolları pulun iddiaçı X4 cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndan 3909 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq iddiaçı X4 ödənilməlidir. Məhkəmə həmçinin iddianın 87,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia Türanə Kərimovaya münasibətdə təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 87,0 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehndan cəmi 3909 ABŞ dolları məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 87,0 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndan 3909 ABŞ dolları məbləğində pul (icra vaxtı manata olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumu üzrə 87,0 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar