Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2527/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "X9" MMC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı cavabdeh "X9" MMC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsimüstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən "X9" MMC-də Psixopedaqoq vəzifəsində çalışmağa başlamışdır.(əmək müqaviləsi bildirişinin surəti qoşmaya əlavə olunur). Lakin sonradan iddiaçı tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində X4 direktoru X2 ərizə ilə işdən çıxarılma tələbi ilə müraciət edilmişdir. Sözügedən ərizələrə heç bir cavab verilmədiyindən İddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində X8 pozulmuş hüquqların bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət olunmuşdur (ərizələrin surəti qoşmaya əlavə olunur). Qeyd edir ki, iddiaçı tərəfindən 19 saylı şəhər poliklinikasından xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olması və əmək qabiliyyətinin olmaması ilə bağlı bülleten alınaraq cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən X8 müraciət olunduqdan sonra cavabdeh qərəzli şəkildə guya xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ərizələrin əslinin "X9" MMC-yə ümumiyyətlə çatdırılmadığı bəhanəsi ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam veriləcəyini bildirmişdir. Yekunda cavabdeh tərəfindən X9 MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Qeyd edir ki, X11 tərəfindən məsələ ilə bağlı araşdırılma aparılmış və yekunda cavabdehin qanunsuz hərəkətlərinə dair protokol tərtib olunmuşdur. Lakin hesab edir ki, qoşmaya əlavə olunmuş ərizələrdən də göründüyü kimi iddiaçı tərəfindən öz ərizəsi ilə işdən azad olunması üçün dəfələrlə müraciət olunmuş, lakin cavabdeh tərəfindən ümumiyyətlə diqqətə alınmamış və nəticədə kobud hüquq pozuntusuna yol açılmışdır. Bu səbəbdən hesab edir ki, "X9" MMC tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmr ləğv olunmalıdır. Onu da qeyd edir ki, Mediasiya Sessiyasına dəvətlə bağlı təklif tərəfindən 22 may 2022-ci il tarixdə cavabdeh "X9" MMC-yə göndərilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh MMC tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmrin ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, X9 MMC tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmrin ləğv olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onun nümkayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə "X9" MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli, ******* saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı həmin mərkəzdə psixopedaqoq vəzifəsində işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən X4 direktoru X2 ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ərizələrin surətindən görünür ki, İddiaçı işdən çıxarılma tələbi ilə X6 müraciət etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən X8 ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrin surətindən görünür ki, İddiaçı pozulmuş hüquqların bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı X8 müraciət etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən X4 direktoru X2 ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli izahatların surətindən görünür ki, İddiaçı X6 işdən çıxarılma tələbi ilə müraciət etmişdir. İş materiallarında olan X9 MMC tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmrin surətindən görünür ki, X9 MMC-də psixopedaqoq vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 yanvar 2022-ci il tarixdən bu günədək heç bir üzürlü səbəb olmadan işə gəlmədiyinə, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan X11 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda deyilir: ”Sizin "X9" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar cəmiyyətin rəhbəri tərəfindən təqdim olunmuş sənədlərdən, Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Eyni zamanda həmin sənədlərdən Sizin əmək müqavilənizə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi məlum olmuşdur. Bu səbəbdən “X9" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilənlər Sizi qane etmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır.” Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, xx.xx.2021ci il tarixli, ******* saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də Psixopedaqoq vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının cavabdehə işdən azad olunması ilə bağlı dəfələrlə ünvanladığı ərizələrə baxmayaraq o, işdən azad olunmamışdır. Daha sonra Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədəqorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Həmin məcəllənin 1-ci maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin məcəllənin 62.5-ci maddəsinə əsasən işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qanunvericiliyə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Həmin məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, iddiaçı cavabdehə işdən azadolunması ilə bağlı ərizələrlə müraciət etsə də, cavabdeh qurum tərəfindən iddiaçıya bu barədə məlumat verilməmiş, onun ərizəsinə münasibət bildirilməmişdir. Həmçinin iddiaçı X11 Xidmətinə də pozulmuş hüquqları ilə bağlı müraciət etmişdir. Lakin iddiaçının müraciətlərinə baxmayaraq, cavabdeh X9 MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmr qəbul olunaraq iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad olunmuşdur. Bu səbəbdən iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC tərəfindən İddiaçı barəsində qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmr qanuni hesab edilməməklə ləğv edilməlidir. İddia digər tərəfdən ona görə təmin edilməlidir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı barəsində qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 26042201 saylı əmr ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2527/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2527/2022
07.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver