Məhkəmə qərarları › İş №e-2(003)-2788/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2788/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2788/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 207 manat məbləğində maddi zərərin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "X1 Azərbaycan" QSC arasında xx.xx.2015-cü il tarixli Bank hesabı, debet kartı, kredit karti və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2019-cu tarixli 2(003)-3386/2019 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixindəki 1380 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 207 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 207 manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 4.20-ci maddəsinə əsasən çəkilmiş bütün xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılaraq iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh "X1 Azərbaycan" QSC-nin xeyrinə cəmi 1350,79 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan “X1 Azərbaycan" QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin surətindən görünür ki, həmin müqavilənin 4.20-ci bəndində əsasən həmin müqavilədən yaranan (irəli gələn) borcların Cavabdeh tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə "X1 Azərbaycan" QSC Cavabdeh qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, cavabdeh bununla bağlı iddiaçının çəkəcək hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) ödənilməsini qəbul, bəyan və təsdiq etmişdir. İş materiallarında olan "xxxx" MMC ilə "X1 Azərbaycan" QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, həmin müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələr əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul ( borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) Büro tərəfindən icra sürəcində olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra olan dösyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borç, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 20%) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). İş materiallarında olan xx.xx.2020-ci il tarixli 11 nömrəli hesab fakturanın, həmin tarixli elektron qaimənin, həmin tarixli aktın surətlərindən görünür ki, "xxxx" MMC vasitəsilə Cavabdeh “X1 Azərbaycan" QSC-yə olan borcu ödənilmiş və həmin xidmət üçün haqqı 276,16 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh oglu tərəfindən ödənilən xx.xx.2020-ci il tarixindəki 1380 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir. Bu ödənişlərə görə də «X1 Azərbaycan» QSC tərəfindən Medlex" MMC-yə 207 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tərəfindən 5 gün müddətində cavabdehdən 207 manatın ödənilməsi tələb olunmuş, əks halda xidmət haqqının ödənilməsi üçün məhkəmə müraciət etmək hüququndan istifadə ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh məhkəmə qətnaməsi əsasında olan “X1 Azərbaycan" QSC-yə borcu "xxxx" MMC vasitəsilə ödənilmiş və bu barədə MMC-nin xidmət haqqı 276,16 manat təşkil etmişdir. Eyni zamanda cavabdeh, borcunun geri qaytarılmamasına görə "X1 Azərbaycan" QSC ona qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, bununla bağlı iddiaçının çəkəcək hər cür xərclərin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) ödənilməsi barədə xx.xx.2016-cı il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə öhdəlik götürmüşdür. Bununla da müəyyən edilir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi (borcun qaytarmaması) səbəbindən həmin borc üçüncü şəxs ("xxxx" MMC) vasitəsilə qaytarıldığına, eyni zamanda iddiaçı tərəfindən həmin üçüncü şəxs tərəfindən göstərilən xidmətlər üçün xidmət haqqı ödənildiyinə görə iddiaçıya maddi zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçı tərəfindən cavabdehdən 207 manat maddi zərərin və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun tələb olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin məbləğlərdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 207 manat maddi zərər və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar