Məhkəmə qərarları › İş №e-2(003)-2639/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2639/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2639/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı Dövlət Notariat kontoruna,Cavabdeh2nə,Bank "xxxx" ASC-yə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı Dövlət Notariat kontoruna,Cavabdeh2nə,Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri 3 saylı Dövlət Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8i-308 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil göstərdi ki,iddiaçı özü, əri Rövşən və oğlu Rüstəm ilə Bank "xxxx" ASC arasında RP-00002-11\23A nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Pərvinə məxsus olan **********9*- 10301 reyestr nömrəli, 048727 qeydiyyat nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən alınmış çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərindəki 166.90 kv.m olan əmlak ipoteka predmeti olaraq müəyyən edilmiş və bunun müqabilində bankdan 2*0.000 manat məbləğində kredit əldə edilmişdir. Kredit müqaviləsinə əsasən öhdəliklər lazımincə yerinə yetirilmişdir. Lakin 2024-cü ilin əvvəllərində ailədəki maddi sıxıntılar səbəbi ilə ödənişlərdə gecikmələr olmuşdur. Bank "xxxx" ASC-nin müraciətinə əsasən Bakı şəhəri 3 saylı Dövlət Notariat ofisinin xx.xx.2024-cü il tarixli 8i-308 reyestr nömrəli icra qeydi əsasında ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə tutma yönəldilib. İpoteka müqaviləsinə əsasən, 261.066,21 manat əsas borc, 9.461,10 manat faiz borcu, 119,1* manat dəbbə pulu olmaqla cəmi 270.646,46 manat tutulmalı borc yaranmışdır. Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin iddiaçının nə icra qeydi, nə də icraata başlamaq haqqında qərardan xəbəri olmamış, 22.0*.2024-cü il tarixdə Xəzər rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və icraata başlamaq haqqında qərarı rəsmi olaraq əldə etmişdir.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bank "xxxx" ASC-nin nümayəndəsi X3 göstərdi ki, iddianı qəbul etməmişdir. Sözügedən ev iddiaçının razılığı ilə ipotekaya qoyulub. İddiaçıya xx.xx.2023cü il tarixli bildirişlər göndərilib və bildirişləri alması ilə bağlı 326807 və 326809 nömrəli qaimələr var. Cavabdeh Bakı şəhəri 3 saylı Dövlət Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsi barədə məhkəməyə ərizə vermişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 18*.*-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 18*.*-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri,Xəzər rayonu,Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi,ev 76a ünvanında yerləşən torpaq sahəsi üzərindəki 166.90 kv.m olan əmlak tam payla İddiaçı adına qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli RP-00002-11\23A nömrəli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri,Xəzər rayonu,Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi,ev 76a ünvanında yerləşən torpaq sahəsi üzərindəki 166.90 kv.m olan əmlak ipoteka predmeti olaraq göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqında İcra Qeydindən görünür ki, İddiaçı məxsus olan **********9*-10301 reyestr nömrəli 048727 qeydiyyat nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən alınmış çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərindəki 166.90 kv.m olan əmlaka tutma yönəldilmişdir. İş materiallarına olan Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri 3 saylı Dövlət Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İş materiallarında olan notariat qeydinin borcluya göndərilməsi haqqında məlumatdan görünür ki, icra qeydi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli MXD-2023\*2** saylı bildirişdən görünür ki, İddiaçı borc məbləği barədə və borcun ödənmədiyi təqdirdə ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 326807 və 326809 nömrəli qaimələrdən görünür ki, İddiaçı Bank "xxxx" ASC tərəfindən göndərilmiş bildirişləri almışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, iddiaçı özü, əri Şirəliyev Rövşən və oğlu Şirəlizadə Rüstəm ilə birlikdə Bank "xxxx" ASC arasında RP-00002-11\23A nömrəli ipoteka müqaviləsi imzalanmışdır.Müqaviləyə əsasən üzərilərinə götürdükləri öhdəlikləri lazımincə yerinə yetirmədiklərinə görə ipoteka müqaviləsinə əsasən, 261.066,21 manat əsas borc, 9.461,10 manat faiz borcu, 119,1* manat dəbbə pulu olmaqla cəmi 270.646,46 manat tutulmalı borc yaranmışdır. Borc məbləğinin ipoteka predmetinə yönəldilməsi ilə bağlı İddiaçı xəbərdar edilmiş, icra qeydi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə, bildirişlər xx.xx.2023-cü il tarixdə göndərilmiş və bildirişi qəbul etməsi ilə bağlı iş materiallarına 326807 və 326809 nömrəli qaimə əlavə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Bakı şəhəri 3 saylı Dövlət Notariat kontoruna,Cavabdeh2nə,Bank "xxxx" ASC-yə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar