Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2771/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi, mediasiya, poçt üçün ödənilmiş 55 manatın və mənəvi zərər görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, iddiaçının “riyaziyyat müəllimi” vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi, mediasiya, poçt üçün ödənilmiş 55 manatın və mənəvi zərər görə kompensasiya qismində 3000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbi ilə bağlı digər iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliyin etibarsız hesab edilərək iddiaçının həmin vaxta kimi mövcüd olmuş vəzifəsinin “müəllim” vəzifəsinin müvafiq sənədləşmədə bərpa olunması, həmçinin sözügedən dəyişiklik edildiyi tarixdən “müəllim” vəzifəsi üçün nəzərdə tutulmuş əmk haqqı ilə “tərbiyəçi” vəzifəsinin əmək haqqı arasında olan fərqin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş məhkəmə icraatındadır və iş üzrə məhkəmə baxışı xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslər mülki işlərin bir icraatda birləşdirilərək həmin işlərə bir icraatda baxılmasına etirazın olmadıqlarını bildirdilər. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki işlər bir icraatda birləşdirilməklə bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair 2(003)- 2771/2022 saylı mülki işlə, məhkəmənin icraatında olan İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə dair iddiası əsasında olan digər 2(003)-2365/2022 saylı mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı olmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, həmin mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi mənəvi zərərin ödənilməsi tələbinə dair 2(003)- 2771/2022 saylı mülki iş, İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı əmək müqaviləsinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, müəllim vəzifəsinə bərpa olunması, əmək haqqıda yaranmış fərqin ödənilməsi tələbinə dair 2(003)-2365/2022 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2771/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2771/2022
10.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver