Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2618/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itrilmiş hesab edilməsi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1, 15 saylı mənzilə olan istifadə hüquqularına xitam verilməsi barədə qətnamə qəbul olunmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, mərhum anası X5 229140 saylı 12 avqust 1983-cü il tarixli order əsasında ayrılmış ünvan 1 ünvanda yerləşən 15 saylı mənzildə yaşayır. Mənzil anası X5 ailə tərkibi Mustafayev Hüseyn (atası), Mustafayeva Xumara (bacısı), Mustafayeva Nəzakət (bacısı), Mustafayeva Nazirə (bacısı) olmaqla ayrılmışdır. O dövrdən həmin mənzildə yaşayır. X3 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Daha sonra anası X7 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mənzildə qeydiyyatda olan X9 xx.xx.1991-ci ildən, X10 isə xx.xx.1995-ci ildən pasport qeydiyyatından çıxmışlar. Mənzildə qeydiyyatda olan digər bacısı Cavabdeh1 2015-ci ildə 31 saylı notariat kontorunda verdiyi ərizəsi ilə mənzilə olan hüqüqlarından onun xeyrinə imtina etmişdir. İddia ərizəsində qeyd etdiyi cavabdehlər Cavabdeh1, Zalıyev Tural, Cavabdeh2 bəhs edilən mənzildə yaşamırlar, onlar özlərinə məxsus ünvanda yaşayırlar. Məlumat üçün bildirir ki, bacısı Cavabdeh1 ailə quraraq köçmüşdür və mənzildə qeydiyyatı formal xarakter daşıyır. Onun uşaqları olan digər cavabdehlər isə, anaları bu mənzildə rəsmi qeydiyyatda olduqları səbəbindən qeydiyyata düşmüşlər. Hazırda mənzili özəlləşdirə bilmir. Cavabdehlər qeydiyyatda olduqları mənzildə yaşamır. Bunu təsdiq edən kifayət qədər təkzib olunmaz sübutlar mövcuddur. Hesab edir ki, vəziyyətin bu cür davam etməsi onun mülkiyyət hüquqlarının pozulmasıdır. Bu səbəbdən, mülki iş üzrə cavabdehlərin mənzilə tanınmış istifadə hüquqlarına, onlara faktiki olaraq bu hüquqların lazım olmadığı və həmin hüquqlardan istifadə etmədikləri üçün məhkəmə qaydasında xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edillmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildə 1999-cu ildə gəlin köçüb. Hazırkı mülki iş üzrə iddiaçı ilə qonşudur. Zahid Şəfiqənin oğludur. Həmin mənzildə Zahid, oğlu Rəşad və gəlinləri yaşayır. Nəzakət uzun illərdi ailə qurduqdan sonra həmin ünvanda yaşamır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən 12 saylı mənzildə 1999-cu ildə gəlin köçüb. Hazırkı mülki iş üzrə iddiaçı ilə qonşudur. Zahid Şəfiqənin oğludur. Həmin mənzildə Zahid, oğlu Rəşad və gəlinləri yaşayır. Nəzakət həmin ünvanda uzun illərdə yaşamır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilininin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı Xalq Deputatlar Sovetinin xx.xx.1983-cü il tarixli 229140 nömrəli orderinin notarial təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil X5 verilmişdir. Həmin ünvanda ailə üzrvləri olaraq Mustafayev Hüseyn, Mustafayeva Xumar, Mustafayeva Nəzakət, Mustafayeva Nazirə qeydiyyatdadırlar. İş materiallarında olan AZ İ 738539 nömrəli xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş sürətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. X3, anası X6r. İş materiallarında olan Cavabdeh1 31 saylı Notariat kontoruna vermiş olduğu 7E- 9293 nömrəli xx.xx.2015-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X2 ünvan 1 ünvanda yerləşən 15 saylı mənzildən ona çatası payı qəbuldan imtina edir. Həmin mənzili qardaşı İddiaçı adına özəlləşdirilməsinə etirazı yoxdur. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dovlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V/01-21 nömrəli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ünvan 1 ünvanda yerləşən 15 saylı mənzili oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dovlət Notariat X1 və X16 tərəfindən verilmiş **********778 nömrəli xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü X8, xx.xx.1988-ci il təvəllüdlü X21 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 15 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq 25 ildən çox müddətdir ki, bu ünvanda yaşamırlar. İş materiallarında olan 131 saylı Mənzil Komunnal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 159 nömrəli arayışda qeyd edilmişdir ki, X8 ünvan 1 ünvanda yerləşən 15 saylı mənzildə qeydiyyatdadır. Lakin 25 ildən çox müddətdir ki, bu ünvanda yaşamır. İş materiallarında olan 131 saylı Mənzil Komunnal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 160 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 15 saylı mənzildə qeydiyyatdadır. Lakin 25 ildən çox müddətdir ki, bu ünvanda yaşamır. İş materiallarında olan 131 saylı Mənzil Komunnal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 nömrəli arayışda qeyd edilmişdir ki, X21 ünvan 1 ünvanda yerləşən 15 saylı mənzildə qeydiyyatdadır. Lakin 25 ildən çox müddətdir ki, bu ünvanda yaşamır. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehlər əvvəllər mübahisəli mənzildə yaşamış və son 25 ilə yaxın müddət ərizində mübahisəli mənzildə yaşamamış, həmçinin iddiaçının vermiş olduğu izahatına əsasən onların X8 ailə quraraq, həmin mənzili tərk etmişdir. Cavabdeh2 və X4 Nəzakət Hüseyn qızının övladlarıdı və onlarda həmin mənzildə yaşamırlar. Bundan başqa məhkəməyə təqdim edilmiş X13 və X12 Bakı şəhəri 31 saylı Dovlət Notariat Kontoruna vermiş olduğu ərizələrdən görünür ki, xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü X8, xx.xx.1988-ci il təvəllüdlü X21 və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 15 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq 25 ildən çox müddətdir ki, bu ünvanda yaşamırlar. Həmçinin 131 saylı Mənzil Komunnal İstismar sahəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X8, Cavabdeh2, X21 ünvan 1 ünvanda yerləşən 15 saylı mənzildə qeydiyyatdadır. Lakin 25 ildən çox müddətdir ki, bu ünvanda yaşamırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən təxmini 25 ildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onların həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1, 15 saylı mənzilə olan istifadə hüquqularına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2618/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2618/2022
14.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver