Məhkəmə qərarları › İş №e-2(003)-2734/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2734/2022

01.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2734/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Hüseyn Etibar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2117 (iki min yüz on yeddi) manat pulun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat pulun tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanılmaqla İddiaçı MMC-də sürücü kuryer vəzifəsinə işə qəbul olunmuşdur. Həmin tarixdə akt tərtib edilərək əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılmış və ona **-JC-*** dövlət nömrə nişanlı “X4 Yük” avtomobili təhvil verilmişdir. Həmçinin ona nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verilmişdir. Cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsini kobud şəkildə idarə edərək dəfələrlə nəqliyyat vasitəsinin sıradan çıxmasına və xarab olmasına səbəb olmuşdur. Nəqliyyat vasitəsinin təmirini həyata keçirən ustalar nasazlığın məhz kobud və sürətli idarəetmə ilə bağlı olduğunu təsdiq etmişdirlər. Sonuncu dəfə Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin texniki tələblərə riayət olunmadan kobud şəkildə idarə edilməsi nəticəsində **-JC-*** dövlət nömrə nişanlı “X4 Yük” avtomobil xarab olmuş, uzun müddət istismar edilməsi mümkün olmamış və buna görə də İddiaçı MMC xx.xx.2022-ci il tarixli 412659 saylı elektron qaiməyə əsasən 1005 (min beş) manat, xx.xx.2022-ci il tarixli 379679 saylı elektron qaiməyə əsasən 912 (doqquz on iki) manat pul xərcləməli olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsi təmirdə olduğu üçün ondan istifadə etmək mümkün olmamış, nəticədə iki günə görə əldən çıxmış fayda formasında iddiaçıya cəmi 200 manat ziyan vurulmuşdur. Cavabdeh işəgötürənlə bağladığı əmək müqaviləsinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozan əməlləri nəticəsində ümumilikdə İddiaçı MMC-ə 2117 (iki min yüz on yeddi) manat ziyan vurulmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Əmək Müqaviləsinin 2 saylı Qoşmasının 2.2ci bəndinə əsasən nəqliyyat vasitəsinin faydalı iş əmsalı və fəaliyyətini təmin etmək, eləcədə mühərrik və dişli çarxın zədələnməsinin qarşısını almaq üçün zəruri tədbirlər görmək işçinin vəzifəsidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncu sürücü kuryer vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, nəqliyyat vasitəsi və uniforma Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş etibarnamədən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan **-JC-*** dövlət qeydiyyat nişanlı 2016-cı il buraxılışı olan “X4 Yük” avtomobili idarə edilməsi etibar edilmişdir. İş materiallarında olan “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfəindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 74 nömrəli arayışda qeyd edilmişdir ki, müəssisənin balansında olan nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən ayrılmış kredit vəsaiti hesabına alınmışdır. Kredit üzrə həmin nəqliyyat vasitəsinin ümumi dəyəri ƏDV daxil 22400 manay üçün aylıq 564,30 manat ödəniş edilir. Cavabdeh həmin nəqliyyat vasitəsini idarə etdiyi dövrdə müəssisəyə vurduğu zərər: nəqliyyat vasitəsi xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində təmirdə olduğu üçün işləməmişdir və həmin günlə müəssisəyə ədəymiş zərər 2 günə x 100 = 200 manat, nəqliyyat vasitəsinin təmiri üzrə xərclər xx.xx.2022-ci il tarixində 1005 manat, xx.xx.2022-ci il tarixində 912 manat, cəmi 2117 manat təşkil edir. İş materiallarında olan AD 885283 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən gürünür ki, **-JC-*** qeydiyyat nişanlı “X4 Furqon” avtomobil “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 02/22 nömrəli müqavilə əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, ehtiyyat hissələrinin alınması və xidmət üçün “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 912 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, “X4 Yük” avtomobil təmiri və ehtiyat hissələrin alınması ilə bağlı 1005 manat ödəniş edilmişdir. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh ilə “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə əsasında sürücü kuryer vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilə əsasında **-JC-*** qeydiyyat nişanlı “X4 Yük” avtomobil Cavabdeh idarəçiliyinə verilmişdir. Həmin avtomobilin idarəetməsi zamanı Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin kobud pozuntu ilə idarə edilməsinə görə nəqliyyat vasitəsi sıradan çıxmış və nəticədə “X4 Yük” avtomobil ehtiyyat hissələri və təmirinə görə cəmiyyət tərifindən 1917 manat vəsait xərclənmişdir. Həmçinin “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışda “X4 Yük” avtomobilin təmiri ilə bağlı istifadəsi mümkün olmadığından cəmiyyə bir gün üçün 100 manat olmaqla, iki günə görə 200 manat zərər dəymişdir. Həmçinin tərəflər arasında bağlanmış olan əmək müqaviləsində görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Əmək Müqaviləsinin 2 saylı Qoşmasının 2.2ci bəndinə əsasən nəqliyyat vasitəsinin faydalı iş əmsalı və fəaliyyətini təmin etmək, eləcədə mühərrik və dişli çarxın zədələnməsinin qarşısını almaq üçün zəruri tədbirlər görmək işçinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı (işəgötürən) cavabdeh (işçi) tərəfin iddiaçının mülkiyyətində olan və cavabdehə təhkim edilmiş nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı kobud pozuntulara yol verməsinin nəticəsində əmlakına vurulmuş zərərin təmir və bərpası üçün çəkilmiş xərclərin ödənilməsini tələb edir və həmin zərərin həcmi 1917 manat və “X4 Yük” avtomobilin işlədilməsinin mümkünsüz olması ilə bağlı əldən çıxamış fayda olaraq 200 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları Preyskurantdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi 2117 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı 50 (əlli) manat mediasiya xərci ödənilmişdir.. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2117 (iki min yüz on yeddi) manat məbləğində dəymiş maddi zərər və 50 (əlli) manat mediasiya xərci olmaqla, ümumilikdə 2167 (iki min yüz altmış yeddi) manat alınaraq iddiaçı “TEZİBU“ Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar