Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2707/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1rşı əmək müqaviləsinin xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək müqaviləsi bildirişinin qüvvədən salınmış hesab edilməsi və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsi ilə xx.xx.2019cu il tarixdə "xxxx" MMC-də "xxxx" vəzifə ilə işə qəbul olunmuşdur. Lakin, həmin MMC faktiki olaraq sentyabr 2019 tarixdən fəaliyyət göstərmir, lakin formal olaraq adı hələ də reyestrdə qalmışdır. Bu problem onun digər işəgötürənlərlə əmək müqaviləsi bağlamağına çətinlik yaradır. Qeyd olunan məsələ ilə bağlı X2 müraciət etsə də, bu məsələnin yalnız məhkəmə vasitəsilə üzərlərinə öhdəlik qoyulduğu təqdirdə həll ediləcəyini bildirmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemi xx.xx.2024-cü il tarixdə çağ edilmiş “iş yerinə dair arayış”dan görünür ki, Cavabdeh ilə İddiaçı qarasında xx.xx.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və kassir vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin yanında X3 Xidmətinin elektron müraciətə cavab məktubundan qeyd edilmişdir ki, “Sizin "X6" MMC-də əmək müqaviləsi bildirişinizin qüvvədən salınması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətiniz ilə əlaqədar ətraflı məlumat verməyiniz, pozuntuların dəqiqləşdirilməsi və izahatınızın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağınız barədə ünvanınıza (AZ1067, ünvan 2izdə 3-17-5/2-7-9155/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, Siz araşdırmaya izahatınızı təqdim edərək müəssisənin faktiki ünvanı və işəgotürəni barədə məlumatınızın olmadığını və əsas tələbinizin əmək müqavilənizin qüvvədən salınması olduğunu bildirmisiniz. Eyni zamanda müraciətinizin araşdırılması məqsədi ilə "X6" MMCnin hüquqi ünvanına (AZ1044, ünvan 3ına (AZ1111, ünvan 44 nömrəli xx.xx.2024-cü il tarixli məktublarla (SS892945862AZ. SS892945876AZ) müraciət olunaraq Sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafıq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Araşdırma zamanı tərəfimizdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə xx.xx.2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 14104VQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Məlum edirik ki, əmək müqaviləsi bildirişinin qüvvədən salınması ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsnin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hıssəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxıl etmək işəgotürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökümət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi": xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələrinin predmeti olduğundan və həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxıldığından müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. Qeyd olunanlara əsasən əmək müqaviləsi bildirişinin qüvvədən salınması ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsısteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşgulluq altsısteminə daxil edilməsi hüququ X5 Xidmətinə həvalə edilməlidir. Müraciətimizdə qeyd etdiyiniz əmək huquqlarınızın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatının MŞB/9/2024-00381 saylı xx.xx.2024-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışdan görünür ki, "X6" MMC İMS-dan iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Həmin məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələri hesab edilir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə xx.xx.2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı kassir vəzifəsinə qəbul edilmiş, lakin Cavabdeh MMC faktiki olaraq 2019-cu ilin sentyabr ayından fəaliyyət göstərmir. İddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı cavabdeh cəmiyyətə müraciət etsə də, cəmiyyət faktiki olaraq fəaliyyət göstərmədiyindən və direktorun yeri müəyyən edilmədyindən əmək müqaviləsinin ləğvi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri işçi ilə işəgötürən arasında bağlanmış olan əmək müqaviləsi ilə tənzimlənir. Müqavilə tərəflərin iradə ifadəsini etiva etdiyi üçün, həmçinin əmək qanunvericiliyində bir başa qeyd edildiyi üçün tərəflər arasında əmək müqaviləsi mövcud olmalı və tərəflərin hüquq və vəzifələri məhz əmək müqaviləsində öz əksini tapmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2707/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2707/2024
20.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver