Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2638/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC- nin Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş ziyana görə ödənilməmiş 8661 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövtət rüsumu üçün ödənilmiş 57 manatın Cavabdeh tutularaqİddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin Nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 560 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 108x saylı əmrlə işdən azad edilmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində İddiaçı MMC-nin – OBA Xaşaxuna 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 10909 (on min doqquz yüz doqquz) manat 36 (otuz altı) qəpik, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3658 (üç min altı yüz əlli səkkiz) manat 85 (səksən beş) qəpik təşkiledir. İnventarizasiya yoxlamaları və mağaza sayımları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış, inventarizasiyanın yekunlarına və üzləşmə nəticələrinə imza etməklə yaranmış borcu etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8661 (səkkiz min altı yüz altmış bir) manat borc qalmışdır.Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.İddianı təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onda disk var, diskdə açıq şəkildə göstərilir ki, marketin kassiri gecə vaxtı ərzaq məhsullarını kassaya vurmur, müştərilərə qəbz vermir və bununla əskik mal yaranır.Bu barədə o İddiaçı MMC-nin rəhbərliyinə şifahi xəbərdarlıq etmişdir.O, iddianı qəbul etmir, mağaza 7/24 işləyir amma o, gecə növbəsində işləmir, saat 19:00-dək işdə olur..Onunla üzləşmə olmayıb. İddiaçının şahidi qismində dindirilən Əhmədov Tərlan məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli inventarizasida iştrak etmişdir.Bu zaman əksik mal hesablanmışdır.Sistem üzərində araşdırma aparılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş əmək müqavilsəindən görünür ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli “X1” haqqında müqavilənin 3.3-cü bəndindən görünür ki, işçi işəgötürənə ziyan vurduqda bu barədə akt tərtib edilir.Bu barədə işçinin izahat verməkdən imtina edərsə imtina aktı tərtib olunur, lakin bu işçini məsuliyyətdən azad etmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 8661 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, inventarizasiya nəticələri Cavabdeh iştrakı ilə araşdırılmış və bu araşdırma nəticəsində 3658,58 manat ziyan müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısının surətindən görünür ki, , Cavabdeh öz imzası ilə inventarizasiyada iştrak etdiyini və üzləşmə ilə tanış olduğunu təsdiq etmişdir.Hesablama nəticəsində İddiaçı MMC-yə vurulan ziyan 10.909,37 manat hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, Cavabdeh öz xətti və imzası ilə inventarizasiyada iştrak etdiyini, əksik və artıq mallara düzəliş olunduğunu və heç bir narazılığının olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tarixli inventarizasiya siyahısının surətindən görünür ki, Cavabdeh öz imzası ilə inventarizasiyada iştrak etdiyini və üzləşmə ilə tanış olduğunu təsdiq etmişdir.Hesablama nəticəsində İddiaçı MMC-yə vurulan ziyan 3658,85 manat hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh iştrakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 3658,85 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh bu çatışmazlıqlar barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən əmək müqaviləsinə xitam verməyi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC məsələnin həlli üçün xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir.İMS-nin 50 manat və poçt-kargüzarlığın 10 manat xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, araşdırmalar nəticəsində Cavabdeh İddiaçı MMC-yə ziyan vurduğu müəyyən edilmişdir.Tərəflər arasında imzalanan xx.xx.2021-ci il tarixli “X1” haqqında müqaviləyə əsasən Cavabdeh tam maddi məsul şəxs kimi göstərilmişdir.Buna görə də İddiaçı MMC-nin Cavabdeh ziyanı tələb etməyə haqqı vardır. Oba market” MMC-də bu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 57manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq müəyyən etdi ki iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş 8861,60 manat ziyan, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 57 manat Cavabdeh tutulmalıdır Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8.661 manat (səkkiz min altı yüz altmış bir manat) manat mələğində dəymiş ziyan, mediasiya xərci olaraq ödənilmiş 60 manat (altmış) və dövlət rüsumu üçün ödənilmiş 57 (əlli yeddi) manat olmaqla cəmi, 8.778 ( səkkiz min yeddi yüz yetmiş səkkiz manat) manat alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2638/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2638/2024
11.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver