Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2482/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunanadək Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, hesablanan 259,34 manat məbləğində (5%) faiz borcu, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,7 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 930 manat dəyərində olan malın dəyərini 15 ay müddətində hissə-hissə ödəməyi üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda bu müqavilənin təminatı kimi Cavabdeh2 ilə də zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər iddiaçı qarşısında öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdirlər. Nəticədə cavabdehlərin birgə 494 manat borcu yaranmışdır. Ağdam Rayon Məhkəməsinin 2(13)-1615/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən Cavabdeh1 və Cavabdeh2 494 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin cavabdehlər qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 10 il 6 ay (yəni 126 ay) müddətinə xx.xx.2025-ci il tarixdə borcu ödəmişdirlər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(13)-1615/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə qərarının surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 494 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarına daxil olan iddiaçının cavabdehlərə göndərdiyi bildiriş (pretenziya) surətlərindən görünür ki, iddiaçı 3 dəfə bildiriş gönədərmiş və hər dəfə 0,9 manat olmaqla, ümumi 2,7 manat ödəmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.2025-ci il tarixli Xəzər rayon İcra Şöbəsinə və İsmayıllı rayon İcra Şöbəsinə təqdim etdiyi ərizənin surətindən görünür ki, cavabdehlər icra vərəqəsi üzrə borcu tam şəkildə ödəmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmədə müəyyən olundu ki, cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunanadək hesablanan 259,34 manat məbləğində (5%) faiz borcu, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,7 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı xeyrinə tuulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunanadək hesablanan 259,34 (iki yüz əlli doqquz manat otuz dörd qəpik) manat məbləğində (5%) faiz borcu, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,7 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2482/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2482/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver