Məhkəmə qərarları › İş №e-2(003)-266/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-266/2024

16.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-266/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3 Miyaqub oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs3, X4 və Maraqlı şəxs1 cəlb olunmaqla) qarşı “evə pay hüququnun tanınması və köçürülmə” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs3, X4 və Maraqlı şəxs1 cəlb olunmaqla) qarşı “evə pay hüququnun tanınması və köçürülmə” tələblərinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, Qarabağ küçəsi ev 13-ə 1/2 pay hüququnun tanınması, həmin evə köçürülməsinə və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1990-cı ildə nikaha daxil olmuş və nikahdan xx.xx.1991-ci il tarixində Rüstəmli (Dünyamalıyeva) Zəhra Rəşid qızı, xx.xx.1994-cü il tarixdə Maraqlı şəxs3, xx.xx.2000-ci il tarixində Maraqlı şəxs1 anadan olmuşlar. Cavabdeh2 ilə ailə qurandan sonra Qazağıstanın Alma-Ata şəhəri İliyski rayonuna getmiş və bir müddət orada yaşayandan sonra 1998-ci il tarixində Azərbaycana Cavabdeh2 bibisi oğlu Bayramın evinə gəlmişdirlər. Təxminən 1 ay Bayramın evində yaşamışlar və bu müddətdə yoldaşı Cavabdeh2 birgə nikah dövründə qazanılan pul vəsaitindən təxminən 25000 (iyirmi beş min) ABŞ dolları verərək Bakı şəhəri, Buzovna qəsəbəsində Qarabağ küçəsində içərisində pəncərəyə qədər tikilmiş yarımçıq tikili almışdır. Tikilinin yerləşdiyi torpaq sahəsində əlavə olaraq sahəsi 30 kv.m-ə yaxın olan dam olmuşdur. Bayramın evindən çıxmışlar və ev tikilib başa çatana qədər həmin damı təmizləyərək yaşayış halına gətirərək yaşamışdırlar. Sonradan onlar;n yanına qaynatas; Cəmşid Rüstəmov, qaynanası Xatıncan Rüstəmova gəldilər və onlar həmin damda yaşadılar. Ev 3 aya tikildi və bu tikintinin tez qurtarması üçün o, qardaşı və digər yaxın qohumları fəhləlik etmişdirlər. Evin damını düzəltmək üçün Rüstəmov X6 MR, Sədərək rayonu, Dəmirçi kəndindən, təmir işlərinə isə Bakı şəhərində işləyən ustalar gətirmişdir. Qeyd etmək istəyir ki, o və övladları son vaxtlara qədər elə bilirdilər ki, ev Cavabdeh2 adına hüquq qeydiyyata alınmışdır. Cavabdeh2 evin sənədləşdirilməsi barədə məlumat soruşanda o həmişə demişdir ki, ev onun adındadır. Bununla yanaşı ondan onun və uşaqlarının evdə faktiki olaraq daimi qeydiyyata düşməyi üçün işlərin görülməsini dəfələrlə xahiş etsələr də, Cavabdeh2 hər dəfə bir bəhanə ilə uzatmış, sonradan bildirmişdir ki, Cavabdeh2 qeyri-rəsmi olaraq başqa bir xanımla münasibətdədir və bu vəziyyətlə barışmamışdırlar. Sonradan o, ona və uşaqlarına qarşı ölümlə hədə qorxu gəlmiş və evdən çıxmağa məcbur etmişdir. Onun yaxın qohumlarından öyrənmişdir ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, Qarabağ küçəsində yerləşən 13 nömrəli fərdi evdən onun və uşaqlarının pay hüququnun yaranmaması üçün Cavabdeh2 ondan xəbərsiz və məlumat vermədən ailəsinin pulunu ödəməklə evi başqasının adına almışdır. Uşaqları Bakı şəhəri, Buzovna qəsəbəsi, Qarabağ küçəsi ev 13-də yaşadıqları üçün orta məktəbə yaşayış ünvanına yaxın olan 26 nömrəli Tam Orta Məktəbinə getmişlər, təhsil almışlar və 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmuşlar. Qazağıstandan gələndə gətirdiyi pul onların ev alıb yaşamaları üçün yeganə ümid yerləri olmuş, Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 ilə əlbir olaraq evdən ona və uşaqlarına məxsus olan payı mənimsəmişlər. Belə ki, kommunal xidmət göstərən təşkilatlardan aldığı məlumatdan görünür ki, Cavabdeh2 əvvəl evi Cavabdeh1 adına, sonra isə onlara məlum olmayan müəyyən pul müqabilində Cavabdeh3 adına keçirtməyə nail olmuşlar. Maraqlısı budur ki, həmin evin onun ailəsinə məxsus olduğunu bilə-bilə Cavabdeh1 və Cavabdeh3 bu çirkin cinayət əməlinin iştirakçıları olmuşlar. Bakı şəhəri, Buzovna qəsəbəsi, Qarabağ küçəsi ev 13 birgə nikah dövründə mənim ½ pay hüququ olan pul vəsaiti hesabına alındığı üçün həmin evə ½ mülkiyyət hüququ da ona məxsusdur. Bakı şəhəri, Buzovna qəsəbəsi, Qarabağ küçəsi ev 13-ə faktiki mülkiyyət hüquqları olduğundan hazlrki iddia tələbini qaldlrmaq üçün subyektiv hüququ vardır və iddia tələbi əsaslıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildi di ki, iddiaçın əri mübahisəli əmlakı özü alsa da həmin əmlakı ccavabdehlərdən Cavabdeh1 adına almışdır. İdiaçı uşaqları ilə birgə uzun müddət mübahisəli əmlakda yaşamışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 Miyaqub oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh2, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, X4 və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehin və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 X7 ilə xx.xx.1990-cı il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2568 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. OXUNMUR - xx.xx.1998-ci il tarixli müqavilənin surətindən görünür ki, X2 rayon Texniki İnventarlaşdırma bürosunun 6625 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2005-ci il tarixli, 2124 nömrəli arayışına əsasən ona məxsus olan Əzizbəyov rayonu Buzovna Südçülük sovxozu Xətayi küçəsində 134,0 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 23,5 kv.metr, köməkçi sahəs İ otaqdan ibarət 11 nömrəli yaşayış evini ******* (dörd milyon) manata Cavabdeh1 satmış, müqavilə xx.xx.1998-ci il tarixdə Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən 3M-2-167 nömrə ilə qeydiyyata alınmışdır. - xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Seyidov X5 rayon Texniki İnventarlaşdırma bürosunun 6625 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2005-ci il tarixli, 2124 nömrəli arayışına əsasən ona məxsus olan Əzizbəyov rayonu Buzovna qəsəbəsi Xətai küçəsində 1025.0 kv.metr torpaq sahəsi olan, yaşayış sahəsi 132,7 kv.metr, köməkçi sahəsi 23,7 kv.metr olan 5 otaqdan ibarət İİ saylı yaşayış evini qardaşı Cavabdeh3 bağışlamış, müqavilə xx.xx.2005-ci il tarixdə Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən 4ə-9-1157 nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 691722 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayon X3, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Əzizbəyov rayonu Buzovna qəsəbəsi Qarabağ küçəsində 13 nömrəli yaşayış sahəsi 23,5 kv.metr, ümumi sahəsi 23,5 kv.metr olan bir otaqdan ibarət yaşayış evi (tikintisi, bir hissəsi) Cavabdeh3 mülkiyyət hüququ əsasında Abşeron rayon 2-ci DNK-nin xx.xx.2005-ci il tarixli 4ə-9-1157 saylı bəxş etmə müqaviləsinə əsasən qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ev Cavabdeh3 Miyaqub oğlunun adına xüsusi mülkiyyət hüququ ilə **********00-10301 saylı reystr nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 27B saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.0532 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir, hazırda mülkiyyətindədir və onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1A-1294 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir, hazırda mülkiyyətindədir və onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. qeydiyyatdan keçmişdir, hazırda mülkiyyətindədir və onun adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi, 13 saylı fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir, hazırda mülkiyyətindədir və onun adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh2 adına Azərbaycan Respublikası ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 X7 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Onların nikahdan xx.xx.1991-ci il tarixində Rüstəmli (Dünyamalıyeva) Zəhra Rəşid qızı, xx.xx.1994-cü il tarixdə Maraqlı şəxs3, xx.xx.2000-ci il tarixində Maraqlı şəxs1 anadan olmuşlar. İşin tərəflərin bilavasitə özlərinin bildirdirilən, işin materiallarından müəyyən olunan hallar ondan ibarətdir ki, mübahisəli yaşayış evi xx.xx.1998-ci il tarixli müqavilə əsasən X2 rayon Texniki İnventarlaşdırma bürosunun 6625 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2005-ci il tarixli, 2124 nömrəli arayışına əsasən ona məxsus olan Əzizbəyov rayonu Buzovna Südçülük sovxozu Xətayi küçəsində 134,0 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 23,5 kv.metr, köməkçi sahəs İ otaqdan ibarət 11 nömrəli yaşayış evini ******* (dörd milyon) manata Cavabdeh1 satmış, müqavilə xx.xx.1998-ci il tarixdə Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən 3M-2-167 nömrə ilə qeydiyyata alınmış, Cavabdeh1 yaşayış evini qardaşı Cavabdeh3 bağışlamış, müqavilə xx.xx.2005-ci il tarixdə Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən 4ə-9-1157 nömrə ilə qeydiyyata alınmış, yaşayış evi Cavabdeh3 mülkiyyət hüququ əsasında Abşeron rayon 2-ci DNK-nin xx.xx.2005-ci il tarixli 4ə-9-1157 saylı bəxş etmə müqaviləsinə əsasən qeydiyyata alınmış və ev Cavabdeh3 Miyaqub oğlunun adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə **********00-10301 saylı reystr nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının iddia ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri). Əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ərarvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (Ailə Məcəlləsinin 36.1-ci maddəsi). Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hal-hazırda iddiaçı ünvan 1 ünvanda yerləşən evinə pay hüququnun tanınması və mənzilə köçürülməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı pay hüququnun tanınması və köçürülməsini tələb etdiyi ünvan 1 ünvanda yerləşən evi Cavabdeh2 ilə birgə nikahları dövründə əldə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericliyin göstərilən müddəalarının tələbləri baxımından da məhkəmə hesab edir ki, mübahasilə ev tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilməli olduğundan, bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıdıqlarından, məhkəmədə iddiaçı tərəf isə Cavabdeh2 ilə birgə nikah müddətində şəxsi vəsaitlərinin ailə ehtiyacları üçün istifadə olunduğuna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının pay hüququnun tanınması və köçürülməsini tələb etdiyi mübahisəli ünvan 1 ünvanda yerləşən evi Cavabdeh2 Cümşüd oğlu ilə birgə nikah müddətində əldə etməsinə dair sübut təqdim etmədiyindən, o cümlədən həmin əmlakın ər-arvadın birgə əmlakı olaraq tələb etmək hüquqları yaranmadığından hazırki iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı” tələbi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Ona görə ki, iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunub ki, «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin nə mülkiyyətçisi, nə də ki, onun birgə nikah dövründə əldə etdiyi əmlak deyildir. Ona görə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmamışdır. Ona görə ki, məhkəmə iclasında tərəflərin izahatı və iş materialları müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli ünvan 1 ünvanda yerləşən evində qeydiyyatda deyildir və o, başqa bir ünvanda qeydiyyatda olmaqla, mübahisəli fərdi yaşayış evindən uzun müddətdir çıxmış, mübahisəli evdə yaşamır, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Məhkəmə hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız mübahisəli mənzilin məhz ona məxsus olduğunu və ya mənzil ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən mənzilin üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, subyektiv hüququn əmələ gəlməsi üçün qanunla müəyyən edilən 3 elementin hamısı birlikdə mövcud olmalıdır. Bu elementlərdən birinin mövcud olmaması həmin iddia tələbi ilə bağlı əlavə araşdılmanı mənasız edir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi əmlaka dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının Cavabdeh3 və Cavabdeh1 qarşı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Bundan başqa iş materiallarından müəyən edilir ki, mübahisəli əmlak tərəflərin birgə nikah dövründə əldə olunmamaqla bərabər, iddiçının əri Rəşid Rüstəmliyə hər-hansı aidiyyatı olmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı tələbi də əsassızdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, X1 və Maraqlı şəxs1 qarşı “evə pay hüququnun tanınması və köçürülmə” iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 Miyaqub oğluna, Cavabdeh1, Cavabdeh2 (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, X4 və Maraqlı şəxs1 cəlb olunmaqla) qarşı “evə pay hüququnun tanınması və köçürülmə” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar