Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-265/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehnun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavahdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı övladı X1 və bütün əşyaları ilə birlikdə ona məxsus yaşayış evindən məcburi çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, bu məqsədlə barışıq sazişi imzaladıqlarını bildirdilər. Ona görə də məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, tərəflər mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərəflər arasında barışıq sazişi bağlanmış və tərəflər barışıq əldə etdiyindən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar:
1. Cavabdeh iddianı qəbul edir.
2. İddiaçı X2 Cavabdeh 1000 (min) manat pul məbləğini ödəyir.
3. Barşıq sazişi cavabdehin qeydiyyatdan çıxarılması üçün əsasdır.
4. Tərəflər bu sazişin icrası tələbi istisna olmaqla gələcəkdə Barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada tələblərlə bir- birinə qarşı iddia qaldırmayacaqlar.
5. Tərəflər bu barışıq sazişinin icrası ilə bağlı zəruri hərəkətlərin edilməsi, o cümlədən, sənədlərin, ərizələrin verilməsi, icra və probasiya qurumlarına zəruri ərizələrin verilməsi və s. daxil olmaqla tam əməkdaşlıq barədə öhdəlik götürürlər.
6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2, 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.
7. Tərəflər qəbul edirlər ki, Barışıq Sazişi üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir. Barışıq Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.
8. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən məsələlər mülki qanunvericiliklə tənzimlənir.
9. Bu Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və imzalanır. Barışıq sazişinin 1 nüsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim ediləcək və tərəflərdən hər birində bir nüsxə saxlanılacaqdır. 10.Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtləri qəbul etdiklərini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir (maddə 191.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Hakim iş üzrə tərəflərə MPM-in 262-ci maddəsinin tələblərini izah etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 252.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh iddianı qəbul edir.
2. İddiaçı X2 Cavabdeh 1000 (min) manat pul məbləğini ödəyir.
3. Barşıq sazişi cavabdehin qeydiyyatdan çıxarılması üçün əsasdır.
4. Tərəflər bu sazişin icrası tələbi istisna olmaqla gələcəkdə Barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada tələblərlə bir- birinə qarşı iddia qaldırmayacaqlar.
5. Tərəflər bu barışıq sazişinin icrası ilə bağlı zəruri hərəkətlərin edilməsi, o cümlədən, sənədlərin, ərizələrin verilməsi, icra və probasiya qurumlarına zəruri ərizələrin verilməsi və s. daxil olmaqla tam əməkdaşlıq barədə öhdəlik götürürlər.
6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2, 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.
7. Tərəflər qəbul edirlər ki, Barışıq Sazişi üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir. Barışıq Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir.
8. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən məsələlər mülki qanunvericiliklə tənzimlənir.
9. Bu Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və imzalanır. Barışıq sazişinin 1 nüsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim ediləcək və tərəflərdən hər birində bir nüsxə saxlanılacaqdır. 10.Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtləri qəbul etdiklərini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Emin Məmmədli